Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sürtünmə
Sürtünmə toxunan cisimlərin nisbi yerdəyişməsi və ya cismin müxtəlif hissələrinin bir-birinə nisbətən yerdəyişməsi zamanı yaranan mexaniki müqavimət. Birinci halda sürtünmə xarici sürtünmə, ikinci halda isə daxili sürtünmə adlanır. Toxunan cisimlər bir-birinə nisbətən sükunətdə olduqda yaranan sürtünməyə sükunət sürtünməsi, hərəkətdə olduqda isə kinematik sürtünmə deyilir. Sürtünmə qüvvəsi- toxunan səthlərin kələ-kötürlüyü və həm də bir-birinə sıxılması nəticəsində meydanə çıxan qüvvədir. Bir cismin digər cisim üzərində hərəkət zamanı yaranan və hərəkətin əksinə yönələn qüvvə sürtünmə qüvvəsi deyilir. Onun 3 növü var: Sükunət Sürüşmə DiyirlənməDüsturu — Fs=μ(mü)×m×g F=m×g μ(sürtünmə əmsalı) — adsızdır, Vahidi yoxdur, toxunan səthlərin növündən, kələ-kötürlüyündən, necə cilalanmasından asılıdır. Fs<N(Həmişə) == Növləri == Sürtünmə qüvvəsinin növləri üç yerə bölünür: === Sükunət sürtünmə qüvvəsi === Sükunət sürtünmə qüvvəsi — cismə toxunan səthə paralel qüvvə təsir edən zaman yaranır və hərəkət etdirmək istəyən qüvvənin əksinə yönələrək onu kompensasiya etdiyindən cisim sürət ala bilmir. Sükunət sürtünmə qüvvəsinin maksimal qiyməti, ədədi qiymətcə cismi sükunət halından çıxaran qüvvəyə bərabərdir. Xarici qüvvə hərəkət nəticəsində meydana çıxan sürtünmə qüvvəsini tarazlaşdırdıqda cisim düzxətli bərabərsürətli hərəkət edir. Təbiətdə və texnikada sürtünmə həm faydalı, həm də zərərli olur.
Coğrafi sürtünmə
Coğrafi sürtünmə — Yer kürəsi hərəkət etdiyi zaman havanın yer səthi ilə yaratdığı sürtünmə. == Sürtünmə qüvvəsi == Atmosferdə hərəkət edən hava Yer səthi ilə təmasda olduqda sürtünmə məruz qalir. Atmosferdə havanın hərəkətinə sürtünmə qüvvəsi mənfi təsir göstərir. O, hərəkəti zəiflədir və hətta onun istiqamətini dəyişir. Hava qaza məxsus özlüyə malikdir. Özlülük iki lay arasında bir-birinə nisbətən sürüşməsinə müqavimət göstərir. Havanın özlülüyü hündürlük artdıqca azalır. Yəni sürtünmə qüvvəsi havada təsir göstərən digər qüvvələrə nisbətən cüzidir. Buna görə də sürtünmə qüvvəsi müşahidə olmayan orta hesabla 1000 m-ə yaxın hündürlük sürtünmə səviyyəsi adlanır. Yer səthindən sürtünmə səviyyəsinə qədər troposferin aşağı qatı sürtünmə layı və planetar sərhəd layı adlanır.
Sürtünmə qüvvəsi
Sürtünmə toxunan cisimlərin nisbi yerdəyişməsi və ya cismin müxtəlif hissələrinin bir-birinə nisbətən yerdəyişməsi zamanı yaranan mexaniki müqavimət. Birinci halda sürtünmə xarici sürtünmə, ikinci halda isə daxili sürtünmə adlanır. Toxunan cisimlər bir-birinə nisbətən sükunətdə olduqda yaranan sürtünməyə sükunət sürtünməsi, hərəkətdə olduqda isə kinematik sürtünmə deyilir. Sürtünmə qüvvəsi- toxunan səthlərin kələ-kötürlüyü və həm də bir-birinə sıxılması nəticəsində meydanə çıxan qüvvədir. Bir cismin digər cisim üzərində hərəkət zamanı yaranan və hərəkətin əksinə yönələn qüvvə sürtünmə qüvvəsi deyilir. Onun 3 növü var: Sükunət Sürüşmə DiyirlənməDüsturu — Fs=μ(mü)×m×g F=m×g μ(sürtünmə əmsalı) — adsızdır, Vahidi yoxdur, toxunan səthlərin növündən, kələ-kötürlüyündən, necə cilalanmasından asılıdır. Fs<N(Həmişə) == Növləri == Sürtünmə qüvvəsinin növləri üç yerə bölünür: === Sükunət sürtünmə qüvvəsi === Sükunət sürtünmə qüvvəsi — cismə toxunan səthə paralel qüvvə təsir edən zaman yaranır və hərəkət etdirmək istəyən qüvvənin əksinə yönələrək onu kompensasiya etdiyindən cisim sürət ala bilmir. Sükunət sürtünmə qüvvəsinin maksimal qiyməti, ədədi qiymətcə cismi sükunət halından çıxaran qüvvəyə bərabərdir. Xarici qüvvə hərəkət nəticəsində meydana çıxan sürtünmə qüvvəsini tarazlaşdırdıqda cisim düzxətli bərabərsürətli hərəkət edir. Təbiətdə və texnikada sürtünmə həm faydalı, həm də zərərli olur.
