Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səs
Səs — tezliyi 16 Hs-lə 20000 Hs arasında olan mexaniki dalğalar. Səs bütün dalğalar kimi amplituda və tezliyə malikdir. Hesab edilir ki, insan üçün 16 Hs-dən 20 kHs-ə qədər diapozondakı dalğalar eşitmə duyğusu yaradır. İnsanın eşitmə qabiliyyətindən aşağı səsə infrasəs, 1 QHs-dən yuxarı səsə isə hipersəs deyilir. İnsanın şifahi danışığı fonetik, danışıq və fonemdən ibarətdir. Musiqi səslərindən isə musiqi yaranır. == Səsin sürəti == Səsin sürəti orta dalğasının ötdüyü materiyanın əsas xassəsindən asılıdır. Səsin sürəti elastiklik modulunun (λ) sıxlığa (ρ) olan nisbətinin kvadrat kökü ilə tərs mütənasibdir. Bu fiziki xassələr və səsin surəti ətraf şəraitdən aslı olaraq dəyişir. Misal üçün, qazdan ötən səsin surəti onun temperaturundan asılı olaraq dəyişir.
Ağ küy
Ağ küy-ehtimal nəzəriyyəsində – spektral sıxlığı sabit olan ümumiləşdirilmiş stasionar X(t) təsadüfi proses. Korrelyasiya müddəti çox kiçik olan təsadüfi həyəcanlanmaları təsvir etmək üçün istifadə olunur. Məsələn, istilik küyündə – elektronların istilik hərəkətindən yaranan keçiricilərdə cərəyan şiddətinin pulsasiyası. Bəzi stoxastik diffuziya prosesləri üçün əksər halda η(t) (X(t)=η΄(t)) Viner prosesinə görə ümumiləşmiş törəməsi olan X(t) Qauss Ağ küyündən istifadə olunur. Stasionar təsadüfi həyəcanlanmaların təsiri altında rəqs edən sistemlərin dayanıqlı vəziyyətini təsvir edən Ağ küy modeli mühüm Y(t) təsadüfi proseslərdən biridir. Akustikada: müxtəlif tezlikli səs rəqslərini eyni dərəcədə ehtiva edən akustik küy. Ağ küydə müxtəlif tezlikli səs dalğalarının intensivliyi orta hesabla eyni olur. Ağ işıq ilə analoji adlandırılmışdır. Ötürmə zolağı sonlu olan, və bu çərçivədə real küyün spektri təxminən bərabər paylanmış hesab edilən fiziki siqnallara kiçik korrelyasiya müddətli küylərin təsirini təsvir etmək üçün Ağ küy modeli istifadə olunur. Korrelyasiya müddəti elektronun katoddan anoda uçuş müddəti ilə təyin olunan qırma küyə misal ola bilər.
Küy (hərf)
𐕣 (səslənməsi /kʿ/, transkripsiyası K, k) — Alban əlifbasının 52 və sonuncu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Քի՛ւ (Kʿiw) kimi verilmişdir. Jost Gippertin fikrincə daha doğru ad "Küw" olmalıdır. Xaç formalı qrafem qra. Ք və qədim gürcücə Ⴕ hərfi ilə bənzərlik təşkil edir və Məsih sözünün qarşılığı olan q.yun. Χριστός ilə əlaqələndirilir.
Multiplikativ küy
Multiplikativ küy (Multiplicative noise, Мультипликативный шум) – rabitə xəttinin xarakteristikalarının dəyişməsi nəticəsində kanalın ötürmə əmsalının təsadüfi dəyişmələri ilə şərtlənir. Additiv küylər isə aparaturanın komponentlərində istilik prosesləri, atmosfer və sənaye prosesləri, qonşu kanalların işi ilə əlaqəli olan fluktasiya hadisələri nəticəsində yaranır. Multiplikativ küylərə digər tezliklərlə qarşılıqlı təsir nəticəsində yaranan kombinasiya tezlikləri, parazit modulyasiya və rəqəmsal sistemlərdə kvantlama küyləri aid edilir. Multiplikativ küy siqnalı deformasiya edə – informasiya hissəsinin formasını dəyişə bilər, siqnalın qiymətlərindən və siqnalın müəyyən xüsusiyyətlərindən asılı ola bilər. Multiplikativ küylər küylə siqnalın qarşılıqlı təsiri nəticəsində meydana çıxır. Riyazi olaraq bu siqnal və küyün tezlik komponentlərinin bir-birinə vurulması ilə təsvir olunur. == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,111 səh.
Səs (1993)
== Məzmun == Film-portret müğənni Akif İslamzadəyə həsr olunmuşdur.
