Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Türkçülük
Türkçülük, Türkizm və ya Pantürkizm — bütün türk xalqlarının müstəqil olub birgə dövlət qurmasını məqsəd görən siyasi düşüncədir. 1880-ci illərdə Rusiya imperiyasının türk ziyalıları arasında yaranmış və türk xalqlarının mədəni və siyasi birliyini məqsəd görən ictimai-siyasi hərəkat. == Tarix == 1804-cü ildə tatar əsilli ilahiyyatçı Kursavi İslam dinində müasirləşmə iddiasını irəli sürən bir traktat yazmışdır. Kursavi eyni zamanda Cədidçilik (ərəb. 'cədid' – 'yeni') dini təfəkkürünün əsasını qoymuşdur ki, bu düşüncə etirassız loyallıq əvəzində tənqidi təfəkkürü təşfiq etmişdir. Cədidçilik müsəlmanlar üçün təhsili, cins bərabərliyini, fərqli dinlərə qarşı tolerantlığı, türk mədəni birliyini və Avropa mədəni dəyərlərinə bağlılığı təbliğ etmişdir. 1843-cü ildə Kazan şəhərində Cədid hərəkatının əsası qoyulmuşdur. Hərəkat, yarı-dünyəvi müasirləşdirməni və təhsildə islahatları özünə məqsəd götürdüyü halda, tarxidə ilk dəfə dindən müstəqil Türk milli kimliyini irəli sürmüşdür. Görkəmli Krım tatar yazıçısı və ictimai xadimi, İsmayıl Qaspiralı, 1883-cü ildən dərc etdiyi "Tərcüman" qəzetində ilk dəfə türk xalqlarının vahid konsolidasiya halında birləşməsini irəli sürüb. Bu fikir digər krım-tatar, volqo-tatar və azərbaycan inteleqensiyasında böyük səda doğurdu.
Mülkülü
Aşağı Mülkülü — Azərbaycanın Tovuz rayonunda kənd. Mülkülü — Azərbaycanın Tovuz rayonunda kənd.
Azərbaycanda gülçülük
Azərbaycanda gülçülük — Azərbaycan Respublikasında kənd təsərrüfatı iqtisadiyyatının aparıcı sahələrindən biri. == Tarixi == Sovet dövründə – XX əsrin 70-ci illərində Azərbaycanda böyük gülçülük təsərrüfatları olub. Həmin dövrdə Bakı kəndlərindən Zabrat, Maştağa, Nardaran, Bilgəh, Mərdəkan və Şüvəlanda gülçülük sovxozları fəaliyyət göstərib. Hansı ki, onlar həm Azərbaycanı, həm də SSRİ-ni gül ilə təmin edirdi. Şəki-Zaqatala bölgəsində isə respublikada ilk dəfə olaraq sənaye xarakterli gülçülük təsərrüfatı yaradılmışdır. Sovet İttifaqı dağılanda sonra gülçülük təsərrüfatları da geriləməyə başladı. Hazırda Azərbaycanda bu səhə ilə məşğul olan təsərrüfatların sayı elə də çox azdır. Fəaliyyət göstərən təsərrüfatlar yenə də əsasən Bakı kəndlərindədir; amma əvvəlkindən xeyli kiçikdirlər. Hazırda həmin təsərrüfatlarda zambaq, nərgizgülü, qızılgül, xrizantem, kala yetişdirilir. Azərbaycanda gülçülüyün inkişafını ləngidən bir sıra amillər mövcuddur ki, buna aşağıdaklar aiddir: maliyyə çatışmazlığı; bu sahəni bilən kadrların azlığı; maarifçiliyin aşağı olması; satış bazarlarına daxil olmağın çətinliyi.
