Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mehmed Sadəddin Əfəndi
Mehmed Sadəddin Əfəndi (1798, Konstantinopol – 6 avqust 1866, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == 1798-ci ildə İstanbulda dünyaya gəldi. XVI əsrin tanınmış tarixçisi və şeyxülislamı Hoca Sadəddin Əfəndinin nəslinin nümayəndəsidir. Atası müdərris Əbdülhəmid Əfəndidir. Atasından və dövrün mühüm alimlərindən təhsilini tamamladıqdan sonra qazı oldu və Anadolunun bir çox vilayətlərində xidmət etdi. Aydındakı xidmət illərində yerli əyanlarla yaşadığı münaqişə səbəbilə bir müddət Kütahyaya sürgün edildi. Ancaq çox keçmədən bağışlandı və Manisaya təyin edilərək uzun müddət burada xidmət etdi. 1841-ci ildə dövlətin daxilində aparılan struktur dəyişikliyi əsnasında vəzifədən alındı və İstanbula qayıtdı. Bir müddət sonra Maliyyə nazirliyində katib vəzifəsinə təyin edildi. Uzun illər müxtəlif nazirliklərin nəznində xidmət etdikdən sonra 1856-cı ildə Anadolu qazəsgərliyinə namizəd seçildi.
Sadəddin Məmmədov (gizir)
Sadəddin Məmmədov - () - Azərbaycanlı şəhid. == Həyatı == Məmmədov Sadəddin Zirəddin oğlu 20 dekabr 1965-ci ildə Tovuz rayonunda anadan olmuşdur. Tovuz rayon Puşkin adına orta məktəbi bitirdikdən sonra 1983-1985-ci illərdə Almaniyada hərbi xidmətdə olmuş, Gürcüstanın Rustavi şəhərində islah əmək koloniyasında gizir işləmişdir. O, 1988-ci ildə ailə qurmuş, 2 qız övladları dünyaya gəlmişdir. == Hərbi xidmət == Sadəddin Məmmədov 1991-ci ildə Gəncə şəhərinə qayıtmış, 703 saylı hərbi hissənin tərkibində gizir kimi hərbi fəaliyyətini davam etdirmişdir. O, Gəncə batalyonunda könüllü olaraq cəbhəyə yollanmış, Ağdərə istiqamətində vuruşmuş, tez bir zamanda döyüş bacarığı ilə şəxsi heyət arasında böyük hörmət qazanmışdır. Məmmədov Sadəddin Zirəddin oğlu 20 iyul 1992-ci ildə Ağdərinin Madarkert kəndində həlak olmuş, 21 iyul 1992-ci ildə Tovuzun Tatdar qəbiristanlığında dəfn olunmuşdur. Şəhidin ruhuna hörmət əlaməti olaraq Tovuz şəhərindəki küçələrdən biri Sadəddin Məmmədovun adını daşıyır.
Sadəddin Əbulqasim Təbrizi
Sadəddin Mahmud Əbülqasım oğlu Təbrizi — Azərbaycan da doğulmuş məşhur sufi,övliya == Həyatı == XI əsr yazılı abidəsi olan «Qabusnamə»də gənc əxi cavanmərdlərin və sufilərin davranışlarına ayrıca fəsil həsr olunmuşdu. XII əsrdə mütəfəkkir, «kəmala çatmış arif, təriqət mürşidi və gerçəklik rəhbəri» olan Sadəddin Mahmud Əbülqasım oğlu Təbrizi də əxi idi.
Safdil Qreqin gündəliyi
Safdil Qreqin gündəliyi (ing. Diary of a Wimpy Kid) — amerikalı yazıçı və karikaturaçı Cef Kinni tərəfindən yaradılmış uşaq kitabı seriyası və media franşizası. Kitab həyatını gündəlikdə təsvir edən orta məktəb şagirdi Qreq Hefflinin hekayəsindən bəhs edir.Kinni kitabı nəşriyyata təqdim etməzdən əvvəl üzərində səkkiz il işləmişdi. Kitab nəşr olunmazdan əvvəl ilk olaraq 2004-cü ildə FunBrain ilə əməkdaşlıqla onlayn versiyası buraxıldı. Bu onlayn versiya 2004-cü ilin sentyabrından 2005-ci ilin iyununa qədər gündəlik buraxılışlardan ibarət idi və 2009-cu ilə qədər 20 milyona yaxın baxış əldə edərək əhəmiyyətli dərəcədə populyarlıq qazandı.Onlayn oxucuların çap versiyasına artan tələbi ilə əlaqədar olaraq, Kinni 2006-cı ilin fevralında Nyu-Yorkda keçirilən comic-con zamanı Abrams Books ilə müqavilə imzaladı. Diary of a Wimpy Kid seriyasındakı ilk kitab 2007-ci ilin aprelində işıq üzü gördü və dərhal uğur qazandı. Time jurnalı Kinnini tanıdı və onu 2009-cu ilin aprelində Time 100 siyahısında ən nüfuzlu insanlardan biri adlandırdı.O vaxtdan bəri seriyanın cəmi on yeddi kitabı buraxıldı. Həmçinin, Rowley Jefferson personajından bəhs edən spin-off seriyasının 2021-ci ilə qədər üç kitabı var. 20th Century Studios kino şirkəti 2010-cu ildən 2017-ci ilə qədər kitab əsasında çəkilmiş dörd film istehsal etdi, bununla yanaşı 2020-ci illərin əvvəllərində iki animasiya filmi də çəkdi. The Diary of a Wimpy Kid kitabları onlayn versiyanın buraxılmasından sonra müsbət rəylər aldı və xeyli kommersiya uğuru qazandı.
