Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təmizlik
Təmizlik — insanın sağlamlığı və təbiətin mühafizəsi üçün lazım olan vacib amil. Böyük alimlər təmizliyi aşağıdakı mövzularla tədqiq etmişdir: A. Y. E(bədən-paltar-qida) təmizlik Ev (mətbəx-hamam-ayaqyolu) təmizliyi Ətraf mühit (tullantıların uyğun şəkildə uzaqlaşdırılması) təmizliyi Kifayət qədər təmiz suyun təmin edilməsi. == Fərdi təmizlik == Fərdi təmizlik deyiləndə bədən təmizliyi nəzərdə tutulur. Buradan da cilt, əl, ağız, burun, göz təmizliyi, saç, dırnaq, qoltuqaltı, üz, diş və ayaq baxımı nəzərdə tutulur. Dünya Səhiyyə Təşkilatının bədən təmizliyi, əl təmizliyi, ağız və diş baxımının əhəmiyyəti və mühafizəsi yollarına aid materiallar mövcuddur. Ancaq Dünya Səhiyyə Təşkilatının dırnaqların yoluxucu xəstəliklərdəki təsirinə, tüklərin təmizliyinə və yoluxucu xəstəliklərdəki roluna aid ciddi nəşrləri yoxdur. Fərdi təmizliyə baxmayaraq insan ətrafdan xəstəlik tapa bilər. İnsan nə qədər təmiz olursa olsun, ətraf mühiti təmiz olmasa, heç bir şeyə toxunmasa belə hava, külək, böcəklər və digər daşıyıcılar üzündən xəstələnə bilər.
Böyük Təmizlik
Böyük Təmizlik (bəzən Stalin repressiyası və ya Böyük Terror adlanır) – 1936-cı ildən 1938-ci ilə qədər davam edən siyasi repressiyalar kompaniyası. Səbəbi Kommunist partiyasının, hökumət üzvlərinin böyük ölçüdə müxaliflərdən fiziki olaraq təmizlənməsi, kəndlilərin və Qızıl Ordu liderlərinin müxalifətinə son qoymaq, polis nəzarəti yaratmaq, "sabotajçı", "əks-inqilabçı" şəxslərin fiziki olaraq məhvi istəyidir. Rus tarixində ən böyük terror dövrü olan bu dövrə, gizli polisin rəhbəri olan Nikolay Yejova görə Yejovşina dövrü deyilir. Nikolay Yejov, şəxsən bu siyasətin həyata keçirilməsinə rəhbərlik etmiş, sonda özü də "vətənə xəyanət", "dövlət çevrilişi hazırlamaq"da ittiham edilərək, güllələnmişdir. Onun əmri ilə, insanları daha rahat və ucuz öldürmək üçün səyyar qaz otaqları düzəldilmişdi, bütün bunlar məhkəməsiz baş verirdi. "Böyük təmizləmə" zamanı, Stalinin rəhbərlik etdiyi SSRİ-də, 600.000-dən 1.8 milyon nəfərə qədər insan öldürülmüşdür. == Başlanğıc == Repressiyaların əsas məqsədi müxalifləri Kommunist partiyasından uzaqlaşdırmaq, Stalinin hakimiyyətini daha da möhkəmləndirmək idi. İlk əvvəllər sadə əhalinin diqqətini daha çox partiya rəhbərliyindəki şəxslərin, həmçinin də iri bürokratların mühakimələri çəkdi. Bu kampaniyadan cəmiyyətin digər təbəqələri də xeyli ziyan gördü: ziyalılar, kəndlilər, xüsusən də "kəndli üçün çox varlı olan qolçomaqlar" və ixtisaslı kadrlar. Bəzən bütöv etnik qruplar V kalon adlandırılaraq, vətən xaini elan edilirdi.
Qəribə təsadüf və ya həmişə təmizlikdə
"Qəribə təsadüf və ya həmişə təmizlikdə" (rus. Ирония судьбы, или С лёгким паром!) — rejissor Eldar Ryazanovun rejissorluğu ilə 1975-ci ildə çəkilmiş ikiseriyalı sovet filmi. SSRİ-də ilk nümayişi 1 yanvar 1976-cı il saat 17:45-də Mərkəzi Televiziyanın birinci proqramı ilə baş tutub. İlk nümayişin auditoriyası 100 milyon tamaşaçı təşkil edib; çoxsaylı tamaşaçı xahişi nəzərə alınaraq fevralın 7-də film təkrarən göstərilib. 1978-ci ilədək filmə televiziya vasitəsilə 250 milyon tamaşaçı baxmışdı.Film kinoteatrlarda 295 nüsxə ilə nümayiş olunaraq, 7 milyon tamaşaçı toplamışdı. 1977-ci ildə SSRİ dövlət mükafatına layiq görülüb. == Məzmun == Film satirik animasiya ilə başlayır. Filmin əsasını eyni layihə əsasında tikilmiş eyni tipli binalar (hətta müxtəlif şəhərlərdə) təşkil edir. Daha sonra ekranda Pavliki görürük. O, dostu Jenyanı hamama dəvət eləmək üçün onlara gedir.
