Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
2021 Süveyş kanalının tıxanması
Süveyş kanalı 2021 il mart ayında 6 gün müddətində bağlanmışdır. Buna səbəb Ever Given gəmisinin təsadüfən saya oturması olmuşdur. İlkin səbəb kimi güclü küləyin olması göstərilmişdir. Burun tərəfi kanalın şərq sahilinə ilişmiş, davam edən inersiya ilə də gəminin arxa tərəfi kanalın qərb sahilinə tərəf hərəkət edərək, kanalı tamamilə bağlamışdır. Misir hökuməti səbəb olaraq həmçinin bəzi texniki səhvlərin və heyət tərəfindən səhvlərin buraxılmasını da istisna etmirdi. Qəzanın aradan qaldılırması üçün, Süveyş kanalının rəhbərliyi tərəfindən Boskalis şirkəti cəlb olunmuşdur. == Zəmin == 1869 ildə açılan Süveyş kanalı Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirən vacib ticarət yollarında biridir və 2021 il üçün oradan gündə 50 yaxın gəmi keçir ki, bu da dünya ticarətinin ümumi həcminin 12% təşkil edir. Getdikcə artan gəmilərin sayı və bunun müqabilində kifayət gədər geniş olmayan kanal, artıq uzun müddət idi ki gəmilərin bəzi yerlərindən hətta növbə ilə keçməsini şərtləndirmişdir. Kanalın genişləndirmə layihəsi realizasiya mərhələsində olmasına baxmayaraq, kanalın böyük bir hissəsi hələ də birtərəfli olaraq qalır.İrlandiya Milli dəniz kollecinin müəllimi və keçmiş kapitanı Bil Kavana, Süveyş kanalında üzməni «yüksək riskli çox mürəkkəb əməliyyat» kimi təsvir etmişdi. Küləyin əsməsi gəmilərin üzərində sanki bir yelkən kimi olan konteyner səthlərinə təsir edərək, gəminin istiqamətinə də təsir göstərir.
Quba tıxması
== Tərkibi == Xəmir üçün: Əla növ buğda unu - 520q, kərəli marqarin - 190q, üzlü süd - 127q, yumurta - 2 əd., maya - 8q, zəfəran - 0 0,3q, duz. İç üçün: əla növ buğda unu - 130q, kərə yağı - 64q, şəkər - 127q, hil - 0,3q, muskat qozu - 0,3q. == Hazırlanma qaydası == Xamirin yoğrulması və için hazırlanması Lənkəran külçəsində olduğu kimidir. Lakin xəmirə şəkər qatılmır. Hazır xəmir yayılır, üzərinə yağ sürtülür, dürmək formasında bükülür, dartılaraq 90-100 qramlıq tikələrə doğranır. Hər xəmir tikəsi vintvari burulur, azacıq yastılandırılır, üzərində çökək yerlər düzəldilir və oraya 35-40 q iç qoyulur. Xəmirin kənarları mərkəzə birləşdirilməklə için üstü örtülür. Birləşdirilmiş tərəfi aşağı olmaq şərtilə 90-100mm diametrdə dairəvi formada yayılır, üzərinə halqavari bəzək vurulur, 20-25 dəq istirahətə qoyuluru və səthinə yumurta sürtülüb 180-200 °S-də 35-40 dəqiqə bişirilir.
Tıxlı
Tıxlı – Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Tıxlı kəndi Xızı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Tıxlı kənd Soveti yaradılmışdır. == Tarixi == Kəndin tarixi ilə bağlı ciddi araşdırmalar aparılmamışdır. Lakin bəzi evlərin quruluşu kəndin qədim dövrə aid olduğunu göstərir. == Mədəniyyəti == Şeyx Heydər türbəsi — Şeyx Heydərin qəbri üzərində bişmiş kərpicdən tikilmiş məqbərə binası iki otaqdan ibarətdir, üstü uçmuşdur. Günbəzin dayandığı tağ oturacaqları və günbəz dairəsinin qalığı görünməkdədir. Naxçıvan-Marağa memarlıq məktəbinə xas üslubda tikilmiş binanın bəzəklərində yaşıl, qara, qəhvəyi, abı rəngli kaşılı kərpiclərdən istifadə olunmuşdur. Həmçinin "Şəhərgah" deyilən və qədim şəhərin qalıqlarının rast gəlindiyi ərazi vardır. Lakin lazımınca araşdırılmadığı və dəyərlandirilmədiyi səbəbindən oradan tapılan materiallar tam öyrənilməmişdir. Şəhər qalıqları haqda dəqiqi məlumat yoxdur.
