Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəxtəvər soxulcan
Bəxtəvər soxulcan — 2011-cü ildə çəkilən orijinal Disney Channel filmidir.
Soxulcan dəliyi
Soxulcan dəliyi və ya Eynşteyn-Rozen körpüsü, Natan Rozen və Albert Eynşteyn tərəfindən irəli sürülmüşdür. Soxulcan dəliyi əslində kosmos zamanın nöqtə dizaynı və zamanda bir qısa yol olan nəzəri topolojik bir xüsusiyyətidir. Ümumi olaraq ağ dəliklər və qara dəliklər arasındakı keçidə soxulcan dəliyi deyilməkdədir. Bir soxulcan dəliyinin bir boğaza bağlı ən az iki çıxışı vardır. Əgər soxulcan dəliyindən keçmək mümkündürsə, maddə soxulcan dəliyinin girişindən keçib çıxışından çıxa bilər. Soxulcan dəliyi adı fenomeni açıqlamaqda istifadə olunan analogiyadan gəlir. Əgər bir soxulcan bir almanın üzərində səyahət edirsə, bütün almanın ətrafını gəzmək yerinə içindən keçərək bir kəsə yol tapmış olur. Soxulcan dəliyinin mərkəzi (ortası) dayanacaq nöqtəsidir, yəni oraya keçərkən spagettiləşmə deyilən bir hadisədən sonra ilişərsəniz və ulduzların bir ömrü bitirməsini 10 saniyə içində görə bilərsiniz. Oradan çıxmaq üçün işıqdan sürətli olmalısınız. Çıxa bilməsəniz qara dəlik yox olarkən enerji və ya qaz kütləsinə çevrilərsiniz.
Soxulcan proqramlar
Soxulcan proqramlar və ya Kompüter soxulcanları (Worms) — virus proqramlarının növlərindən biri. Soxulcan proqram digər viruslardan fərqli olaraq müstəqil proqramdır. Bu proqram virus proqramı kimi öz-özünə çoxalır və lokal və qlobal şəbəkələrdə yayılaraq bir kompüterdən digərinə köçürülür. 2009-cu ilin yanvar ayında "Conficker" adlı şəbəkə soxulcanı Microsoft Windows əməliyyat sistemi ilə işləyən 15 milyon şəxsi kompüteri zədələmişdir. Virus-soxulcanlar bir neçə katerqoriyaya bölmək olar: Poçt "soxulcanları" (email-worms), IM-Worm – internet-peydjerlər vasitəsilə yayılan soxulcanlar, IRC-Worm(IRC-kanal "soxulcanları"), P2P-Worm (faylmübadilə şəbəkələrinin virusları), Net-Worm (digər şəbəkə "soxulcanları") kimi qruplaşdırılan soxulcan viruslar mövcuddur. == Poçt "soxulcanları" == Poçt "soxulcanları"-email-worm- bu növ virus-soxulcanaları bir qayda olaraq elektron poçt vasirtəsi ilə yayılır. Bu zaman virus oz kodunu elektron məktuba əlavə kimi yaxud hansısa şəbəkə resursuna muraciət formasında yayır. Birinci halda virus məktubu açarkənç ikinci halda şəbəkə resursunda yerləşən faylı açarkən aktivləşir. == IM-Worm == IM-Worm — internet-peydjerlər vasitəsilə yayılan soxulcanlar- belə viruslar peydjerlərin (MSN, İCQ və sair) kontak siyahısındakı ünvünları əldə etmək və bu ünvanlara yoluxmuş məktublar yollamaqla çoxalırlar.
Satışa qoşulmaq hüququ
Satışa qoşulmaq hüququ (ing. Tag-along right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. “Birgə satış” və "təqib hüququ" kimi də adlandırılır. Satışa qoşmaq hüququnun əksidir. ABŞ-də riskli kapital investorları investisiyadan “çıxmaq” üçün bir sıra hüquqi “alətləri” istifadə edirlər. Əsas üç üsul geri satınalma (ödəmə) hüququ, satışa qoşulmaq hüququ, satışa qoşmaq hüququ (ing. Drag-along right). Azərbaycan Mülki Məcəlləsi qeyd edilən mexanizmlərin istifadəsinin mümkünlüyü barədə bir fikir söyləmir. Satışa qoşulmaq hüququ imkan verir ki, səhmdar(lar) öz səhmlərini üçüncü şəxsə satdığı halda investor öz (imtiyazlı) səhmlərini səhmdar(lar) ilə birgə satsın. Az sayda səhmlərə sahib olan investorlar üçün bu metod investisiyadan çıxış üçün əlverişli ola bilər.
Bəxtəvər soxulcan (film, 2011)
Bəxtəvər soxulcan — 2011-cü ildə çəkilən orijinal Disney Channel filmidir.
Şimali Vyetnamın Laosa soxulması
Şimali Vyetnamın Laosa soxulması — Vyetnam Demokratik Respublikasının (VDR) 1958–1959-cu illərdə Laos ərazisində hərbi fəaliyyətləri. VDR Laos krallığına qarşı döyüşmək üçün Patet Laonu dəstəkləmişdi. Laos üzərində nəzarət Vyetkonq (CVMAC) və VXO-nun (Şimali Vyetnam Ordusu) Vyetnam Respublikasında fəaliyyətlərinin gücləndirilməsi üçün əsas təchizat marşrutu kimi xidmət edən Ho Şi Min cığırının tikintisinə imkan yaratmışdı. Beləliklə, Patet Laoya Şimali Vyetnam tərəfindən Laos krallığına qarşı döyüşmək üçün verilən dəstək 1975-ci ildə Cənubi Vyetnam üzərində kommunistlərin son qələbəsində həlledici olmuşdu. Əgər bunlar sadəcə Vyetnam silahsızlaşdırılmış zonasında baş tutsaydı, Cənubi Vyetnam və ABŞ qüvvələri hər hansı CMVAC və VXO hərəkatının qarşısını ala bilərdilər. Həmçinin, bu əməliyyatlar Patet Laonun ABŞ tərəfindən dəstəklənən Laos krallığı üzərində qələbə çalmasına da töhfə vermişdir.