Səs (dəqiqləşdirmə)
Səs
Səs (qəzet)
"Səs" (qəzet) — 1991-ci il yanvarın 11-dən Azərbaycanda nəşr olunan qəzet. == Yaranma tarixi == "Səs" qəzeti 1990-ci ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitutunun 6-cı mərtəbəsində olub. "Səs" qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərov olub. Hazırda qəzetin baş redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevdir. == Fəaliyyəti == Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 8 səhifə həcmində və 5-10 min arası tirajla dərc olunub. 1992-ci ildən tirajı 15 mindən yuxarı olub, 1993-cü ildə isə 25 minə çatıb. 1994-cü ildən 16 səhifə həcmində çap olunub, 1998-ci ildən etibarən gündəlik dərc olunmağa başlayıb. 1991-ci ildən etibarən qəzetin səhifələrində tanınmış şəxslərin məqalələri dərc olunub. Onlardan bəziləri: Əli Əhmədov, Siyavuş Novruzov, Hacıbala Abutalıbov, Murtuz Ələsgərov, Əli Həsənov, Ziya Bünyadov, Fərəməz Maqsudov, Bəxtiyar Vahabzadə, Məlik Dadaşov, Xəlil Rza Uluturk, Kərim Kərimov, Səyyad Aran və başqaları.
Səs Azərbaycan
Səs Azərbaycan — Dünyanın 50-dən çox ölkəsində yayımlanan The Voice televerilişinin lisenziyalı Azərbaycan versiyası. Azərbaycan Televiziyası ilə yayımlanıb. Şounun aparıcısı Tural Əsədov-du. Şounun ilk mövsümünün yayımına 2015-ci ildə başlanılmışdır. == Sezon 1 2015/2016 == === Münsiflər === Səs Azərbaycan şousunun münsiflər heyəti 22 sentyabr 2015-ci il tarixində bəlli oldu. Münsiflər heyətinə Azərbaycanın xalq artistləri Faiq Ağayev və Mübariz Tağıyev ilə yanaşı əməkdar artistlər Manana Caparidze və Tünzalə Ağayeva da daxildir.Səs Azərbaycanın ilk mövsümünün qalibi Mübariz Tağıyevin komandasından olan Emiliya Yaqubova oldu. İkinci yer Faiq Ağayevin komandasından Hüseyn Abdullayev, üçüncü yer Tünzalə Ağayevanın komandasından Samirə Əfəndiyeva və dördüncü yer isə Manananın komandasından Səmra Rəhimli oldu. === Kastinqlər === === "Görmədən dinləmələr" turu === Qaydalar Şounun münsiflər heyəti "Görmədən dinləmələr" turu zamanı öz komandalarını formalaşdıracaq. Bu turun mahiyyəti ondan ibarətdir ki, münsiflər ifaçıların səsini eşitsələr də, onları görə bilməyəcəklər. Bu dinləmələrdən sonra 4 komanda formalaşacaq.
Səs altı
Subsonik və ya Səs altı, Aerodinamikada səs sürətindən aşağı sürətləri ifadə etmək üçün istifadə olunan termindir (təxminən Mach 0 - 0.8). Həm də yavaş uçan təyyarələrə subsonik təyyarələr deyilir. Republic F-84 Thunderjet buna nümunədir.
Səs bağı
Səs bağı (lat. ligamentum vocale) — qırtlağa məxsus bağ. Elastik konusu təşkil edən liflərdən bir dəstəsi həqiqi səs büküşlərində yerləşir ki, bunu da səs bağı adlandırırlar. Bu bağ elastiki liflərdən təşkil olunaraq qalxanabənzər qığırdaqdan başlayır və çalovabənzər qığırdağın səs çıxıntısına bağlanır.
Səs dalğaları
Səs — tezliyi 16 Hs-lə 20000 Hs arasında olan mexaniki dalğalar. Səs bütün dalğalar kimi amplituda və tezliyə malikdir. Hesab edilir ki, insan üçün 16 Hs-dən 20 kHs-ə qədər diapozondakı dalğalar eşitmə duyğusu yaradır. İnsanın eşitmə qabiliyyətindən aşağı səsə infrasəs, 1 QHs-dən yuxarı səsə isə hipersəs deyilir. İnsanın şifahi danışığı fonetik, danışıq və fonemdən ibarətdir. Musiqi səslərindən isə musiqi yaranır. == Səsin sürəti == Səsin sürəti orta dalğasının ötdüyü materiyanın əsas xassəsindən asılıdır. Səsin sürəti elastiklik modulunun (λ) sıxlığa (ρ) olan nisbətinin kvadrat kökü ilə tərs mütənasibdir. Bu fiziki xassələr və səsin surəti ətraf şəraitdən aslı olaraq dəyişir. Misal üçün, qazdan ötən səsin surəti onun temperaturundan asılı olaraq dəyişir.
Səs gücləndiricisi
Amplifikator (Fransızca: amplificateur, qısaca ampli), musiqi sistemlərində yüksəldici olaraq istifadə edilir. Cihazlardan (CD player, ikmi) çıxan səs siqnallarını gücləndirərək dəs ucaldıcıya göndərmə vəzifəsini yerinə yetirir. Müxtəlif struktura və bu strukturaya uyğun xüsusiyyətlərə əsaslanan sinifləndirmə mövcuddurr, amma əsl sinifləndirmə tranzistorlu quruluşda olanlar və vakum borulu, yəni əvvəlcədən Azərbaycan dilində istifadə edildiyi formada, lampalı formada olanlar arasındadır. 2 və 4 kanallı olaraq mövcuddur. Bunlarla birlikdə son illərdə genişlənən hibrid strukturlu forma da vardır. Yəni bunlara əlavə olaraq inteqral formada, giriş/güc ayrı kasadalar halında istehsal olunan ve monoblok formasında əsas formadan əlavə sinifləndirmə mevcuddur. == Sinifləndirmə == Çıxış kaskadı formasına görə amplifikator sinifləndirmələri bu formadadır Sinif A: Çıxış kaskadında daim cərəyan olur. Bu səbəblə çox elektrik enerjisi istifadə edir. Bunun qarşılığında ən saf, təmiz səsə sahib olduğu qəbul edilmişdir. Səsdəki maneələr nəzəri olaraq ən aşağı səviyyədədir Sinif B: Çıxış kaskadları işi sıra ilə yerinə yetirir.
