Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sosial təcrid
Sosial təcrid, sosial kənarlaşdırılma və ya sosial marginallaşdırma - cəmiyyətdə rast gəlinən maneələri və cəmiyyətdən kənarlaşdırılma vəziyyətini izah edən bir termindir. Avropada geniş yayılmış olan bu termin ilk dəfə Fransada istifadə edilmişdir. Təhsil, sosiologiya, psixologiya, siyasət və iqtisadiyyat kimi müxtəlif sahələrdə istifadə olunur.Sosial təcrid cəmiyyət daxilindəki bəzi qrup üzvlərinə, şəxslərə və ya qruplara malik olduğu və həmin qrupla sosial vahid olması üçün şərt olan mənzil, iş, sağlamlıq, vətəndaş hüquqları, demokratik proseslərdə iştirak etmək hüququ və bərabər məhkəmə hüququ kimi müxtəlif hüquqlara, imkanlara və mənbələrə sistematik şəkildə girilməsinə qoyulan qadağa prosesidir.Sosial təcrid nəticəsində vətəndaş hüquqlarından kənarlaşdırma və ya məhrum olmaq sosial siniflərə görə tətbiq olunma halları olur. İrqi, dərinin rəngi, təhsil səviyyəsi, yaşayış və ya geyim tərzi ilə əlaqəli ola bilər. Bu cür ayrı-seçkilik formaları əlillərə, azlıqlara, LGBT icmasına, narkotik istifadəçilərinə, yaşlılara və ya gənclərə də tətbiq edilə bilər. Bir cəmiyyətdə qəbul edilən sosial normalardan kənara çıxan hər kəs bu səbəbdən qeyri-müəyyən və ya açıq bir şəkildə həmin cəmiyyətdən kənarlaşdırıla bilər.Sosial təcriddən təsirlənən şəxslərin və ya qrupların nəticədə iqtisadi, sosial və siyasi həyata tam inteqrasiyasının qarşısı alınır. Bunun baş verməməsi üçün müasir zamanımızda cəmiyyətlərin inklüziv şəkildə qurulması üçün tədqiqat işləri davam etməkdədir.
Çernobıl təcrid zonası
Çernobıl təcrid zonası (ukr. Зона відчуження Чорнобильської АЕС‌) - 1986-cı ilin 26 aprel tarixində baş vermiş Çernobıl faciəsindən sonra Çernobıl AES-i və Pripyat şəhərinin ərazilərində yaradılmış xüsusi bölgə.
Çinlilərin təcrid aktı
Çinlilərin təcrid aktı (1882—1943-ci illər) — 6 may 1882-ci il tarixində ABŞ Konqresinin Çinlilərin ölkənin Qərbinə kütləvi köç etməsinə cavab olaraq qəbul etdiyi xüsusi qanun. Amerika Birləşmiş Ştatları tarixindəki ilk və yeganə rəsmi qanun, müəyyən bir millətin nümayəndələrinə qarşı yönəldilmişdir (bu ölkənin qalan ayrı-seçkilik qanunları ümumiyyətlə irqlərlə əlaqəli). Qanun, artıq ABŞ-də yaşayan çinlilərin hər hansı Çin immiqrasiyasını və / və ya vətəndaşlıq almasını qadağan etdi (lakin ABŞ-də anadan olan Çinli uşaqlar ABŞ vətəndaşı sayılırdı). Əvvəlcə qanun 10 il müddətinə uzanmalı idi, lakin 1943-cü ilə qədər qüvvədə idi. 1917-ci ilə qədər oxşar məhdudiyyətlər ümumilikdə Asiyalılara da şamil edildi. == Tarixi == İlk çinlilər ABŞ-də 1840-cı illərdə, 1848-ci ildə Kaliforniyada qızıl hərisliyinin başladığı Meksikadan keçmiş şimal ərazilərinin ələ keçirilməsindən dərhal sonra ortaya çıxdı. Qızıl bol olduğu müddətdə, ayrı-ayrı Çin məkanlarında yaşayan Çinlilərə ehtiyat göstərildi, lakin ehtiyatları tükənəndə tolerantlıq itməyə başladı. Vəziyyəti yalnız nisbətən az sayda Çinli və ağ immiqrantlar xilas etdi. 60-cı illərdə Çin kuliları ABŞ dəmir yolu şirkətləri tərəfindən cəlb edildi. Xüsusilə, XIX əsrin ikinci yarısında Çindən və bəzi digər Asiya ölkələrindən (əsasən Yaponiya və Koreya) müqaviləli işçilərin sıx bir axını başladı.
