Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Süleym ibn Qeys
Əbu Sadiq Süleym ibn Qeys əl-Hilali əl-Amiri əl-Kufi — 620-ci ildə Kufədə dünyaya göz açıb, Bəni-Hilal ibn Amiri qəbiləsindəndir. Etiqad və İslam tarixi barədə düşünən ilk yazar.Onun kitabı İslam tarixində yazılmış ilk kitabdır. == Həyatı == Süleym Hicrətdən 2 il əvvəl dünyaya gəlib.Peyğəmbər vəfat edərkən onun 12 yaşı var idi.O, 15 yaşında bir gənc ikən Ömərin hakimiyyətinin ilk dövrlərində,hicrətin 16-cı ilinin əvvəllərində Mədinəyə gəlib.Mədinəyə gəlməsiylə birlikdə o zamanın abu-havası,mədəni və elmi şərtləri Süleymin diqqətini çəkdi.Camaat savadsızlığı üstün tutub cahiliyyə dövrünə geri qayıdırdı.Digər tərəfdən hakimiyyəti qəsb edən rəhbərlər camaatın dindən uzaqlaşması və dini təlimlərin unudulması üçün Peyğəmbərin sözlərini və hərəkətlərini yazıb toplamağı və başqalarına nəql etməyi qadağan etmişdilər.Hədis yazılması xüsusilə Ömər İbn Xəttabın hakimiyyəti dövründə tamamilə dayandırılmışdı. Süleym bin Qeys gənc yaşlarında belə qaranlıq və narahat bir mühitə daxil olmuşdu.Süleym bu mühiti görüb gizlicə İslam təlimlərini,tarixini toplamağa və yazmağa başladı.Həmin dövrün başçılarının gözlərindən uzaq düşmüş Peyğəmbərin səhabələrindən eşitdikl rini yazır və tarixi hadisələrin incəliklərini xəbər alırdı.Hicrətin 23-cü ilində Osman ibn Əffan hakimiyyətə gəldi.Əvvəlki qadağaların eynilə Osman ibn Əffanın dövründə də davam etməsinə və daha da şiddətlənməsinə baxmayaraq gizlicə tarix və hədis yazmağa davam edirdi. == Xidmətləri == Süleymin qələmə aldığı dövrün tarixi İslamın ən əhəmiyyətli, Peyğəmbərdən (s) sonra ümmət arasında əsrlərdən bəri davam edən fikir ayrılıqlarının mənşəyi sayılacaq dövrdür.Bu cəhətdən də Süleymin kitabı həmin dövrdə baş verən hadisələrə aydın və parlaq işıq salır. Həmçinin Süleymin hədislərin seçilməsinə,dəqiqləşdirilməsinə xüsusi diqqət göstərdiyi də kitabın mövzularından və baş vermiş hadisələrin əhəmiyyətindən də görünür.Aşağıda hədis kitablarında qeyd edilən,lakin heç bir kitabda Süleymdən əvvəl zikr edilməyən əhəmiyyətli tarixi hadisələr bunlardır: Qədir-Xum hadisəsi; Səqəleyn hədisi; Mənzilət hədisi; Səfinə(Nuhun gəmisi) hədisi; Hittə qapısı hədisi; Kövsər hovuzu hədisi; Qapıların bağlanması hadisəsi; Kisa hədisi və "Təthir ayəsi"; Mübahələ hadisəsi; Peyğəmbərin(s)yazmaq istədiyi vəsiyyət hadisəsi. == Süleymin kitabı == İslam aləmində Süleymin qələmə aldığı bu kitabdan daha qədimi yoxdur.Birçox tarixi hadisə və həqiqətlər incəliyi ilə Süleymin kitabında öz əksini tapmışdır.Kitabda həmçinin İslam,iman,onun şərtləri və dərəcələri,Allahın höccətləri,Allahın kitabının