Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tapmaca
Tapmaca — insanın zehni qabiliyyətini, ağlının çevikliyini yoxlamaq məqsədilə yaradılan ədəbi janr. Tapmacada hər hansı bir əşyanın əlaməti üstüörtülü şəkildə verilir və ya başqa bir əşyaya bənzədilir, onun tapılması qarşı tərəfdən tələb olunur. Anonim tapmacalar şifahi xalq ədəbiyyatının məhsuludur. Fərdi tapmacalar isə yazılı ədəbiyyat nümunəsi olub yazıçı və şairlər tərəfindən yaradılır. Qədimdən bəri insanların zəka və biliyinin ölçülməsi, eyni zamanda əylənmək üçün istifadə olunur. İnkişaf eden texnologiya ilə birlikdə artan əyləncə üsullarının təsiriylə tapmacalar öz funksiyası itirmişdir. Buna baxmayaraq, müxtəlif tədbir və mərasimlərdə rast gəlmək mümkündür. Tapmacalar daha çox nəzmlə olur. Məsələn: O yanı çəpər,Bu yanı çəpərİçində atlı çapar. (göz)Bir balaca mil başı,Yandırdı dağı-daşı (kibrit)Dəyirmana dən gəldi,Durun görün kim gəldi.Toxunmamış çuvaldaÜyünməmiş un gəldi.
Tapmaca gecələri
Zəngilan rayonunun bir çox kəndlərində payızdan başlayaraq yaza qədər evlərdə tapmaca gecələri təşkil olunurdu. Söyləyicilərin dediyinə görə, tapmaca gecələri olduqca maraqlı keçirdi. Kimsə tapmacanın cavabını tapa bilmirdisə, o, borclu qalırdı. Onda tap-macanı söyləyən deyirdi: “Satıram”. Yerdən biri deyirdi: “Alıram”. Soruşurdular: “Hansı cəzanı çəksin?” Tapmaca deyən dillənirdi: “Qab götürsün, getsin filan bulaqdan bir qab su gətirsin, camaat su içsin”. Tapmacanın cavabını tapa bilməyən gedib su gətirdikdə ona əziyyət vermək üçün deyirdilər ki, sənin şahidin yoxdu, bəlkə, suyu başqa yerdən doldurub gətirmisən. Onun yanına birini şahid qoşub təkrar su gətirməyə göndərirdilər. Tapmacanı tapmayan şəxsə digər cəzalar da verilirdi. Məsələn, səhərə qədər dik ayaq üstə durmaq və s.
Eynşteyn tapmacası
Eynşteyn tapmacası – çox adam tərəfindən bilinən məşhur bir məntiqi tapmacadır. Əfsanəyə görə həmin tapmaca Albert Eynşteyn tərəfindən uşaqkən yaradılmışdır. Lakin başqa fərziyyəyə görə, tapmaca məşhur riyaziyyat müəllimi və ədəbiyyatçı Luis Kerroll tərəfindən hazırlanmışdır. Amma onu da demək lazımdır ki, tapmacada danışılan siqaret, məsələn, "Kools" adlı siqaret nə Luis Kerrollun vaxtında, nə də Albert Eynşteynin uşaqlığında yaranmamışdır. Ona görə də, bunun kim tərəfindən hazırlanması haqqında tapılan dəqiq dəlil yoxdur.Tapmaca çox vaxt "Eynşteyn tapmacası" və ya "Zebra tapmacası" olaraq adlandırılır. İlk dəfə olaraq tapmaca 25 mart 1963-cü ildə "Life International" jurnalında dərc olunmuşdur. Bu jurnalın səhifələrində dünyanın fərqli yerlərindən tapmaca həll edən yüzlərlə adamın adları və tapmaca həllini ehtiva edən sayı nümayiş olunmuşdur.Bir çoxları deyir ki, bu tapmacanı həll etmək çox çətin işdir. Dünyada yaşayan insanların 2/100 faizi tapmacanı həll edə bilər. Yəni, faizə daxil olan insanlar tapmacanı beyinlərində həll edərək tapa bilərlər. Məhz həmin insanlar 2/100 faizə daxildirlər.
