Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tıxlı
Tıxlı – Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Tıxlı kəndi Xızı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Tıxlı kənd Soveti yaradılmışdır. == Tarixi == Kəndin tarixi ilə bağlı ciddi araşdırmalar aparılmamışdır. Lakin bəzi evlərin quruluşu kəndin qədim dövrə aid olduğunu göstərir. == Mədəniyyəti == Şeyx Heydər türbəsi — Şeyx Heydərin qəbri üzərində bişmiş kərpicdən tikilmiş məqbərə binası iki otaqdan ibarətdir, üstü uçmuşdur. Günbəzin dayandığı tağ oturacaqları və günbəz dairəsinin qalığı görünməkdədir. Naxçıvan-Marağa memarlıq məktəbinə xas üslubda tikilmiş binanın bəzəklərində yaşıl, qara, qəhvəyi, abı rəngli kaşılı kərpiclərdən istifadə olunmuşdur. Həmçinin "Şəhərgah" deyilən və qədim şəhərin qalıqlarının rast gəlindiyi ərazi vardır. Lakin lazımınca araşdırılmadığı və dəyərlandirilmədiyi səbəbindən oradan tapılan materiallar tam öyrənilməmişdir. Şəhər qalıqları haqda dəqiqi məlumat yoxdur.
Şıxlı
Şıxlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar İsmayıl Şıxlı — nasir, ədəbiyyatşünas, publisist, yazıçı, ssenarist. Elçin Şıxlı — "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru. Afaq Şıxlı — həkim, şairə, publisist, tərcüməçi. Nilufər Abdullayeva-Şıxlı — yazıçı, tərcüməçi, publisist.Kəndlər Şıxlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Şıxlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Şıxlı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Şıxlı — Gürcüstan Respublikasının Tetritskaro bələdiyyəsinin inzibati ərazi vahidində kənd. Birinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. İkinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Afaq Şıxlı
Afaq Şıxlı (25 iyun 1969, Bakı, SSRİ) — həkim, şairə, publisist, tərcüməçi Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, Avrasiya Yazarlar birliyinin, Rusiya Yazarlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2015-ci ilin yanvar ayından AYB Moskva bölməsinin məsul katibi vəzifəsinə təyin olunmuşdur. == Həyatı == Afaq Şıxlı 25 iyun 1969-cu ildə Azərbaycan SSR-in Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndinin Şıxlinskilər soyundandır. 1984-cü ildə - 15 yaşında ikən 12 saylı orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Tibb Universitetinin 2-ci müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1990-cı ildə 2-ci müalicə-profilaktika fakültəsini əla qiymətlərlə bitirərək, 2000-ci ilədək 15 saylı TSH-nin 5-ci şöbəsində həkim-terapevt işləmişdir. Hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. 2011-ci ildən Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, 2012-ci ildən Avrasiya Yazarlar birliyinin, Rusiya Yazarlar Birliyinin və Rusiya Poeziya Akademiyasının, 2013-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmiş və 2015-ci ilin yanvar ayından AYB Moskva bölməsinin məsul katibi vəzifəsinə təyin olunmuşdur. Ədəbiyyatdan əlavə təbabət, musiqi və rəssamlıqla məşğul olur.
Birinci Şıxlı
Birinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Şıxlı kəndinin tarixi qədim olsa da XIX əsrin əvvəllərində Birinci Şıxlı kimi adlandırılmışdır == Toponimikası == Birinci Şıxlı oyk, mür. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Kür çayının sağ sahilində, Gəncə-Qazax düzənliyindədir. Kəndin adındakı birinci komponent onu ərazidəki İkinci Şıxlı kəndindən fərqləndirmək üçün artırılmışdır. İkinci komponent isə qazaxların şıxlı qolunun adını əks etdirir. Mənbələrdə 1537-ci ildə Şəmkirdən köçüb Qazax mahalına gələn Ağdolaqlı Məhəmməd ağanın oğlu şıxı və onun övladları haqqında məlumat verilir. == Əhalisi == 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 3414 nəfər əhali yaşayır. Əhalinin 1628 nəfəri kişilərdən, 1786 nəfəri qadınlardan ibarətdir. == Tanınmış sakinləri == Molla Vəli Vidadi – (1707–1809) görkəmli Azərbaycan şairi.