Dördkürəli sürtünmə maşını
Dördkürəli sürtünmə maşını sənaye - transmissiya yağlarının iş xüsusiyyətlərinin sınaqlarını aparmaq üçün Alman Sənaye Standartı tərəfindən təsdiqlənmiş cihazdır. = Dördkürəli sürtünmə maşını haqqında məlumat və tətbiq sahəsi = Dördkürəli sürtünmə maşını sənaye - transmissiya yağlarının iş xüsusiyyətlərinin sınaqlarını aparmaq üçün Alman Sənaye Standartı tərəfindən təsdiqlənmiş cihazdır. ЧМТ maşını 1933-cü ildə Berlaqe tərəfindən təklif edilmişdir və sürtkü yağlarının laboratoriya şəraitində siyrilmə və yeyilməyə qarşı xassələrini öyrənmək üçün geniş istifadə olunur. Standart 4-kürəli sürtünmə maşını bir kasaya yerləşdirilmiş üç tərpənməyən (sabit) və onların üstündə bir hərəkətli (çevik) polad kürəciklərdən ibarət olan test aparatıdır. Müəyyən sürətlə və verilmiş yüklə üst kürəcik qalan kürəciklərə görə qaynaq olana qədər fırlanır. Sürtunmə maşınlarının çoxunda diametri 12,7 mm olan polad kürəciklərdən istifadə olunur. Dördkürəli sürtünmə maşını bir neçə dəfə modikfikasiya olunmuşdur, lakin sürtünmə konstruksiyası (bir piramida şəklində 4 kürə) dəyişməmişdir. == Dördkürəli sürtünmə maşını necə işləyir? == Dördkürəli sürtünmə maşını əslində maddələrin sürtünmə zamanı yaranan yüklənməyə qarşı qabiliyyətini qiymətləndirən triboloji analizatordur. Sürtkülərin yeyilməyə qarşı xassələri siyrilmə zamanı böhran yükü ilə və yeyilmə ləkələrinin ölçülməsi ilə qiymətləndirilir.
Sürtünmə yolu ilə cinsi münasibət
Sürtünmə yolu ilə cinsi münasibət — cinsi əlaqə olmadan, cinsi partnyorlar tərəfindən bir-birlərini oxşayaraq, ovuşduraraq, yaxud da, bir-birlərinə sürtünərək həyata keçirmiş olduqları sevişmə metodlarından biri. Cinsiyyət orqanlarının stimullaşdırılması öpüşmək, erogen zonalara toxunma və ya bəzən də alt paltarları çıxarmadan fiziki təmasla təmin edilir. Ümumiyyətlə bu metod cinsi təcrübəsi olmayan subay gənclərin üstünlük verdiyi üsuldur.
Sürütmə
Sürütmə — ən qədim yükdaşıma qaydalarından biri. == Ümumi məlumat == Sürünən nəqliyyat vasitəsinin ən bəsit numunəsi olan əl surutməsindən istifadə edilməsi irəliyə doğru mühüm addım olmuşdur. Mütəxəssislər qoşqu heyvanı vasitəsilə sürütmədən istifadə edilıməsi tarixini Eneolit dövrünə aid edirlər. Əsasən Azərbaycanı dağlıq bolgələri ucun xarakterik olan Sürütməni duzəltmək ucun bir neçə iri budağın yoğun başlarını birbirinə bağlayıb, ustunə muxtəlif yüklər (ot, odun, dərz, cırpı) yığırdılar. Sonra sürütməyə bağlanmış zəncirin və ya kağanın digər ucunu öküz qoşulmuş boyunduruğa bağlayırdılar. Öküz sürütməni istənilən yerə dartıb aparırdı. Arabaya çətin qaldırılan və ona yerləşməyən tikinti materiallarını da (kərən, dirək) bu üsulla daşımaq sərfəli olurdu. Yükü ağırlığından asılı olaraq boyunduruğa bəzən 2-5 cütə qədər öküz qoşurdular. Sürütmə qədim qoşqu nəqliyyatını elə növüdür ki, ondan Azərbaycanın dağlıq və meşəətrafı rayonlarında indi də istifadə olunur.
