Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sufrilik
Sufrilik — xariciliyin təriqətlərindən biridir. Digər təriqət və məzhəblərdən fərqli olaraq, sufrilər dinsizlərin və xaricilərin təşkil etdiyi üsyanlarda fəal iştirak etməyən şəxslərin və onların ailə üzvlərinin qətlə yetirilməsinin əleyhinə çıxırdılar. Hər bölgənin öz imamı olmasını qəbul edən sufrilər Xilafətə qarşı mübarizə aparan, özünəməxsus ehkam və ayin, habelə siyasi tələblər ilə çıxış edən qüvvəyə çevrilmişdilər.
Dirilik (jurnal)
Dirilik — Azərbaycan türklərinin milli varlığını qoruyub saxlamaq uğrunda mübarizə aparan jurnal. 1914-cü il sentyabr ayının 16-dan 1916-cı ilin ortalarına kimi çap olunmuş siyasi türk məcmuəsi. == Fəaliyyəti == "Dirilik" jurnalı 1914-cü ilin sentyabr ayının 16-da mətbuat fəaliyyətinə başlamışdır. Bu jurnal Mirzə Bala Məmmədzadənin yazdığı kimi, həm də siyasi bir türk məcmuəsi idi. 1914-cü ildə 8, 1915-ci ildə 9, 1916-cı ildə isə 7 nömrəsi çap olunmuşdur. 1916-cı ilin ortalarında nəşri dayandırılmışdı. Məcmuənin sahibi-imtiyazı Əbülfəzl Mətləbzadə, müdiri isə Əliabbas Müznib idi. Məhəmməd Əmin Rəsulzadənin, Kazımoğlunun, Əbdülxalıq Cənnətinin, Əli Səttarlı, Cəfər Cabbarlının, Əliağa Vahidin iştirak etdiyi bu məcmuədə ədəbi nümunələr də oxuculara çatdırılırdı. Mətbuat tarixinin araşdırıcıları "Dirilik" jurnalını ədəbi-məfkurə mərkəzlərindən biri hesab edirlər. Cümhuriyyət ideyasının müəlliflərindən olan Məhəmməd Əmin Rəsulzadənin milli şüur konsepsiyasının proqramı olan "Dirilik nədir?" adlı məşhur əsəri də bu jurnalda çıxmışdır.
Dirilik Suyu (1991)
Dirilik suyu (film, 1991)
Şivlik
Şivlik — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Günəhir kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Şivlik kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.