təfsiri,xilafət və imamət barədə müsəlmanların əqidələri,vilayət,on iki İmamların(ə)şəxsiyyətləri,elmin bəyanı,digər səmavi kitablarda qeyd olunmuş bəzi məsələlər,cənnət və cəhənnəm kimi əhəmiyyətli etiqadi mövzular öz əksini tapmışdır. Bununla yanaşı,xüsusi əhəmiyyət kəsb edən tarixi hadisələr,Peyğəmbərin(s) Bədr,Ühüd,Xeybər,Xəndək,Hüneyn,Təbuk kimi savaşlarından,Hüdeybiyyə sülhü və Məkkənin fəthi hadisələrindən,İmam Əlinin(ə) rəhbərliyi altında baş vermiş Siffin, Nəhrivan və Cəməl savaşlarından geniş bəhs edilir.Həmçinin İslam tarixinin xilafət məsələləri,səhabələrin şəxsiyyəti və.s məsələlər oxucuya həmin dövr barədə geniş təəssürat bəxş edir. Süleymin kitabının elmi dəyəri İmamlar(ə) və eləcə də bir çox alimlər tərəfindən təsdiq edilmişdir.Həmçinin Süleym bin Qeys`in İmam Əli(ə),İmam Həsən(ə),İmam Hüseyn(ə),və İmam Əli ibn Hüseyn Səccadın(ə) xas səhabələrindən və yaxın dostlarından biri olması da bu kitabın doğruluğunu təsdiq edən dəlillərdən biridir. Belə ki İmam Cəfər Sadiq(ə) buyurur: "Bu kitab şiənin əlifbası və Muhəmməd ailəsinin sirlərindən bir sirdir".
Qusey Hüseyn
Qusey Səddam Hüseyn Əl-Tikriti ( 17 may 1966 , Bağdad - 22 iyul 2003 , Mosul ) Səddam Hüseynin kiçik oğludur.Keçmiş kəşfiyyat rəisi və Respublika Qvardiyasının komandiri.O və qardaşı Udey Hüseyn 2003-cü ildə ABŞ hərbçilərinin keçirdiyi əməliyyat zamanı öldürülüb. == Erkən illəri == Kusey Hüseyn 1966-cı il mayın 17-də Bağdadın əl-Kərç rayonunda İraqın gələcək prezidenti Səddam Hüseynin ailəsində anadan olub. 16 yaşında Kusey general Maher Abdel-Rəşidin qızı Səhərlə evləndi. O, Bağdad Universitetinin hüquq fakültəsinə daxil olmuş,1987-ci ildə onu fərqlənmə diplomu ilə ixtisasını bitirmişdi. == Varis == === İlk addımları === Kuseynin cəmi 22 yaşı olanda Səddam onu ​​1988-ci ilin əvvəllərində Rumıniya Sekuritatı kimi yaradılmış Amn əl-Has xüsusi təhlükəsizlik xidmətinin direktor müavini təyin etdi . Güman edilir ki, 1991 -ci ildə ölkənin cənubunda şiə üsyanlarının yatırılmasına məhz Kusey rəhbərlik edib və ölkənin cənubundakı bataqlıqların qurudulması ideyasını ortaya atıb . " Bataqlıq ərəbləri " etnik qrupu min ilə yaxın yaşadı - ümumi meliorasiya bu xalqı tamamilə məhv etdi. Qusay böyük qardaşından daha sakit xasiyyəti ilə fərqlənirdi, bunun sayəsində o, atasının sirdaşı və ehtimal olunan varisi hesab olunurdu: yalnız o və İraq prezidentinin şəxsi katibi Abed Həmid Mahmud Səddamın yerini həmişə bilirdi. Səddam Hüseynin yüksək rütbəli zabitləri ilə görüşlərində Kusey həmişə iştirak edir, atasına hörmət və itaət əlamətləri göstərirdi. Bütün məclislərdə kiçik oğlu Səddamın yanında otururdu.