Türkçülük günü
Türkçülər günü — 3 may 1944 tarixinin anıldığı gün. İrqçilik-Turançılıq iddiasının səbəblərindən biri olaraq göstərilən Hüseyn Nihal Atsız - Sabahattin Ali iddiasının 3 may 1944-ci il tarixli duruşmasından sonra yaşanan "Ankara nümayişi"ni xatırlamaq məqsədilə, ilk dəfə 3 may 1945-ci tarixində Topxana əsgəri həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nejdət Sançar və Reha Oğuz Türkkan başda olmaq üzrə 10 məhkum tərəfindən qeyd olunmuşdur. Daha sonrakı illərdə də davam edən toplantılar Türkçülər günü adını almışdır. == Həmçinin bax == Türkman Şəhidlər Günü == Mənbə == Nihal Atsız, "3 Mayıs 1944", 3 Mayıs 1944, 50. Yılında Türkçülük Armağanı, İzmir 1994, s. 2. Nejdet Sancar, "Türkçülük Günü", 3 Mayıs 1944, 50. Yılında Türkçülük Armağanı, İzmir 1994, s. 3. Reha Oğuz Türkkan, Tabutluktan Gurbete, 3.bask.
Uçan tülkülər
İriqanad və ya uçan tülkü (lat. Pteropus) — Yarasalar dəstəsinə aid məməli heyvan cinsi. İri olurlar, quyruqları yoxdur.Bəzilərinin qanadları açılmış halda 1.4 m-dək olur.Dəstə ilə uçurlar.Burnu sivri, qulaqları xırdadır.Başı it, yaxud tülkü başına oxşayır. Cənubi və Cənub-Şərqi Asiyada, Yeni Qvineyada, Avstraliyada yayılmışdır. Əti yeməlidir.
Aşağı Mülkülü
Aşağı Mülkülü — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Mülkülü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Aşağı Mülkülü kəndi Düz Çırdaxan kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Aşağı Mülkülü kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Alakol olmuşdur. Əvvəllər kənd Kürün sağ sahilində yerləşirdi. Hazırda orada kəndin qədim qəbiristanlığı var. Sonralar kəndin əhalisi indiki yerə köçmüş və kənd belə adlanmışdır. Oykonim "Aşağıda yerləşən Mülkülü kəndi" deməkdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 8 km şimalda, Bakı-Tbilisi dəmiryolundan 6 km aralı, Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == === Şəhidləri === Emnalıyev Orxan Eyvaz oğlu (1994-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Həsən Mülkülü
Həsən Mülkülü (1904, Aşağı Mülkülü – 6 aprel 1994, Aşağı Mülkülü, Tovuz rayonu) — Şair. == Həyatı == Hüseynov Həsən Hüseyn oğlu 1904-cü ildə Tovuz rayonunun Aşağı Mülkülü kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. Onun atası Hüseyn kişi sadə kəndli olsa da, söz xiridarı idi. Babası Nəcəf, əmisi Məmmədcəfər isə el-obada aşıq kimi tanınırdı. Güzəranın ağırlığı üzündən məktəb təhsili görməyən, oxuyub-yazmağı öz gücünə öyrənən Həsənin sözlə ilk ülfəti də ailə mühitində yaranır. Qocaman el sənətkarı 1994-cü il aprel ayının 6-da dünyasını dəyişib, Aşağı Mülkülü kənd qəbiristanlığına – ömür-gün yoldaşı Məleykə xanımın və nakam oğlu şair Əziz Məftunun yanına köçdü. == İstinadlar == Qənirə Paşayeva, "Bülbül kimi gül aşiqi", "Ozan dünyası" jurnalı, № 3(10) 2012.
Mülkülü (Tovuz)
Mülkülü — Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd mülkülü nəslinin məskunlaşması nəticəsində yaranmışdır. == Tarixi == === Tarixi abidələri === Mülkülü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Tovuzçayın sahilində, dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Mülkülü kənd kitabxana filialı, Mülkülü kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə H.Ələkbərov adına Mülkülü kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qütb tülküsü
Qütb tülküsü və ya Ağ tülkü, (lat. Alopex lagopus yaxud Vulpes lagopus) — İtlər fəsiləsinə aid yırtıcı məməli növü. == Xarici görünüşü == == Əhəmiyyəti == Qütb tülküsünün qiymətli xəzi var. Şimalda xəz sənayesinin əsasını təşkil edir. Mavi qütb tülküsünün xəzi ən qiymətlidir.
