Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Çoxnövçülük)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qarışıq, çoxnövçülük) — I Avropa Oyunlarında qarışıq cütlüylərin akrobatika gimnastikası idman növünün çoxnövçülük yarışları 19 iyun tarixində baş tutdu. Yarışlar 5 407 tamaşaçı tutumu olan Milli Gimnastika Arenası keçirildi. 8 dövlətin 16 idmançısı yarışların qızıl medalı uğrunda mübarizə apardı. I Avropa Oyunlarının çempionu 89.310 xal toplayan Rusiya Federasiyasının gimnastları Marina Çernova və Georgi Pataraya oldu. Gümüş medalı Belçikalı Yana Vastavel və Solano Kassamajor, bürünc medalı isə Böyük Britaniyalı Anna Baun və Ryan Bartlett qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Balans hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Balans hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 9 ölkənin 11 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 29.760 xal toplayan Rusiya Federasiyası təmsilçiləri qazandı. Gümüş medalı 28.930 xal toplayan Belçikanın təmsilçiləri qazandı. Bürünc medalı isə 28.260 xal toplayan Böyük Britaniya təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Temp hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Temp hərəkətləri) — akrobatika gimnastikası üzrə Bakıda Milli Gimnastika arenasında keçirilən yarışların təsnifat mərhələsi. Təsnifat mərhələsi 17 iyun tarixində Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 9 ölkənin 11 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 29.300 xal toplayan Rusiya Federasiyası təmsilçiləri qazandı. Gümüş medalı 28.690 xal toplayan Belçikanın təmsilçiləri qazandı. Bürünc medalı isə 28.650 xal toplayan Böyük Britaniya təmsilçiləri qazandı.
Susulu
Suluk
ToponimlərSuluk (Liviya)
Seyri-süluk
Seyri-süluk — ərəb sözü olub mənası gəzmək deməkdir. Təsəvvüfdə isə cəhalətdən elmə, əxlaqi-zəmimdən əxlaqi-həmidəyə, öz vücudundan Haqqın vücuduna doğru seyr və hərəkətdir. Süluk lüğətdə girmək və getmək, təriqət əhlinə görə isə saliki vüsala hazırlayan əxlaq tərbiyəsidir. İfadə etdikləri mənalar baxımından bir-birinə çox yaxın olan bu iki termin təriqətə girən şəxsin bütün mənəvi dərəcələri tamamlayanadək keçdiyi səyahətə verilən addır. Seyrin əvvəli süluk, sonu vüsaldır.
Suluk (Suriya)
Süluk (ərəb. سلوك‎‎) — Suriyanın Ər-Rəqqə mühafəzəsinin Təll-Abyad rayonuna daxil olan qəsəbə. Süluk Suriyanın Türkiyə ilə olan sərhədinə çox yaxındır. == Tarix == Süluk 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG) tərəfindən ələ keçirilmişdir. YPG bu zaman qəsəbə sakinlərinə qəddarlıq etmək, yaxınlıqlardakı kəndləri məhv etmək və yerli ərəblərə etnik təmizləmə tətbiq etmək ilə təqsirkar bilinmişdir. Buna baxmayaraq, YPG bu iddiaları yalanlamışdır.27 fevral 2016-cı il tarixində İraq Şam İslam Dövlətinin döyüşçüləri Süluk qəsəbəsinə, Hamam ət-Türkman kəndinə və Təll-Abyad qəsəbəsinə hücum etmişdir.Buna hücumün nəticəsində YPG qüvvələri Süluk və Hamam ət-Türkmanı tərk etmişdir. YPG qüvvələri çox keçməmiş hücumçuları mühasirəyə almış və yaşayış məntəqələrini 3 mart 2016-cı il tarixində tamamilə ələ keçirmişdir. Hamam ət-Türkmanda yaşayan 15 sakin "İŞİD ilə əməkdaşlıq etməkdən imtina etmək və daha əvvəl YPG-yə yardım etmək" ilə təqsirkar bilinərək İŞİD döyüçüləri tərəfindən edam edilmişdir.İnsan Hüquqları üzrə Suriya Müşahidə Məntəqəsinə görə, döyüşlər zamanı 70 İŞİD və 20 YPG döyüşçüsü həlak olmuşdur.YPG mətbuat katiblərindən biri olan Redur Xəlil Türkiyəni terrorçuları dəstəkləmək ilə ittiham etmişdir, ancaq Türkiyə bu iddiaları yalanlamışdır. == Əhali == Suriya rejiminin iddialarına görə, Süluk qəsəbəsinin əhalisinin əksəriyyətini ərəblər təşkil edir. Türkiyənin iddialarına görə, Süluk qəsəbəsinin əhalisinin əksəriyyətini Suriya türkmanları təşkil edir.
Suluk xan
Suluk xan (çin. 蘇祿; VII əsr – 738, Suyab) — Türgiş sərkərdəsi və hökmdarı. Ərəb mənbələrində adı Suzegen kimi də keçir. == Hakimiyyətə gəlməsi == Suluk xan hərbi fəaliyyətinə sərkərdə kimi başlamışdı. Çjen xaqanın sərkərdəsi olmuş, lakin onun 711-ci ildə göytürklərin və Qapağan xaqanın hücumuna məruz qalması və məğlub olması nəticəsində Türgiş tayfalarının başçısına çevrilmişdir. Çox keçmədən elə 715-ci ildə Suluk xan Türgiş tayfalarının xaqanı elan olundu. Hakimiyyəti Göytürklər və Çinlilər tərəfindən təhdid olunurdu. Buna görə də Suluk xaqan çox gecikmədən Bilgə xaqanın qızı ilə evləndi, bacısı isə Bilgə xaqanın oğlu ilə evləndirilmişdi. Bundan əlavə Tibetlə də ittifaq qurulmuşdu, Suluk xaqan 734-cü ildə Tibet imperatoru Tride Tsüqsanın qızı şahzadə Drönmalon ilə evlənmişdi. Çinlilərlə mübarizə aparmaq üçün isə 727-ci ildə Çin vassalı Kuçanı mühasirəyə almışdı.