Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tutulma
Tutulma (astronomiya)
Tutulma (astronomiya)
Tutulma — Yerdəki müşahidəçiyə nəzərən bir Göy cisminin digərinin qarşısından keçməsi hadisəsi. Məsələn, Ay Günəşin qarşısından keçəndə Günəş tutulması, Yer Ayın qarşısından keçdikdə Ay tutulması, qoşa ulduz sistemində bir ulduz digərinin qarşısından keçdikdə ulduz tutulması baş verir.
Tutulma (roman)
Tutulma (ing. Eclipse) — Tutulma ABŞ yazıçısı Stefani Mayerin müəllifi olduğu “Alatoran” romanlar seriyasından olan üçüncü romandır. Bu romanda Bella Svon və onun vampir sevgilisi Edvard Kallenin hekayəsi davam etdirilir. Romanda Bella Edvarda və canavar adam dostu olan Ceykoba qarşı olan hissləri arasında kompromis tapmağa çalışır, özünü yol ayrıcında qalmış kimi hiss edir, Sietldakı sirrli vampir hücumlarının səbəbini anlamağa çalışır. “Yeni Ay” romanının davamı olan “Tutuma”dakı hadisələr “Sübh” romanında davam etdirilir. 7 avqust 2007-ci ildə təqdim edilən roman ilkin olaraq bir milyon nüsxə ilə nəşr edilmiş, və ilk 24 saat ərzində 150.000 nüsxə satılmışdır. 2008-ci ilin ən çox satılan romanlarından biri olan “Tutulma”, “Alatoran” və “Yeni Ay”ın uğurunu davam etdirmişdir. Romanın film adaptasiyası 30 iyun 2010-cu ildə təqdim edilmişdir.Tənqidçilər romanın çazibədar və romantik olduğunu bildirmiş və sələflərindən fərqli olaraq əhatə etdiyi mövzulara daha yetkin yanaşma sərgilədiyi qeyd etmişlər. Yaxşı yazılmış sevgi üçbucağı, obrazların inkişafı, gözlənilməz və həyəcanlı sonluğu ilə roman daha çox müsbət rəylər almışdır. == Məzmun == Hadisələr Sietlda vampir hücumları xəbəri ilə başlayır, naməlum bir vampir tərəfindən yaradılmış gənc vampirlər qana hərisliklərini idarə edə bilmədikləri üçün çoxlu insanlar öldürür, izləri itirməyi də bacarmırlar.
Alatoran:Tutulma (film musiqisi)
“The Twilight Saga: Eclipse (Original Motion Picture Soundtrack)” Alatoran. Saqa: Tutulma filminin film musiqisi albomudur. Bu, filmlər seriyasının üçüncü musiqi albomu olmaqla 8 iyun 2010-cu ildə çıxarılmışdır. Bu dəfə də əvvəlki iki filmdə olduğu kimi film musiqisi Aleksandra Patsavasın prodüsserliyi ilə hazırlanmışdır. Alboma daxil olacaq musiqilərin siyahısı 12 may 2010-cu ildə xüsusi MySpace açıqlaması ilə elan edilmişdir. 146.000 nüsxə ilə satılan albom “Billboard 200” hit-paradında ikinci yerdə debüt etmişdir. == Kompozisiyaların siyahısı == Kompozisiyaların siyahısı albomun MySpace səhifəsində xüsusi bütün gün tədbiri zamanı açıqlanmışdı. Filmdə istifadə olunmuş mahnılardan, sırf film üçün yazılmış musiqilərə kimi, hər şeydə əvvəlki iki filmdə istifadə edilmiş təcrübəyə əsaslanılmışdır. Sia, The Black Keys və Si Lo Qrin kimi musiqiçilərlə yanaşı, əvvəlki iki filmdə olduğu kimi bu filmdə də Muse qrupunun mahnılarından istifadə olunmuşdur. Tutulma filminin musiqisi Oskar mükafatı laureatı olan bəstəkar Hovard Şor tərəfindən yazılmışdır.