Qırmızıya sürüşmə
Qırmızıya sürüşmə — elektromaqnit şüalanmasının tezliyinin azalması, Dopler effektinin təzahür formalarından biri. Spektrin görünən hissəsindəki xətlərin spektrin qırmızı ucuna doğru sürüşməsi. Başqa tezlikli, məsələn radiotezlikli şüalanmalarda da müşahidə olunur. Qırmızıya sürüşmə termini kosmoloji qırmızıya sürüşmə və qravitasiya qırmızıya sürüşməsi mənasında işlədilir. Kosmoloji qırmızıya sürüşmə bizdən çox uzaq olan mənbələrin (qalaktikalar, kvazarlar və s.) şüalanma tezliyinin azalmasıdır. İlk dəfə 1914-cü ildə müşahidə edilmişdir. Qırmızıya sürüşmə bir neçə qalaktika istisna olmaqla (bunlarda şüalanmanın tezliyi artır, mavi və ya bənovşəyi yerdəyişmə baş verir) bütün qalaktikalarda müşahidə olunur və onun qiyməti bütün tezliklər üçün qalaktikanın müşahidə edildiyi istiqamətdən asılı deyil. Qırmızıya sürüşmə spektr xəttinin tezliyinin nisbi dəyişməsi (z) ilə xarakterizə olunur və qalaktikaya qədər məsafə ilə düz mütənasibidir: Δz=Δλ / λ =Hr / c (Habbl qanunu). Burada, r – qalaktikaya qədər məsafə, c – işıq sürəti, H – Habbl sabitidir (kainatın genişlənmə sürətini xarakterizə edir, ilk yaxınlaşmada istiqamətdən asılı deyil). Qalaktikanın spektrindəki qırmızıya sürüşməni ölçərək Habbl qanununa əsasən həmin qalaktikaya qədər məsafəni təyin etmək olur.
Sürüşmə (1991)
== Məzmun == Film leninçi-bolşevik S.M.Kirovun Bakının ən uca yerində-Dağüstü parkda ucaldılmış möhtəşəm heykəlinin götürülməsi hadisəsi fonunda tarixi yaddaşımızın ağ ləkələrindən bəhs edir. == Film haqqında == Filmdə Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən və kino-foto sənədlərdən istifadə edilmişdir.
Sürüşmə (film, 1991)

Sürtmə (emal növü)
Sürtmə - yağ içərisində narın abrazivlər vasitəsilə çox nazik metal qatı götürnəklə aparılan tamamlama əməliyyatıdır. Emal olunan səth və sürtücü alət kontur boyu bir-biri üzrə hərəkət etdirilir. Bu zaman sürtücü və səth arasında yerləşən abraziv dənəciklər diyirlənərək verilmiş istiqamətdə yönəlirlər. Dənəciklər sürtmə aralığında pəstah və alət gövdəsi arasındakı nisbi hərəkətə uyğun olaraq diyirlənirlər. Hərəkət eyni zamanda yağlayıcı mayenini təsrindən daha da güclənir. Dənəciklərin diyirlənməsi zamanı emal alət və pəstah arasında bir çox deformasiya, ayrılma, kəsmə prosesləri ilə müşayiət olunur. Burada uyğun abarziv material seçimi ilə material kəsilməsini minimallaşdırmaq olur. Sürtmədə tətbq olunan abarziv materialın dənəvərliyi çox kiçik olduğundan sürtkü qatışığında (pasta) vahid həcmə düşən dənəciklərin sayı həddən çox olur. Nəticədə kiçik bir səth çoxlu sayda dənəcik təsirinə məruz qalır. Dənəciyin təsirinin belə yüksək tezliyində səth bərkiyir və onun deformasiyaya qarşı müqaviməti artır.
Rio-de-Janeyroda daşqın və sürüşmə (2011)
Rio-de-Janeyroda daşqın və sürüşmə (2011) — təbii fəlakət 2011-ci ilin yanvar ayında baş vermişdir. Rio-de-Janeyro ştatının Terezopolis, Nova-Friburqu, Petropolis və Sumidoru şəhərləri fəlakətdən daha çox zərər görmüşdü. Daşqın və sürüşmə zamanı ən azı 893 nəfər həlak olmuşdur. Nova-Friburqu rayonunda 424 nəfər, Terezopolisdə 373 nəfər, Petropolisdə 71 nəfər, Sumidoruda 21 nəfər, San Xose do Vale do Rio Pretoda 4 nəfər, Bom Cardimdə 1 nəfər. Braziliya Prezidenti Dilma Rusef ölkədə üç günlük matəm elan etmişdir. Qiymətləndirməyə görə bölgəyə dəyən zərərin 2 milyard Braziliya dolları dəyərində zərər dəymişdir. Fəlakətin əsas səbəbi El-Ninyo hadisəsi olmuşdur.