Elçin Şıxlı
Elçin İsmayıl oğlu Şıxlı (4 oktyabr 1957, Bakı) — "Ayna" — "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru (2001–2014), 1989-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədri. == Həyatı == Elçin Şıxlı 1957-ci il oktyabrın 4-də Bakı şəhərində, İsmayıl Şıxlının ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndinin Şıxlinskilər soyundandır. 1964-cü ildə Bakı şəhəri 190 №-li orta məktəbin birinci sinfinə getmiş və 1974-cü ildə həmin məktəbi bitirmişdir. 1974-cü ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuş və 1979-cu ildə həmin institutu ingilis və alman dilləri müəllimi ixtisası alaraq bitirmişdir. 1979-cu ilin avqustundan oktyabrınadək Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi informasiya-reklam şöbəsinin müfəttişi işləmişdir. 1979-cu ilin oktyabrından 1981-ci ilin mayınadək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş və həmin müddət ərzində o zamankı Almaniya Demokratik Respublikası ərazisində yerləşmiş sovet ordusu hərbi komendatlıqlarından birində mütərcimlik etmişdir. == Fəaliyyəti == 1981-ci ilin iyul-avqust aylarında "İnturist" ÜSC Bakı şöbəsində tərcüməçi işləmişdir. 1981-ci ilin avqustundan 1986-cı ilin sentyabrınadək Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olmuşdur. 1986-cı ilin sentyabrından 1988-ci ilin mayınadək Azərbaycan SSR Maarif Nazirliyi Kollekgiyasının katibi vəzifəsində işləmişdir.
Fərrux Şıxlı
Fərrux Şıxlinski (Fərrux İsmayıl oğlu Şıxlinski; 16 yanvar 1962, Bakı) — rəssam, jurnalist, "Ayna" — "Zerkalo" qəzetlərinin məsul katibi (2001-ci ildən). Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, Elçin Şıxlının qardaşı. == Həyatı == Fərrux Şıxlinski 1962-ci ildə Bakı şəhərində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir. 1981-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1986-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət incəsənət İnstitutunun Rəssamlıq fakultəsini bitirib.Universiteti bitirdikdən sonra hərbi xidmət etmişdir (1986–1988)Elmi-Tədqiqat Texniki Estetika İnstitutunda (ÜETTEİ) dizayner, "Ədəbiyyat və İncəsənət" qəzetində (1989–1991), və "Ayna" — "Zerkalo" qəzetlərində rəssamlıq etmişdir. "Həftə sonu plyus" — "Week-end plyus" qəzetində baş redaktor işləmişdir"Ayna" — "Zerkalo" qəzetlərinin məsul katibidir. == Ailəsi == Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, jurnalist Elçin Şıxlının qardaşı, yazıçı Reyhan Yusifqızının həyat yoldaşıdır. Evlidir. İki övladı var.
II Şıxlı
İkinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Düzənlikdədir. 1950-ci ildə r-nun ərazisindəki Sarıvəlli və Dəllər (Hüseynoğlu) kəndlərinin genişlənərək birləşməsi nəticəsində yaranmış bu yaşayış məntəqəsi yaxınlığındakı eyniadlı kəndin adı ilə Şıxlı adlandırılmış, sonralar bu kəndlər birinci və ikinci komponentləri ilə fərqləndirilmişdir. Oykonimin ikinci komponenti etnotoponimdir. == Tarixi == İkinci Şıxlı kəndi düzənlikdə yerləşir. 1950-ci ilə qədər mövcud olmuş Sarıvəllı və Dəllər kəndlərinin genişlənərək birləşməsi nəticəsində yaranmış və İkinci Şıxlı adlandırılmışdır. Kənd Gürcüstanla sərhəddə, Qazax rayonu mərkəzindən 34 kilometr aralıqda yerləşir. Gəncə arxeoloji ekspedisiyası tərəfindən aparılan qazıntılar zamanı Kürlə Anaxatır (Xrami) çayının birləşdiyi yerdə qədim şəhərin xarabalıqları aşkar edilmişdir. Arxeoloqların rəyinə görə, xarabalıqlar bu vaxtadək Tovuz rayonu ərazisində lokalizə edilən Xunan şəhərinə aiddir (1↑ В Азербайджане обнаружен старинный город (рус.), Day.Az (18 мая 2011). Bundan əlavə kənd özü də çox qədimdir.