Alatoran: Tutulma (film musiqisi)
“The Twilight Saga: Eclipse (Original Motion Picture Soundtrack)” Alatoran. Saqa: Tutulma filminin film musiqisi albomudur. Bu, filmlər seriyasının üçüncü musiqi albomu olmaqla 8 iyun 2010-cu ildə çıxarılmışdır. Bu dəfə də əvvəlki iki filmdə olduğu kimi film musiqisi Aleksandra Patsavasın prodüsserliyi ilə hazırlanmışdır. Alboma daxil olacaq musiqilərin siyahısı 12 may 2010-cu ildə xüsusi MySpace açıqlaması ilə elan edilmişdir. 146.000 nüsxə ilə satılan albom “Billboard 200” hit-paradında ikinci yerdə debüt etmişdir. == Kompozisiyaların siyahısı == Kompozisiyaların siyahısı albomun MySpace səhifəsində xüsusi bütün gün tədbiri zamanı açıqlanmışdı. Filmdə istifadə olunmuş mahnılardan, sırf film üçün yazılmış musiqilərə kimi, hər şeydə əvvəlki iki filmdə istifadə edilmiş təcrübəyə əsaslanılmışdır. Sia, The Black Keys və Si Lo Qrin kimi musiqiçilərlə yanaşı, əvvəlki iki filmdə olduğu kimi bu filmdə də Muse qrupunun mahnılarından istifadə olunmuşdur. Tutulma filminin musiqisi Oskar mükafatı laureatı olan bəstəkar Hovard Şor tərəfindən yazılmışdır.
Alatoran. Saqa: Tutulma (film, 2010)
Alatoran. Saqa. Tutulma (ing. The Twilight Saga: Eclipse) daha çox “Tutulma” kimi tanınan, 2010-cu ildə Stefani Mayerin “Tutulma” romanı əsasında romantik-fentezi janrında çəkilmiş ABŞ filmidir. Alatoran filmlər seriyasından üçüncü film olan “Tutulma” 2008-ci ildə çıxarılmış “Alatoran” və 2009-cu ildə çıxarılmış “Yeni Ay” filmlərinin davamıdır. “Summit Entertainment” filmin çəkiləcəyini 2009-cu ilin fevralında elan etmişdi. Devid Sleydin rejissorluğu ilə çəkilmiş filmdə Kristen Stüart, Robert Pattinson və Teylor Lotner müvafiq olaraq Bella Svon, Edvard Kallen və Ceykob Blek obrazlarını canlandırmışlar. “Alatoran” və “Yeni Ay” filmlərində olduğu kimi “Tutulma” filminin də ssenarisini Melissa Rozenberq yazmışdır. Filmin çəkilişləri 17 avqust 2009-cu ildə “Vancouver Film Studios”da başlamış və oktyabrda tamamlanmışdır, çəkilişdən sonrakı istehsala isə növbəti ay start verilmişdir. Brays Dallas Hovard əvvəlki filmlərdə Viktoriya obrazını canlandırmış Raşel Lefevreni əvəz etmişdir.
Turuşka sülaləsi
Turuşka sülaləsi — Şimali Hindistanda, Kəşmir, Kabilistan (indiki Əfqanıstanda tarixi bölgə) və Qəndhara bölgələrində hökm sürən qədim kral sülaləsi. Sülalənin ya qarışıq Qərbi Göytürk-Eftalit ya Hind-Skif mənşəli olduğu güman edilir. Sülalənin sakinləri əsasən hindu brahmanları olsa da, sülalənin hakim sinfi buddistlər və Buddanın güclü inanclıları idi. Bu xanədan tərəfindən Kəşmir və Qəndharada bir çox buddist abidələri ucaldılmışdır ki, bu da onların Buddizm dininə məhəbbətini göstərirdi. Hindistanda məskunlaşan Orta Asiya tayfalarının Hindistan cəmiyyətinə inteqrasiya etmək üçün Buddizmi və buddistlərin əsas inanclarını qəbul etməsi adi hal idi. Bu sülalənin Türk Şahilərin Kabilistanı idarə etdiyi dövrdə Kəşmiri də idarə etdiyi güman edilir və iki sülalə arasında Kapisa və Qəndhara bölgələri üzərində toqquşmalar baş verə bilirdi. Bu sülalə Qəznəvilər tərəfindən bütün Kəşmirlə birlikdə tabe edilərək fəth edildi. Qəznəvi sultanı Səbuktəkinnin başçılıq etdiyi təkrarlanan işğal dalğaları bu sülalənin son məhvinə və nəticədə Kəşmir bölgəsinin ilhaqına gətirib çıxardı. Beləliklə, Hindu-Buddist Turuşka hakimiyyəti məhv edildi və onların torpaqları həm Kəşmir bölgəsini, həm də Pəncab bölgəsini fəth edən türk-müsəlman Qəznəvilərin əlinə keçdi. == Ədəbiyyat == Долин А. А., Попов Г. В. Кэмпо - традиция воинских искусств.