Alilikdə sadəlik... Heydər Əliyev (film, 2018)
== Məzmun == Film Azərbaycan Ümummilli Lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunub. Filmdə taleyinə Ulu Öndərlə görüşmək imkanı düşən sadə xalq nümayəndələrinin maraqlı xatirələri və bununla bağlı olduqca maraqlı arxiv materialları əks olunub. Film Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə hazırlanıb. == Filmin yaradıcı heyəti == Bədii rəhbər və ssenari müəllifi: Eldar İsgəndərzadə Rejissor: Vasif Məmmədzadə Operator: Elşən Rafiqoğlu Səs operatoru: Yaşar Əliyev Səs rejissoru: Orxan Rəcəbli Filmi səsləndirdi: Nurəddin Mehdixanlı, xalq artisti Montaj rejissoru: İsmayıl Musayev Assistent: İbrahim Ağazadə Aparıcı prodüser: Mehman Məmmədov Baş prodüser: Rauf Rəcəbov == Filmdə iştirak edənlər == Amil Həsənoğlu — Prezident təqaüdçüsü. Roza Tağıyeva — Xalq artisti. Həsrət Əsədov — əmək adamı. Tuqay Rzayev — məcburi köçkün. Aygün Rzayeva — məcburi köçkün. Xanış Şahiyev — sadə zəhmət adamı. Güləli Fərziyev — ehtiyatda olan zabit.
Şərədil
Şərədil – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Şərədil kəndi Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şərədil kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Şoradil variantında da qeydə alınmışdır. Kənd eyniadlı yaylanın adını daşıyır. XIX əsrin sənədlərində Şamaxı qəzasının Qoşun sahəsində Şərədil adlı kənd (28 ailə, 244 nəfər) qeydə alınmışdır. Adı isə şora (şoranlaşmış) və dil (quru torpaq zolağı) komponentlərindən düzəlib, "şoranlaşmış quru torpaq zolağı" mənasındadır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Ləngəbiz silsiləsinin Şərədil yaylasında yerləşir. == Əhalisi == Kənd əhalisi 590 nəfərdir ki, onun da 281 nəfəri kişi, 309 nəfəri isə qadınlar təşkil edir. == İqtisadiyyatı == Kənddə 147 təsərrüfat var. Kənddə beşulduzlu "Şamaxi Palace Platinum By Rixos" oteli fəaliyyət göstərir.
Samedik (film, 2017)
Samedik filmi rejissor Sahil Nəzərov tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Arı Productionda istehsal edilmişdir. Bütün hadisələr mafiya dəstəsinin iki ağıldan kəm üzvünün oğurladıqları hard diski yoldan təsadüfən keçən Samedik adlı uşağın önünə atmaqla başladı. Əsas rolları Səməd Səfiyarov, Səbinə Əliyeva, Elsəvər Mehdizadə, Elşən Hacıbabayev, Nizami Həsənli, Ataş Hüseyn, Sayqa Cahid və Pərvanə Talıbzadə ifa edirlər. == Məzmun == Bütün hadisələr mafiya dəstəsinin iki ağıldan kəm üzvünün oğurladıqları hard diski yoldan təsadüfən keçən Samedik adlı uşağın önünə atmaqla başladı. Hard diski götürən Samedik özü də bilmədən özünü böyük bir tələyə saldı. Qağa adlı mafiya başçısı ağıldan kəmlərin bu işdə onu yarıtmayacaqlarını başa düşərək işə özü əl atdı. Çarəsiz qalan Samedikin köməyinə isə onun partizan babası çatır. Babanın varlığından xəbər tutan Qağa yol alır babanın dədə — baba yurdu olan Novxanıya. Qalan əhvalatlar da Novxanı kəndində cərəyan edir.
Hadel Əl-Saedi
Hadel Əl-Saedi (13 yanvar 2001) — İraqlı qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda İraqı təmsil edir. Hadel Əl-Saedi İslam Həmrəyliyi Oyunlarında iştirak etmişdir. Son dəfə 2017 İslam Həmrəyliyi Oyunlarında mübarizə aparmışdır.