Anal tıxac
Anal tıxac — cinsi zövq almaq məqsədilə anal dəliyə yeridilən (daxil edilən) müxtəlif material, ölçü və dizaynlarda hazırlanmış seks oyuncağıdır. Anusa rahat daxil ola bilməsi üçün daralmış (küt konusvari) uca sahib olan anal tıxaclar mərkəzə qədər genişlənir və mərkəzdən başlayaraq yenidən daralır. Anal dəlik tərəfindən udulmaması üçün anal tıxaclar tutacaq hissəyə sahibdir. == Növləri == == İstifadəsi == Anal tıxacların istifadəsindən əvvəl tıxacın və anus dəliyinin xüsusi vasitələr ilə sürüşkən hala gətirilməsi tövsiyə olunur. Bu, arzuolunmaz qıcıqlanmanın və yaralanmanın qarşısını almaqda kömək edir. == Təmizlənməsi == Anal tıxaclar adətən sabun və su ilə və ya müxtəlif seks oyuncaq təmizləyiciləri ilə təmizlənə bilər. Bununla belə anal tıxac alan zaman qutunun içərisindəki təlimatlar mütləq oxunmalıdır.
Tıs-tıs
Tıs-tıs (lat. Acantholimon) — qərənfilçiçəklilər sırasının plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Bıx
Bıx — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd. XIX əsrin əvvəllərindən kəndin əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət olmuşdur. 1918-ci ildə azərbaycanlılar qovulmuşlar. XIX əsrdə Şimali Qafqazın Ter əyalətində Bık dağı və Bıkova (əsli Bıkoba) kəndi (yenə orada), Azərbaycanda Qax r-nunda Zərnə kəndində Fıqlar obası toponimləri ilə mənşəcə eynidir. Ehtimal ki, türk dillərində buk «meşə sahəsi», «cəngəllik» sözündəndir. Altayda buk «çayın axarı boyu dağlar arası vadi» mənasındadır.
Mıx
***px|thumb|Polad mismarlar ***px|thumb|Döyməklə hazırlanmış mismar (15 sm) Mismar və ya mıx — texnikada tətbiq olunan metaldan hazırlanmış, bir ucu iti, digər ucu yastı şəklində olan birləşdirici element. O, çəkicin köməyi ilə taxtaya çalınır. Mismar taxta lövhələri fiksasiya etmək və ya tərpənməz bərkitmək üçün tətbiq olunur. Ən geniş yayılmış mismarlar polad dan, mis dən və bürünc dən hazırlanır. Çəkic əvəzinə mismarlar xüsusi sıxılmış hava ilə işləyən mismarlayıcının köməyi ilə də taxtaya vurula bilər. Mismar ən qədim birləşdirici element hesab olunur. Mismarlar sənayeləşmənin genişlənməsindən bəri metal məftilləri soyuq emal etməklə hazırlanır. Qədimdə mismarlar dəmirçilər tərəfindən zindanda metalı əllə döyməklə düzəldilirdilər. Ona görə də, onlar qədimdə dördkünc formasına malik idilər.
Tex
Dığ və ya Tex (erm. Տեղ — Teğ) — Ermənistanın Gorus rayonunda və Sünik mərzının kənd. Kənd Qondarma Dağlıq Qarabağ Respublikası ilə Ermənistan Respublikasını birləşdirən "Həyat yolu" adlanan ərazidə yerləşir. Kənd Gorus şəhərindən 8 km şərqdə, Laçın şəhərindən 12 km cənub-qərbdə yerləşir. == Tarixi == Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Kəndin digər adı "Dığ" olmuşdur. Toponim fars dilində "kənd, qışlaq" mənasında işlənən dex (> tex) sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Burada 1926-cı ildə 7 nəfər azərbaycanlı yaşamışdır. 1926–1929-cu illərdə onlar kənddən sıxışdırılıb çıxarlımışdır.
Tux
Tux (Tuks) - Linuks Əməliyat Sisteminin rəsmi talismanıdır. 1996-cı Larri Yuinq tərəfindən yaradılmışdır. Ceyms Hyuqs(James Hughes) bu pinqvini TUX (Torvald's UniX) adlandıran ilk şəxs olub. Linuxun simvolunun pinqvin olması ideyası Linus Torvalds tərəfindən irəli sürülmüşdü. Bu gün bu pinqvin dünyada nəinki Linux, həm də ümumiyyətlə Açıq kodun simvolu sayılır. Tux həm də Tux Racer və Pingus oyununlarının əsas qəhrəmanıdır. TuxPaint — uşaqlar üçün rəsm proqramında da bu personaja rast gəlirik.