Təcrid olunmuş piyada (şahmat)
Təcrid olunmuş piyada — Şahmat termini Mürəkkəb şaquli xəttlərdə öz piyadası olmayan piyada.
ABŞ-ın təcridçilik siyasəti
== Ümumi məlumat == Təcridçilik, Amerikanın uzun müddət Avropa ittifaqlarına və müharibələrə qoşulma mövzusundakı istəksizliyini ifadə edir. Təcridçilər, Amerikanın dünya üzərindəki dünyagörüşünün Avropa cəmiyyətlərinin baxış bucaqlarından fərqli olduğunu və Amerikanın müharibə xaricində başqa yollarla azadlıq və demokratiya səbəbini inkişaf etdirə biləcəyini müdafiə etdi. Amerikanın təcrid siyasəti dünya səhnəsini buraxmaq demək deyildir. Təcridçilər ABŞ-nin bir dünya oyunçusu olması və xüsusilə Qərb Yarımkürəsində torpaq, ideoloji və iqtisadi maraqlarının daha da irəli aparılması fikrindən xoşlanmadılar. == Müstəmləkə dövrü == Təcridçilərin perspektivi müstəmləkə günlərinə əsaslanır. Koloniyalar, dini zülm, iqtisadi parçalanma və müharibənin olduğu Avropadan qaçan bir çox insan tərəfindən dolduruldu. Onların yeni vətəni keçmiş yollardan daha yaxşı şeylər etmək üçün bir yer kimi görüldü. Avropadan gələn səfər məsafəsi və sərtliyi, Yeni Dünyanın Köhnə Yoldan uzaq olduğunu vurğuladı. İstiqlaliyyət müharibəsi əsnasında Fransa ilə ittifaq izləməsinə baxmayaraq, təcrid siyasətinin kökləri, müstəqillikdən çox əvvəl quruldu. Tomas Peyn, kölgəli ittifaqlar üçün çox sayda arqument təqdim edən “Common Sense”(Sağlam düşüncə) adlı əsərində təcridçi düşüncələri aydınlatdı.
ABŞ-nin təcridçilik siyasəti
== Ümumi məlumat == Təcridçilik, Amerikanın uzun müddət Avropa ittifaqlarına və müharibələrə qoşulma mövzusundakı istəksizliyini ifadə edir. Təcridçilər, Amerikanın dünya üzərindəki dünyagörüşünün Avropa cəmiyyətlərinin baxış bucaqlarından fərqli olduğunu və Amerikanın müharibə xaricində başqa yollarla azadlıq və demokratiya səbəbini inkişaf etdirə biləcəyini müdafiə etdi. Amerikanın təcrid siyasəti dünya səhnəsini buraxmaq demək deyildir. Təcridçilər ABŞ-nin bir dünya oyunçusu olması və xüsusilə Qərb Yarımkürəsində torpaq, ideoloji və iqtisadi maraqlarının daha da irəli aparılması fikrindən xoşlanmadılar. == Müstəmləkə dövrü == Təcridçilərin perspektivi müstəmləkə günlərinə əsaslanır. Koloniyalar, dini zülm, iqtisadi parçalanma və müharibənin olduğu Avropadan qaçan bir çox insan tərəfindən dolduruldu. Onların yeni vətəni keçmiş yollardan daha yaxşı şeylər etmək üçün bir yer kimi görüldü. Avropadan gələn səfər məsafəsi və sərtliyi, Yeni Dünyanın Köhnə Yoldan uzaq olduğunu vurğuladı. İstiqlaliyyət müharibəsi əsnasında Fransa ilə ittifaq izləməsinə baxmayaraq, təcrid siyasətinin kökləri, müstəqillikdən çox əvvəl quruldu. Tomas Peyn, kölgəli ittifaqlar üçün çox sayda arqument təqdim edən “Common Sense”(Sağlam düşüncə) adlı əsərində təcridçi düşüncələri aydınlatdı.