I Şıxlı
Birinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Şıxlı kəndinin tarixi qədim olsa da XIX əsrin əvvəllərində Birinci Şıxlı kimi adlandırılmışdır == Toponimikası == Birinci Şıxlı oyk, mür. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Kür çayının sağ sahilində, Gəncə-Qazax düzənliyindədir. Kəndin adındakı birinci komponent onu ərazidəki İkinci Şıxlı kəndindən fərqləndirmək üçün artırılmışdır. İkinci komponent isə qazaxların şıxlı qolunun adını əks etdirir. Mənbələrdə 1537-ci ildə Şəmkirdən köçüb Qazax mahalına gələn Ağdolaqlı Məhəmməd ağanın oğlu şıxı və onun övladları haqqında məlumat verilir. == Əhalisi == 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 3414 nəfər əhali yaşayır. Əhalinin 1628 nəfəri kişilərdən, 1786 nəfəri qadınlardan ibarətdir. == Tanınmış sakinləri == Molla Vəli Vidadi – (1707–1809) görkəmli Azərbaycan şairi.
Mallı Şıxlı
Mallı Şıxlı — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Mallı Şıxlı kəndi Yeniarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi bu kənd olmaqla, Mallı Şıxlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Şıxlı Malı olmuşdur. Kəndin adı XIX əsrda Göyçay qəzasında şahsevən tayfa ittifaqına daxil olan 105 ailədən ibarət şıxlıların adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, şıxlı XIX əsrin ortalarında Muğandakı köçəri muğanlı tayfasının 275 şəcərəsindən birinin adıdır. Mallılar isə şıxlıların bir qolu idi. Yerli əhalinin məlumatına görə, kəndin sakinləri qara mal saxladığına görə kənd belə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1646 nəfər əhali yaşayır. == Din == Kənddə Mallı Şıxlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Qubadlı Şıxlı
Qubadlı Şıxlı — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Göyçay r-nunun Qızılağac i.ə.v.-də kənd. Şirvan düzündədir. Yerli məlumata görə, yaşayış məntəqəsinin əsasını təqribən XIX əsrdə Mallı ŞIxlı kəndindən çıxmış Qubad adlı şəxs qoyduğu üçün belə adlanmışdır. Oykonimin tərkibindəki ikinci component vaxtilə qazax tayfa birliyinə daxil olan şıxlı etnonimini özündə əks etdirir. Əslində, oykonim Şıxlı adlanan üç kənddən (Qubadlı Şıxlı, Mallı ŞIxlı və Ulaşlı Şıxlı) birinin adıdır. Mallı Şıxlı kəndinin daxil olduğu Yeniarx i.ə.v.-dəki kəndlərindən birinin Hacı ağabəyli (əsli Hacıağalarbəyl) adlanması onu göstərir ki, bu kəndlərdə vaxtilə Qubadlıdan buraya köçmüş ailələr məskunlaşmışdır. Odur ki, oykonim “qubadlılar yaşayan Şıxlı kəndi” kimi izah olunmalıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 690 nəfər əhali yaşayır.
Ulaşlı Şıxlı
Ulaşlı Şıxlı — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Göyçay r-nunun Potu i.ə.v.-də kənd. Şirvan düzündədir. R-nun ərazisində Şıxlı adlanan üç kəndi bir-birindən fərqləndirmək üçün Qubadlı Şıxlı, Malı (Mollu) Şıxlı, Ulaşlı Şıxlı adlandırmışlar. Bu kəndlərdə vaxtilə Qarabağdan köçüb gəlmiş ailələr məskunlaşdığından oykonimin əvvəlinə müvafiq olaraq həmin kəndlərin adları (Molu, Qubadlı, Ulaşlı) artırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1210 nəfər əhali yaşayır.