Tır
Tırlar – qoşqulu və ya çəkicili yük çəkən yük maşınlarıdırlar. Tırlar əsasən güc, davamlılıq və səmərəlilik məqsədi ilə böyük həcmli dizel mühərriklərinə, çoxlu oxlara və çoxpilləli ötürmə sistemlərinə malik olurlar.
Beşdilim tıs-tıs
Beşdilim tıs-tıs (lat. Acantholimon quinquelobum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Cənub-Qərbi Asiyada geniş yayılmışdır. İlk dəfə İranın Xorasan əyalətində təsvir edilmişdir. == Botaniki təsviri == 30- 40 sm diametrində, seyrək və yarımkürəşəkilli yastığa malik alçaq koldur. Yarpaqları yaşıl, üçtilli, kənarları kirpikli və kələ- kötürdür. Xarici çiçəkaltlığı daxili çiçəkaltlığından çox qısadır. Daxili çiçəkaltlıqları kasacıq borucuğuna bərabər və ya bir azca ondan qısadır. Kasacığın büküyünün pərdələri kəsimli və qısalmış damarcıqlar arasında yerləşmişlər. Çiçək saplaqları budaqlı, çılpaq və ya aşağı hissədən qısa tükcüklü olub, yarpaqlardan çox hündürdür.
Bizəoxşar tıs-tıs
Bizəoxşar tıs-tıs (lat. Acantholimon acerosum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Cənub-Qərbi Asiya, İran-Turan coğrafi elementinə daxildir. == Botaniki təsviri == Diametri 15-25 sm olan yastıqvari formalı alçaq koldur. Yarpaqları 3-4 (1,5-5) sm uzunluqda, 1,0-1,5 mm enində olub, xətvari-bizvaridir. Aşağı hissədə yastı, yuxarıda üç hissəli, sərt, qalın, tikanlı olub, kənarları boyunca kirpikciklidir. Çiçək oxu sadə və ya bir yan budaqlı olub, 25 sm uzunluqdadır. Çiçəkləri çiçək qrupunun qalın oxu üzərində, az və ya çox dərəcədə bərabər məsafələrdə paylanmışdır. Sünbülcüklərin uzunluğu 15 mm-ə bərabərdir. Xarici çiçəkaltlıqları bir qədər uzun olub, nadir hallarda daxili çiçəkaltlığına bərabər və ya onlardan qısadır.
Gəvəni tıs-tıs
Gəvəni tıs-tıs (lat. Acantholimon tragacanthinum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Anadolunun şimal-şərqi, İranın şimal-qərbində geniş yayılmışdır. İranın qərbindən təsvir olunmuşdur. == Botaniki təsviri == 10 sm-dək hündürlüyü olub, budaqlanmamış və ya bir-iki budaqlı kolcuqdur. Yarpaqları boz-göyümtül, 1-3 (4) sm uzunluqda, yuxarı yarpaqlardan fərqli olaraq üfüqi yerləşib və ya aşağı yönəlmişlər. Sünbülcükləri 10 mm uzunluqdadır. Kasacığı 8 mm uzunluqda olub, aydın seçilən, qıfşəkillidir. Daxili çiçəkaltlıqları demək olar ki, bir-birinə bərabər olub, kasacıq borusunun 2/3-4/5 hissəsini təşkil edir, neştərşəkilli və ya uzunsov kürəşəkillidir. Xarici çiçəkaltlığı geniş yumurtavari olub, iti və daxili çiçəkaltlıqlarının 1/2-4/5 hissəsini təşkil edir.
Nazikquyruq tıs-tıs
Nazikquyruq tıs-tıs (lat. Acantholimon lepturoides) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Cənub-Qərbi Asiya, Türkiyənin şimal-şərqi və Gürcüstan ərazisində təsvir olunmuşdur. == Botaniki təsviri == Yastıqları çox sıx, kürəvari formalı olub, 10-15 (20) sm diametrində alçaq kolcuqdur. Yay yarpaqları açıq göyümtül, hamar, üç hissəli, neştərşəkilli- xətvari və ya xətvari-bizvari, cod, bünövrəsində uzunluğu 12-25 (30) mm və eni 1-2 mm, ucu biz, iynəli, çılpaq olub, kənarları xırda tükcüklüdür. Yaz yarpaqları qısa və bir az enlidir. Çiçək saplaqları yarpaqlardan çox uzun, hündürlüyü 10-20 sm, sadə, bəzən 1-2 yan budaqlı, çılpaq və ya bəzən qısa tükcüklüdür. Çiçəkləri çiçək qrupunda seyrək yerləşir. Sünbüllər arasındakı məsafə onların uzunluğundan çoxdur və ya uzunluğuna görə sünbüllərə bərabərdir. Sünbüllər 10-11 mm olub, bir çiçəklidir.