Novruz tapmacaları
Novruz tapmacaları — tapmaca xalq ədebiyyatının ən əski janrlarındandır. Tapmacalarda Novruz bayramı atributları da öz əksini tapmışdır.
Tapmacalar
Tapmaca — insanın zehni qabiliyyətini, ağlının çevikliyini yoxlamaq məqsədilə yaradılan ədəbi janr. Tapmacada hər hansı bir əşyanın əlaməti üstüörtülü şəkildə verilir və ya başqa bir əşyaya bənzədilir, onun tapılması qarşı tərəfdən tələb olunur. Anonim tapmacalar şifahi xalq ədəbiyyatının məhsuludur. Fərdi tapmacalar isə yazılı ədəbiyyat nümunəsi olub yazıçı və şairlər tərəfindən yaradılır. Qədimdən bəri insanların zəka və biliyinin ölçülməsi, eyni zamanda əylənmək üçün istifadə olunur. İnkişaf eden texnologiya ilə birlikdə artan əyləncə üsullarının təsiriylə tapmacalar öz funksiyası itirmişdir. Buna baxmayaraq, müxtəlif tədbir və mərasimlərdə rast gəlmək mümkündür. Tapmacalar daha çox nəzmlə olur. Məsələn: O yanı çəpər,Bu yanı çəpərİçində atlı çapar. (göz)Bir balaca mil başı,Yandırdı dağı-daşı (kibrit)Dəyirmana dən gəldi,Durun görün kim gəldi.Toxunmamış çuvaldaÜyünməmiş un gəldi.
İtkin kvadrat tapmacası
İtkin kvadrat tapmacası şagirdlərə həndəsi fiqurlar haqqında düşünməyə kömək etmək üçün riyaziyyat dərslərində istifadə olunan optik illüziyadır ; daha doğrusu, onlara fiqurlardan istifadə edərək düşünməyi yox, yalnız mətn təsvirlərindən və həndəsə aksiomlarından istifadə etməyi öyrətmək üçündür. Tapmaca azca fərqli şəkildə quraşdırılmış oxşar formalardan hazırlanmış iki düzülüşü təsvir edir. Hər düzülüş 13×5 ölçülü düzbucaqlı üçbucaq əmələ gətirirmiş kimi görünür, lakin birində 1×1 ölçülü dəlik var.
Tamada
Tamada — Qonaqlıqlarda, toylarda və sairədə məclisi idarə edən şəxs; süfrəbəyi, masabəyi. == Tamada haqda == Tamada Türk deyimi olub "ev-eşiyi" (damata deməkdir. Toy şənliklərinə dəvət olunan toybəyinin xələflərindən biri kimi bizim günlər şəhər mühitində keçirilən ziyafət və qonaqlıqların başçısı, toy məclislərini idarə edən peşəkar sərəncamçı "masabəyi" yə verilən ad. Ona bəzən "süfrəbəyi" də deyilir. Tamada, bir qayda olaraq, təşkilatçılarla seçilir, və ya tədbirin iştirakçıları tərəfindən seçilir. Tamadanın vəzifələrinə nitqlərin (danışıqların) və tostların sırasının (nizamının) qurulması, təşkilat və artistlərin çıxışlarının kontrolu daxil olur. Tamada alkoqollu içkilərdən istifadə etmir. Çox ölkələrdə belə növün (nəsilin) ənənələri mövcuddur. Tamadanın ənənəsinin post-sovet vaxtına Sovet İttifaqının bütün respublikalarına yayıldı. Əsl peşəkar tamada - Təkcə yumor hissiylə deyil, həm də şən və istedadlı olmalıdır.
Tamala
Avokado (lat. Persea) – dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.Avokado həmişəyaşıl meyvə bitkiləri cinsidir. Tropik meyvədir. Hünd. 10–20 m-dir. Çiçəkləri ikicinsiyyətli və ağımtıldır. Armud formalı meyvələri tündyaşıl, yaxud qara və birtoxumlu olur. Əkiləndən 4-5 il sonra məhsul verməyə başlayır; hər ağacı 150-200 kq meyvə verir. Meyvələri 250-600 qr gəlir, yeyilir, qoz dadı verir. Tərkibində asan həzm edilən yağ (30%-ədək), zülal (1,5-4%), B1, B2, C və D vitaminləri var.
