Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cəngəllik
Cəngəllik — sıx və keçilməz tropik və ya subtropik meşələr verilən ad. Cəngəllik sözü hind dilləri qrupuna daxil olan sanskrit dilində "canqal" sözündən götürülmüşdür və mənası da keçilməz kolluq anlamını daşıyır. Yağıntının miqdarının çox olması cəngəlliyin flora və faunasının zəngin olmasına səbəb olur. Yer kürəsinidəki heyvan və bitki növlərinin 2/3-si cəngəlliklərin payına düşür. Ehtimal olunur ki, milyonlarla heyvan və bitki növləri hələ də öyrənilməyib. Cəngəllikləri bəzən "Yer kürəsinin ləl-cavahiratı", yaxud dərman ləvazimatlarının çox hissəsinin burada əldə olunmasına görə "Yer kürəsinin ən böyük apteki" adlandırırlar. == Tutduğu ərazilər == Ən böyük cəngəllik Amazon çayının hövzəsindədir. == Ümumi xarakteristikası == Cəngəllik üçün aşağıdakılar xarakterikdir: İlboyu bitkilərin kəsilməz şəkildə ; Floranın müxtəlifliyi və ikiləpəlilərin üstünlük təşkil etməsi; çiçəklərin, daha sonra isə meyvələrin bitkilərin gövdəsi və qalın budaqları üzərində əmələ gəlməsi.Cəngəllik müxtəlif filora və faunaya özünəməxsus xüsusiyyətə malik 4 səviyyəyə bölünmüşdür.
Hənbəlilik
Hənbəli məzhəbi — İslam dünyasında geniş yayılmış hüquq məktəblərindən biri. == Yaranması == Onun qurucusu Əhməd ibn Hənbəl 780-ci ildə Bağdadda anadan olmuş, erkən yaşlarından Quranı, hədisləri, səhabə və tabiunların həyatını dərindən öyrənmiş, ərəb dilinin incəliklərinə yiyələnmişdir. Lakin onu daha çox hədis və hüquq elmləri maraqlandırmışdır. Bu sahələr üzrə müəllimi hüquqşünas, Hənəfi məzhəbinin qazisi Əbu Yusif olmuşdur. Əhməd ibn Hənbəl mötəziliyi rəsmi dövlət ideologiyasına çevirmiş Abbasi xəlifəsi Məmunun hakimiyyəti dövründə yaşamışdır. O zamanlar mötəzilə kəlamçıları ilə sünni ənənəçiləri arasında Quranın yaradılmış olub-olmaması haqqında qızğın diskussiyalar gedirdi. Mötəzilə mənsubları Quranın yaradılmış olduğunu iddia edir, sünnilər isə bununla razılaşmırdılar. Bu durumu görən xəlifə Məmun 841-ci ildə hamıya zorla "Quranın yaradılmış olması" inancını və başqa mötəzilə ehkamlarını qəbul etdirməyə başlamışdır. Bundan sonra müsəlman alimlərinin əksəriyyəti mötəzilə ehkamlarını qəbul etsələr də, bəziləri bundan imtina etməmişlər. Bu səbəbdən təqiblərlə üzləşənlərdən biri də Əhməd ibn Hənbəl olmuşdur.On dörd il mübarizə əzmi göstərən, yeddi il zindanlarda qalan Əhməd ibn Hənbəl mətinliyi və dönməzliyi sayəsində mötəzilə ehkamını qəbul etməmişdir.
Cəngəllik toyuğu
Cəngəllik toyuğu (lat. Gallus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Cəngəllik toyuqları
Cəngəllik toyuqları (lat. Gallini) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan tribası.
Bankiv cəngəllik toyuğu
Bankiv cəngəllik toyuğu (lat. Gallus gallus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü. == Yarımnövləri == G. g. bankiva G. g. gallus G. g. jabouillei G. g. murghi G. g.
Boz cəngəllik toyuğu
Boz cəngəllik toyuğu (lat. Gallus sonneratii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü.
Seylon cəngəllik toyuğu
Seylon cəngəllik toyuğu (lat. Gallus lafayettii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü.
Yaşıl cəngəllik toyuğu
Yaşıl cəngəllik toyuğu (lat. Gallus varius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü.
Cəngəllik kitabı (film, 1994)
Cəngəllik kitabı (ing. The Jungle Book) — 1994-cü ildə Stiven Sommers tərəfindən çəkilən filmdir. Filmin distribütori "Buena Vista Pictures" kinokompaniyasıdır. Bu film ingilis yazıçısı Redyard Kiplinqin «Cəngəlliklər kitabı» və «Cəngəlliklərin ikinci kitabı» əsasında hazırlanmışdır. 1967-ci ildə çəkilən Cəngəllik kitabı cizgi filminin remeykidir. == Məzmunu == == Xarici keçidlər == Cəngəllik kitabı — Internet Movie Database saytında.
Cəngəllik kitabı (cizgi filmi, 1967)
Cəngəllik kitabı (ing. The Jungle Book) — 1967-ci ildə istehsal olunmuş cizgi filmidir. "Cəngəllik kitabı" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 19-cu klassik qısametrajlı cizgi filmidir. Cizgi filminin rejissoru Volfqanq Reyterman, prodüseri isə Volt Disneydir. Volt Disney cizgi filminin istehsalı ərəfəsindəykən 1966-cı ildə vəfat etmişdir. Cizgi filmi ingilis yazıçısı Redyard Kiplinqin «Cəngəlliklər kitabı» və «Cəngəlliklərin ikinci kitabı» əsasında hazırlanmışdır. Cizgi filminin 1994-cü ildə Cəngəllik kitabı remeyk filmi, 2003-cü ildə davamı olan "Cəngəllik kitabı 2" cizgi filmi çəkilmişdir. == İstinadlar == == Xarici keçidlər == Cəngəllik kitabı — Internet Movie Database saytında.
Cəngəllik kitabı 2 (cizgi filmi, 2003)
Cəngəllik kitabı 2 (ing. The Jungle Book 2) — 2003-cü ildə istehsal olunmuş cizgi filmidir. == İstinadlar == == Xarici keçidlər == Cəngəllik kitabı 2 — Internet Movie Database saytında.