Hüseyn
Hüseyn — Daha çox islam dünyasında yayılmış kişi adı. Bu adı olan tanınmış şəxslərHüseyn ibn Əli — tam adı Hüseyn ibn Əli ibn Əbu Talib olan imam. Hüseyn adlı ilk şəxs. Hüseyn Arabul — Hüseyn Avni Qarslıoğlu — Hüseyn Həsənov (alim) —Hüseyn HüseynovHüseyn Hüseynov (alim) — Hüseyn Hüseynov (professor) — Hüseyn Hüseynov (şair) —Hüseyn Kıvrıqoğlu — Hüseyn Qabulov — Hüseyn Qafarov —Hüseyn QuliyevHüseyn Quliyev (general-mayor) — Hüseyn Quliyev (səfir) —Hüseyn Sözlü — Hüseyn Talıbov — Hüseyn Yusubov — Hüseyn bəy Şərifbəyov — Hüseyn ibn Ruh Nobəxti — Hüseyn İbrahimov (neftçi) — Hüseyn Əli Hüseynov — Hüseyn Arac — Hüseyn Vaiz Kaşifi — Hüseyn Xəlilov (alim) — Hüseyn ağa Sarıcalı-Cavanşir — Hüseyn bin Abdullah — Hüseyn Hüsnü Paşa — Hüseyn Həmadani — Hüseyn Mamə (Bükan) — Hüseyn Nadim Naxçıvani — Hüseyn Zeynalov (alim) — Hüseyn Ələkbərov — Hüseyn Azəri — Hüseyn Səhhaf — Hüseyn bəy Ququşov — Hüseyn Əbdülhüseynov —Sovet partiya və dövlət xadimi, "İşıqlı yol" (indi "Şərurun səsi") qəzetinin baş redaktoru,İkinci Dünya müharibəsinin iştirakçısı. Hüseyn Əsgərov —Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini,professor, Azərbaycan Respublikası Əməkdar müəllim[1]Aşıq HüseynAşıq Hüseyn Şəmkirli — 1811–1891 Aşıq Hüseyn Bozalqanlı — 1868–1941 Aşıq Hüseyn Dəmirçi — 1885–? Aşıq Hüseyn Cavan — 1916–1985 Aşıq Hüseyn Saraçlı — 1916–1987DigərHüseyn (Əbyəlil) — Bığlı Hüseyn — Ermənistanda kənd. .
Rusiya
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir.
Rüstəm
Rüstəm və ya Rüstəm Zal (pəhl. Rodastahm, Rostahm; fars. رستم‎) — Fars xalq dastanının əfsanəvi qəhrəmanı, Firdovsinin "Şahnamə"sinin əsas personajlarından biri. == Ənənə == Firdovsinin "Şahnamə"sində pəhləvan Rüstəm (və onun oğlu Zöhrab) haqqında şeir ümumi həcmin üçdə birindən çoxunu tutur. Rüstəm Siyavuş və İsfəndiyarla birlikdə "Şahnamə"nin əsas epik qəhrəmanlarıdır. Rüstəm obrazını yaradarkən Firdovsi üçün əsas material sak və soqdların qəhrəmanlar haqqında əfsanələr silsiləsi olmuşdur. Rüstəm və Zöhrab haqqında əfsanənin osetin (Nart), alman və kelt qəhrəmanlıq əfsanə və mifləri ilə çox oxşar cəhətləri var. Rus folklorunun personajı Yeruslan Lazareviçin adı və iştirak etdiyi bəzi süjetlər Zalın oğlu Rüstəmə gedib çıxır. == İstinadlar == == Əlavə ədəbiyyat == Фирдоуси А., «Шах-Наме. Критический текст», т.т.1-9, Москва 1960-71 Бертельс Е. Э. «История персидско-таджикской литературы.
Rusizm
Raşizm və ya Rusizm (rus. рашизм, ; "Russia" və "Faşizm" sözlərinin birləşməsindən yaranmış mürəkkəb söz) — iddia edilir XXI əsrin I yarısında Rusiya dövlət siyasətinə çevrilmiş, rus xalqınınideyasına əsaslanan faşist xarakterli siyasi idealogiya və təcrübə. Termin, həmçinin "Böyük Rusiya" və aqressiv hərbi ekspansiya ideyalarına əsaslanan Rusiya militarizmini ifadə etmək üçün işlədilir. == Tarixi == === Cövhər Dudayev === Rusiyanın Çeçenistanda hərbi fəaliyyətini ultrasağ ideologiyanın təzahür və çiçəklənməsi kimi qiymətləndirən Çeçen İçkeriya Respublikasının Prezidenti Cövhər Dudayev 1995-ci ildə bu fəaliyyəti təsvir etmək üçün "rusizm" (rus. русизм ) terminini işlədir. Dudayevə görə "rusizm" — əsasında Böyük Rus şovinizmi dayanan nifrət ideologiyasıdır. Onun fikrincə "rusizm"i faşizm və rasizmdən fərqləndirən əsas xüsusiyyəti insan və təbiətə qarşı həddindən artıq qəddarlıq nümayişidir. İdeyanın əsasında qarşıya çıxan hər şeyin məhv edilməsini ehtiva edən yandırılmış torpaq taktikası durur.