Tamara
Tamara əsasən Bibliya adı Tamardan törədiyi söylənilən addır, mənası "xurma ağacı" deməkdir.
Böyük Tamara
Böyük Tamara (gürc. თამარ მეფე Tamar Mepe) və ya Tamar (1166, Mtsxeta – 18 yanvar 1213, Tabaxmela) — 1184–1213-cü illərdə hakimiyyət sürmüş Gürcüstan hökmdarı. Gürcüstanın Qızıl Dövrünü idarə edib. Baqrationilər sülaləsinin üzvü olan Tamaranın təkbaşına Gürcüstanı idarə edən ilk qadın olması orta əsr gürcü mənbələrində, əsasən, Tamara üçün istifadə edilən mep'e ("kral") titulu ilə qeyd edilib.Tamara 1178-ci ildə hakimiyyətdə olan atası III Georgi tərəfindən varis və hakimiyyət şəriki elan edildi, ancaq Georginin ölümündən sonra hökmdar səlahiyyətlərinə tamamilə sahib olduğu zaman zadəganların böyük bir müxalifəti ilə qarşılaşdı. Tamara onları neytrallaşdırmağa nail oldu və düşmən səlcuq türklərinin zəifləməsi ilə dəstəklənən fəal xarici siyasətə başladı. Güclü hərbi elitaya etibar edən Tamara Qafqazda ağalıq edən imperiyanı gücləndirməkdə öz sələflərinin uğurlarını davam etdirdi və bu imperiya onun ölümündən sonrakı iki onillikdə monqol hücumları ilə tənəzzül etdi.Tamara iki dəfə ailə həyatı qurub. Birinci əri olan Böyük Vladimir Knyazlığının şahzadəsi Yuri ilə 1185–1187-ci illərdə evli olub. O, Yuridən boşanıb, onu Gürcüstandan sürgün edib və daha sonra onun dövlət çevrilişi cəhdlərinin qarşısını alıb. İkinci əri kimi Tamara Alaniya şahzadəsi David Soslanı seçib və Daviddən iki övladı — sıra ilə Gürcüstan taxtının sahibləri olan Georgi və Rusudan doğulub.Tamaranın dövrün siyasi və hərbi uğurları və mədəni nailiyyətləri ilə əlaqələndirilməsi və onun qadın hökmdar kimi rolu gürcülərin incəsənət əsərlərində və tarixi yaddaşında onu ideallaşdırmasına və romantikləşdirməsinə səbəb olub. O, Gürcüstanın populyar mədəniyyətində vacib simvol olaraq qalır və Gürcü Ortodoks Kilsəsi tərəfindən Müqəddəs Mömin Kral Tamara (gürc.
Cinnamomum tamala
Cinnamomum tamala (lat. Cinnamomum tamala) — dəfnəkimilər fəsiləsinin darçın ağacı cinsinə aid bitki növü.
Keyci Tamada
Keyci Tamada (d. 11 aprel 1980) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 72 oyun keçirib, 16 qol vurub.
Lathyrus aphaca
Lathyrus aphaca (lat. Lathyrus aphaca) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.
Nelumbium tamara
Fındıqcalı şanagüllə və ya Hind lotusu(lat. Nelumbo nucifera) — şanagüllə cinsinə aid bitki növü.