Qəribə təsadüf və ya həmişə təmizlikdə (film, 1975)
"Qəribə təsadüf və ya həmişə təmizlikdə" (rus. Ирония судьбы, или С лёгким паром!) — rejissor Eldar Ryazanovun rejissorluğu ilə 1975-ci ildə çəkilmiş ikiseriyalı sovet filmi. SSRİ-də ilk nümayişi 1 yanvar 1976-cı il saat 17:45-də Mərkəzi Televiziyanın birinci proqramı ilə baş tutub. İlk nümayişin auditoriyası 100 milyon tamaşaçı təşkil edib; çoxsaylı tamaşaçı xahişi nəzərə alınaraq fevralın 7-də film təkrarən göstərilib. 1978-ci ilədək filmə televiziya vasitəsilə 250 milyon tamaşaçı baxmışdı.Film kinoteatrlarda 295 nüsxə ilə nümayiş olunaraq, 7 milyon tamaşaçı toplamışdı. 1977-ci ildə SSRİ dövlət mükafatına layiq görülüb. == Məzmun == Film satirik animasiya ilə başlayır. Filmin əsasını eyni layihə əsasında tikilmiş eyni tipli binalar (hətta müxtəlif şəhərlərdə) təşkil edir. Daha sonra ekranda Pavliki görürük. O, dostu Jenyanı hamama dəvət eləmək üçün onlara gedir.
Qəbizlik
Qəbizlik (tibb) — Qəbizlik nadir və ya çətin bağırsaq hərəkətlərinə aiddir. Nəcislər çox vaxt sərt və quru olur. Digər simptomlar arasında qarın ağrısı, şişkinlik və bağırsaqların tam boşalmadığı hissi ola bilər.Qəbizliyin ağırlaşmalarına hemoroid, anal fissura və ya nəcisin tıxanması daxil ola bilər. Böyüklərdə bağırsaq hərəkətlərinin normal tezliyi həftədə üç dəfədir. Körpələr gündə üç-dörd dəfə, kiçik uşaqlar isə gündə iki-üç dəfə nəcis edirlər. Qəbizliyin bir çox səbəbi var. Ümumi səbəblərə nəcisin yavaş hərəkəti, bağırsaq sindromu və çanaq dibinin pozulması daxildir. Əsas müşayiət olunan xəstəliklərə hipotiroidizm, diabet, Parkinson xəstəliyi,, qeyri-qluten həssaslığı, kolon xərçəngi, divertikulit və iltihablı bağırsaq xəstəliyi daxildir. Qəbizliklə əlaqəli dərmanlara opioidlər, bəzi antasidlər, kalsium kanal blokerləri və antikolinerjiklər daxildir. Opioid qəbul edənlərin təxminən 90%-də qəbizlik yaranır.
Əmirlik
Əmirlik— Əmirin idarəsi altında olan yerlər, ölkə.
Dil təmizliyi
Dil təmizliyi — ədəbiyyat dilində başqa dillərdən alınma sözlərin milli sözlərlə əvəz edilmə prosesi. Dil təmizliyi və ya linqvistik purizm (lat. purus “saf”) - ədəbi dili toxunulmaz saxlamaq, xarici sözlərdən təmizləmə cəhdi, ümumiyyətlə, dili yeni sözlərdən – neologizmlərdən, təhriflərdən və s. dən təmizləmə cəhdində ifrata varma kimi başa düşülür. Ədəbi dilin qaydalarından kənara çıxmamaqla ifadə olunan nitq təmizdir. Kənar elementlərin təsiri dildə nə qədər güclü olsa da, daxili imkanlar həmişə aparıcı xarakter daşıyır. Dilin təmizliyi digər keyfiyyətlər kimi nitq sahibinin dil vahidlərindən istifadə bacarığı ilə düz mütənasibdir. Bir purist qrammatik səhvlər, jarqon, neologizmlər və xarici mənşəli sözlər daxil olmaqla, bir dildə olan bəzi arzuolunmaz xüsusiyyətləri aradan qaldırmaq arzusunu ifadə edən kimsədir. Dilçilik nöqteyi-nəzərindən dil təmizliyi, nitqin təmizliyi müasir ədəbi dilin normalarını bilməyi və ona möhkəm, həm də sərbəst yiyələnməyi nəzərdə tutur. O, nitqin üslubca gözəlliyini, yəni hazırda istifadə etdiyimiz üslublara əsaslanaraq, fikri ifadə edən dil vasitələrinin xüsusiyyətini nəzərə almalıdır.