Səs kimyası
Səs kimyası və ya sonokimya — möhkəm akustik dalğaları öyrənir. == Ədəbiyyat == Маргулис М.А. Основы звукохимии. Химические реакции в акустических полях. — М.: Высшая школе, 1984. — 272 с. — 300 экз. == Xarici keçidlər == – The Chemical and Physical Effects of Ultrasound by Prof.
Səs mühəndisi
Bir səs mühəndisi (səs mühəndisi və ya səsyazma mühəndisi olaraq da bilinir) , səs yazma və ya canlı bir performans istehsal etməyə, balans, dinamika və səs effektləri, miksləmək, səs mənbələrini balanslaşdırmağa və tənzimləməyə kömək edir. Səs mühəndisləri — mikrofonların yerləşdirilməsi, səviyyələrin tənzimlənməsi üzərində işləyirlər. Hər hansı bir layihənin fiziki qeydləri bir mühəndis tərəfindən aparılır. Səs mühəndisliyi getdikcə musiqi alətləri və texnologiyasının film, radio, televiziya, musiqi və video oyunları üçün səs çıxarmaq üçün istifadə edildiyi bir yaradıcı peşə olaraq görülür. Səs mühəndisləri ayrıca musiqi konsertləri, teatr, idman oyunları və korporativ tədbirlər üçün bir miks konsol və səs gücləndirici sistemdən istifadə edərək səs yoxlamasını həyata keçirir və canlı səsləri miksləyir.
Səs qəzeti
"Səs" (qəzet) — 1991-ci il yanvarın 11-dən Azərbaycanda nəşr olunan qəzet. == Yaranma tarixi == "Səs" qəzeti 1990-ci ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitutunun 6-cı mərtəbəsində olub. "Səs" qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərov olub. Hazırda qəzetin baş redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevdir. == Fəaliyyəti == Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 8 səhifə həcmində və 5-10 min arası tirajla dərc olunub. 1992-ci ildən tirajı 15 mindən yuxarı olub, 1993-cü ildə isə 25 minə çatıb. 1994-cü ildən 16 səhifə həcmində çap olunub, 1998-ci ildən etibarən gündəlik dərc olunmağa başlayıb. 1991-ci ildən etibarən qəzetin səhifələrində tanınmış şəxslərin məqalələri dərc olunub. Onlardan bəziləri: Əli Əhmədov, Siyavuş Novruzov, Hacıbala Abutalıbov, Murtuz Ələsgərov, Əli Həsənov, Ziya Bünyadov, Fərəməz Maqsudov, Bəxtiyar Vahabzadə, Məlik Dadaşov, Xəlil Rza Uluturk, Kərim Kərimov, Səyyad Aran və başqaları.
Səs sürəti
Səs sürəti — havada, dəniz səviyyəsində və 21 °C istilikdə 343.2 m/s (343.2 metr/saniyə) (təxminən 1235.5 km/saat) olaraq hesablanır. Səs sürəti tezliklə əlaqədar olaraq dəyişmir, hər tezlikdə səs eyni sürətdə hərəkət edir. Havanın istiliyinə, sıxlığına görə səsin yayılma sürəti dəyişir. Soyuq havada səs sürəti dəyişir. Soyuq havada səs sürəti aşağı düşür. Səs isti havadan soyuq havaya keçərkən yayılma istiqamətini dəyişdirir. Səsin havadakı sürəti təxmini olaraq aşağıdakı düstur ilə hesablanır: c h a v a = ( 331 . 5 + ( 0 . 6 ⋅ ϑ ) ) m s − 1 {\displaystyle c_{\mathrm {hava} }=(331{.}5+(0{.}6\cdot \vartheta ))\ \mathrm {ms^{-1}} \,} Düsturdakı ϑ {\displaystyle \vartheta \,} (theta) istiliyin Santiqrat (°C) ilə ifadəsidir. Hər hansı bir sahədə külək arxadan əsərsə səs yerə doğru istiqamətlənir.
Səs telləri
Səs bağı (lat. ligamentum vocale) — qırtlağa məxsus bağ. Elastik konusu təşkil edən liflərdən bir dəstəsi həqiqi səs büküşlərində yerləşir ki, bunu da səs bağı adlandırırlar. Bu bağ elastiki liflərdən təşkil olunaraq qalxanabənzər qığırdaqdan başlayır və çalovabənzər qığırdağın səs çıxıntısına bağlanır.