Tamada heykəli
Tamada heykəli (gürc. თამადის ძეგლი) – Tbilisinin Qədim şəhər rayonunda, Şardeni və Sioni küçələrinin kəsişməsində yerləşən heykəl. Qədim şəhərin əsas görməli yerlərindən biridir. == Tarixi == 2006-cı ildə açılışı baş tutmuş heykəl, Gürcüstan Milli Muzeyinin Xristianlıqdan əvvəlki dövr kolleksiyasında saxlanılan və ölkənin qərbindəki Vani arxeoloji abidəsinin tədqiqi zamanı aşkarlanmış bürünc heykəlinin böyüdülmüş kopyasıdır. == Təsviri == Orijinal əsər e.ə. VII əsrə aid edilməklə bürüncdən hazırlanmışdır. Forma və elementlərində görə elmi ədəbiyyatda tamada adlandırılan heykəldə, buynuz tutulmuş əlini qabağa uzadaraq oturmuş vəziyyətdə dayanmış gənc oğlan təsvir edilmişdir. == İstinadlar == == Ədəbiyyat == Свириденко О. Н. Тбилиси за неделю. Путеводитель. — С. Петербург: Своё издательство, 2015.
Tamara (rəqs)
Tamara — Azərbaycanın milli rəqsi. Təqribən 1916-1917-ci illərdə Bakıda yaranıb. Rəqsə bu ad toylarda Azərbaycan rəqslərini ifa edən məşhur Salyanlı rəqqasə Tamaranın şərəfinə verilmişdir. Lirik rəqsdir, əsasən qadınlar tərəfindən, çox hallarda həm də kişilər tərəfindən aram tempdə ifa olunur. Rəqs muğam oxunması ilə başlanır.
Tamara Abakeliya
Tamara Qriqoryevna Abakeliya (gürc. თამარ გრიგოლის ასული აბაკელია, 19 avqust (1 sentyabr) 1905, Xoni, İmereti – 14 may 1953, Tbilisi, SSRİ) — Gürcüstan-sovet heykəltəraşı, teatr rəssamı, qrafik rəssamı, qrafik dizayneri. Məşhur həkim və ictimai xadim İoseb Abakelianın (1882–1938) qardaşı qızıdır. == Həyatı == Tamara Abakeliya 19 avqust 1905-ci ildə Gürcüstanın qərbində, İmereti bölgəsində Xoni qəsəbəsində anadan olmuşdur. İlk təhsilini doğma kəndində almışdır. Sonra rəssamlıq təhsilini almaq üçün Tbilisiyə yollanmışdır. Tamara Abakeliya 1924–1929-cu illərdə N.P.Kandelaki, E.E.Lansere və Y.İ.Nikoladzenin də dərs verdiyi Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. Teatr və dekorativ rəngkarlıq sahəsində K.A.Marcanişvilinin rəhbərliyi altında işləməyə başlayır. 1932–1934-cü illərdə Lado Mesxişvili adına Kutaisi Gürcü Teatrının rəssamı idi. 1942-ci ildən Sov.İKP üzvü olub.
Tamara Beruçaşvili
Tamara Beruçaşvili (gürc. თამარ ბერუჩაშვილი; 9 aprel 1961, Tbilisi) — Gürcüstan dövlət xadimi və diplomatı. 1998-2000-ci illərdə Gürcüstanın Ticarət və Xarici İqtisadi Əlaqələr naziri, 2004-cü ildə Gürcüstanın Avropa və Avroatlantik İnteqrasiya Naziri, 2014-2015-ci illərdə Gürcüstanın Xarici İşlər Naziri, 2016-cı ildən isə Gürcüstanın Böyük Britaniyadakı səfiridir. == Bioqrafiya == Beruçaşvili 1985-ci ildə Moskvanın Rusiya Xalqlar Dostluğu Universitetini bitirib, fizika-riyaziyyat və təbiət elmləri, eləcə də xarici dillər fakültələrində təhsil alıb. Təhsilinə görə - kimyaçı, fransız dilindən tərcüməçidir. 1986-1990-cı illərdə Gürcüstan SSR Elmlər Akademiyasının Farmakologiya İnstitutunda baş laborant işləyib. 1990-1992-ci illərdə Gürcüstanın Elm və Texnologiya Nazirliyində beynəlxalq əməkdaşlıq şöbəsinin baş mütəxəssisi olur. 1992-ci ildə UNESCO Beynəlxalq İdarəetmə Mərkəzini bitirib. 1992-1994-cü illərdə Gürcüstanın Xarici İqtisadi Əlaqələr üzrə Dövlət Komitəsində işləmiş, TACIS proqramının koordinasiya bürosunun inzibatçısı olmuşdur. 1994-1996-cı illərdə Gürcüstanın Elm və Texnologiya Nazirliyində çalışır, TACIS proqramının koordinasiya bürosunda icraçı direktor müavini vəzifəsini tutur.