Zakir Şıxlı
Zakir Şıxlı — Alim, tarix elmləri doktoru, Professor, APİ (1971-1974) və Azərbaycan Dövlət Universitetinin “Sov.İKP tarixi” kafedrasının müdiri (1974-1986). == Həyatı == Zakir Şıxlı 1931-ci ildə Ağdamda anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomi ilə bitirib. 1956-cı ildə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun aspiranturasını bitirmişdir. 1958-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.1958-ci ildə namizədlik dissertasiyası, 1967-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 70-ə yaxın əsərin, 4 monoqrafiyanın müəllifidir. EA Tarix İnstitutunda baş elmi işçi kimi çalışıb (1960-1970) 1986-cı ildə Bakı şəhərində vəfat etmişdir.
İkinci Şıxlı
İkinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Düzənlikdədir. 1950-ci ildə r-nun ərazisindəki Sarıvəlli və Dəllər (Hüseynoğlu) kəndlərinin genişlənərək birləşməsi nəticəsində yaranmış bu yaşayış məntəqəsi yaxınlığındakı eyniadlı kəndin adı ilə Şıxlı adlandırılmış, sonralar bu kəndlər birinci və ikinci komponentləri ilə fərqləndirilmişdir. Oykonimin ikinci komponenti etnotoponimdir. == Tarixi == İkinci Şıxlı kəndi düzənlikdə yerləşir. 1950-ci ilə qədər mövcud olmuş Sarıvəllı və Dəllər kəndlərinin genişlənərək birləşməsi nəticəsində yaranmış və İkinci Şıxlı adlandırılmışdır. Kənd Gürcüstanla sərhəddə, Qazax rayonu mərkəzindən 34 kilometr aralıqda yerləşir. Gəncə arxeoloji ekspedisiyası tərəfindən aparılan qazıntılar zamanı Kürlə Anaxatır (Xrami) çayının birləşdiyi yerdə qədim şəhərin xarabalıqları aşkar edilmişdir. Arxeoloqların rəyinə görə, xarabalıqlar bu vaxtadək Tovuz rayonu ərazisində lokalizə edilən Xunan şəhərinə aiddir (1↑ В Азербайджане обнаружен старинный город (рус.), Day.Az (18 мая 2011). Bundan əlavə kənd özü də çox qədimdir.
İsmayıl Şıxlı
İsmayıl Qəhrəman oğlu Şıxlı (22 mart 1919, İkinci Şıxlı, Gəncə quberniyası – 26 iyul 1995, Bakı) — Azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1949), Azərbaycan SSR xalq yazıçısı (1984), Azərbaycan SSR komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), Azərbaycan Yazıçılar İttifaqının sədri (1986–1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri (1991), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991). == Həyatı == İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1928-ci ildə Qazax rayonunun Kosalar kənd orta məktəbinə daxil olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1934–1936-cı illərdə Qazax Pedaqoji Texnikomunda oxumuşdur. Texnikomda təhsil alarkən 1935-ci ildə Lenin komsomolu sıralarına daxil olmuşdur. Qazax Pedaqoji Texnikomunu bitirdikdən sonra 1936–1937-ci illərdə Kosalar kənd orta məktəbində müəllimlik etmişdir. Daha sonra 1937-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxumuş və 1941-ci ildə ali təhsilini bitirmişdir. İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946–1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965–1968) kimi çalışmısdır.
Şıxlı (Ağdaş)
Şıxlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == XVI əsrin sonundan başlayaraq kəndlilərin bir qismi yaşadığı kəndlərdən daha münasib yer axtarmağa gedirdilər. Həmin kəndlilərdən bir qrupu Ağdaşın qərbində olan bu torpaqlara gəlib çıxdılar. Burada bol su, geniş torpaq sahəsi, mal-qara otarmaq və saxlamaq üçün örüş, nohur onların diqqətini cəlb etmişdir. XVII əsrin əvvəllərində Göyçayın Mallı Şıxlı kəndindən gələn ailələrin başçıları bu yerləri müəyyənləşdirdikdən sonra köçüb bu əraziyə - boş sahəyə gəlib məskunlaşmağa başlamışlar. Mallı Şıxlı kəndindən 3-4 ailə, əsasən qohum olanlar köçüb gəlib. Yeni gəlmiş ailələr bir-birindən 300-400 metr aralı yaşamağa başlayıblar. XVIII əsrin birinci yarısından başlayaraq bu əraziyə köçüb gələnlərin sayı çoxalır. Kəndə əvəllər gəlmiş babalarının Mallı-Şıxlı kəndində olan qohumlarından bir neçəsi köçüb gəliblər. Kənddə ailələrin sayı çoxalmağa başlamışdır.