Səs tembri
Tembr (fr. timbre) — səsin "rəng"i, musiqi səsinin gurluğu, yüksəkliyi və notun uzunluğu ilə yanaşı əlamətlərindən biri.Tembr səsin çalarıdır, eyni yüksəkliyə malik iki səsi fərqləndirməyə imkan verir. Tembrə görə biz musiqi alətlərinin səslərini fərqləndiririk, tanış adamların səsini tanıyırıq. Tembr ikinci subyektiv qiymətləndirmədir. Səsin tembri obertonlar çoxluğu ilə təyin olunur. Bu və ya digər səsə məxsus obertonların müxtəlif sayı ona xüsusi çalar – tembr verir. Bir tembrin digərindən fərqi təkcə obertonların sayı ilə deyil, onların intensivliyi ilə də şərtlənir. Tembr səs tezliklərinin hansı oblastlarında oberton toplularının (formantların) yaranmasından da asılıdır. Tembrinə görə eyni gurluqlu və not uzunluqlu səsləri fərqləndirirlər. Səsin tembri səsin rəngi deməkdir.Yəni ki, eyni yüksəkliyə, eyni ucalığa malik olan səslərin bir birindən fərqlənməsidir.Səs tembrinin əsas keyfiyyəti onun xarakterindən asılıdır.
Səs tipi
Səs tipi — insanın səs aralığını təyin edən bir qavramdır. Səs tipi qadınlarda və kişilərdə olmaqla ikiyə ayrılır.
Səs mühəndisliyi
Bir səs mühəndisi (səs mühəndisi və ya səsyazma mühəndisi olaraq da bilinir) , səs yazma və ya canlı bir performans istehsal etməyə, balans, dinamika və səs effektləri, miksləmək, səs mənbələrini balanslaşdırmağa və tənzimləməyə kömək edir. Səs mühəndisləri — mikrofonların yerləşdirilməsi, səviyyələrin tənzimlənməsi üzərində işləyirlər. Hər hansı bir layihənin fiziki qeydləri bir mühəndis tərəfindən aparılır. Səs mühəndisliyi getdikcə musiqi alətləri və texnologiyasının film, radio, televiziya, musiqi və video oyunları üçün səs çıxarmaq üçün istifadə edildiyi bir yaradıcı peşə olaraq görülür. Səs mühəndisləri ayrıca musiqi konsertləri, teatr, idman oyunları və korporativ tədbirlər üçün bir miks konsol və səs gücləndirici sistemdən istifadə edərək səs yoxlamasını həyata keçirir və canlı səsləri miksləyir.
Səs prodüseri
Musiqi prodüseri və ya səs prodüseri — musiqi əsərlərinin hazırlanması və istehsalından məsul şəxs, səsyazma layihəsinin yaradıcı və texniki tərəflərinə nəzarət, studiya vaxtını idarə edən şəxsdir. Musiqi prodüseri musiqi ifaçılarının seçilməsi, mahnı ideyalarının hazırlanması, melodiyalar bəstələmək, səsyazma studiyasında işləyərkən musiqiçilərə mentorluq edən, səsyazma, miks və masterinq prosesinə nəzarət edən şəxsdir. Musiqi prodüseri icraçı prodüserdən fərqlənir. İcraçı prodüser musiqiçinin karyerasını idarə edən və hüquqi dəstəyindən, leybllar ilə əməkdaşlıqdan, reklam təbliğatından, sifarişdən, qastrol fəaliyyətlərindən və s. məsul şəxsdir. Səsyazma prodüseri fikir toplamaq, musiqi bəstələmək, sessiya musiqiçilərini seçmək, mahnı aranjımanında dəyişikliklər təklif etmək, ifaçılara məşqçilik etmək, seanslara nəzarət etmək, səslərin mikslənməsinə nəzarət etmək və bəzi hallarda masterinqə nəzarət etmək daxildir.
Səs prodüserliyi
Musiqi prodüseri və ya səs prodüseri — musiqi əsərlərinin hazırlanması və istehsalından məsul şəxs, səsyazma layihəsinin yaradıcı və texniki tərəflərinə nəzarət, studiya vaxtını idarə edən şəxsdir. Musiqi prodüseri musiqi ifaçılarının seçilməsi, mahnı ideyalarının hazırlanması, melodiyalar bəstələmək, səsyazma studiyasında işləyərkən musiqiçilərə mentorluq edən, səsyazma, miks və masterinq prosesinə nəzarət edən şəxsdir. Musiqi prodüseri icraçı prodüserdən fərqlənir. İcraçı prodüser musiqiçinin karyerasını idarə edən və hüquqi dəstəyindən, leybllar ilə əməkdaşlıqdan, reklam təbliğatından, sifarişdən, qastrol fəaliyyətlərindən və s. məsul şəxsdir. Səsyazma prodüseri fikir toplamaq, musiqi bəstələmək, sessiya musiqiçilərini seçmək, mahnı aranjımanında dəyişikliklər təklif etmək, ifaçılara məşqçilik etmək, seanslara nəzarət etmək, səslərin mikslənməsinə nəzarət etmək və bəzi hallarda masterinqə nəzarət etmək daxildir.
Səs bağları
Səs bağı (lat. ligamentum vocale) — qırtlağa məxsus bağ. Elastik konusu təşkil edən liflərdən bir dəstəsi həqiqi səs büküşlərində yerləşir ki, bunu da səs bağı adlandırırlar. Bu bağ elastiki liflərdən təşkil olunaraq qalxanabənzər qığırdaqdan başlayır və çalovabənzər qığırdağın səs çıxıntısına bağlanır.