Təbriz
Təbriz (fars. تبریز‎) — İranın 7-cü ən böyük şəhəri (sahəsinə görə) və 2021-ci ildə 1,627,304 əhalisi ilə ölkənin beşinci, dünyanın isə 338-ci şəhəri, Şərqi Azərbaycan ostanının inzibati mərkəzidir. 1890-cı ilə qədər əhalinin sayına görə İranın ən böyük şəhəri, sonra isə 1963-cü ilə qədər ölkənin 2-ci ən böyük şəhəri olmuşdur.Təbriz şəhəri Azərbaycanlıların mənəvi və tarixi paytaxtı sayılır. Tarix boyu Yaxın Şərqin ən önəmli elm və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Əhalisinin əksəriyyətini Azərbaycanlılar təşkil edir. Şəhər Eynəli (Eynalı) dağının cənubunda, Səhənd vulkanik qalxımından şimalda, Surxab dağının ətəyində, dəniz səviyyəsindən 1350–1410 metr yüksəklikdə yerləşir. Təbriz dünyanın ən uzunmüddətli paytaxtlarından biri olmuşdur; Bu şəhər Rəvvadilər, Azərbaycan Atabəyləri (Eldənizlər), Xarəzmşahlar, Elxanilər, Çobanilər, Cəlairilər (Elkanilər), Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Azərbaycan xanlıqları, Qacarlar (İkinci paytaxt), Azadistan və Azərbaycan Milli Hökuməti dövrlərində paytaxt olmuşdur. 1500-cü ildə Səfəvilərin paytaxtı dövründə dünyanın ən çox əhalisi olan 5-ci şəhəri idi və əhalisinin sayı Osmanlı İmperiyasının paytaxtı İstanbulun əhalisinə bərabər idi. == Etimologiyası == Şəhərin adı barədə mütəxəssislərin yekdil qərarı yoxdur. Bəzi tarixçilər Tarui sözünün qədim türk dilində ikiqat qala mənasını verdiyini deyirlər.
Təcnis
Təcnis — daha çox aşıq poeziyasında yayılmış şeir şəkillərindən biri. Məzmununa görə təcnislər əsasən lirik xarakterlidir. Aşıq poeziyası ilə bir sırada yazılı ədəbiyyatda da ara-sıra təcnis nümunələrinə təsadüf olunur. Təcnisin özünəməxsus xüsusiyyəti, adından göründüyü kimi, burada qafiyələrin cinas üzərində qurulması ilə bağlıdır. Qafiyələnmə sistemi qoşma və gəraylıda olduğu kimidir. XIX əsr el sənətkarlarından biri Şəmkirli Aşıq Hüseynin təcnislərindən biri: Azərbaycan aşıq poeziyasında təcnislərin meydana çıxmasında ilk pillə rolunu cinas bayatılar oynamışlar. Digər tərəfdən, Azərbaycan dilinin ifadə imkanlarının genişliyi, onun ahəngdarlığı və musiqililiyi təcnis poetik formasının digər türkdilli xalqların ədəbiyyatı ilə müqayisədə Azərbaycanda daha geniş yayılmasına təkan vermişdir. Əlbəttə, cinas sözlərin zəruriliyi təcnisdə müəyyən formalizm ünsürlərinin meydana çıxma təhlükəsini yaradır. Lakin ustad sənətkarların təcnislərində bu cəhət qətiyyən nəzərə çarpmır. Burada sözlə fikrin, məna ilə məzmunun üzvi qaynağı yaranır.