Nazikçiçək tıs-tıs
Qərənfilli tıs-tıs
Qərənfilli tıs-tıs (lat. Acantholimon caryophyllaceum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Şərqi Anadolu, İranın şimal-qərbi, Şimali İraq, Cənub-Qərbi Asiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Yarımkürəşəkilli formalı, seyrək yastığa malik, diametri 20-30 sm olan kolcuqdur. Yarpaqları yaşıl, üçtilli, kənarları kirpikcikli və kələkötürdür. Çiçəkdaşıyıcısı sadə, kələ-kötür, yuxarısı zəif qırışlıdır. Sünbülcüyü az dağınıq və eyni çiçəklidir. Kasacığı qıfvari, büküyü ağ və 5 damarlıdır. Tacı, ləçəkləri parlaq çəhrayıdır. İyul-avqust ayında çiçəkləyir, avqust-sentyabrda toxumları yetişir.
Topalaoxşar tıs-tıs
Topalaoxşar tıs-tıs (lat. Acantholimon festucaceum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Cənub-Qərbi Asiyada yayılmışdır, İranın şimalından təsvir edilmişdir. == Botaniki təsviri == Sıx, yastıqvari kol, demək olar ki, çılpaqdır. Yaz yarpaqları yastı və ya xətli, bizşəkillidir. Yay yarpaqları yastı üçkünclü, seyrək, ağ nöqtəlidir. Yarpaqları 1,5-2,5 (3) sm uzunluqda olub, göyümtül-açıq, yaşıl rənglidir. Köhnə yarpaqları üfüqi yerləşib, aşağı doğru yönəlmişlər. Çiçək qrupu 10-15 sm uzunluqda olub, 3-7 çiçəkli, kövrək və yuxarı budaqların sonunda yerləşmişdir. Çiçək oxu tükcüklüdür.
Tükcüklü tıs-tıs
Tükcüklü tıs-tıs (lat. Acantholimon puberulum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Cənub Qərbi Asiya, Türkiyədə təbii yayılmışdır. Türkiyə ərazisində təsvir olunmuşdur. == Botaniki təsviri == Yaşıl yarpaqları qısa budaqlıdır. Yarpaqları demək olar ki, oturaq, məxməri tükcüklüdür. Aşağı yarpaqları yastı, qalanları isə az və ya çox dərəcədə nazik və çılpaq olub, bizvaridir. Oxları tükcüklü olub, qısa, nadir hallarda uzunluğu yarpaqların uzunluğuna bərabərdir. Sünbülü qısa olub, 3-5 sünbülcükdən ibarətdir. Çiçəkaltlıqları bütünlüklə və ya əsasən otvaridir.
Zərli tıs-tıs
Zərli tıs-tıs (lat. Acantholimon glumaceum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Şərqi Anadolu, Cənub-Qərbi Asiya, Türkiyənin şimal-şərqində təsvir edilmişdir. İran-Turan coğrafi elementinə daxildir. == Botaniki təsviri == 15-40 sm diametrində olan kolcuqdur. Yastığı, olduqca sıx yarpaqları ərpsiz, xətli-bizvari və sərtdir. Çiçəkləri son sünbüldə toplanıb, ikicərgəli, 5-11 sünbülcüklüdür. Çiçəkaltlıqları pulcuqvari, xarici geniş-yumurtavari, daxildəki uzun və ağ haşiyəlidir. Kasacığın borusu damar boyu tükcüklü, büküyü ağ olub, qara-bənövşəyi damarlıdır. Tacı iri və parlaq qırmızıdır.
Çiçəkaltlıqlı tıs-tıs
Çiçəkaltlıqlı tıs-tıs (lat. Acantholimon bracteatum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Şərqi Anadolu, İran, Asiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Diametri 10-15 sm olan yastıqvari formalı alçaq koldur. İran-Turan coğrafi elementinə daxildir. Yastığı olduqca sıxdır. Yarpaqları dağınıq şəkildə olub, iynəvari tikanlıdır. Çiçək oxu 2-3 dəfə yarpaqlardan uzundur. Sünbül 2-5 çiçəklidir. Xarici çiçəkaltlıqları yumurtavari, dəyirmi-pərdəvari, iri olub, çiçəkləri əhatə edirlər.