Səs növləri
Səs tipi — insanın səs aralığını təyin edən bir qavramdır. Səs tipi qadınlarda və kişilərdə olmaqla ikiyə ayrılır.
Səs növü
Səs tipi — insanın səs aralığını təyin edən bir qavramdır. Səs tipi qadınlarda və kişilərdə olmaqla ikiyə ayrılır.
Səs teli
Səs bağı (lat. ligamentum vocale) — qırtlağa məxsus bağ. Elastik konusu təşkil edən liflərdən bir dəstəsi həqiqi səs büküşlərində yerləşir ki, bunu da səs bağı adlandırırlar. Bu bağ elastiki liflərdən təşkil olunaraq qalxanabənzər qığırdaqdan başlayır və çalovabənzər qığırdağın səs çıxıntısına bağlanır.
Səs tipləri
Səs tipi — insanın səs aralığını təyin edən bir qavramdır. Səs tipi qadınlarda və kişilərdə olmaqla ikiyə ayrılır.
Sen-Şef
Sen-Şef (fr. Saint-Chef) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquyen-Jalye-Nor kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38374. Kommunanın 1999-cu il üçün əhalisi 2892 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 218 ilə 440 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km şərqdə, Qrenobldan 60 km şimal-qərbdə yerləşir.
SES
Su elektrik stansiyası (SES) — suyun məcra axınlarında və qabarma proseslərində su kütlələrindən enerji mənbəyi kimi istifadə edən elektrik stansiyası. Su elektrik stansiyasının bəndləri və su anbarlarının konstruksiyaları adətən çayların üzərində tikilir. Elektrik enerjisinin effektiv istehsalı üçün SES-in yerləşməsinin iki əsas amili mövcuddur: SES-in bütün ilboyu daimi su ilə təmin olunması; çayın mümkün qədər daha meylli, kanyonvari relyef formasına malik olması. == İş prinsipi == Su elektrik stansiyasının iş prinsipi kifayət qədər sadədir. Hidrotexniki konstruksiyalar zənciri hidroturbinin ucunda hərəkət edən suyu lazımlı təzyiqə çatdırır və hərəkətdə olan su kütləsi elektrik enerjisi istehsal edən generatorları ötürülür. Suyun lazımlı təzyiqi bənd konstruksiyası vasitəsilə və müəyyən yerlərdə çayın konsentrasiyası və ya derivasiyası nəticəsində yaranır. Bəzi hallarda suyun lazımlı təzyiqinin alınması üçün bənd və derivasiyadan birgə istifadə edirlər. Bütün energetika avadanlıqları bilavasitə su elektrik stansiyasının binasında yerləşir. Bina, təyinatından asılı olaraq, müəyyən bölmələrə malikdir. Maşın zalında su cərəyanını bilavasitə elektrik enerjisinə çevirən hidravlik-aqreqatlar yerləşir.
Buy
Buy (ing. Buoy) - gəmi yolları, gəmiçilik üçün təhlükəli olan yerləri hüdudlamaq, suyun altındakı hər hansı bir əşyanın yerini işarələmək və s. üçün müəyyən forma və rəngdə üzən üzgəc. Buyda işıq, səs siqnalları, yaxud radiosiqnallar vermək üçün qurğu da ola bilər. Radiohid roakustik Buy (radiobuy) informasiyanı avtomatik toplayan və qəbuledici stansiyaya ötürən üzən vasitədir. İstiqamətlənmiş şüa antenalı radioötürücüdən ibarət olan radiobuy sualtı qayıqları aşkar etmək, okeanoqrafik və meteoroloji müşahidələr aparmaq, naviqasiya məqsədləri üçündür. Radiobuylarınilk nümunələri 1945-ci ildən sonra, raket-nüvə silahı ilə təchiz olunmuş atom sualtı qayıqlarının yaradılması ilə meydana gəlmişdir. Radiobuyları təyyarələrdən, helikopterlərdən, qayıqəleyhinə gəmilərdən hərəsi bir neçə ədəd olan partiyalarla quraşdırmaqla baryer xətti və ya qapalı hüdud yaradılır. Radiobuylar passiv və aktiv istiqamətlənmiş və istiqamətlənməmiş növlərə ayrılır. Lövbərlərlə təchiz olunmuş Buylar sürüşmə olan yerlərdə bərkidilir, lövbər qurğuları olmayan Buylar isə dreyf edir.
Kub
Kub — Tərifi:Ölçüləri bərabər olan düzbucaqlı paralelepipede Kub deyilir. Üzlərin sayı 6, forması kvadrat, tillərin sayı 12, təpə nöqtələrin sayı 8, bir nöqtədən çıxan tillərin sayı 3-dür.
Kuyu
Kuyu adası (ing. Kuiu Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. == Coğrafiya == Adanın uzunluğu 105 km, eni 20–30 km və 1936 km² ərazisi vardır. Ərzisinə görə ABŞ-nin 16-cı ən böyük adasıdır. Yaxın adalara olan məsafə: Baranov adası — 15 kilometr. Kupreyanov adası — təxminən 500 metr.Adanın ən cənub nöqtəsi olan Desijn burnunda mayak yerləşir. == Fauna == Ada tamamilə Tonqass Milli Meşəsinin bir hissəsidir. Kuyuda qonur ayılar və bariballar çoxluq təşkil edir. Zooloq Elizabet Pikokun hesablamalarına görə, onların sayı hər km²-ə 1,2–1,9 baş təşkil edir. Ayıların əsas qidası qızılbalıqlardır.