Şıxlı (Füzuli)
Şıxılı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şıxılı kəndi Hacılı obasına aid olan yaşayış məskənlərdəndir. 1823-cü ildə Cavanşir qəzasının Yağləvənd, Gecəgözlü, Seyidəhmədli ərazilərinə bağlı olan ailələr tərəfindən salınıb. 1842-ci ildə kənd 15 evdən ibarət idi. 1848-ci ildə kəndə artıq 19 ailə yaşayırdı. 1863-cü ildə evlərin sayı 21 idi.1886-cı ildə kənddə 27 ev qeydə alınmışdı. 9 Noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Şıxlı oyk., sadə. Ağdaş r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir; Füzuli r-nunnun Aybasanlı i.ə.v.-də kənd.
Şıxlı (Xaçmaz)
Şıxlı (əvvəlki adı: Krasnı Xutor) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Uzunoba kənd inzibati ərazi dairəsi tərkibindəki Krasnı Xutor kəndi Şıxlı kəndi adlandırılmışdır.
Şıxlı bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şıxlı xalçaları
Şıxlı xalçaları – Gəncə xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar. == Ümumi məlumat == Xalçanın adı Qazaxdan 30–40 km məsafədə yerləşən Birinci Şıxlı, İkinci Şıxlı və Üçüncü Şıxlı kəndlərinin adı ilə bağlıdır. == Bədii analiz == "Şıxlı" adı ilə tanınan üç əsas kompozisiya mövcuddur. Onlar özlərinin sxeminə və formatına görə müxtəlif olub, Qazax qrupundan olan qədim xalçalara aiddir. I üsul.Ara sahənin kompozisiyası "Bəndi-rumi" şəkli əsasında yaradılmışdır. Xətlərin kəsişmə nöqtəsində sürməyi rəngli səkkizbucaqlı ulduzlar yerləşir. Tarazlıq məqsədilə kvadrat formalar şəbəkənin əyri xətlərində simmetrik şəkildə yerləşdirilir. Toxucular təzadlı rəngli naxışlardan istifadə edərək naxışın həm diaqonal, həm də şaquli istiqamətdə sərbəst oxunmasına nail olurlar. Qocaman sənətkarlar onun "yurd" olduğunu bildirirlər. Göllərin ətrafındakı sahə "val" (taxıldöyən lövhə) adlanan elementin təsviri ilə doldurulur.
Şıxlı xalçası
Şıxlı xalçaları – Gəncə xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar. == Ümumi məlumat == Xalçanın adı Qazaxdan 30–40 km məsafədə yerləşən Birinci Şıxlı, İkinci Şıxlı və Üçüncü Şıxlı kəndlərinin adı ilə bağlıdır. == Bədii analiz == "Şıxlı" adı ilə tanınan üç əsas kompozisiya mövcuddur. Onlar özlərinin sxeminə və formatına görə müxtəlif olub, Qazax qrupundan olan qədim xalçalara aiddir. I üsul.Ara sahənin kompozisiyası "Bəndi-rumi" şəkli əsasında yaradılmışdır. Xətlərin kəsişmə nöqtəsində sürməyi rəngli səkkizbucaqlı ulduzlar yerləşir. Tarazlıq məqsədilə kvadrat formalar şəbəkənin əyri xətlərində simmetrik şəkildə yerləşdirilir. Toxucular təzadlı rəngli naxışlardan istifadə edərək naxışın həm diaqonal, həm də şaquli istiqamətdə sərbəst oxunmasına nail olurlar. Qocaman sənətkarlar onun "yurd" olduğunu bildirirlər. Göllərin ətrafındakı sahə "val" (taxıldöyən lövhə) adlanan elementin təsviri ilə doldurulur.