Konstantin Tix
Konstantin Tix — Çar, II Teodor Laskarisin kürəkəni. Mitso Asenin devrilməsindən sonra əyanlar tərəfindən taxta çıxarılmışdı. Əslən Asen sülaləsindən olmayıb, II İvan Asenin nəvəsi İrene Dukayana Laskarina ilə evli olduğu üçün bu soyadını götürmüşdür. == Hakimiyyəti == 1257-ci ildə taxta çıxmışdı. 2 il sonra Macarıstanla müharibəyə tutuşmuş, 1261-ci ildə rusların köməyi ilə müharibədən qalib olaraq çıxmışdı. 1264-cü ildə Bizansa monqolların köməyi ilə hücum etsə də bundan bir gəlir əldə edə bilməmişdi. 1269-cu ildə bu dəfə Mariya Kantakuzene ilə evlənərək Bizansla ittifaq siyasətini güdməyə başlamışdı, lakin Mariyanın cehizi olaraq Nisebar bölgəsinin verilməməsi bu əlaqənin gələcəyi olmadığını göstərmişdi. Siciliya kralı Anjulu I Karl ilə ittifaq bağlamağa cəhd etmiş, imperator da bu cəhdə öz qızı Yefrosinanı Noğay xanla evləndirərək cavab vermişdi. II Lyon məclisində ölkəni katolikləşdirməyə cəhd etmiş, bu Bizans tərəfindən etirazla qarşılanmışdı. == Son illəri == Hakimiyyətinin son illərində atdan yıxılıb qismi iflic olan Konstantinin yanında hakimiyyəti əslində Mariya Kantakuzene əlində toplamağa başlamışdı.
Mini-ITX
== İTX və Mini İTX formfaktorları == FlexATX 9x7.5 düymə qədər olan lövhələrdir.Onlar daha kiçik ola bilər.Bu zaman belə bir sual ortaya çıxır:"Nə dərəcədə kiçik?" FlexATX lövhələrinin xüsusiyyətlərini analiz edərkən və xüsusən də lazımi bolt quraşdırılma yerlərini öyrənərkən biz yalnız dörd montaj dəliyindən(C, F, H və J) istifadə etməklə FlexATX lövhəsinin kifayət qədər kiçildiyini görəcəyik.Burada deşiklərarası məsafədə və lövhənin kənar haşiyələrində kiçiltmələr aparmaqla ən minimal ölçülərlə FlexATX-in xüsusiyyətlərini özündə saxlayan 17 × 17 cm (6.7 × 6.7 ) ölçüdə yeni formfaktor alırıq.VIA Technologies minimum kiçiklikdə formfaktorlar hazırlamaq istəyirdi.Onlar İTX adlanan 9 inch əvəzinə 8.5 inch düymə malik formfaktor hazırladı.O kiçik olmasına baxmayaraq istehsalçılar daha kiçik ölçünü yaratmaq üçün çalışırdılar.Və nəhayət onlar ən minimum ölçülərə malik Mini İTX adını verdikləri formfaktoru hazırladılar.Yəni o , minimum ölçülərə malik olmaqla FlexATX formfaktorunun analoqu hesab oluna bilər. Beləlikə o, VIA Technologies tərəfindən hazırlanmış aşağı güclü anakart formfaktorudur.Mini İTX lövhəsindəki 4 montaj deşiklərinin sıralanması,lövhənin yerləşdirilməsi və genişlənmə slotları ATX anakartları ilə eynidir.Mini İTX lövhələri istəkdən asılı olaraq hətta ATX,Micro-ATX və digər ATX variantları üçün dizayn edilmiş korpuslarda da istifadə oluna bilir.Formfaktor şərti olaraq bir-standard 33 MHz 5V 32-bit PCI slotu ilə təmin edilir. ________________________________________________________________________________________________________________________________________________________ ===== İntel bazalı məhsullar ===== İBASE Texnologiyasına əsaslanan MI980 kimi ən son Mini-ITX analövhələri 4cü nəsil Intel® Core™ i7/i5 prosessorları ilə təmin olunub.Bu analövhələr əvvəlki nəsillərin CPU performansını və qrafiki imkanlarını artırmağa imkan verən mobil Intel® QM87 və HM86 Ekspress çipsetləri əsasında yaradılıb.Onun əsas xüsusiyyətləri DDR3 SO-DIMM socketlər, DVI-I, DVI-D üçün video əlaqələr, LVDS/eDP və DisplayPort, və bir PCI Ekspress x16 ilə iki Mini PCI Express x1 slotlarıdır. ===== AMD bazalı məhsullar ===== Platformasında İBASE texnologiyası olan digər bir Mini-ITX analövhəsində AMD çipsetlərindən istifadə olunur.