Tamara Gözəlova
Tamara Gözəlova 14 fevral 1940, Bakı – 8 may 2020, Bakı) — Azərbaycan aktrisası, diktoru və mədəniyyət xadimi. == Həyatı == Tamara Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 1965-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb. 1956–1959-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub. Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında "Məşədi İbad" adıyla məşhurlaşan "O olmasın, bu olsun" filmində məşhur Gülnaz rolunu canlandırıb. Bir övladı olan Tamara Gözəlova 2020-ci il 8 may tarixində xərçəng xəstəliyindən vəfat edib. Əhmədli kənd qəbiristanlığındə dəfn edilib.
Tamara Kokova
Tamara Kokova — Aktrisa, Rusiyanın Əməkdar artisti. == Həyatı == Tamara Kokova 15 mart 1934-cü ildə Kabarda-Balkariya Sovet Respublikasının Nalçik şəhərində dünyaya gəlib. 1958-ci Anatoli Lunaçarski adına teatr incəsənəti universitetini bitirib. 1959-cu ildən "Gürcüstan-film" kinostudiyasının, 1961-ci ildən isə Dövlət aktyor Teatrının aktrisası olub. 1971-ci ildən RSFSR-in əməkdar artistidir. Aktrisa karyerasınn böyük hissəsində Qafqaz filmlərinə çəkilib.O cümlədən Azərbaycan filmlərində də maraqlı obrazlar yaradıb. Ən yaddaqalan obrazı, şübhəsiz ki, "Bir qalanın sirri" filmindəki Mətanət obrazıdır.Aktrisa film karyerasına yaşadığı ağır avtoqəza nəticəsində son qoymuşdur.Hazırda həyat yoldaşı vəkil Mark Voznesenskiy ilə Moskvada yaşayır. == Filmoqrafiya == Sevimli şərfim (film, 1956) Bir məhəllədən iki nəfər (film, 1957) Fatimə (film, 1958) Bir qalanın sirri (film, 1959) Uçqun (film, 1959) Həmzə (film, 1961) Zümrad (film, 1962) Öz qəlbindən soruş (film, 1964) İyirmialtılar (film, 1966) Ağ royal (film, 1966) Torpaq. Dəniz. Od.
Tamara Qaçeçiladze
Tamara "Tako" Qaçeçiladze (gürc. თამარა "თაკო" გაჩეჩილაძე, 17 mart 1983, Tbilisi) — Gürcüstan müğənnisi, bəstəkarı və aktrisası. O, Gürcüstanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == Tamara Qaçeçiladze vətəni olan Gürcüstanı 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edə bilmək üçün Gürcüstanın GPB telekanalının təşkil etdiyi milli seçim turunda "Me and My Funky" adlı mahnı ilə iştirak etmiş və onuncu yerdə qərarlaşaraq, yarışmada məğlub olmuşdur. Daha sonra müğənni 2009-cu ildə "Stephane & 3G" qrupunun üzvü olaraq Gürcüstanın Avroviziya üçün keçirdiyi milli seçim turuna yenidən qatılmışdır. Qrup ifa etdikləri "We Don't Wanna Put In" mahnısı ilə seçim turunda qələbə qazansa da, mahnının siyasi mesaj daşıması səbəbindən Gürcüstanın müsabiqədə iştirakı təxirə salınmışdır. Tamara Qaçeçiladze "Keep the Faith" mahnısı ilə Gürcüstanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Müğənni 9 may tarixində baş tutan yarımfinal mərhələsində səhnə almış və səsvermədə 11-ci yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. == Həyatı == Tamar Qaçeçiladze 17 mart 1983-cü ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olmuşdur.