Təsirlik hal
Təsirlik hal:Hərəkətin təsir obyektini, yəni üzərində iş icra olunan əşyanı bildirir. İsmin təsirlik halı da yiyəlik hal kimi iki növə bölünür : müəyyənlik bildirən təsirlik hal qeyri-müəyyənlik bildirən təsirlik halMüəyyənlik bildirən təsirlik hal kimi? nəyi? (bəzən də haranı?) suallarından birinə cavab verir.Bu növ təsirlik halda işlənən isimlər -ı⁴ (-nı⁴) şəkilçilərini qəbul edir. Məsələn: Tural-ı (Sona-nı) çağır -kimi?. Qələm-i (düymə-ni) götürdüm - nəyi? və s. Qeyri-müəyyənlik bildirən təsirlik hal isə şəkilçisiz işlənir və nə? sualına cavab olur. Məsələn: Aysel kitab (nə?) oxuyur.
Eynəkli təmizçi
Eynəkli təmizçi (lat. Cepphus carbo) — Təmizçilər fəsiləsinə aid dəniz quşu. == Təsvir == Bədəninin uzunluğu təqribən 38 sm-dir. Ayaqları qırmızı, dimdiyi qaradır. Heç bir yarımnövü yoxdur. == Yayılması == Sakit okeanın şimal-şərqində, Oxot dənizində, Rusiyanın Kuril adalarında və Yaponiyanın Hokkaydo adasında yayılmışdır. Eynəkli təmizçinin arealı Sakitokean təmizçisinin arealı ilə üst-üstə düşür, lakin sonuncu daha şimala nüfuz edir. == Davranış == Səhər və günortadan sonra aktivdir. Quşlar sahilə yaxın, 15–20 m-dən çox olmayan dərinliklərdə qidalanır. Balalar əsasən balıq, onayaqlı xərçəngkimilər və çoxilliklərlə qidalanır.
İqta ət-təmlik
İqta-ət-təmlik(bağışlanan iqta), şəxsin tam sahibliyinə verirlirdi və getdikcə irs olaraq keçirdi. Bu növ iqta sahibi üşr verirdi. Bu növ iqta, adətən, becərilməyən torpaqlardan, ya da sahibi ölmüş və varisi olmayan torpaqlardan verilirdi.
Metanoldan yüksək təmizliyə malik hidrogenin alınması
Metanoldan yüksək təmizliyə malik hidrogenin alınması Mədən mənşəli yanacaq ehtiyatlarının azalması və ətraf mühitin mühafizəsi təmiz və iqtisadi cəhətdən əlverişli bərpa edilə bilən enerji daşıyıcılarının istehsalını günün ən aktual problemlərindən birinə çevirmişdir. Bu baxımdan hidrogen ən perspektiv alternativ yanacaq hesab olunur. Son 50 ildə hidrogen istehsalı sürətlə artmış və illik istehsalı 450 min tona çatmışdır. Neft mənşəli yanacaqla müqayisədə hidrogen bir sıra üstünlüklərə malikdir: ekoloji cəhətdən təmiz, bərpa edilə bilən, iqtisadi cəhətdən əlverişli və yüksək istilik vermə qabiliyyətinə malik yanacaqdır. Bununla belə, hidrogen çox yüngül, asan yanan və partlayıcı qarışıqlar verən maddədir. Hidrogeni ya qaz halında yüksək təzyiq altında (200-250 atm.), yaxud da maye halında (-253°C) saxlamaq olar. Hidrogen isnehsalı üçün yeni ucuz xammal əsasında daha əlverişli texnologiya işləyib hazırlamaq tələb olunur. Hazırda hidrogenin tərkibində yüksək miqlarda H2 saxlayan qazlardan (metan, propan) istehsal edirlər. Son illər yüksək dərəcədə təmiz hidrogen istehsal etmək üçün xammal kimi metanol təklif olunur. Metanolun hidrogen tərkibli qazlara katalitik çevrilməsi 200-300°C temperaturda aparılır.