Ən sonuncu-MI958 xüsusiyyətləri A55E kontroller habı və AMD G-Series T56N və ya T40N prosessoru ilə əlaqədardır.Bu Radeon HD qrafiklərində VGA, DVI-D və 18-bitlik yeganə kanal LVDS daxil olmaqla video intefeys massivini təmin etmək üçün yaradılmışdır.T56N və T48N Radeon HD 6320/6310 qrafiklərinin hər ikisi 2560 x 1600 pikseldən yuxarı keyfiyyət təklif edir. ===== Transmeta bazalı məhsullar ===== IBASE ilk Transmeta bazalı Mini-ITX analövhəsi MB860-ı yaratdı.Lövhə 1.2 GHz tezliyə qədər çalışan Transmeta™ Efficeon™ prosessorlarından istifadə edir.O 1GBdan yuxarı tutum ilə SO-DIMM DDR modullarını dəstəkləyir.Onun dörd USB 2.0 portu, bir Realtek 8100C 10/100 BaseT Etherneti və bir fakultativ 8110S Gigabit Ethernet kontrolleri var. ===== PowerPC bazalı məhsullar ===== İlk PowerPC analövhələri Eyetech tərəfindən 2005-ci ildə istehsal olunub,lakin elə həmin il də onlar öz fəaliyyətlərini dayandırdılar.Beləliklə ACube Systems şirkəti ilk əvvəl AmigaOS marketləri üçün yeni Sam440ep lövhəsi yaratdı. == Tarixçə == 2001-ci ilin mart ayında çipset istehsalçıları VIA Technologies İTX lövhələrinin dizaynına istinadən onların çipsetləri ilə birlikdə aşağı güclü C3 prosessorunu Centaur Technology-dən almışdılar.VIA's rəhbəri R&D eksperti Robert Kuo tərəfindən dizayn edilmiş 215×191 mm VT6009 ITX lövhəsi "Information PC" və set-top box formfaktorlarında nümayiş edildi.O,Mini-ITX formfaktorlarının dizaynına davam etmək istəyirdi.229×191 mm FlexATX formfaktoruna əsaslanmış daha balaca lövhə təqdim edən istehsalçılar Mini İTX formfaktorlarını hec vaxt müzakirə etmədilər.2001-ci ilin oktyabrında VİA aşağı qiymətli fərdi kompüter formfaktorları üçün standartlaşdırılmış infrastruktur təqdim edən yeni ana lövhə yaratmaq qərarını elan etdi.Nəticədə 2011-ci ilin noyabr ayında bir daha "Information PC" və ya aşağı qiymətli,giriş səviyyəsi x86 olan hesablayıcı platforması kimi önə çəkilmiş VT6010 Mini-ITX dizaynı meydana gəldi.Mini İTX lövhələrinə ilk əvvəl sənaye və əlaqədar fərdi kompüter mağazalarında müraciət olunurdu.VİA Mini İTX lövhələrinə məsrəf etməyə davam edirdi.İlkin nəsilə original PL133,CLE266,CN400 çipset lövhələri daxildir.Müxtəlif mağazaların tələblərinə uyğun olaraq xüsuslaşmış EPIA M, MII, CL, PD, TC lövhələri ikinci nəsili əmələ gətirir.VİA lövhələrinin uyuşan CPU-ları-C3, C7 və aşağı güclü Eden variantları daha yeni VIA Nano CPU ilə istifadə olunur. == İstehlak malları == VİA İPCdə diqqət cəlb etdikdən sonra Mini İTX məhsulları dizayn olunaraq istehsalat və sistem birləşmiş mağazalarına satıldı. Eyetech Group Ltd Mini İTX lövhələrini onların Micro-AmigaOne kompüterləri ilə istehlak mağazalarına gətirən ilk şirkət olmuşdur. == Güc == Mümkün variantlarda bəzi təklifləri olmasına baxmayaraq Mini İTX-in standart güc təchizatı müəyyənləşdirilməmişdir.