Tamara Qəniyeva
Tamara Qəniyeva (başq. Тамара (Тимербикә) Әхмәтшәриф ҡыҙы Ғәниева 25 yanvar 1951, Kinzyabay[d], Başqırd MSSR) — Başqırd şairəsi, tərcüməçi və dramaturq. Başqırdıstanın xalq şairi (2019). Başqırdıstan Respublikasının əməkdar mədəniyyət işçisi (1993). Rusiya Yazıçılar Birliyinin, BMSSR Yazıçılar Birliyinin üzvü (1986). R.Qaripov (1998), F. Kərim (2004), B. Bikbay (2013) adına mükafatı laureatı. Mahmud Kaşğari Beynəlxalq Hekayə Müsabiqəsinin (2014) laureatı. Başqırd dilinə ən yaxşı bədii tərcüməyə görə "Şöz bağlayan ip" Ümumrusiya ədəbi mükafatı laureatı (2016). Başqırdıstan Respublikasının 100 illiyinə həsr olunmuş "Şanlı Başqırdıstanım!" Şeir müsabiqəsinin laureatı (2018). == Bioqrafiyası == Tamara Qəniyeva 25 yanvar 1951-ci ildə Başqırdıstan Muxtar Sovet Sosialis Rerspublikasının Kumertau rayonunun Kinzyabay kəndində (indiki Başqırdıstan Respublikasının Kuyargazinski rayonu) anadan olmuşdur.
Tamara Sinyavskaya
Tamara İlyiniçna Sinyavskaya (rus. Тамара Ильинична Синявская; 6 iyul 1943, Moskva, SSRİ) — sovet və rus opera müğənnisi (mezzo-soprano) və müəllim.RSFSR xalq artisti və Azərbaycan Respublikasının xalq artisti. SSRİ xalq artisti (1982). Lenin komsomolu mükafatı (1980) qalibi. == Həyatı == Tamara Sinyavskaya 6 iyul 1943-cü ildə Moskvada anadan olub Altı yaşında o, Pionerlər Sarayındakı Mahnı və Rəqs Ansamblına rəqs qrupuna daxil oldu.Bir müddət sonra 1953-cü ildə yenidən Pionerlər Sarayında V. S. Loktevin rəhbərliyi altında Mahnı və Rəqs Ansamblında təhsili alıb. Orta məktəbi bitirdikdən sonra Moskva Konservatoriyasının nəzdindəki Musiqi Məktəbinə (L. M. Markovanın sinfi, sonra O. P. Pomerantseva) daxil olub. Məktəbdəki təhsilini Maly Teatrındakı işi ilə birləşdirdi - səhnə xorunda oxudu. 1970-ci ildə GİTİS-in musiqili komediya şöbəsini (D. B. Belyavskaya sinfi) bitirmişdir. 1964-cü ildə kolleci bitirdikdən sonra Dövlət Akademik Böyük Teatrında müsabiqədən keçərək kollektivə daxil olub. O, teatrda Q.Verdinin "Riqoletto"sunda Peyc rolunda debüt etdi.
Tamara Stanisiç
Tamara Stanisiç — 1998-ci ildə anadan olmuşdur. İsveçrəli bədii gimnastdır. İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etmişdir. == Həyatı == Tamara Stanisiç 1997-ci ildə anadan olmuşdur. == Karyerası == Tamara Stanisiç 2015-ci ildə İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etdi. 2015 və 2014-cü illərdə Dünya Çempionatında iştirak etmişdir.
Tamara Tansıkkujina
Tamara Tansıkkujina (tam adı: Tamara Tansıkkujina, başq. Танһыҡҡужина Тамара Михаил ҡыҙы; 11 dekabr 1978, Naberejnıye Çelnı, Tatarıstan MSSR) — Rusiyanın beynəlxalq dama oyunçusu, beynəlxalq qrossmeyster, Dünya Dama Federasiyasında qadın oyunçuların nümayəndəsi, Başqırdıstan Respublikası Dama Federasiyasının İcraiyyə Komitəsinin sədri. O, qadınlar arasında beşqat Dünya çempionu, ikiqat Avropa çempionudur. Həmçinin, Rusiyada 20 ən yaxşı oyunçudan (cinsindən asılı olmayaraq) biridir. Doğma Başqırdıstanda keçirilmiş festivalın fəxri qonağı olmuşdur. 2013 Dünya Dama Çempionatında B qrupunda 8-ci yeri tutmuşdur.Yar Çallı şahmat və dama klubunun yetirməsidir. Klubda məşqçiləri Sergey Oveçkin və M. Belkina olmuşdur, hazırda isə Yuri Çertok və Aleksey Çijovdur. Başqırdıstan İctimai Palatasının üzvü olub. == Həyatı == Dama ilə 8 yaşında pionerlər evində olarkən məşğul olmağa başlayıb. Müxtəlif səbəblərdən hələ birinci ilində Tamara iki dəfə məşqçi dəyişmişdir: idman ustası Y. Vavilin və Q. Oxotnitski.