Tibet tülküsü
Tibet tülküsü (lat. Vulpes ferrilata) — itkimilər dəstəsinə, tülkülər cinsinə aid növ. == Xarici görünüş == Tibet tülküsü tülkülər arasında ən kiçik ölçülərinə malik olanıdır. Dişləri yaxşı inkişaf etmişdir. İri yırtıcı dişlərə sahibdir. Tülkünün dərisi qalın, sıx xəzlə örtülüdür. Bu xəz onu güçlü küləklərdən qorumağa imkan verir. Üz hissəsi ilk baxışda dördbucaqlı formadadır. Bunun bu cür olmasına səbəb boğaz ətrafında uzun tüklərinin olmasıdır. Böyür hissələri sarı-qəhvəyi rəngə çalır.
Çöl tülküsü
Çöl tülküsü (ing. Vulpes zerda) — Fennek tülküsü olaraq da bilinən, köpəkkimilər (Canidae) familiyasının ən kiçik üzvü. Quraqlıq səhra şəraitinə çox yaxşı uyğunlaşmış, Şimali Afrikada və Ərəb yarımadasında rastlana, qeyri-adi böyük qulaqlarına görə bilinən tülkü növüdür. == Xüsusiyyətləri == 40 smə çatan bədən uzunluğuna tərs mütənasib olaraq 15 smə çatan qulaqları çox uzundur. Bu xüsusi vəziyyət özünü çöldə yaşamasını təmin edir, çünki bədən istiliyini qulaqları vasitəsi ilə tarazlıqda saxlayır. Quyruğu 25 sm uzunluğundadır, ağırlığı 1,5 kq qədər çatır.
Komandor mavi qütb tülküsü
Komandor mavi qütb tülküsü (lat. Alopex lagopus semenovi) — Qütb tülküsünə daxil olan yarımnöv ancaq Mednı adasında (Komandor adaları) yayılmışdır. Saylarının azlığı səbəbindən Rusiyanın Qırmızı kitabına daxil edilmişdir. Ümumi saylarının cəmi 100 olması düşünülür. Yarımcinsin yayıldığı Medni adası 1993-cü ildən Komandor qoruğu ərazisinə daxildir.
Ovçu ilə iti və tülkünün hekayəti
Ovçu ilə İtin və tülkünün — hekayəti dünya şöhrətli şair Nizami Gəncəvinin birinci poeması "Sirlər Xəzinəsi"nə aid hekayələrdən biridir. == Haqqında == "Ovçu ilə iti və tülkü" Nizami Gəncəvinin "Sirlər Xəzinəsi" poemasının altıncı hekayəsidir. Orta məktəb 6-cı sinif Ədəbiyyat dərsiklərində yer alıb. == Məzmunu == Biyabanları gəzib ov yerini tapan, uzaq görən bir ovçu var idi. Çeviklikdə şir, aslana bərabər bir iti var idi. Yolçuluqda ovçunun çox işinə yarayan vəfalı yoldaş idi. Bir gün ovçunun cəsur, bacarıqlı iti yoxa çıxdı. Ovçu itinin itməsinə görə çox göz yaşı töksə də səbr edib gözləmək qərarına gəlir. Bir gün ovçunun qarşısına tülkü çıxır. Ovçuya deyir: Ey ovçu, bilirəm çox ağlamısan, amma səbr edirsən.
Tuskulu
Tuskulu — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. == Tarixi == Çay kənarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. II əsr müəllifı Klavdi Ptolomey Qafqaz dağları ilə Xəzər sahili arasında tuskların yaşadığını göstərir. Fikrimizcə, toponim həmin tayfa adı əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lusakunk qoyulmuşdur.