Sıx meşədə
Sıx meşədə (藪の中, Yabu no naka) — Yaponiya yazıçısı Rünoske Akutaqava tərəfindən yazılmış, ilk dəfə 1922-ci ildə nəşr edilmiş hekayə. Bu, 2014-cü ildə "The Telegraph" tərəfindən "bütün zamanların 10 ən yaxşı Asiya romanı" siyahısına daxil edilmişdir. "Sıx meşədə" hekayəsinə bir neçə dəfə başqa medialarda əsər tərtib edilmişdir. Akira Kurosava tərəfindən 1950-ci ildə hekayə əsasında çəkilmiş "Raşomon" filmi bir neçə mükafata layiq görülmüşdür. Hekayə cəsədi Kioto yaxınlığındakı bambuk meşəsində tapılmış gənc samuray Kanazava no Takehironun dəhşətli ölümü ətrafında cərəyan edir. Əvvəlki hadisələr ilk növbədə ətrafda olanlar, köməkçi polis məmurunun və onun tanışı, sonra isə üç əsas personajın – samuray, arvadı Masaqo və quldur Tacomarunun ifadələrinə əsasən təqdim edilir, lakin məlumatların ziddiyyətli olmasına görə həqiqət gizli qalır. == Nəşri == "Sıx meşədə" ilk dəfə Yaponiya aylıq ədəbiyyatı jurnal olan "Şinço"nun 1922-ci il yanvar sayında çıxmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Murray, Giles. Breaking into Japanese Literature. Kodansha.
Sıx qarağac
Sıx qarağac (lat. Ulmus densa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Təbii yayılması == İranda və Azərbaycanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 18–20 m, diametri 60 sm-ə çatan, boz qabıqlı, çətirli ağacdır. Budaqlarının qabığı isə açıq-bozdur. Yarpaqların uzunluğu 5–8 sm, eni 3–4 sm olub, çılpaq və ya tükcüklüdür, kənarları ikiqat mişar dişlidir, ucu sivriləşmiş, qaidəsi dairəvi-pazşəkilli, alt tərəfdən vəziciksizdir. Azərbaycanda nalbənd ağacı onun gözcüklərini düz və çevrilmiş şəkildə qarağac bitkisinə calaq etməklə alınır. Bu cür aparılan calaq ağaclarda çadır formalı çətirlərin əmələ gəlməsinə səbəb olur. Nalbənd toxumla da artırılır. Tоxumdan alınan nalbənd ağacının çətiri piramidal-ovalşəkilli, möhkəm və sıx olur.
Tın kilsəsi
Tın önündə Müqəddəs Məryəm ana kilsəsi və ya sadəcə Tın kilsəsi (çex. Kostel Panny Marie před Týnem — Týnský chrám, ) – Praqanın mərkəzində, Köhnə Şəhər meydanında yerləşən qotik üslubunda kilsə. Özünün təkrarolunmaz görünüşü və nəfis bədii tərtibatına görə, kilsə Praqanın Stare Mesto rayonunun əsas dominantlarından sayılır. == Tarix == Keçmiş zamanlarda Tın kilsənin yerində gömrük binası və xəstəxana ilə birgə kiçik roman üslubunda tikili yerləşirdi. Hazırda kilsə sayca üçüncüdür. Kilsənin tikintisi XIV əsrdə Lüksemburqlu Yanın son hakimiyyət dövründə başlamışdı və yalnız 1511-ci ilə inşa işləri sona çatdırılmışdı. Daha sonralar Yanın oğlu Karl dövlət başçısı oldu və artıq XV əsrin əvvəllərində Tın kilsəsi nəinki Köhnə Şəhərin dini mərkəzlərindən biri, həmçinin Praqanın əsas husit kostyollarından da sayılırdı. 1621-ci ildə kilsənin binası iyezuitlərin istifadəsinə verilir. Məhz bu zaman kilsənin fasadında quraşdırılmış və Reformasiyanın rəmzi sayılan heykəlin qızıl kasası ilə «Həqiqət qalib gəlir» yazısı yığışdırılmışdı. Kafedralın əsasında roman və erkən qotika fundamenti yerləşir.
XIX əsr
XIX əsr — XVIII əsrdən sonra, yəni 1800-cü ilin son günündən sonra başlayır. İlk günü 1801-ci ilin 1 yanvar tarixi, XIX əsrin son günü isə 1900-cü ilin 31 dekabrıdır. XIX əsrdən sonra isə XX əsr gəlir.