Tədris
Tədris termini aşağıdakı mənalarda istifadə oluna bilər: təlim; dərs vermə; dərs oxuma, təhsil alma, dərs keçmə. Məsələn, ali məktəbdə xarici dillərin tədrisi, tədris planı.Tədris fənni – təhsil müəssisələrində öyrənilmək üçün elmin, texnikanın, incəsənətin, istehsalat fəaliyyətinin müəyyən sahəsindən seçilmiş bilik, bacarıq və vərdişlər sistemi. Tədris institutları – elm və mədəniyyətin müxtəlif sahələri üçün ali ixtisas təhsilli mütəxəssis, elmi və pedaqoji kadrlar hazırlayan ali təhsil müəssisələri. Tədris planı – hər hansı tədris müəssisəsində öyrənilən tədris fənnlərinin tərkibini və vaxtını müəyyənləşdirən, bunları illik və bütün təhsil müddəti üçün bölüşdürən sənəd. Tədris proqramı – hər hansı tədris fənni üzrə təhsilin əsas məzmununu, şagirdlərin mənimsəyəcəkləri zəruri bilik, vərdiş və bacarığın həcmini müəyyənləşdirən, həmçinin bölmə və mövzuların məzmununu tədris ili üzrə bölüşdürən sənəd. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Təfriş
Təfriş — İranın Mərkəzi ostanının şəhərlərindəndir. Həm də Təfriş şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 13,914 nəfər və 4,254 ailədən ibarət idi.
Təhrif
Təhrif - hər hansı bir şeyi əsl məcrasından və ya malik olduğu vəziyyətdən çıxarmaq, yaxud onu dəyişməyi nəzərdə tutan ərəb mənşəli söz. Başqa sözlə, təhrif bir növ dəyişmək və əvəz etməkdir. Lakin təhrif bu sözlərin mənasını vermir. Təhrifin bir neçə növü var. Onların ən əhəmiyyətlisi söz və məna təhrifidir. Söz təhrifi hansısa mövzunun zahiri görkəmini dəyişməkdən ibarətdir. Məsələn, hər hansı deyimdən bir cümlənin çıxarılması və ona bir cümlənin əlavə edilməsi. Yaxud, cümlələrin yeri elə dəyişilir ki, deyimin mənası orijinaldan fərqlənir, yəni bir sözlə deyimin görkəminə və sözünə toxunulur. Məna təhrifində isə sözə və zahiri görkəmə toxunulmur. Söz olduğu kimi qalır, lakin onu deyən şəxsin məqsədi düzgün izah olunmur.
Təhrik
Təhrik etmə — sözlə və ya başqa şirnikləndirici vasitələrlə birini bir iş görməyə vadar etmə, sövq etmə, meyilləndirmə, həvəsləndirmə.
Təkrir
Təkrir — bədii əsərdə eyni sözün, söz qrupunun, ifadənin məqsədli şəkildə təkrar olunması. Təkririn iki növü var: anafora və epifora; anafora — misranın, cümlənin əvvəlində işlənən təkrirdir; epifora — misranın, cümlənin sonunda işlənən təkrirdir.
Tənqid
Tənqid – şifahi, yazılı və ya feli ola bilər. Lüğət mənası ilə tənqid – hər hansı bir insan, əsər və ya mövzunun doğru-yanlış, əskik-artıq, gözəl-çirkin cəhətlərini tapıb göstərmə işidir. Tənqidin əxlaqi cəhətdən yaxşı və ya pis dəyərləndirilməsi; kimə, nə vaxt, hansı dərəcədə, hansı məqsədlə və hansı niyyətlə edildiyindən asılıdır. Bu baxımdan tənqid, müsbət tənqid (faydalı olan) və mənfi tənqid (zərər verən) olaraq iki yerə bölünür. Tənqidin təsiri də yuxarıdakı söylədiyimiz xüsusiyyətlərə görə fərqli ola bilər. == İnsan nə üçün tənqid edir? == Fərdi və ictimai həyatın daha da yaxşılaşması üçün xətaların fərq edilib lazımi qaydada ifadə edilməsi yararlıdır. Ancaq bu ifadə formasının insana və ətfarına zərər verməməsi, ifadələrin müsbət niyyətli olması vacibdir. Bu formada edilən müsbət tənqidlərdə səhvləri düzəltmə mülahizəsi vardır. Ailə və cəmiyyətdə mənfi tənqidə bağlananlar getdikcə hər şeydə bir əskiklik axtararlar.