Birinci Şıxlı bələdiyyəsi
Qazax bələdiyyələri — Qazax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mallı Şıxlı bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mıxlı baba hərəkatı
Mıxlı baba hərəkatı və ya Mıxlı vardapet hərəkatı — 1625-ci ildə Azərbaycanda baş vermiş antifeodal hərəkat. Erməni və azərbaycanlıların iştirak etdiyi hərəkata Mıxlı baba başçılıq etmişdir. == Zəmin == Mıxlı baba Gəncədə anadan olmuşdur. Əsl adı məlum deyil. Milliyətcə udin olan Mıxlı babaya təqribən 1624-cü ildə arxidyakon, sonralar dyakon dini rütbələri verilmişdir. Gecə əbasının sinəsinə ürəyi səmtində İsanın çarmıxa çəkilməsi rəmzi kimi iki ədəd mıx bərkitdiyi üçün, onu azərbaycanlılar "Mıxlı baba", ermənilər isə "Mıxlı vardapet" adlandırmışdır. Səfəvi hökmdarı I Şah Abbasın himayə etdiyi erməni kilsələrinin Gəncə-Qarabağ zonasında xeyli torpaq sahəsi var idi. Burada minlərlə kəndli işləyirdi. == Hərəkat == Mıxlı baba Qarabağ və Gəncədə yaşayan azərbaycanlıları, erməni və udinləri kilsə və feodallar əleyhinə çıxmağa təbliğ edirdi. Erməni salnaməçisi Kanakerli Zəkəriyyənin məlumatına görə Qarabağ, Gəncə və Çuxursəəd də Mıxlı babanı 500 nəfərdən ibarət dəstə müşayiət edirdi.
Nilufər Abdullayeva-Şıxlı
Nilufər Abdullayeva-Şıxlı — yazıçı, tərcüməçi, publisist. Rusiya Sözçülük Akademiyasının müxbir üzvü, Beynəlxalq Yazıçılar və Publisistlər assosiasiyasının üzvü. == Həyatı == 1991-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2006-cı ildə Moskva şəhəri 1937 saylı iqtisadiyyat təmaüllü orta məktəbin nəzdindəki gimnaziyanı gümüş medalla bitirmişdir. Həmin ildə Moris Torez adına Moskva Dövlət Dilçilik Universitetinin Humanitar və Tətbiqi elmlər fakültəsinə, 2011-ci ildə universiteti bitirərək həmin fakültənin aspiranturasına daxil olub. 2012-də Lomonosov adına MDU-nin jurnalistika fakültəsinə də qəbul edilib. İki roman, bir neçə povest, çoxsaylı şeirlər və hekayələrin müəllifidir. Rəssamlıqla məşğul olur. Mükəmməl olaraq beş dil bilir.
İkinci Şıxlı bələdiyyəsi
Qazax bələdiyyələri — Qazax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tinli
Tinli (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Tinli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
Maksim Tirli
Tirli Maksim (Μάξιμος Τύριος, lat. Cassius Maximus Tyrius; II yüzillik) — antik filosof, orta platonizmin nümayəndəsi. O, Romada istedadlı natiq kimi tanınmışdır. == Əsərləri == Maksimin qırxa qədər fəlsəfi nitqləri zamanımıza gəlib çatmışdır. Onlar əsasən dini-fəlfəsi və əxlaqi məzmunludur. “Platona görə Tanrı nədir”, “Sokratın demonu”, “Tanrıya yalvarmağın mənası var, ya yox?”, “Hər şey taleyə tabedirsə, iradə azadlığı var, ya yox?” adlanan fəlsəfi nitqləri daha çox maraq kəsb edir. Burada din fəlsəfəsinin əsas problemləri olan Tanrının varlığı, şərin təbiəti, azad iradə və tale problemlərinə diqqət yetirilir. Bütün bu problemlər sonralar, yəni ortaəsr fəlsəfəsinin ən mübahisəli məsələlərinə çevrilmişdir. == Tanrılara inanc haqqında düşüncələri == “Tanrıya yalvarmağın mənası var, ya yox?” nitqində Maksim demişdir ki, Tanrıdan nəsə istəyən insan istədiyi şeyə layiq olmalıdır. Əgər layiqdirsə, onda dua etməyin mənası yoxdur, çünki səbəb-nəticə qanununa görə istədiyi şeyi duasız da əldə edər.