Tamara Todevska
Tamara Todevska (mak. Тамара Тодевска; d. 1 iyun 1985, Skopye, Şimali Makedoniya, Yuqoslaviya Sosialist Federativ Respublikası) — Şimali Makedoniya müğənnisi. == Həyatı == Tamara Todevska 1 iyun 1985-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Şimali Makedoniyanın Skopye şəhərində dünyaya göz açmışdır. Tamaranın atası Velko Todevski musiqi müəllimi, Bosniya və Herseqovinada anadan olan Serb əsilli anası Branka Todevska isə opera ifaçısıdır. Onun böyük bacısı Tiyana Dapçeviç "To The Sky" mahnısı ilə Şimali Makedoniyanı 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == Tamaranın ilk mahnısı 1997-ci ildə bacısı Tiyana ilə birlikdə ifa etdiyi "Igra luda" (azərb. Çılğın oyun‎) olmuşdur. O, 2003-cü ildə Monteneqroda keçirilən Sunçane Skale musiqi festivalında "1003" adlı mahnı ilə çıxışından sonra şöhrət qazanmışdır. Tamara festivalda 2-ci yerdə qərarlaşmışdır.
Tamara Vəliyeva
Tamara Vəliyeva (tam adı: Tamara Əlibala qızı Vəliyeva; 1959, Beyləqan, Azərbaycan SSR) — nasir, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998). == Həyatı == Tamara Vəliyeva 1959-cu ildə Beyləqan şəhərində anadan olub. 1963–1973-cü illərdə orta ümumtəhsil məktəbində təhsil almış, 1980-ci ildə Azərbaycan Dövlət Universitetində filologiya ixtisası üzrə təhsilini başa vurmuşdur. Uzun müddət "Yazıçı" nəşriyyatında çalışıb.1984-cü ildən başlayaraq müxtəlif almanaxlarda, qəzet və jurnallarda çap olunmağa başlayıb. "Çəlikli qoca" adlı povest və hekayələrdən ibarət ilk kitabı 1990-cı ildə çap olunub. "Xəyanət" adlı ikinci kitabı 2000-ci , "Məhəbbət ölüncə var" kitabı, 2001-ci ildə işıq üzü görüb. "Mənim ağ göyərçinim" pyesi 1999-cu ildən başlayaraq Azərbaycanın müxtəlif dövlət teatrlarında tamaşaya qoyulub."Bankir adaxlı" musiqili komediya əsəri 2000-ci ildən bu günə qədər Azərbaycan Dövlət Akademik Musiqili Teatrında oynanılır və bu pyesə görə müəllif Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi Beynəlxalq "Qızıl Dərviş" mükafatına layiq görülüb."Mən dəyərəm min cavana" musiqili komediyası da Musiqili Teatrda 2007-ci ildə tamaşaya qoyulub, hələ də səhnədədir. 2018-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Cəza" dram monotamaşası səhnəyə qoyulub. Hər dörd pyes müəllifə uğur gətirib və bu günədək Azərbaycanın müxtəlif teatr səhnələrində oynanılır. Onların sırasına Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Sumqayıt Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı, Dərbənd Dövlət Azərbaycan Dram Teatrı daxildir.