Küf
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər.Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. == Oyunun qaydaları == İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Kül
Kül, kül elementləri üzvi maddələri (bitki, meşə döşənəyi, heyvan və s.) yandırdıqda qalan yanmayan qalıq. Külü analiz etməklə kül elementlərinin kimyəvi tərkibi müəyyən olunur və bununla da qida maddələrinin çatışmamasını təyin etmək olar. Ca, K, Na, Cl və S elementlərinin cəmi ilə isə bitkinin halofilliyi müəyyənləşdirilir. Kənd təsərrüfatında küldən kalium gübrəsi kimi geniş istifadə olunur. Küldə bitkilərə lazım olan başqa mineral maddələr-fosfor, kalsium, maqnezium, kükürd, bor, manqan, müxtəlif makro və mikroelementlər də var.
Küp
Küp — mayeləri tutmaq üçün çox istifadə olunan bir qab növüdür. Dökülmək və ya içmək üçün açılan, bəzən dar olan bir qolu var və tez-tez tökülən bir dodaq var. Tarix boyu küplər metaldan hazırlanmışdır və keramika və ya şüşədən və plastikdən indi yayılmışdır.
Kür
Kür (türk. Kura; gürc. მტკვარი, translit. Mtkvari; erm. Կուր, translit. Kur; q.yun. Κῦρος, translit. Kiros; fars. کوروش‎‎, translit. Kuruş) — Qafqazda çay.
Züy
Züy — Nəfəslə çalınan musiqi alətlərində səsi əsas alətin ahənginə uyğunlaşdırma, onun çaldığı havanı təkrar etmə.
Araz SES
Araz SES (tam adı: Araz Su Elektrik Stansiyası) — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində, Araz çayı, Araz su anbarı üzəində su elektrik stansiyası. Araz SES-in inşasına 1964 cü ildə başlanılmış və 1970 ci ildə bitirilmiş 1971 ci ildə istismara verilmişdir. SES SSRI dövründə Azərbaycan SSR iləİran dövləti arasındakı razılaşma əsasında inşa edilmişdir. SES torpaq tipli bəndə malik olub, uzunluğu 900 m hündürlüyü isə 40 m-dir. SES 11 MVt gücə malik 2 hidroaqreqat turbinlə təmin olunmuşdur. SES-in ümumi gücü 22 MVt olub istehsal potensialı 148 milyon KVt-saatdir. SES hərbiri İran və Azərbaycan ərazisində yerləşməklə iki binaya malikdir. Hər bir bina özlüyündə 11 MVt gücə malik 2 hidroaqreqat turbinə malikdir.
Arpaçay SES
Arpaçay Su Elektrik Stansiyası — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yerləşir. Açılışı 9 sentyabr 2013-cü ildə olub. Arpaçay Su Elektrik Stansiyası Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “2008-2013-cü illər üzrə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində inşa olunmuşdur. Stansiyanın tikintisinə 2011-ci ilin fevral ayında başlanılmış və qısa müddətdə başa çatdırılmışdır. Gücü 20,5 meqavat olan su elektrik stansiyası suqəbuledici qurğu, stansiya binası, tunel və transformator yarımstansiyasından ibarətdir. İstehsal olunmuş elektrik enerjisini şəbəkəyə ötürmək üçün transformator yarımstansiyası qurulmuş, 11 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətləri çəkilmişdir.
Bekme SES
Bekhme SES (ərəb. سد بخمة‎) — İraqın Kürdüstan hissəsində, tikinti mərhələsində su elektrik stansiyası. Dəclənin sol qolu olan Böyük Zab çayı üzərində tikilir. SES-in tikintisi 1979-cu ildə başlanmış, lakin İran-İraq müharibəsi nəticəsində yarımçıq qalmışdır. Müharibədən sonra layihənin tikintikisi 1988-ci ildə davam etdirilmiş, lakin bir neçə ildən sonra İraqa tətbiq olunan sanksiyalara görə yenidən dayandırılmışdır. Odur ki, Körfəz müharibəsi zamanı layihə tamamilə dayandırılmışdır.
Biləv SES
Biləv SES (tam adı: Biləv Su Elektrik Stansiyası) — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşən su elektrik stansiyası. Stansiyanın inşasına 2009-cu ilin martında başlanılmışdır. İnşaat işlərinin yüksək keyfiyyətlə və qısa müddətdə yerinə yetirilməsi üçün maksimum səy göstərilmişdir.Stansiya ilin bütün fəsillərində bol suyu olan Gilançaydan qidalanır. Su əvvəlcə tənzimləyici bəndə yığılır. Burada suyun toplanması üçün sahəsi 5,15 hektar olan süni göl yaradılmışdır. Göldəki bəndlərin eni 159 metrdir, hündürlüyü isə 7,3 metrlə 9,5 metr arasında dəyişir. Gölün suyun tutumu 250 min kubmetrdir. Buradan su açıq və qapalı kanallarla sutəmizləyici anbara ötürülür.Üçsıralı anbar 8200 kubmetr su tutur. Burada su bərk əşyalardan təmizlənir və anbara ötürülür. Anbarın su tutumu 34 min kubmetrdir.Bu anbardan su poladdan hazırlanan və uzunluğu 1540 metr olan təzyiq borusu ilə stansiya binasına verilir.