Təqlid
Təqlid — psixologiyada başqalarının hərəkət, əməl və işlərini təkrar etmək, yamsılamaq; bu zaman insanda rəftarın yeni formaları yaranır. Heyvanlarda təqlidin ibtidai formalarına təsadüf edilir. İnsanlarda təqlid keyfiyyətcə başqadır və xüsusi ilə uşaq yaşlarında yeni davranış formalarına yiyələnməkdə mühüm rol oynayır.
Radar Təbriz (Təbriz)
Radar Təbriz (fars. ادارتبريز‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,189 nəfər yaşayır (349 ailə).
Fərid
Fərid — kişi adı.
Təcil
Təcil — sürət dəyişməsinin bu dəyişmənin baş verdiyi zaman fəsiləsinə nisbətinə bərabər olan fiziki kəmiyyət . Cismin təcillənməsi Nyutonun ikinci qanununda göstərildiyi kimi cismə təsir edən qüvvələrin əvəzləyicisinin hesabına baş verir. Beynəlxalq vahidlər sistemində (BS) təcilin vahidi metr bölünsün saniyə kvadratıdır ( m s a n 2 {\displaystyle m \over san^{2}} ). Təcil vektorial kəmiyyətdir (yəni həm qiyməti həm də istiqaməti ilə müəyyən olunur) və paraleloqram qanununa görə cəmlənir. Bir vektor kimi hesablanan əvəzləyici qüvvə cismin kütləsi (skalyar kəmiyyətdir) ilə onun təcilinin hasilinə bərabərdir. Misal üçün bir avtomobil hərəkətsiz haldan (başlanğıc sürəti 0 olan haldan) düz xətt boyunca sürətini artıraraq hərəkət edərkən, təcilin istiqaməti hərəkət istiqamətində yönəlir. Əgər avtomobil dönərsə, təcil istiqamətini dəyişərək yeni istiqamət alır. Bu misalda avtomobildəki sərnişinlərin müşahidə etdiyi onları oturacağa doğru itələyən ve ya basan qüvvəni maşının təcili və ya xətti təcil adlanır. Avtomobil istiqamətini dəyişərkən avtomobildəki sərnişinlər onları yan tərəfə doğru itələyən qüvvələrin yarandığını müşahidə edəcəklər belə təcil qeyri xətti təcil adlanir. Əgər avtomobil sürətini azaldarsa, bu zaman təcil avtomobilin hərəkət istiqamətinin əksinə yönəlir və buna bəzən yavaşıma deyilir.Yavaşıma zamanı sərnişinlər onları önə doğru itələyən qüvvənin meydana gəldiyini müşahidə edirlər.Riyazi olaraq yavaşımanın ayrıca bir düsturu yoxdur,hər ikisidə surət dəyişməsidir.
Tərif
Tərif — Riyazi anlayışın tərif – onun məzmunu (mənasını) izah edən təklif. Tərif müxtəlif üsullarla verilə bilər: 1) Təyin olunan anlayışın məzmununun əsas anlayışların və tərifləri əvvəllər verilmiş anlayışların köməyi ilə izahıə; 2) Genetik və ya konstruktiv tərif burada təyin olunan anlayışın (obyektin) əmələ gəlmə qaydası göstərilir. 3) Anlayışın aksiomatik təyin olunması. Bu halda anlayış ilk anlayış kimi daxil edilir və anlayışlar arasında əlaqələr aksiomlarda ifadə olunur. Məsələn, natural ədəd anlayışı Peano aksiomlarında verilir, məsafə anlayışı metrikanın aksiomlarında verilir və s. Riyaziyyatda qəbul edilmiş aksiomatikaya görə eyni bir anlayışa müxtəlif (lakin eynigüclü) təriflər verilə bilər. Bir aksiomatikada müəyyən anlayışlara tərif verilə bilər, başqa aksiomatikada həmin anlayışlar tərifsiz qəbul edilə bilər. == Ədəbiyyat == 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Acıçay (Təbriz)
Acıçay — Şərqi Azərbaycan ostanının və Təbrizin əsas çaylarından biri. Çay Savalan dağının zirvəsindən qaynaqlanır və qərb istiqamətində axaraq Urmiya gölünə tökülür.
