Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tənhalıq
Tənhalıq - insanın emosional vəziyyətlərindən biri. Psixoloji kökləri vardır, sosial izolyasiya nəticəsində yaranır, digər insanlarla emosional əlaqələr mövcud olmadıqda meydana gəlir. İki tənhalıq tipi vardır : pozitiv (özünə qapanma və yaradıcılığı gətirib çıxaran) və neqativ (cəmiyyətdən təcrid olunma). Bir qayda olaraq tənhalıq neqativ anlamda qəbul edilir. == Həmçinin bax == Psixologiya İnsan Belyaev, Igor A. and Lyashchenko, Maksim N. (2020) “Socio-cultural determinacy of human loneliness”, Journal of Siberian Federal University. Humanities and Social Sciences, vol. 13, no. 8, pp. 1264–1274, DOI: 10.17516/1997-1370-0640.
Tənhalıq (mahnı)
Tənhalıq — bəstəkar Şəfiqə Axundovanın şair Ənvər Çingizoğlunun sözlərinə bəstələdiyi mahnı. Mahnını vaxtı ilə İslam Rzayev və başqaları ifa edib.
Yüz ilin tənhalığı
Yüz ilin tənhalığı (isp. Cien años de soledad) — Kollumbiyalı yazıçı Qabriel Qarsiya Markesin 1967-ci ildə nəşr olunmuş romanıdır. Romanda Buendia nəslinin yaran­ma­sı, yük­sə­lişi, qürubu və məhvi əks etdirilmişdir. Roman ədəbiyyatın ən yüksək nailiyyətlərindən biri olaraq göstərilir.Sehrli realist üslubu və tematik mahiyyəti ilə Yüz ilin tənhalığı üslub baxımından modernizmdən və Kuba avanqard ədəbi cərəyanlarından təsirlənən 1960-1970-ci illərin Latın Amerikası Bumunun mühüm təmsilçi romanıdır.İlk dəfə 1967-ci ilin may ayında Buenos Ayresdə "Editorial Sudamericana" nəşriyyatı tərəfindən nəşr olunduğu gündən bəri əsər 37 dilə tərcümə edilmiş və 50 milyondan çox nüsxəsi satılmışdır. Qarsiya Markesin şah əsəri sayılan roman həm İspan ədəbiyyatında, həm də dünya ədəbiyyatında ən yaxşı roman olaraq sayılır və öz populyarlığını saxlayır. == Məzmunu == “Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaran­ma­sı, yük­sə­lişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tən­halıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düş­­məsi, onların bir-birini anlaya bilməmələri romanda, hə­qi­qətən, mifik xarakter daşıyır. Buendia ailəsinin bir neçə nəs­li­nin ta­rix­çəsinin özü və bununla yanaşı onun xarakterik xüsu­siy­yətləri – insestə meyil və onun lənətlənməsi, qəhrəmanların tale­lə­rinin qabaq­cadan müəyyən edilməsi nəsil mifi xarakteri qazanır. Ro­manda o, Makon­do­nun və bütün Buendia üzvlərinin həlakına bir neçə dəqiqə qalmış bu nəs­lin sanskrit dilində yazılmış tarixçəsini açmış qaraçı Melkiades surətində təcəssüm edir.
Sadə ədədlərin tənhalığı
"Sadə ədədlərin tənhalığı" (it. La solitudine dei numeri primi) — rejissor Saverio Kostandzonun filmi. == Məzmun == Sadə ədədlər yalnız birə və özlərinə bölünürlər. Onlar tək rəqəmlər sırasında olub digərləri tərəfindən anlaşılmazdırlar. Alisa və Mattiya — hər ikisi "sadə ədədlərdir" və hər ikisi uşaqlıqda faciə yaşayıblar: Alisa xizək sürərkən başına gələn hadisə nəticəsində ayağından zədə almış, Mattiya isə əkiz bacısını itirmişdir. Yeniyetməlik dövründə məktəb dəhlizində tanış olan iki gənc bir-birinin acısını hiss edir. Zaman keçdikcə onların həyat yolları özünəməxsus dostluqla kəsişir. Bu kəsişmə fizika bölməsi üzrə universiteti bitirən Mattiyanın xaricdə iş təklifini qəbul etməsinədək davam edir. Uzun müddət bir-birindən ayrı qalan iki gənci baş verən hadisələr yenidən üzləşdirir. Bu dəfə Alisa və Mattiya bu vaxta qədər etiraf etmədiklərini dilə gətirməyə və özləri haqqında suala cavab verməyə məcbur olacaqlar: iki sadə ədəd birlikdə olmaq üçün yol tapacaqlarmı?
Yüz ilin tənhalığı (roman)

Sadə ədədlərin tənhalığı (film, 2010)