Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fitnə törətmək
Fitnə Fitnənin lüğətdə mənası, qarışıqlarının çıxarılması və xalisləşdirilməsi üçün qızılın közərdilməsi deməkdir.Fitnə sözü bir nəfər və ya bir cəmiyyətdən asayiş və əmin-amanlığın alınması, iki və ya daha çox insanı bir-birinin canına salıb ikitirəlik yaratmaq, həmçinin xalqa əziyyət və işgəncə vermək deməkdir. == Fitnənin növləri == Qurani-Kərimdə müşriklərin törətdiyi fitnənin qətl törətməkdən də ağır günah olduğu qeyd olunur və bu fitnə aradan qalxanacan onlarla vuruşma tövsiyə edilir: "Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Əgər onlar (vuruşdan və Allaha şərik qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!. Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur.""Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçun ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır."Peyğəmbəri (s): "Üç şey fitnə törədər: gözəl saç, gözəl surət və gözəl səs."Əli ibn Əbu Talib: "Fitnə üç şeydədir: qadın düşkünü olmaq – bu şeytanın qılıncıdır, şərab içmək – bu şeytanın tələsidir və dirhəmə, dinara məhəbbət – bu isə şeytanın oxudur. Kim qadın düşkünü olsa, ömrünün faydasını görməz, kim şərab düşkünü olsa, cənnət ona haram olar. Kim dinar və dirhəmə məhəbbət bəsləsə, dünyanın nökəri olar."Fitnəkarlıq növlərindən biri də zalim hakimlər üçün casusluq etməkdir. Bunun böyük günah sayılıb bir çox ziyan və fəsadlarının adam öldürməkdən böyük olması isə çox aydın bir məsələdir. Çünki bir fitnəkar cəsusun çoxlu qətl və cinayətlərə səbəb olması mümkündür. == Finə-fəsad baş verən zaman necə davranmalı?! ==
Titrəmə (üsulu)
Titrəmə (en.dithering), (ru.дрожание) – boz rəngin çalarlarının (monoxrom displey və ya printerdə), yaxud tamamlayıcı rənglərin (rəngli displey və ya printerdə) dəyişilməsi illüziyasını yaratmaq üçün kompüter qrafikasında tətbiq olunan üsul. Bu üsul ona əsaslanır ki, görüntünün hissələrinə bu və ya başqa rəng naxışlarını əmələ gətirən nöqtələr qrupu kimi baxılır. Titrəmə üsulu ilə yaradılmış görüntülər yarımton (HALFTONE) görüntülərə və müəyyən dərəcədə puantilizm (POINTILLISM) texnikası ilə işlənmiş rəsmlərə çox yaxındır; titrəmə, insan gözünün, müxtəlif rəngli ləkələri qaralamaqla onların təsirini ortalaşdırmıq və onları qavranılan bir çalar və ya rənglə qatışdırmaq xassəsindən istifadə edir. Verilmiş sahənin daxilində olan qara və ağ nöqtələrin nisbətindən asılı olaraq ümumi effekt bu və ya başqa boz rəng çalarını verəcək. Analoji olaraq, ağ nöqtələrlə səpələnmiş qırmızı nöqtələr çəhrayı rəngin çalarlarının dəyişilməsi illüziyasını yaradacaq. Titrəmədən kompüter qrafikasında daha yüksək realizm vermək üçün və çözmə imkanı aşağı olduqda əyrilərin və diaqonal xətlərin girintili-çıxıntılı qıraqlarını hamarlamaq (ALIASING) üçün istifadə olunur. == Titrəmə üsulları == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qorxu və Titrəmə
"Qorxu və Titrəmə" (Danimarka dilində: Frygt og Bæven) — 1843-cü ildə İohannes de Silentio təxəllüsü ilə çap olunan Sören Kyerkeqora aid fəlsəfi bir əsərdir. Ümumilikdə kitabın başlığı Bibliyada keçən bir hissədən götürülüb. Belə ki, kitabın baş qəhrəmanı Tanrının ondan öz sevimli oğlunu qurban olaraq tələb etdiyi Tövratdakı İbrahimdir Bibliyadan götürülmüş həmin ifadə aşağıdaki şəkildə qeyd edilib: “Mənim əzizlərim, həmişə söz dinlədiyiniz kimi, sadəcə mən yanınızda olanda yox, indi, yanınızda olmadığım bir vaxtda da, qorxu və titrəmə ilə xilasınıza yetişmək üçün cəhd edin, çünki Tanrı Öz lütfü ilə sizi, həm istək, həm də əməl sahibi edir.” (Bax: Filippililərə; 2. 12-13) Buna görə də bu əsər Susqun İohanın dialektik lirikası olaraq təqdim edilir. Belə ki, öz məzmununa görə bu kitab sanki iki fərqli hissədən ibrarətdir. Əsərin birinci hissəsi oxucunu mənəvi, hissi, psixoloji cəhətdən Tövratda keçən bu hekayənin cazibəsinə salmaq üçün lirik əhvalda təqdim edilmişdir. Adətən bir musiqi alətində ifa etməzdən əvvəlki kökləmə prosesini xatırladan bu hissədə qeyd edilənlər İbrahimin qurban hadisəsini ilk dəfə uşaqlığında eşidərək təsirlənən və böyüdükcə onun bu əməlindən daha çox təsirlənərək tərəddüdə düşən bir insanın təxəyyülündə canlanır. İkinci hissəsi isə müəllifin əsas götürdüyü təməl kateqoriyaların tədqiqi, etik və dini olan arasındakı münasibət, etik olanın teleolojik təcridi və bir çox başqa məsələlərin dialektik şəkildə fəlsəfi tədqiqatından ibarətdir. Belə bir dialektik nəzər nöqtəsindən ən yüksək zirvədə sözlə ifadə edilə bilməyən, rasionallıqdan uzaq, qaranlıq, absurd bir iman “paradoks”u dayanır. Kyerkeqor bu kitabda insanın Tanrı naminə dünyəvi istəklərdən imtina etməsini (təslimiyyət həmləsini) və sonra Tanrı üçün hər şeyin, hətta insan məntiqində absurd olan şeylərin də həyata keçirilməsinin mümkün olduğunun fərqinə vararaq yenidən həmin dünyəvi ehtiraslara geri qayıtmasını (iman həmləsini) ifadə edən əbədiyyətin ikili həmləsi ətrafında müzakirə aparır.