Rüsum
Rüsum (ərəb. "rəsm", "vergi", "gömrük", "kirayə haqqı") — orta əsrlərdə bir sıra Şərq ölkələrində, o cümlədən Azərbaycanda, ümumiyyətlə vergi, gömrük mənasında işlədilmiş termin. Bəzən rüsumat da adlandırılmışdır.
Rusya
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir.
Pyrethrum roseum var. roseum
Tanacetum coccineum (lat. Tanacetum coccineum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3 cd. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 35-50 (80) sm hündürlükdədir. Aşağı yarpaqları uzun saplaqlı, ayası uzunsov, ikiqat lələkvari xırda, xətti, sivri hissəciklərə bölünmüşdür. Yuxarı yarpaqları oturaq, kiçilmiş, ensiz xətti hissəciklərə bölünmüşdür. Səbətləri tək-tək, iridir. Sarğı 15–20 mm enində, yarpaqcıqları üçbucaqlı-lansetvari, enli, çox tünd rəngli zarlı kənarlıdır.
Abbas Hüseyn
Abbas Hüseyn(XIX əsrin sonu-XX əsrin əvvəli) — XX əsrin əvvəlində Tiflis şəhərində fəaliyyət göstərmiş azərbaycanlı rəssam. Rəsmləri əsasən 1903–1923 illərində yaradılmışdır. Əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır. == Rəsmləri == == Mənbə == Çingiz Fərzəliyev. Azərbaycan rəngkarlığı (antologiya).
Allium roseum
Çəhrayı soğan (lat. Allium roseum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Armavir (Rusiya)
Armavir — Rusiya Federasiyasının cənubunda, Krasnodar diyarında şəhər. Şəhər Krasnodar diyarının cənubunda, Krasnodar şəhərindən 202 km məsafədə yerləşir. Moskvadan isə 1400 km-lik məsafə ayırır. Şəhər ətraf kəndlərlə birgə Armavir şəhər dairəsinə daxildir. Önəmli dəmiryol qovşağı hesab olunur. Şəhərdə Armavir-Rostov və Armavir-Tuapse Şimali Qafqaz dəmiryol stansiyasiyaları fəaliyyət göstərir. == Ümumi məlumat == 1839-cu ildə çərkəz erməniləri (çerkesoqaev) Urup çayının mənsəbinə yaxın ərazidə yerləşdirildi. Bu tarix rəsmən Armavir şəhərinin əsasının qoyulması ili hesab olunur. Aul üç tərəfdən eni 2,5 metr olan dərin yarğanla əhatələnmişdir. Digər tərəfdən ərzini Kuban çayı əhatə edir.
Artıkoğlu Hüseyn
== Həyatı == Hüseyn Artıkoğlu 1950-ci il oktyabrın 5-də Başkeçid rayonunun Qəmərli kəndində anadan olmuşdur. 1967-ci ildə Marneuli 1 saylı Azərbaycan orta məktəbini bitirib və həmin ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinə daxil olmuşdur. Həmin institutu 1973-cü ildə bitirərək Sənaye və Mülki Tikinti ixtisası üzrə inşaatçı-mühəndis peşəsinə yiyələnmişdir. 1971-1977-ci illərdə "Azdövlətlayihə" institutunda texnik, mühəndis, qrup rəhbəri və baş konstruktor vəzifələrində çalışmışdır. 1977-1980-ci illərdə Moskvada V.A.Kuçerenko adına İKMETİ-nin aspirantı olmuşdur. 1981-ci ildən texnika elmləri namizədidir. 1981-1984-cü illərdə Bakının layihə institutlarında çalışmışdır. 1984-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Dəmir-beton (indi İnşaat) konstruksiyaları" kafedrasının dosentidir. 1988-cu ildə xalq hərakatına qoşularaq Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biridir. 1988-ci ildən "Birlik" cəmiyyətinin təsis qrupunun üzvü, 22 yanvar 1990-cı ildən "Birlik" partiyasının sədri olmuşdur.