Tilli daşdələn
Tilli daşdələn — (lat. Saxifraga cymbalaria) == Qısa morfoloji təsviri == Birillik bitkidir. Gövdəsi zəif, budaqlı, qalxan və ya əsasən sərilən, uzunluğu 30 sm qədər, demək olar ki, çılpaq bitkidir. Yarpaqları uzunsaplaqlı, yuvarlaq-böyrəkvari, əsası ürəkvari, qıraqları 3–11 dişli, qısa codtüklü, üstü yaşıl, altı solğun qonur rəngdə, yuxardakı yarpaqları daha xırdadır. Çiçəkləri nazik 20–35 mm uzunluqda çiçəksaplağı üstündə yerləşərək, azçiçəkli çiçəkqrupunda yığılmışlar. Kasacığı demək olar, əsasına kimi 2 mm uzunluqda yumurtavari-üçkünc və ya uzunsov-küttəhəri hissələrə yarılmışdır. Ləçəkləri (3) 4–5 (6) mm uzunluqda, uzunsov-ellipsvari, çox qısa dırnaqcıqlı, sarı (qurudulanda çəhrayı) rəngdədir. Qutucuğü 4 mm uzunluqda, ovalvaridir. Toxumları iri, kürəvari, xırda qabarıqlıdır. == Yayılması == BQ qərbi rayonlarında aşağı dağ qurşağından yuxarı dağ qurşağına kimi yayıılmışdır.
Tinli (Cəbrayıl)
Tinli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Tinli oyk., düz. Cəbrayıl rayonunun Şahvəlli inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Yaşayış məntəqəsini XIX əsrin axırlarında Cənubi Azərbaycanın Tin kəndindən köçüb gəlmiş ailələr saldığı üçün belə adlanmışdır; Qubadlı rayonunun Xocahan inzibati ərazi vahidində kənddir. Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Yerli məlumata görə, kəndi Cəbrayıl rayonunun Tinli kəndindən köçüb gəlmiş ailələr saldığı üçün belə adlandırılmışdır. Türk dillərində tirildin “sakinləşmək, yerləşmək, dincəlmək”, “düşərgə” mənalarında işlənir.
Tinli (Qubadlı)
Tinli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocahan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Tinli kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Yerli məlumata görə, kəndi Cəbrayıl r-nunun Tinli kəndindən köçüb gəlmiş ailələr saldığı üçün belə adlandırılmışdır. Türk dillərində tirildin “sakinləşmək, yerləşmək, dincəlmək”, “düşərgə” mənalarında işlənir.
Tirli Marin
Tirli Marin — qədim coğrafiyaçı, kartoqraf, riyazi kartoqrafiyanın banisi hesab olunur. == Tərcümeyi-halı == Marin I əsrin II yarısında Tiranada anadan olmuşdur. O dövrdə Suriya Roma imperiyası müstəmləkəsi idi. Bundan əlavə, onun həyatı haqqında məlumat yoxdur. Onun əsərləri bizim dövrümüzə gəlib çatmayıb. Ptolomeyin Coğrafiya kitabında adı çəkilir. == Kartoqrafiya == Ptolomeyə görə Marin dəniz xəritəsini işləmişdir. O ilk dəfə coğrafi uzunluq və enliyi elmə gətirib. ptolemoy onun bir çox əsərlərinin adlarını çəkir. Marin ilk dəfə ekvatorun uzunluğunun 180000 stadiyev olduğu demişdir.
Çarlz Tilli
Çarlz Tilli (27 may 1929 – 29 aprel 2008[…], Bronks, Nyu-York ştatı) siyasətlə cəmiyyət arasındakı əlaqələr haqqında yazan Amerikalı sosioloq, siyasətçi və tarixçi idi. 1969–1984-cü illərdə Miçiqan Universitetinin tarix, sosiologiya və sosial elmlər üzrə professoru və son olaraq Kolumbiya Universitetinin Sosial Elmlər Cozef L. Battenvayzer professoru idi. O, "21-ci əsrin sosiologiyasının qurucu atası" və "dünyanın ən görkəmli sosioloqlarından və tarixçilərindən" biri kimi təsvir edilmişdir. Ölümündən sonra şərəfinə çox sayda xüsusi jurnal mövzusu, konfrans, mükafat və cənazə lövhələri çıxdı. == Şəxsi həyatı və təhsili == Tilli İllinoyz ştatı, Lombard şəhərində (Çikaqo yaxınlığında) anadan olub. 1950-ci ildə Harvard Universitetini yüksək dərəcəli diplom (magna cum laude) ilə bitirib. Koreya müharibəsi dövründə ABŞ Hərbi Donanmasında amfibiya heyətinin xəzinədarı vəzifəsində çalışıb. Tilli Harvardda Sosiologiya fəlsəfə doktorunu 1958-ci ildə bitirdi. Harvardda ikən, sosial şəbəkə analizindəki Harvard inqilabı əsnasında, o, İctimai Əlaqələr şöbəsinin tələbəsi idi. Tillinin Miçiqan Universitetindəki məzun tələbələrindən olan Dr.