Elektrik tutumu
Elektrik tutumu — naqilin elektrik yükü toplamaq xassəsi. Elektrik tutumu naqilin yükünün onun potensialına olan nisbətinə deyilir. Elektrik yükü və elektrik sahəsi enerjisi toplamaq üçün işlədilən qurğu kondensator adlanır. Kondensator nazik dielektrik qatı ilə bir-birindən ayrılmış iki paralel, metal lövhədən ibarətdir. Köynəklərdən birinə +q, digərinə -q yükü versək onlar arasında U gərginliyi yaranar. İkinci lövhəni yerlə birləşdirmək də olar. Kondensatorun yükü dedikdə, bir köynəkdəki yükün modulu nəzərdə tutulur. Kondensatorun elektrik tutumu onun yükünün köynəkləri arasındakı gərginliyə olan nisbətinə deyilir. Düsdur:C=q/U Kondensatorların formasına görə müstəvi, silindrik və s. növləri var.
İstilik tutumu
İstilik tutumu və ya istilik sığışması bir maddənin istiliyinin 1 °C dəyişdirmək üçün tələb olunan istilik miqdarıdır, başqa sözlə, bir cismin istiliyinin temperaturuna görə törəməsidir. Cismin kütləsi ilə öz istiliyinin hasilinə bərabərdir. (m.c) C = ( δ Q d T ) {\displaystyle C=\left({\frac {\delta Q}{dT}}\right)} ifadəsi ilə göstərilir. Bu ifadədə δ Q {\displaystyle \delta Q} istilik dəyişməsi, δ T {\displaystyle \delta T} temperatur dəyişməsidir. SL sistemində vahidi coul/Kelvindir Bir cismin vahid kütləsinin temperaturunu vahid dərəcə ilə dəyişdirmək üçün tələb olunan istiliyə xüsusi istilik tutumu və ya xüsusi istilik deyilir. SI sistemindəki vahidi joule/qram kelvindir. İstilik tutumu maddələr üçün fərqləndirici bir xüsusiyyət deyildir.
Əmək tutumu
Əmək tutumu — məhsul vahidinin istehsalına sərf olunmuş əmək (və ya vaxt) göstəricisi. Məhsulun əmək tutumu əməyin məhsuldarlığını xarakterizə edən iqtisadi göstəricidir və məhsul vahidinə və ya işə sərf edilmiş cəmi iş vaxtı (adam-saat, norma-saat) ilə ölçülür. Məhsulun əmək tutumu - sərf olunan iş vaxtı fondunun (adam-saat) istehsal olunan məhsulun miqdarına nisbətinin natural qiymətləri ilə müəyyən olunur.
Marna sahilindəki vuruşma
Marna döyüşü — Birinci dünya müharibəsində Almaniya və Antanta qüvvələri arasında Fransa ərazisindəki Marna çayı sahilində 1914-cü ilin sentyabrın 7-də baş vermiş döyüşdür. Bu döyüşdə hər iki tərəfdən 2 milyondan artıq əsgər və zabit iştirak edirdi. Döyüş nəticəsində almanların Fransanın paytaxtına doğru hücumu dayandırılır və alman qoşunları Belçikaya tərəf geri otuzdurulur. Bu döyüşdə fransızlar tarixdə ilk dəfə taksi avtomobillərindən hərbi məqsəd üçün istifadə etmək təcrübəsini tətbiq etdilər.
