Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Turşular
Turşu — metal atomu və ya mürəkkəb ion molekulu ilə əvəz oluna bilən hidrogen atomlarından və turşu qalığından ibarət olan mürəkkəb maddə. Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən dissosiasiya zamanı kation kimi yalnız hidrogen ionu əmələ gətirən elektrolitlərə turşu deyilir. Turşular tərkibinə, əsaslığına və qüvvətliliyinə görə təsnif edilir. Tərkibinə görə turşular iki qrupa bölünür: oksigensiz və oksigenli. Oksigensiz turşular: HF, HCl, HBr, H2S, HCN və s. Dövri sistemin VI və VII qrup qeyri-metallarının hidrogenli birləşmələrinin suda məhlulları oksigensiz turşuların nümayəndələridir. Oksigenli turşular: HNO3, H2SO4, H3PO4 və s. Turşuların tərkibindəki metalla əvəz oluna bilən hidrogen atomlarının sayı turşuların əsaslığını və turşu qalığının valentliyini göstərir. Əsaslığına görə turşular birəsaslı (HF, HCl, HNO3, HCOOH və s.), ikiəsaslı (H2SO4, H2S, H2C2O4 və s.), üçəsaslı (H3BO2, H3PO4 və s.) və dördəsaslı (H4P2O4 və s.) olur. Turşuların qüvvətliliyi onların su məhlullarında əmələ gələn hidrogen ionlarının qatılığı, yəni dissosiasiya dərəcəsi ilə müəyyən edilir.
Qüvvətli turşular
XQüvvətli turşular — yüksək pH-a malik turşular. Əksər qüvvətli turşular flüorsulfun turşusu ilə FSO3H kükürd-trioksid və ya lyuis turşularının qarışığı olur (əsasən Stibium-pentaflüorid). flüorsulfun turşusu ilə stibium-pentaflüoridin qarışığı sehrli turşu adlanır. Həmççinin xlorid turşusunun xlorlaşmış karbohidrogenlərdə məhlulu da qüvvətli turşulardır.Qüvvətli turşulardan biri də, triflüormetansulfat turşusudur (texniki adı trimsilatdır) CF3SO3H. Trimsilat oksidləşdirici xüsusiyyətə malik deyil və hidroliz etmir.