Şıx Dursun
Şıx Dursun (əvvəlki adı: Sıxtoraşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Sıxtoraşen kəndi Şıx Dursun kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şıx Dursun kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmiş erməni ailələri burada məskunlaşdıqdan sonra kəndi Sıxtoraşen (erm. "sarımsaqlı kənd") adlandırmışdılar. 1992-ci ildə kəndin əvvəlki adı bərpa edilmişdir. Kənd Şeyx Dursun adlı şəxsin adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Şıx Dursun kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Köndələnçayın (Arazın qolu) sahilində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Şıx Salahlı
Şıx Salahlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Şıx burnu
Şıx burnu - burun olaraq Abşeron yarımadasının cənub-qərbində, Bakı buxtasının qərbində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri Qaradağ rayonu, Bibiheybət qəsəbəsi ərazisinə daxildir. Buxtanın təbii sərhəddini təşkil edir. Salyan şossesindən qərbdə burunun daxilinə yol ayrılır. Ərazisində Bibiheybət Tarix və Diyarşünaslıq Muzeyi vardır. Burun sahilindən 160 m cənubda kiçik qaya çıxıntısını xatırladan Şıxov adası yerləşir.
Aix
Meşə ördəyi (lat. Aix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Til
Til (En)
Tim
Tim - vəzifəsi yüz metrlik bir sahəsi atəş gücüylə idarə altına almaq olan iç təhlükəsizlik hərəkatında vəzifə yerinə yetirən ən kiçik əsgəri vahiddir. Komandiri ümumiyyətlə Çavuş olmaq üzrə ən az Kapral rütbəsindədir.
Tin
Tin—etrusk mifologiyasında baş tanrı. Baş tanrı Tin yalnız böyük tanrılar şurasına başçılıq edir, önəmli məsələlərin çözümü şura gənəşməsindən keçirdi . == İstinadlar == == Həmçinin bax == Etrusklar == Xarici keçidlər == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Tir
Tir bu mənalarda gələ bilər:
Tit
Tit (imperator)
TİA
Turan İnformasiya Agentliyi və ya qısaca TİA — 1990-cı ildən Azərbaycanda fəaliyyət göstərən informasiya agentliyi. == Haqqında == Turan İnformasiya Agentliyi 1990-cı ilin mayında bir qrup jurnalist tərəfindən SSRİ-də ilk müstəqil informasiya agentliklərindən biri kimi yaradılıb. Turan İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevdir.Agentlik xəbərlər, Azərbaycanla bağlı analitik məqalələr və icmallar hazırlayır. İnformasiya məhsulları siyasət, iqtisadiyyat, energetika, maliyyə, kommunikasiya, market, qanunvericilik, din, mədəniyyət, idman, fotomaterillar, məlumat və arxiv materiallarından ibarət bloklar şəklində təqdim olunur.
Tib
Tibb (Ərəbcə: طب ) — insan sağlamlığını qorumaq və möhkəmləndirmək üçün müxtəlif xəstəlikləri və patoloji vəziyyətləri öyrənən, insan orqanizmində normal və patoloji proseslərin tədqiqatı üzrə elmi və praktik fəaliyyət sahəsidir. Elmi və praktiki fəaliyyətin bir istiqaməti olub, xəstə və sağlam insanların orqanizmində gedən prosesləri öyrənir, onların sağlamlığını qoruyur və xəstəliklərin müalicə üsullarını işləyib hazırlayır.
Cız-bız
Cız-bız — Azərbaycan mətbəxi ve Güney Azərbaycanın Zəncan şəhərinə aid quru yemək. Bu yemək Zəncanda Çağır-Bağır və ya Cığır-Bığır da adlanır. Bu yemək qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürəkdən bişirilir. Bağırsağdan da istifadə etmək olar. == Lazım olan ərzaqlar == Qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürək Kartof Pomidor və ya Tomat pastası (istəyə görə) Bağırsaq (əgər varsa) Yağ ya da quyruq Duz, istiot. Yerkökü (istəyə görə) == Hazırlanma üsulu == Orta həcmdə içalat doğranılır və yağda (quyruq da əlavə etmək olar) qızardılır. Ayrıca soğan və kartof qızardılır. Sonra bunlar qarışdırılıb bir yerdə qızardılır. Cız-bıza bütöv bişmiş pomidor da əlavə etmək olar, kartof isə uzunsov doğranılıb qızardılmış süfrəyə verilə bilər. Cız-bız süfrəyə şoraba, göyərti və qırmızı soğanla verilir.