İki tərəfli vuruşma
İki tərəfli vuruşma — Azərbaycan uşaq oyunu. == Yaş == 10-16. == Oyunçuların sayı == Oyunun 15 və ya daha çox iştirakçısı ola bilər. Meydançada və ya müvafiq yerdə dördbucaqlı çəkilir və o 3 hissəyə bölünür . Kənar hədlər 5m orta hissə isə 7 metr olur. == Oyun qaydası == Uşaqlar üç dəstəyə bölünür. İki dəstə kənar hissələrdə bir dəstə isə orta hissədə durur. Hər dəstədə 5 oyunçu iştirak edir. İki kənar dəstədə duran uşaqlar top ilə ortadakı dəstənin uşaqlarını vurmağa çalışırlar. Ortadakılar isə hər vasitə ilə topdan qorunurlar.
Tutum göstəricisi
Aviahorizont — əvvəllər gyro üfüqi və ya süni,üfüqi olaraq bilinən münasibət göstəricisi (AI), təyyarənin Yerin üfüqünə nisbətən istiqamətini izah edən və ən kiçik oriyentasiya dəyişikliyini dərhal göstərən bir uçuş vasitəsi idi. Miniatür təyyarə və üfüq çubuğu təyyarənin həqiqi üfüqə nisbətini təqlid edir. Bu, meteoroloji şəraitdə uçuş üçün əsas vasitədir. == İstifadəsi == AI-nin zəruri komponentləri, üfüqə nisbətən uçduğu görünən şəkildə quraşdırılmış simvolik bir miniatür təyyarəni əhatə edir. Pilotun görmə xəttini nəzərə almaq üçün bir tənzimləmə sapı, təyyarəni üfüq çubuğuna uyğunlaşdırmaq üçün yuxarı və aşağı hərəkət edir. Alətin üst yarısı göyü təmsil etmək üçün mavi, alt yarısı isə yeri bildirən qəhvəyi rəngdədir. Yuxarıdakı bank indeksi bankın təyyarə bucağını göstərir. Ortadakı istinad sətirləri üfüqə nisbətən yuxarı və ya aşağı səviyyədədir. Rusiya istehsalı təyyarələrin əksəriyyəti bir qədər fərqli dizayna malikdir. Arxa plan displeyi Qərb alətində olduğu kimi rənglidir, ancaq meydançanı göstərmək üçün yuxarı və aşağı hərəkət edir.
Sərt diskin tutumu
Sərt disk – informasiya daşıyıcıları hər iki tərəfi maqnit material təbəqəsi ilə örtülmüş dairəvi alümin lövhələr (platterlər) olan maqnit diskdir. Bu plastina və ya hesablayıcı/yazı bloku ilə birgə plastinalar qrupu toz, nəm və çirkdən qorunması üçün hermetik qutuda yerləşir. Sərt disk iki əsas hissədən – hermetik blokdan və elektronika platasından ibarətdir. Hermetik blokda sərt disklər, mövqe vermək üçün qurğudan ibarət başlıqlar bloku, şpindelin elektrik məftili və ilkin siqnal gücləndiricisi quraşdırılıb. Hermetik blokun ilkin gücləndiricisindən siqnal elektronika blokuna daxil olur. Həmçinin onun vasitəsilə başlıqlara, yazan siqnal daxil olur. Elektronika bloku ibarətdir: idarəedici blok, daimi yaddaş qurğusu (DYQ), bufer yaddaşı, interfeys bloku və siqnalın rəqəmsal emalı bloku Verilənlərin yazılma texnologiyası Sərt disklərin iş prinsipi maqnitofonların işinə oxşayır. Diskin işlək səthi hesablayıcı başlığa əsasən hərəkət edir (məsələn, maqnit məftilində kəsiklə induktiv çarx formasında). Dəyişən elektrik cərəyanı verildikdə başlığın kəsiyində yaranan dəyişən maqnit sahəsi diskin səthinin ferromaqnitinə təsir edir və siqnalın həcmindən asılı olaraq domenlərin vektorunun istiqamətini dəyişir. Hesablama zamanı başlığın kəsiyində domenlərin yerdəyişməsi başlığın maqnit məftilində maqnit axınının dəyişməsinə səbəb olur ki, bu da elektromaqnit induksiyası effektinə görə çarxda dəyişən elektrik siqnalının yaranmasına gətirib çıxarır.
