Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tutulma
Tutulma (astronomiya)
Tutulma (astronomiya)
Tutulma — Yerdəki müşahidəçiyə nəzərən bir Göy cisminin digərinin qarşısından keçməsi hadisəsi. Məsələn, Ay Günəşin qarşısından keçəndə Günəş tutulması, Yer Ayın qarşısından keçdikdə Ay tutulması, qoşa ulduz sistemində bir ulduz digərinin qarşısından keçdikdə ulduz tutulması baş verir.
Tutulma (roman)
Tutulma (ing. Eclipse) — Tutulma ABŞ yazıçısı Stefani Mayerin müəllifi olduğu “Alatoran” romanlar seriyasından olan üçüncü romandır. Bu romanda Bella Svon və onun vampir sevgilisi Edvard Kallenin hekayəsi davam etdirilir. Romanda Bella Edvarda və canavar adam dostu olan Ceykoba qarşı olan hissləri arasında kompromis tapmağa çalışır, özünü yol ayrıcında qalmış kimi hiss edir, Sietldakı sirrli vampir hücumlarının səbəbini anlamağa çalışır. “Yeni Ay” romanının davamı olan “Tutuma”dakı hadisələr “Sübh” romanında davam etdirilir. 7 avqust 2007-ci ildə təqdim edilən roman ilkin olaraq bir milyon nüsxə ilə nəşr edilmiş, və ilk 24 saat ərzində 150.000 nüsxə satılmışdır. 2008-ci ilin ən çox satılan romanlarından biri olan “Tutulma”, “Alatoran” və “Yeni Ay”ın uğurunu davam etdirmişdir. Romanın film adaptasiyası 30 iyun 2010-cu ildə təqdim edilmişdir.Tənqidçilər romanın çazibədar və romantik olduğunu bildirmiş və sələflərindən fərqli olaraq əhatə etdiyi mövzulara daha yetkin yanaşma sərgilədiyi qeyd etmişlər. Yaxşı yazılmış sevgi üçbucağı, obrazların inkişafı, gözlənilməz və həyəcanlı sonluğu ilə roman daha çox müsbət rəylər almışdır. == Məzmun == Hadisələr Sietlda vampir hücumları xəbəri ilə başlayır, naməlum bir vampir tərəfindən yaradılmış gənc vampirlər qana hərisliklərini idarə edə bilmədikləri üçün çoxlu insanlar öldürür, izləri itirməyi də bacarmırlar.
Alatoran:Tutulma (film musiqisi)
“The Twilight Saga: Eclipse (Original Motion Picture Soundtrack)” Alatoran. Saqa: Tutulma filminin film musiqisi albomudur. Bu, filmlər seriyasının üçüncü musiqi albomu olmaqla 8 iyun 2010-cu ildə çıxarılmışdır. Bu dəfə də əvvəlki iki filmdə olduğu kimi film musiqisi Aleksandra Patsavasın prodüsserliyi ilə hazırlanmışdır. Alboma daxil olacaq musiqilərin siyahısı 12 may 2010-cu ildə xüsusi MySpace açıqlaması ilə elan edilmişdir. 146.000 nüsxə ilə satılan albom “Billboard 200” hit-paradında ikinci yerdə debüt etmişdir. == Kompozisiyaların siyahısı == Kompozisiyaların siyahısı albomun MySpace səhifəsində xüsusi bütün gün tədbiri zamanı açıqlanmışdı. Filmdə istifadə olunmuş mahnılardan, sırf film üçün yazılmış musiqilərə kimi, hər şeydə əvvəlki iki filmdə istifadə edilmiş təcrübəyə əsaslanılmışdır. Sia, The Black Keys və Si Lo Qrin kimi musiqiçilərlə yanaşı, əvvəlki iki filmdə olduğu kimi bu filmdə də Muse qrupunun mahnılarından istifadə olunmuşdur. Tutulma filminin musiqisi Oskar mükafatı laureatı olan bəstəkar Hovard Şor tərəfindən yazılmışdır.
Alatoran: Tutulma (film musiqisi)

Alatoran. Saqa: Tutulma (film, 2010)
Alatoran. Saqa. Tutulma (ing. The Twilight Saga: Eclipse) daha çox “Tutulma” kimi tanınan, 2010-cu ildə Stefani Mayerin “Tutulma” romanı əsasında romantik-fentezi janrında çəkilmiş ABŞ filmidir. Alatoran filmlər seriyasından üçüncü film olan “Tutulma” 2008-ci ildə çıxarılmış “Alatoran” və 2009-cu ildə çıxarılmış “Yeni Ay” filmlərinin davamıdır. “Summit Entertainment” filmin çəkiləcəyini 2009-cu ilin fevralında elan etmişdi. Devid Sleydin rejissorluğu ilə çəkilmiş filmdə Kristen Stüart, Robert Pattinson və Teylor Lotner müvafiq olaraq Bella Svon, Edvard Kallen və Ceykob Blek obrazlarını canlandırmışlar. “Alatoran” və “Yeni Ay” filmlərində olduğu kimi “Tutulma” filminin də ssenarisini Melissa Rozenberq yazmışdır. Filmin çəkilişləri 17 avqust 2009-cu ildə “Vancouver Film Studios”da başlamış və oktyabrda tamamlanmışdır, çəkilişdən sonrakı istehsala isə növbəti ay start verilmişdir. Brays Dallas Hovard əvvəlki filmlərdə Viktoriya obrazını canlandırmış Raşel Lefevreni əvəz etmişdir.