Aşıq Hüseyn
Hüseyn adında aşıqlar çox olduğundan aşağıdakı siyahıdan dəqiqləşdirmək olar. Bir çox kitablarda hətta onların şeirləri belə qarışıq salınır. Aşıq Hüseyn Şəmkirli — 1811–1891 Aşıq Hüseyn Bozalqanlı — 1868–1941 Aşıq Hüseyn Dəmirçi — 1885–? Aşıq Hüseyn Cavan — 1916–1985 Aşıq Hüseyn Saraçlı — 1916–1987 Aşıq Hüseyn — ?–? Yağləvənd oymağının aşığı.
Bor (Rusiya)
Bor — Rusiya Federasiyasının Nijeqorod vilayətində şəhər.
Brickellia rusbyi
Brickellia rusbyi (lat. Brickellia rusbyi) — mürəkkəbçiçəklilər fəsiləsinin brickellia cinsinə aid biki növü.
Bölünməz Rusiya
"Vahid, bölünməz Rusiya" — Paris Sülh Konfransında sülh danışıqlarının gedişatına təsir edən, yeni yaranmış bir çox dövlətlərin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına mane olan əsas problem. == Arxa plan == Rusiyada bolşeviklərin hakimiyyəti ələ almasından sonra bir çox keçmiş çar generalı yeni hökuməti tanımadığını elan etdi. Nəticədə Rusiya vətəndaş müharibəsi başladı. Anton Denikin, Kolçak və s . kimi məşhur generalların başçılıq etdiyi bu müharibə müddətində 1919-cu ildə çar generalları mühüm qələbələr qazandılar. Avropada belə bir təsəvvür yarandı ki, Ağ qvardiyaçılar bolşevik hakimiyyətini devirəcəkdir. Bu səbəbdən də keçmiş Rusiya imperiyası ərazisində yaranmış yeni respublikalara qarşı münasibətlərini dəyişdilər. İngilis komandanı General Tomson Bakıya daxil olarkən bunu öz nitqində açıq-aşkar bildirmişdi: Lakin artıq 1920-ci ildə generalların bolşeviklərə qarşı uğur qazana bilməyəcəkləri bəlli oldu. Yalnız bundan sonra yeni yaranmış respublikaların tanınma prosesi başlandı. "Vahid, bölünməz Rusiya" problemindən əziyyət çəkən yeni yaranmış dövlətlərdən biri də Azərbaycan Xalq Cümhuriyyəti olmuşdur.
Bığlı Hüseyn
Bığlı Hüseyn, Bığlı Hüseyn Saraclı, Bığlı — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Kəndin adı erməni mənbələrində Beqli Hüseyn, Bexlu formalarında da göstərilir. Kənd Kəvər (Kamo) rayonunun 22 km şimal-qərbində, Göyçə gölünün şimal-qərbində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930 - cu ildə Axta (Razdan) rayonunun ərazisinə daxil idi. Toponim Bığlı Hüseyn antroponimi ilə qazax tayfalarından biri olan saraclı etnonimi əsasında əmələ gəlib «Saraclı tayfasından olan Bığlı Hüseynə mənsub kənd» mənasını bildirir. Mürəkkəb quruluşlu etnotoponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 356 nəfər, 1886-cı ildə 505 nəfər, 1897-ci ildə 645 nəfər, 1908-ci ildə 658 nəfər, 1914 - cü ildə 846 nəfər, 1916-cı ildə 768 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri ermənilər tərəfindən qətlə yetirilmiş və vəhşicəsinə qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sağ qalan sakinləri geri dönmüşdür.