Anaxatun (Təbriz)
Anaxatun (fars. اناخاتون‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,052 nəfər yaşayır (527 ailə).
Aspos (Təbriz)
Aspos (fars. اسپس‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 552 nəfər yaşayır (142 ailə).
Ayaqlı təcnis
Ayaqlı təcnis — aşıq poeziyasında forma etibarilə "təcnis müstəzad", "qoşma müstəzad" əsasında yaradılmış təcnis şeir formasının şəkillərindən biri. Əlamətlərinə görə ayaqlı qoşmanı xatırladır. Əsas fərq buradakı bəndlərin cinas qafiyədən qurulmasıdır. Ayaqlı təcnisin birinci bəndində 1-ci və 3-cü misralar sərbəst, 4-cü misranın yarımçıq hissəsi 2-ci misranın yerində işlənən hissə ilə həmqafiyə olur. Ayaqlı təcnis el aşıqları arasında "təcnis müstəzad" adı ilə də işlənilir. Çox çətin və eyni zamanda estetik baxımdan, poetik arxitektonikası etibarilə çox da maraqlı olan ayaqlı təcnis nadir təcnis şəklidir. Burada hər bəndin axırında 5-6 hecalı əlavə bir misra da işlənir. Təsadüfi deyildir ki, ustad Aşıq Ələsgərin yaradıcılığında yalnız bir ayaqlı təcnis nümunəsinə rast gəlinir. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri.
Ağacoğlu (Təbriz)
Ağacoğlu (fars. اغاج اوغلي‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 238 nəfər yaşayır (62 ailə).
Ağmuğan (Təbriz)
Ağmuğan — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Üskü bölgəsinin Üskü qəsəbəətrafı kəndistanında, Üskü qəsəbəsindən 18 km cənub-şərqdədir.
Ağoğlan (Təbriz)
Ağoğlan — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Xudafərin bölgəsinin Mincivan kəndistanında, Xudafərin qəsəbəsindən 33 km cənub-qərbdədir.
Ağçakəhəl (Təbriz)
Ağçakəhəl — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Üskü bölgəsinin Üskü kəndistanında, Üskü qəsəbəsindən 12 km cənubdadır.
Tefrit
Tefrit — teralitin effuziv analoqu olub qələvi bazaltoidlərin tipik və çox geniş yayılmış növü. Xarici görünüşünə görə bazalta çox oxşayır, əsas kütlədən və mineral püruzlərdən təşkil olunmuşdur. Püruzlər plagioklaz, piroksen və olivindən, bəzən nefelin və ya analsimdən ibarətdir. Bütöv və ya mandelşteyn teksturla səciyyələnir. Tefrit mineral tərkibi əsas paragenezislərə görə təyin olunur: plagioklaz, monoklinal piroksen, olivin, feldşpatoidlər. Qələvi çöl şpatı, hornblend, biotit də iştirak edə bilər. Aksessor mineralları: apatit və titanmaqnetit. Törəmə mineralları: seolitlər, xlorit, kalsit. Tefrit quruluşu porfir və ya afir, əsas kütlənin quruluşu isə intersertaldır. Sinonim: Nefelinli bazanitoid, linozait, linozit, monsonit, nefelinli dolerit, tefrit-bazalt və b.
Tetris
Tetris (rus. Тетрис) — Aleksey Pajitnov tərəfindən yaradılan kompüter oyunu. İctimayətə 6 iyun 1984-cü ildə təqdim edilib. İlk dəfə Çin xalq respublikasında buraxılıb.
Tetrod
Tetrod — dörd elektrodu olan elektron lampadır: termoelektron katod (birbaşa və ya dolayı qızdırılan), iki tor və anod. 1919-cu ildə Valter Şottki tərəfindən icad edilmişdir. Pentodlar geniş yayılmazdan əvvəl qəbuledici və gücləndirici tetrodlar radioqəbuledici yollarda istifadə olunurdu. Generator və modulyator tetrodları bu gün də radio ötürücülərin güc mərhələlərində istifadə olunur.
Tetri
Tetri (gürc. თეთრი) — Gürcüstanda istifadə edilən metal pul vahidi. 1 lari = 100 tetri. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.