Tamara Xatun
Tamara Xatun və ya Kera Tamara (XIV əsr və ya 1340, Bolqarıstan – XIV əsr və ya 1389, Osmanlı imperiyası) — Bolqar çarı İvan Aleksandrın qızı və 3-cü Osmanlı sultanı I Muradın xanımı. == Həyatı == Tamara Xatun 1340-cı ildə Bolqar çarı İvan Aleksandr və onun ikinci xanımı Sarah Teodoranın qızı olaraq dünyaya gəldi. Atasından sonra çar olan İvan Şişmanın doğma bacısı idi. Həyatının ilk illəri haqqında yetərli məlumat yoxdur. İlk ərinin despot Konstantin olduğu məlumdur. Ancaq bəzi mənbələrin onun Bizans imperatoru II Manuelin qaynatası Konstantin Draqas olduğunu iddia etməsi yalnışdır. Çünki adı çəkilən şəxs 1395-ci ildə vəfat etmiş, Tamara isə tarixi mənbələrdə 1371-ci ildən artıq dul olaraq anılmağa başlanmışdır. 1371-ci ildə atası Çar Aleksandr vəfat etdi və qardaşı İvan Şişman Bolqar taxtına əyləşdi. Həmin il Osmanlı sultanı I Muradın elçiləri paytaxt Tırnovaya yollandı və yeni çarla sülh şərtlərini yenilədi. Ancaq çarın gözəl bacısının dul olduğunu bilən Sultan Muradın bu dəfəki sülh tələbi başqa idi.
Tapança
Tapança — qısa lüləli bir atəşli silahdır. Tapançalar, iş prinsiplərinə və güllə mühafizə hissələrinin şəklinə görə, daraqlı (pistol) və ya toplu (revolver) olaraq adlandırılır və istifadə edilən güllələrin çaplarına görə təsnif edilirlər.
Avtomatik tapança
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
Pulemyot-tapança
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
Pulemyot tapança
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
ASP (tapança)
ASP — Paris Teodor tərəfindən 1960-cı illərdən 1970-ci illərin əvvəllərinə qədər ABŞ məxfi agentləri üçün nəzərdə tutulmuş yığcam tapança. 1960-cı illərdən 1970-ci illərin əvvəllərinə qədər Dizayn Smith & Wesson Model 39 tapançasına əsaslanır. == Tarixi == ASP tapançası ABŞ məxfi agentlərini qəfil çıxarmaq və istifadə etmək üçün əlverişli olan yığcam və güclü tapança ilə təchiz etmək üçün nəzərdə tutulmuşdur. "Smith & Wesson Model 39" tapançası əsas götürülmüşdü, burada lülə və boltun qısaldıldığı, həmçinin sapın və tətik qoruyucunun forması.1983-cü ildə "Armament Systems & Procedures" təxminən 250 ASP tapançasından ibarət bir partiya istehsal etmişdi. Bundan sonra silah daha istehsal olunmamışdır.
Cam Tamaçi
Cam Xayruddin Əl-Məruf Cam Tamaçi ibn Cam Unar (Sind dilində: ڄام خيرالدين المعروف ڄام تماچي بن ڄام انڙ‎, Urdu dilində: جام خيرالدين المعروف ڄام تماچي بن جام انر‎ ) — Sindin 1367-1379-cu illərdə məşhur hakimi idi. O Pakistanda Sindin Unar tayfasından idi. == Tarixi == Sultan Əlauddin Xalci ordusu ilə Bukkura ətraflarına gəldi, bu istehkamı geri aldı və Sexvan yola düşməyə hazırlaşdı. Onların arasında Sammoy döyüşü oldu. Bu döyüşdə sonuncu məğlubiyyətə düçar oldu. Cam Tamati və onun bütün ailəsi əsir götürülərək Dehliyə göndərildi. Orada sürgündə o, uzun müddətə yaşamağa məcbur oldu. Öz hökmdarılarının olmadığı vaxtlarda insanlar onun qardaşı, Cam Unarın oğlu Cam Tamati Babinanın hakimiyyəti altında Tarri ətraflarında sakit ömür sürürdülər. Bir neçə il sonra Cam Tmatinin oğlu Xayruddin Sində qayıtmaq üçün izin ala bildi. O atasılnın ölümündən sonra öz tayfasının rəhbəri olmalı idi.