Boquçan SES
Boquçan SES (rus. Богучанская ГЭС) — Rusiyada Anqara çayı üzərində inşa edilmiş su elektrik stansiyası. Krasnoyarsk diyarının Kejemski rayonunun Kodinsk şəhərində yerləşir. 2997 MVt layihə gücü olan Boquçan SES, Rusiyanın ən iri su elektrik stansiyaları sırasına daxildir. 1974-cü ildə tikintisinə başlanılan SES, 2014-cü ildə istismara verilib. Boquçan SES Rusiyanın hidroenergetika tarixində tikilmə müddətinə görə rekord sayılır. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Boquçan SES ilə əlaqəli mediafayllar var.
Dnepr SES
Dnepr SES (ukr. Дніпровська ГЕС), həmçinin DneproHES (rus. ДнепроГЭС), daha əvvəl — V.İ.Lenin adına Dnepr SES — Ukraynanın cənubundakı Zaporojye şəhərində Dnepr çayı üzərində qurulmuş su elektrik stansiyası. Bu, Dnepr su elektrik stansiyaları kaskadının beşinci mərhələsidir. Ukraynanın ən böyük su elektrik stansiyası olan Dnepr SES 1932-1956-cı illərdə SSRİ və Avropanın ən böyük su elektrik stansiyası olmuşdur. Dnepr su elektrik stansiyasının tikintisi QOELRO planı ilə nəzərdə tutulmuşdu, stansiya bu plana uyğun olaraq tikilmiş ən böyük elektrik stansiyası oldu. Onun tikintisinə 1927-ci ildə başlanmış, ilk hidroaqreqatlar 1932-ci ildə istismara verilmiş, 1939-cu ildə isə Dnepr SES-in tikintisi başa çatdırılmışdır. Elektrik stansiyası SSRİ-də sənayeləşmənin ən məşhur simvollarından birinə çevrildi, eyni zamanda Zaporojyedə böyük sənaye müəssisələri kompleksi tikildi. Böyük miqdarda ucuz elektrik enerjisi istehsal etməklə yanaşı, Dnepr SES Dnepr relslərini su altında saxlamaqla Dneprdə fasiləsiz naviqasiyanın təmin edilməsi problemini həll etdi. Böyük Vətən müharibəsi illərində Dnepr su elektrik stansiyası əvvəlcə sovet, sonra isə alman qoşunları tərəfindən partladıldı.
Erq-Şeş
Erq-Şeş (ing. Erg Chech) — Saxaranın qərbində olan qumlu səhra. Əlcəzairin cənub-qərbi, Malinin şimal ərazilərini əhatə edir. Erq-Şeş öz növbəsində maksimal hündürlüyü 300 m olan düzənlikdən ibarətdir. Şimalında hündürlüyü 300 m olan dyunlər, cənubda 50 metrə enir. Saura vadisində çay deltası yerləşir. İllik yağıntının miqdarı 10 mm təşkil edir. İyul ayının orta temperaturu 35 °С təşkil edir. Səhra ərazisində demək olar ki, su quyu yoxdur. 7 aprel 1942-ci ildə Erq-Meşə ekspedisiya zamanı geoloq Andrey Feofiloviç Meyendorf vəfat etmişdir.
Füzuli SES
Füzuli SES (tam adı: Füzuli Su Elektrik Stansiyası) — Baş Mil kanalı üzərində yerləşən su elektrik stansiyası. Füzuli Su Elektrik Stansiyasının tikintisi Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007-ci il 31 oktyabr tarixli Əlavəyə əsasən həyata keçirilmişdir. Stansiyanın təməlini 2008-ci ildə Füzuliyə səfəri çərçivəsində ölkə prezidenti İlham Əliyev qoymuşdur. Tikinti işləri yerli “Azenco” şirkəti tərəfindən həyata keçirilmişdir.Füzuli Su Elektrik Stansiyası Baş Mil kanalı üzərində 14 hektar ərazidə inşa olunmuşdur. Stansiyanın ümumi gücü 25,2 meqavatdır. Su elektrik stansiyası Füzuli rayonundakı 110 kilovoltluq “Haramı” yarımstansiyası vasitəsilə respublikanın enerji sisteminə birləşdirilərək, sistemlə paralel rejimdə işlədilir.Qurğu üçün Baş Mil kanalı üzərində 40 min ton tutumu olan su anbarı yaradılmışdır. Anbara toplanan su dörd hidroturbin vasitəsilə generatora ötürülür. Hər bir hidroturbin avtomatlaşdırılmış qapılarla açılıb-bağlanır. Stansiyanın işləməsi üçün nəzərdə tutulan su müəyyən həcmdən artıq olduqda digər xətt vasitəsilə Baş Mil kanalına ötürülür. Lazım olan su isə hər birinin uzunluğu 250 metr, diametri isə 3 metr olan 4 boru vasitəsilə generator və digər mexaniki avadanlığın yerləşdiyi SES binasına ötürülür.