Xüsusi istilik tutumu
Xüsusi istilik tutumu —Ədədi qiymətcə 1kq kütləli maddəni 1K və ya 1°C qızdırmaq üçün lazım olan istilik miqdarına bərabər olan fiziki kəmiyyət. Xüsusi istilik tutumu- kiçik "c" hərfi ilə işarə olunur. Xüsusi istilik tutumu- maddənin enerji uddma qabiliyyətini xarakterizə edir c=Q/mΔt Q=cmΔt Q-istilik miqdarı c-xüsusi istilik miqdarı Δt - (t2-t1) tempratur dəyişməsi m - maddənin kütləsi Burada Q-istilik miqdarı, Δt-temperatur dəyişməsi, m-isə cismin kütləsidir. “c”-nin BS-də vahidi kiloqram kelvində couldur: [c]=[Q]/[m][ΔT] =1C/1kq*1K=1C/kq*K/1m2/K*san2 Xüsusi istilik tutumu yalnız maddənin növündən və aqreqat halından asılıdır. Suyun istilik tutumu 4200 C/kq*K-dir, bu göstərir ki, 1kq suyu qızdırmaq üçün ona 4200 C istilik miqdarı vemək lazımdır. Buzun xüsusi istilik tutumu suyun 2100 C/kq*K-dir. Dəmir maddələrin xüsusi istilik tutumu daha az olduğu üçün onlar daha az istilik miqdarı tələb edir. Məsələn: Mis(400 C), Qızıl (130 C) və s.
Ağ ciyərin hava tutumu
Ağ ciyərin hava tutumu-dərin nəfəs aldıqdan sonra buraxılan havanın miqdarı. Normal tənəffüs zamanı alınan və buraxılan, maksimum nəfəsvermə zamanı əlavə buraxılan və maksimum nəfəsalma zamanı əlavə alınan havadan ibarətdir. Kişilərdə, adətən, 3,5–4,5 l, qadınlarda bundan təqribən 25% az, fiziki iş və idmanla məşğul olan adamlarda 6 l və daha çox olur. Sağlam insanda Ağ ciyərin hava tutumu fəaliyyət göstərən ağ ciyər toxumasının azalması - pnevmofibroz, pnevmoskleroz, atelektaz, pnevmoniyalar, abses, kista, şiş, ağ ciyər toxumasının zədələnməsi, kiçik qan dövranında durğunluq, ağ ciyərin tam açılmaması - kifoz, skolioz, döş qəfəsinin deformasiyası, plevra bitişmələri, ekssudativ plevrit, hidrotoraks, diafraqma və qarnın ön divarının hərəkətinin məhdudlaşması, ümumi əzələ zəifliyi nəticəsində baş verə bilər. == Teqdimat == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 146.
Diskin tutumu, diskin həcmi
Diskin tutumu, diskin həcmi (disk capacity)– diskə yerləşdiriləbilən baytların (simvolların) ümumi sayı. Kompüterin əməliyyat sistemi öz məqsədləri üçün diskdə müəyyən yeri ehtiyatda saxlayır, bundan başqa, fayıllar diskə bayt-bayt ardıcıl olaraq deyil, bloklar şəklində yazıldığından, diskin gerçək tutumu onun saxlamaq üçün mümkün olan sahəsindən bir qədər çox olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tatuidris tatusia
Tatuidris tatusia — Agroecomyrmecinae yarımfəsiləsinin yeganə müasir təmsilçisi, relikt növ. == Yayılması == Cənubi və Mərkəzi Amerikada yayılmışdır. == Görünüşü == Uzunluq təxminən 3 mm-dir. Torpaq qarışqaları sarımtıl-qəhvəyi rəngdə olur. İşçi və dişilərin bığcıqları 7 buğumludur (erkəklərdə bu rəqəm 12-dir. İynələri inkişaf etmişdir. Tropik meşələrin torpaqlarında və çırpılıqlarda yaşayırlar. Az görülən qarışqalardır. == Bölgü == Tatuidris cinsi eosenin fosil Agroecomyrmex və Eulithomyrmex ilə birlikdə Agroecomyrmecinae yarımfəsiləsini təşkil edir. == Ədəbiyyat == Bolton B. (1992).