Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hamarlama
Cilalama- materiallarda kiçik abrazivlərlə aparılan mexaniki emal növü. İncə emal üsullarına aid olub metalların və qeyri-metallar ın emalında tətbiq olunur. Materialın üst səthi mexaniki, kimyəvi və elektrolit üsulları ilə ovularaq səthdə minimum kələkötürlük və parıltılıq yaradılır. Aşağıdakı cilalama üsulları mövcuddur: Əl ilə cilalama (fərdi istehasalatda tətbiq olunur) Maşınla cilalama (seriyalı və kütləvi istehsalda) Hidroabraziv cilalama (iriseriyalı və kütləvi istehsal) Ultrasəs cilalama (bərk xəlitələrin emalı) Elektrolit cilalama (kütləvi istehsal) Kimyəvi-mexaniki cilalama (bərk xəlitələrin emalı)Cilalama prosesini aparmaq üçün əsas və köməkçi materiallardan istifadə edilir. Əsas material kimi ölçüləri 0,05-50 mkm həddində olan abraziv materiallar (almaz, korund, karbidlər) tətbiq olunur. Köməkçi materiallar kimi isə əsasən emal növündən asılı olaraq yağlayıcı maddələrdən (yağ, kerosin, su, stearin, çarezin, duz məhlullarından ibarət pastalar) istifadə olunur. == Mənbə == Əliyev, R. Maşınqayırma leksikonu. Bakı, Apostroff, I hissə, 2012.
Tamamlama əməliyyatı
Tamamlama əməliyyatı — maşınqayırmada tətbiq olunan finiş əməliyyatı olub, yüksək dəqiqilik və təmizlik tələb olunan hissələrin səthlərinin son emalında tətbiq taır. Tamamlama əməliyyatında emal olunan səthin xüsusiyyətlərinə təsir etmək üçün müxtəlif üsullardan istifadə edilir. Buraya kəsmə ilə mexaniki, elektrokimyəvi və elektrofiziki emal üsulları daxildir. Ən geniş yayılmış nazik emal payı çıxartmaqla işləyən yonma, frezləmə, şevinqləmə, pardaqlama, sürtmə və çatdırma, cilalama, honalama və superfinişləmə üsullarıdır. Bundan əlavə yonqar çıxartmamaqla, səthin soyuq halda təzyqi altında emalı: diyirləmə, döymə və s. tətbiq olunur. Həmçinin səthin keyfiyyətini artırmaq məqsədilə diyircəklə sığallama üsullarından istifadə edilir. Bu üsullarda səthdə olan nahamarlıqlar əzilərək kiçildilir və müəyyən dərəcədə baş verən plastik deformasiya sayəsində səthin bərkliyi artır. Elektrofiziki və elektrokimyəvi üsulları çox vaxt kəsmə ilə çox çətin emal olunan və mürəkkəb həndəsi formaya malik olan hissələrin səthlərinin finiş olunmasında istifadə eidlir. Buraya anod-mexaniki emal, elektro-qığılcımlı emal, elektroimpuls üsullarını göstərmk olar.
On’a tamamlama
On’a tamamlama – ten’s complement ~ дополнение до десяти ~ on'a tümler ~ on’a tamamlama – onluq say sistemində başqa bir ədədin dəqiq tamamlayıcısı olan ədəd. Tamamlayıcı ədəd ya verilmiş ədədin hər bir rəqəmini say sisteminin əsasından 1 vahid az olan ədəddən çıxmaq və nəticəyə 1 əlavə etməklə, ya da verilmiş ədədi say sisteminin əsasının növbəti qüvvətindən çıxmaqla alınır. Məsələn, 25 ədədinin on’a tamamlaması 75-dir və bu ədəd ya 25-in hər bir rəqəmini 9-dan (ədədin olduğu say sisteminin əsasından 1 vahid az olan ədəddən) çıxmaq (9 – 2 = 7, 9 – 5 = 4) və nəticəyə 1 əlavə etməklə alınır (74 + 1 = 75), ya da 25 ədədini say sisteminin əsasının növbəti qüvvətindən çıxmaqla alınır (100 – 25 = 75). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.