Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cinsi tələbat
Cinsi həvəs — cinsi obyektlərə və ya fəaliyyətlərə maraq, ya da cinsi obyektləri axtarmaq və ya cinsi fəaliyyətlə məşğul olmaq həvəsi ilə xarakterizə olunan emosiya və motivasiya vəziyyəti. Bu, növün çoxalmasına yönəlmiş bioloji instinktlər əsasında yaranan istək və onlarla bağlı duyğu və həyəcan kompleksidir. Buraya xromosomlann genetik dəsti, beyinin diensefalit şöbəsi, daxili sekresiya vəzilərinin inkişafı və fərdi psixo-sosial təcrübənin formalaşması ilə bağlı olan cinsi əlaqəyə meyl daxildir. Avstriya psixoloqu, psixiatrl və nevropatoloqu Ziqmund Freyd cinsi həvəs anlayışını ifadə edən "libido sexualis" terminini təklif etmişdir. Cinsi həvəs əsasən şərtsiz reflekslərlə tərənnüm olunan təbii instinktdir və nəslin davam etdirilməsinə yönəlmişdir. Cinsi əlaqə zamanı həzzalma bu instinktin güclənməsi üçün təbii xüsusiyyətdir. Bioloji cəhətdən cinsi həvəs-in gücü və davamlılığı androgen hormonların, xüsusən də kişi və qadında böyrəküstü vəzilərdən, kişidə toxumluqlardan, qadında yumurtalıqlardan qana ifraz edilən testesteronun miqdarından asılıdır. “cinsi həvəs” məfhumu heyvanlarda çoxalma və cütləşmə ilə bağlı bir sıra davranış komplekslərini özündə əks etdirir. Dişi heyvanın yumurtalığındakı yumurtalar yetişmiş, özləri isə mayalanmaya hazır olduqları zaman erkəklə yaxınlıq axtarırlar. Heyvanlarda cinsi həvəs və bunun nəticəsi olan cütləşmənin yeganə məqsədi yetişmiş yumurtaların mayalanmasıdır.
Cinsi tələbat hissi

Rele mühafizəsi qurğularına qoyulan tələblər
Rele — elektriklə işləyən çevirmə cihazı. Bir çox relelər elektromaqnitdən istifadə etməklə mexaniki olaraq mexanizmi dəyişirlər. Relelər adətən bir çox əməliyyatları cəmi bir siqnalla idarə etmək, eləcə də bir çox əməliyyatları aşağı güclü siqnallar vasitəsilə idarə etmək üçün istifadə olunurlar. İlk relelər uzunməsafəli teleqraf xətlərində bir yerdən gələn siqnalın digər istiqamətə yönəldilməsi üçün təkrar olunması məqsədi ilə istifadə olunurdular. Relelər telefon mübadiləsi və ilk kompüter nəsillərində məntiqi əməliyyatları aparmaq üçün istifadə olunurdular. == Tarixi == 1809-cu ildə Samuel Tomas von Sömmerrinq elektrokimyəvi teleqrafın tərkib hissəsi kimi elektrolit releni layihələndirdi. Amerikan alim Yozef Henrinin və ingilis ixtiraçı Edvard Davinin də relelərin kəşfi istiqamətində fəaliyyətləri olub.İndi rele adlandırdığımız sadə qurğu 1840-cı ildə Samuel Morsenin teleqraf patentinə daxil edilib. "Rele" sözünə texniki ədəbiyyatlarda 1860-cı ildən rast gəlinir. == Rele mühafizəsi == Rele mühafizəsi qurğuları aşağıdakı tələblərə cavab verməlidir: === Selektivlik === Selektivlik dedikdə, rele mühafizəsinin seçicilik qabiliyyəti nəzərdə tutulur. Yəni rele mühafizəsinin təsiri elə olmalıdır ki, qısa qapanma zamanı yalnız sistemin zədələnmış hissəsi açılsın.