Gizeldon SES
Gizeldon — su elektrik stansiyası Şimali Osetiyanın Priqorodnı bölgəsindəki Gizeldon çayındakı Koban kəndi yaxınlığındakı su elektrik stansiyasıdır. GOELRO (rus.Rusiyanın ГОЭЛРО Elektrikləşdirmə üzrə Dövlət Komissiyası)planına uyğun tikilib. Gizeldon SES Şimali Qafqazdakı ən köhnə işləyən su elektrik stansiyası və Rusiyadakı ən köhnə su elektrik stansiyalarından biridir. İstismara verildiyi dövrdə Gizeldon SES Avropanın ən yüksək təzyiqli su elektrik stansiyası idi və hazırda Rusiya Su Elektrik Stansiyaları arasında ən böyük başlıqdan istifadə edir və buxar hidravlikdən istifadə edən ən güclü Rusiya Su Elektrik Stansiyasıdır. Su elektrik stansiyasının avadanlıqlarının əksəriyyəti işə düşməsindən bəri - 80 ildən çoxdur, hazırda fəaliyyətini davam etdirir. Gizeldon SES sahibi PJSC RusHidrodur . == Təbii şərait == SES qurğuları Koban kəndindən 1.8 km cənubda, Darqav dərəsində (Gizeldon ya da Koban deyilir) Gizeldon çayı üzərində yerləşir. Gizeldon çayının (Terekin bir qolu) uzunluğu 81 km-dir, çay buzlu qarla qidalanır, yazın sonunda və yazın əvvəllərində sel hadisələri olur. Su elektrik stansiyasının yerində orta illik axın sürəti 3,2 m³ / s, müşahidə olunan ən yüksək axın sürəti 45,1 m³ / s, orta illik axın sürəti 0.106 km³-dir . Ən böyük qolu Genaldon, su elektrik stansiyasının yerləşdiyi yerin altından axır.
Göyçay SES
"Göyçay" SES — Göyçay rayonunda yerləşən kiçik su elektrik stansiyası. == Tarixi == "Göyçay" Su Elektrik Stansiyası Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 noyabr tarixli Sərəncamına əsasən inşa olunmuşdur. SES-in təməli 2010-cu ilin fevralında ölkə Prezidenti tərəfindən qoyulmuşdur.Ölkə Prezidenti İlham Əliyev 6 oktyabr 2015-ci ildə "Göyçay" SES-in açılışında iştirak etmişdir. == Texniki göstəriciləri == "Göyçay" SES kiçik su elektrik stansiyasıdır və gücü 3,1 meqavatdır.Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində tikilmiş stansiya ildə 20 milyon kilovat-saat elektrik enerjisi istehsal etməyə imkan verir. Bu isə Göyçay rayonunun tələbatının 25 faizini təşkil edir.Stansiyanın ərazisi 5 hektardır, burada geniş yaşıllaşdırma və abadlıq işləri aparılıb, köməkçi tikililər inşa edilmişdir.Burada hər birinin gücü 1,03 meqavat olan üç hidroaqreqat, suqəbuledici və tutumu 4500 kubmetr olan təzyiq hovuzu, hər birinin uzunluğu 28,4 metr olan üç dəmir-beton təzyiq qurğusu quraşdırılmışdır. Burada, həmçinin turbin zalı və su nəqledici kanal yaradılıb, 10 kilovoltluq yarımstansiya və elektrikverici xətlər çəkilmişdir.
Hayqır SES
Hayqır SES — İranda su elektrik stansiyası. Bu SES Fars ostanının Firuzabad şəhərinin cənub-şərqində, Hayqır dərəsində, Firuzabad çayı üzərində yerləşir. Hayqır SES Firuzabad şəhərindən təxminən 40 kilometr (25 mil) aralıda, bu şəhərdən Qirə gedən yolda yerləşir. Regionu içməli su ilə təmin etmək, kənd təsərrüfatı və sənaye sahələrin dəstək olmaq, elektrik enerjisi istehsal etmək, daşqınlara nəzarət etmək məqsədilə tikilmişdir.
Bas (səs tipi)
Bas ( it. basso "aşağı") - səsin müvafiq tessiturasına malik olan ən aşağı kişi səsi. Böyük səs dərinliyi və dolğunluğu ilə fərqlənir. Qədim dövrlərdən bizim dövrümüzə qədər bas səsləri bəstəkarlar tərəfindən istifadə edilir. Xor və nəğmələr üçün bir çox kompozisiyalarda bas partiyası əsasdır. Həmçinin operada bir çox bas partiyaları ifa olunurdu. Baslar dərin bas profundo və melodik bas kantantasına bölünür. Bas diapazonu E-F (böyük oktavanın Mi-si, Fa-sı)-dan e1-g1-ə (Mi, Fa, Fa #, birinci oktavanın Sol-u), keçid notları: a-cis (Kiçik oktavanın La-sı - birinci aktavanın Do-diez-i). == Növlər == Yüksək bas, melodik bas (kantante), F2 (böyük oktavanın Fa-sı) ilə F4 (1-ci oktavanın Fa-sı) və bəzən F4, F#4, G4, Ab4 (Fa-diez, Sol və Birinci oktavanın la-bemolu) iş diapazonuna malikdir. Bu, bəzən bariton tembrini xatırladan yüngül, parlaq səsdir.