Tezlik
Tezlik (ing. frequency) — vahid zamandakı rəqslərin sayıdır. Düsturla ifadəsi belədir: n = 1 T {\displaystyle n={\frac {1}{T}}} yaxud, n = N t {\displaystyle \mathrm {n={\frac {N}{t}}} } . Burada T - period, N - rəqs sayı,t - zaman, f (yaxud n) isə tezlikdir. Tezliyin vahidi hers adlanır (Hs). Cisim 1 saniyədə 1 tam rəqs edirsə onun tezliyi 1 Hs-dir.
Daşıyıcı tezlik
Daşıyıcı tezlik(carrier frequency)– informasiyanın ötürülməsi üçün istifadə olunan modemlərdə və elektron şəbəkələrdə tətbiq olunan yüksək tezlikli siqnal. Bu siqnal Herslə (Hs) – bir saniyədəki rəqs dövrlərinin sayı ilə ölçülür və informasiyanı kodlaşdırmaq üçün tezliyə və ya amplituda görə modullaşır (müəyyən alqoritm üzrə dəyişir). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == What is carrier frequency?
Yüksək tezlik çəpərləyicisi
Yüksək tezlik çəpərləyicisi - elektrik veriliş xəttinin (EVX) faz naqilinin əvvəlində və sonunda quraşdırılan, yüksək tezlik kanalının işçi tezliyinə yüksək müqavimət göstərən, sənaye tezliyində (50 Hs) isə kiçik müqavimət göstərən elektrotexniki cihazdır. Yüksək tezlik çəpərləyiciləri yüksək gərginlik elektrik veriliş xətlərində (10, 35-750 kV) əks-qəza avtomatikası, rele mühafizəsi, telefon əlaqəsi, telemexanika, modulyasiya olunmuş yüksək tezlik (24-1000 kHs) siqnallarının ötürülməsini təmin etmək məqsədilə yüksək tezlikli kanallar yaratmaq üçün istifadə olunur. Siqnallar faza naqili vəya ildırımötürən trosla ötürülür. Yüksək tezlik çəpərləyicisi yüksəktezlik kanalındakı təsirləri təcrid edən yüksəktezlikli filtirdir. Çəpərləyici tənzimləyici elementə paralel qoşulmuş nüvəsiz güc reaktorundan (nominal induktivliyi 0.25...2.0 mHn olan induktiv dolaq), həmçinin mühafizə qurğusundan ibarətdir. Reaktor bir, iki və ya üç sarğılı dolağa izoləedici materialla sarınmış alüminium (və ya mis) naqildir. Sazlama elementi yüksək tezlik çəpərləyicisini müxtəlif çəpərləmə diapazonuna sazlamağa imkan verir. Sazlama elementi induktiv sarğacdan, kondansatordan və müqavimətdən ibarətdir. Mühafizə qurğuları sazlama elementini ifratgərginlikdən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Qoruyucu cihaz olaraq, ifratgərginlik məhdudlaşdırıcıları və ya ventil boşaldıcıları götürülə bilər.
Mel tezlik kepstral əmsallar
Mel tezlik kepstral əmsallar – kepstrin filtrlər bankından istifadə edilməklə mel-şkala üzrə paylanmış qiymətləridir. MFCC əlamətlərin çıxarılması alqoritminə aşağıdakı mərhələlər daxildir: seqmentlərə bölmə, sürətli Furye çevirməsi, dəyişilmiş spektrin loqarifmi, diskret kosinus çevirməsi. Adətən, əlamətlər vektorunu formalaşdırmaq üçün MFCC əmsalların sayı 12-yə bərabər seçilir. Enerjinin loqarifmi də 13-cü əmsal kimi əlavə olunur. Ən relevant məlumat ilk 6 əmsalda olur. Əlavə əmsalların götürülməsi konkret hal və diktorla müəyyən edilir. Delta- və delta-delta əmsalları da əlavə etməklə MFCC əlamətlər vektorunun ölçüsü 39-a bərabər ola bilər:• enerji, Δ-enerji, ΔΔ-enerji;• 12 kenstral əmsal;• 12 Δ-əmsal;• 12 ΔΔ-əmsal. == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
VFD (tezlik dəyişən sürücü)
Tezlik dəyişən sürücü, VFD (ing. Variable Frequency Drive) —asinxron (və ya sinxron) elektrik mühərrikinin rotor sürətini idarə etmək üçün bir sistemdir.