Arıxlı
Arıxlı, Aran Arıxlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Çörük Qəmərli rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == Arıxlı kəndi Anaxatır çayının sağ sahilində dəniz səviyyəsindən 410–470 m. yüksəklikdə yerləşir. Coğrafi baxımdan rayonun Kolagir, Hasanxocalı, Bala Muğanlı kəndləri və Tamarisi qəsəbəsi ilə qonşuluqdadır. == Əhalisi == Gürcüstanda 2002-ci ildə keçirilmiş əhali siyahıyaalmasının yekunlarına əsasən Arıxlı kəndində 4876 nəfər sakin yaşayır. Əhalinin 49,4%-i kişilər, 50,6%-i qadınlardır. Kənd əhalisinin 99%-dən çoxu etnik azərbaycanlılardır. Arıxlı əhalisinin sayına görə rayonun təkcə Faxralı və Bolus Kəpənəkçisi kəndlərindən geri qalır. == İqtisadiyyatı == Arıxlı kəndi mühüm kənd təsərrüfatı zonasıdır. Çaykənarı coğrafi mövqeyə malik olduğundan suvarma əkinçiliyi geniş yayılmışdır.
Aşıxlı
Aşıqlı (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Birinci Aşıqlı — Azərbaycanın Beyləqan rayonunda kənd. İkinci Aşıqlı — Azərbaycanın Beyləqan rayonunda kənd.
Bığlı
Bığlı Hüseyn, Bığlı Hüseyn Saraclı, Bığlı — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Kəndin adı erməni mənbələrində Beqli Hüseyn, Bexlu formalarında da göstərilir. Kənd Kəvər (Kamo) rayonunun 22 km şimal-qərbində, Göyçə gölünün şimal-qərbində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930 - cu ildə Axta (Razdan) rayonunun ərazisinə daxil idi. Toponim Bığlı Hüseyn antroponimi ilə qazax tayfalarından biri olan saraclı etnonimi əsasında əmələ gəlib «Saraclı tayfasından olan Bığlı Hüseynə mənsub kənd» mənasını bildirir. Mürəkkəb quruluşlu etnotoponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 356 nəfər, 1886-cı ildə 505 nəfər, 1897-ci ildə 645 nəfər, 1908-ci ildə 658 nəfər, 1914 - cü ildə 846 nəfər, 1916-cı ildə 768 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri ermənilər tərəfindən qətlə yetirilmiş və vəhşicəsinə qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sağ qalan sakinləri geri dönmüşdür.
Sıxlıq
Sıxlıq — cismin kütləsinin onun həcminə nisbətinə bərabər olan fiziki kəmiyyətə deyilir. BS-də vahidi kq/m³-dir. Sıxlıq skalyar kəmiyyətdir. Maddələrin sıxlıqları müxtəlif olur. Suyun sıxlığı 1000 kq/m³-dir. == Düsturu == Sıxlığın düsturu aşağıdakı kimi ifadə olunur: ρ = m V , {\displaystyle \rho ={\frac {m}{V}},} Burada "m" — cismin kütləsi, "V" — cismin həcmidir. Sıxlığın BS-də vahidi kq/m³, SQS-də isə q/sm³-dir. Bəzən qazların sıxlıqlarını hesablayan zaman aşağıdakı düsturdan istifadə edilir. ρ = M V m , {\displaystyle \rho ={\frac {M}{V_{m}}},} Burada "M" — qazın molyar kütləsi, V m {\displaystyle V_{m}} — qazın molyar həcmidir (normal həcmdə qazın həcmi 22,4 l/mol-dur).
Tatlı
Kəndlər Tatlı (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Tatlı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd.