Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hindistanda sənətkarlıq
Hindistanda sənətkarlıq - Hindistanda tarixən formalaşmış sənət sahələrinin məcmuu. == Tarixi == === Ən qədim dövrlərdən erkən orta əsrlərədək === Çoxsaylı arxeoloji materiallar Hindistanda qədimdən müxtəlif sənət sahələrinin inkişaf etdiyini, yayıldığını sübut edir. Burada sənətkarlığın inkişaf etməsinin əsas səbəblərindən biri daş, dəmir, ağac və s. materialların bolluğu, əsrlərdən gələn təcrübənin nəsillərdən-nəsillərə ötürülməsi olmuşdur. Hindistanda həyatın bütün sahələrində özünü göstərən mühafizəkarlıq, ənənəvilik sənətkarlığa da sirayət etmişdir. Arxeoloji materiallar Harappa sivilizasiyasının dəmir ilə tanış olmadığını, əsasən mis və tuncdan silah, təsərrüfat alətlərinin hazırlandığını üzə çıxarmışdır. Burada əridilmə, tökmə, döymə kimi metal hazırlama üsullarından istifadə olunmuş, misə, tunca nikel və arsen qatılmışdır. Sənətkarlar bəzək əşyalarının hazırlanmasında qızıl və gümüşdən istifadə etmişlər. Harappada toxuculuq, sümük və metalişləmə, dulusçuluq geniş inkişaf etmişdir. Dulus qabları geometrik və bitki motivləri ilə bəzədilmiş, əl və ayaq dulus çarxları daha da təkmilləşdirilmişdir.
Naxçıvanda sənətkarlıq
Naxçıvanda sənətkarlıq-Naxçıvan Muxtar Respublikasında sənətkarlıq. == Haqqında == Orta əsrlər dövrü Azərbaycanın bir sıra bölgələrində olduğu kimi Naxçıvan bölgəsində də bir çox sənət sahələri inkişaf etmiş və burada müxtəlif sənətkarların cəm olduğu sənətkarlıq mərkəzləri yaradılmışdır. Naxçıvan ustalarının hazırladıqları sənətkarlıq məmulatları demək olar ki, Yaxın Şərqdə özünəməxsus yer tutmuş və şöhrət tapmışdır. Bunlar içərisində dulusçuluq, daşişləmə, ağacişləmə, toxuculuq, misgərlik, zərgərlik, boyaqçılıq, ipəkçilik, və s. sənətkarlıq mərkəzlərini nümunə göstərmək olar. Mənbələrin verdiyi məlumata görə mərkəzləşmiş sənətkarlıq sahələrinin inkişafı o dövrdə ölkənin iqtisadiyyatında, məişətində, ticarət əlaqələrinin genişlənməsində böyük əhəmiyyətə malik olmuşdur. Həmçinin orta əsr Azərbaycan şəhərlərində sənətkarlıq təşkilatları sənət və peşə sahələrinin tənzimlənməsində mühüm rol oynamışdır (1, s. 313). T. Dostiyev yazır ki, IX–X əsrləri Azərbaycan şəhərlərinin kiçik qala-şəhərlərdən iri siyasi-inzibati, sənətkarlıq-ticarət və mədəni-dini mərkəzlərə çevrilməsi dövrü hesab etmək mümkünsə, XI–XII əsrləri şəhər həyatının yüksəlişi, çiçəklənməsi dövrü adlandırmaq olar. İctimai əmək bölgüsü baxımından şəhər kəndin əksi olaraq, sənət istehsalı, ticarətlə bağlı əməyin və zehni əmək fəaliyyətinin cəmləşdiyi məkan idi.
Şuşa Daş Sənətkarlığı Muzeyi
Şuşa Daş Sənətkarlığı Muzeyi – Azərbaycanın Şuşa şəhərində yerləşmiş muzey. Daş sənətkarlığına həsr olunmuş bu muzey 1992-ci ilin mayında erməni işğalı səbəbilə fəaliyyətini dayandırmışdır. == Tarixi == Şuşa Daş Sənətkarlığı Muzeyi 1983-cü ildə Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi əməkdaşlarının və şəhər camaatının birgə layihəsi ilə yaradılmışdı. Muzey Gəncə qapısının mühafizə zonasında açıq səma altında fəaliyyət göstərirdi. Bu muzey Azərbaycanda daş sənətkarlığına həsr olunmuş ilk muzey idi.Muzey 1992-ci ildə erməni işğalı zamanı dağıdılmışdır. == Xüsusiyyətləri == Muzeydə Usta Qənbər Qarabaği, Məşədi Xaspolad, Kəblə Əkbər, Məmmədyar kimi bir çox Qarabağ memarları, nəqqaşları, xəttatları, daşyonanları və başqa sənətkarların müxtəlif dövrlərə aid 150-yə yaxın yazılı və epiqrafik sənət əsəri sərgilənirdi. Şuşanın daş sənəti tarixini və xalq sənətkarlarının daş üzərindəki sənətkarlığını əks etdirən bu əsərlər arxeoloji qazıntılar zamanı Şuşa rayonunun ərazisində aşkarlanmışdır.Muzeydə nümayiş etdirilən oyma, yonma və kəsmə üsullarla düzəldilmiş, milli naxışlı bulaqaltı və sütunaltı daşlar, bəzəkli qapı tağları kompozisiyası, buxarı, quyu, səki və pilləkən daşları, iri ölçülü ləyənlər və məhəccərlər, su qazanları, novlar, yonma texnikasına dair nümunələr nümayiş etdirilirdi. Bu sənət əsərlərinin müəllifləri daş alətlər vasitəsilə onların üzərini bəzəmiş və yüksək keyfiyyətli sənətkarlıq nümunələri yaratmışdırlar.
Qarabağda sənət və sənətkarlar (kitab)
== Kitabın mövzusu == Yazıçı-jurnalist Ənvər Çingizoğlu və memarlıq doktoru Rizvan Qarabağlının "Qarabağda sənət və sənətkarlar" adlı kitabı işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun elmi şurasının qərarı ilə çap olunan kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Ş.Fətullayev-Fiqarov, redaktoru Vasif Quliyev, rəyçiləri sənətşünaslıq doktoru, professor Kübra Əliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmaş Hacıyev və memarlıq üzrə fəlsəfə doktoru Rahibə Əliyevadır. Kitabda ilkin olaraq Qarabağda sənət və sənətkarlar geniş təhlil edilib, memarlıq, xəttatlıq, metalişləmə, misgərlik, dəmirçilik, zərgərlik, toxuculuq, xalçaçılıq və s. tədqiq olunub. Nəşrdə Qarabağ Azərbaycanın qədim sənət, həm də mədəniyyət mərkəzi kimi göstərilib. Orta əsrlər dövrü dekorativ-tətbiqi incəsənət ustalarından beyləqanlı dulusçular Əli ibn Əzizi, Fədlun Beyləqani, Əhməd ibn Fədlunu, Xəttabi, Nəsiri, Yusifi, Təbrizi, ağac və döymə üzrə usta İzəddin İbrahimi və başqaları barədə məlumat verib. Kitabda “Qarabağ” sözünün mənası ilə bağlı Azərbaycanın və digər ölkələrin görkəmli alimlərinin maraqlı fikirləri də verilib. Bəzi tədqiqatçıların fikrinə görə, Qarabağ tarixi-etnoqrafik əyaləti adını qədim Qarabağ şəhərindən alıb. Toponimçi Rəmzi Yüzbaşov Qarabağ şəhərinin VII əsrdən mövcud olduğu və XVIII əsrdə süqut etdiyi fikrində olduğu verilir. Alman səyyahı (XVII əsr ) Adam Olearinin tərtib etdiyi xəritədə Qarabağ şəhəri indiki Füzuli rayonunun Horadiz dəmir yol stansiyasından şərqdə, cənubi Azərbaycanda, Aslanduz kəndi yaxınlığında Qarasuçayın Araz çayına tökülən mənsəbinə yaxın ərazidə olduğu göstərilib.