Bəni-Rüstəm
Bəni-Rüstəm — Rüstəm övladı sülaləsi Bəni-Rüstəm Əlcəzairdə hakimiyyət qurmuş kiçik bir sülalə olmuşdur. Bəni-Rüstəm dövləti 755-ci ildə Abbasilərin valisi Rüstəm tərəfindən təsis edilmiş və 909-cu ilədək davam etmişdir.
Can Rüstəm
Can Rüstəm (erm. Յան Ռուստամ) — erməni rəssamı. Can Rüstəmin yunan və ya osmanlı mənşəyli olması barədə də bəzi ehtimallar vardır. Rüstəm həyatının əsas illərini Reç Pospolita dövlətində yaşayıb, yaratmışdır. Vilna və Vilnüs universitetlərində dərs demiş və sonuncu universitetin professoru seçilmişdir. Can Rüstəm 1762-ci ildə Osmanlı imperiyasının mərkəzi hesab olunan İstanbul şəhərində anadan olmuşdur. Uşaq yaşlarından kimsəsiz böyüməyə başlamışdır və bir gün Adam Kazimersk tərəfindən kəşf edilmiş, onun himayəsinə alınmışdır. Kazimersk öz şagirdini Varşava şəhərinə gətirmiş və burada dönəmin mühüm rəssamlarından dərs almasını təmin etmişdir. Can Rüstəm 1788–1790-cı illərdə Almaniyaya səfər edir və bu səfərləri zamanı masonluğu qəbul edir. İki ildən sonra isə o, Reç Pospolitanın siyasi mərkəzi olan Varşava şəhərinə daha sonra isə Vilnaya köçür.
Caprifolium roseum
Yapon doqquzdonu (lat. Lonicera japonica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiya, Koreya və ya Çində yayılmışdır. == Botaniki təsviri == Ətirli yarımhəmişəyaşıl lianadır. Yapon doqquzdonu çox tez böyüyür və çoxlu miqdarda zoğlar əmələ gətirir.2 ildən bir iyun-iyul aylarında bol və uzunmüddətli çiçəkləyir. Onun çiçəkləri ağ, al-qırmızı çalarlı və ətirli olur. Zərif yarpaqlı, qızılı-sarı naxışlı formaları vardır. == Ekologiyası == Quraqlığa davamlıdır, münbit torpağı sevir. == Azərbaycanda yayılması == Böyük Qafqazda və Kür-Araz ovalığında rast gəlinir. == İstifadəsi == Yol kənarlarında istifadəsi məqsədyönlüdür.
Carex rusbyi
Carex vallicola (lat. Carex vallicola) — cilkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Chenopodium roseum
Atriplex rosea (lat. Atriplex rosea) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Sinonimləri == Atriplex alba Scop. Atriplex albicans Besser Atriplex arenicola Hauman Atriplex arenicola var. albescens Hauman Atriplex argentea Schrad. ex Moq. Atriplex axillaris Ten. Atriplex besseriana Schult. Atriplex foliolosa Link Atriplex foliosa Guss. Ex Nyman Atriplex graeci Tineo Atriplex monoica Weigel Atriplex monoica Moench Atriplex polysperma Ten.
Chrysanthemum roseum
Tanacetum coccineum (lat. Tanacetum coccineum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3 cd. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 35-50 (80) sm hündürlükdədir. Aşağı yarpaqları uzun saplaqlı, ayası uzunsov, ikiqat lələkvari xırda, xətti, sivri hissəciklərə bölünmüşdür. Yuxarı yarpaqları oturaq, kiçilmiş, ensiz xətti hissəciklərə bölünmüşdür. Səbətləri tək-tək, iridir. Sarğı 15–20 mm enində, yarpaqcıqları üçbucaqlı-lansetvari, enli, çox tünd rəngli zarlı kənarlıdır.
Delphinium roseum
Delphinium purpusii (lat. Delphinium purpusii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü.
Dendrochilum roseum
Dendrobium crepidatum (lat. Dendrobium crepidatum) — səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == Dendrochilum roseum Dalzell (1852) Dendrobium lawianum Lindl. (1859) Callista crepidata (Lindl. & Paxton) Kuntze (1891) Callista lawiana (Lindl.) Kuntze (1891) Dendrobium actinomorphum Blatt. & Hallb.