Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təndirli
Təndirli dağı — Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində dağ. Təndirli (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Təndirli (Miyanə)
Təndirli (fars. تندرلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 138 nəfər yaşayır (33 ailə).
Təndirli dağı
Təndirli dağı — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun eyni istiqamətli Ağsal şaxəsindən cənub-qərbə uzanan eyniadlı ayrılmasının suayırıcısında, 1649,6 m hündürlüyü olan dağ. Dağ Arpaçay su anbarının sol sahilində, Şahbulaq kəndindən 1,5 km qərbdədir. Üst Permin Üst Murqab yarımmərtəbəsinə aid Şahbulaq lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş sıldırım yamaclı, günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Yuxarı Danzik antiklinalının şimal-şərq qanadında yerləşir. Yamaclarından şimal-qərb istiqamətli fay-yerdəyişmə və əks-fay qırılmaları keçir.
Tənzilə Narbayeva
Tənzila Kamalovna Narbayeva (özb. Tanzila Kamalovna Narbayeva;24 iyul 1956, Əndican vilayəti, Şahrixan rayonu) — Özbəkistan Respublikasının dövlət və ictimai xadimi, Özbəkistan Respublikası Ali Məclisi Senatının ilk qadın sədri (21 iyun 2019-cu il), Özbəkistan Baş nazirinin müavini (2016–2019), Özbəkistan Velosiped Federasiyasının sədri (2011-ci ildən), Özbəkistan Həmkarlar İttifaqları Federasiyası Şurasının sədri (2010–2016). == Həyatı == 24 iyul 1957-ci ildə Əndican vilayətinin Şahrixan rayonunda anadan olub. Daşkənd Dövlət Universitetini bitirib, pedaqogika elmlər namizədidir. Karyerasına 1974-cü ildə Şahrixan şəhərindəki 1 nömrəli məktəbdə başlamışdır. 1975–1995-ci illərdə Daşkənddəki məktəblərdən birində müəllim, məktəb direktorunun müavini olaraq çalışıb, eyni zamanda müxtəlif təşkilat və şöbələrdə məsul vəzifələrdə çalışmışdır. Xüsusilə Narbayevanın Özbəkistan Xalq Demokratik Partiyasının rayon şuralarından birində katib, eyni zamanda bu partiyanın mərkəzi şurasında sektor müdiri işlədiyi məlumdur.Tənzilə Narbayeva 1995–2010-cu illərdə Özbəkistan Nazirlər Kabinetində aşağıdakı vəzifələrdə çalışmışdır: Baş nazir müavininin katibliyinin rəhbəri; Ailə, Ana və Uşaq Sosial Müdafiəsi Kompleksi rəhbəri; Təhsil, səhiyyə və sosial müdafiə üzrə məlumat və analitik şöbəsində: aparıcı mütəxəssis; baş mütəxəssis.21 dekabr 2010–20 dekabr 2016-cı il tarixlərində Özbəkistan Həmkarlar İttifaqları Federasiyası Şurasının sədri vəzifəsində çalışıb. Narbayeva Həmkarlar İttifaqları Federasiyasında çalışmağın karyerasında bir dönüş nöqtəsi olduğuna inanır, çünki orada "müstəqil bir iş yerinə getdim".2016-cı ilin dekabrında Tənzilə Narbayeva Özbəkistan Baş nazirinin müavini — növbədənkənar prezident seçkilərindən sonra qurulan hökumətdə Özbəkistan Qadınlar Komitəsinin sədri vəzifəsinə təyin edildi.6 fevral 2017-ci ildə yenidən Özbəkistan Velosiped İdmanı Federasiyasının sədri vəzifəsinə seçildi.22 dekabr 2018-ci ildə Özbəkistan Qadınlar Komitəsinin hesabat-seçki konfransında Narbayeva yenidən 5 il müddətinə komitə sədri seçildi.20 iyun 2019-cu il tarixində Özbəkistan Prezidenti Şavkat Mirziyayevin fərmanı ilə Tənzilə Narbayeva Oliy Majlisin Senatına daxil edildi. Ertəsi gün, iyunun 21 -də ölkə prezidentinin təklifi ilə parlamentin yuxarı palatasının sədri seçildi. Narbayeva bu vəzifəni tutan ilk qadın oldu.
Tənzilə Rüstəmxanlı
Tənzilə Rüstəmxanlı (28 noyabr 1960, Qaraçanta, Amasiya rayonu) — Azəri Türk Qadınlar Birliyinin sədri. Vətəndaş Həmrəyliyi Partiyasının üzvü. == Həyatı == Tənzilə Rüstəmxanlı 28 noyabr 1960-cı ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmuşdur. 1969-cu ildə ailə vəziyyətimlə əlaqədər Azərbaycan Respublikasının Balakən rayonunun Qazbinə kəndinə köçmüşdür. 1969-cu ildə Qazbinə kənd orta məktəbin birinci sinfinə daxil olmuş və 1977-ci ildə məkətəbin 8-ci sinfini bitirmişdir. 1977-ci ildə Bakı şəhərində Bakı Ticarət Texnikomuna daxil olmuş, Mühasibat uçotu üzrə ixtisasa yiyələnmişdir.1977-ci ildə Bakı şəhərində Bakı Ticarət Texnikomuna daxil olmuş, Mühasibat uçotu üzrə ixtisasa yiyələnmişdir. 1980-ci ildə texnikomu bitirib, Mingəçevir şəhərinin Ticarət İdarəsinə təyinat üzrə göndərilmişdir. 1982-ci ildən bəri Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında (Azərittifaq) müxtəlif vəzifələrdə çalışmişdır. Hal-hazırda Azərittifaqda sədrin 1-ci müavini vəzifəsində çalışır. 1991-ci ildə Moskva Kooperativ İnstitutunun Bakı flialını iqtisadçı ixtisası üzrə bitirmişdir.
Tənzilə Zumakulova
Tənzilə Zumakulova (18 iyul 1934, Tırnıauz) — Sovet və rus, balkar şairəsi. Kabardin-Balkar Muxtar Sovet Sosialist Respublikasının xalq şairi (1982). 1975-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. == Bioqrafiyası == 1934-cü il iyulun 18-də Qırxojan (indiki Kabardin-Balkar Respublikasının Elbrus rayonu Tırnıauz qəsəbəsi) kəndində Şimali Qafqazda vətəndaş müharibəsinin iştirakçısı Mustafa Başçıyeviç Zumakulovun (1898-1963) ailəsində anadan olmuşdur. Uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf edir. 1940-1944-cü illərdə Qırxocan kəndində ibtidai məktəbdə oxuyur. Lakin Balkar xalqı deportasiya edildikdən sonra təhsilini Qırğızıstanda davam etdirir. Artıq məktəb illərində ədəbiyyatda özünü sınayır. İlk şeirləri 1954-cü ildə çap olunur. 1957-ci ildə, on üç illik deportasiya dövrünün sonunda balkarlar vətənlərinə qayıdır.
Tərzili (Urmiya)
Tərzili (fars. طرزلو‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 18 nəfər yaşayır (6 ailə).
Orta mənzilli ballistik raket
Orta mənzilli ballistik raket (OMBR) KMBR-dən daha çox mənzilə sahib olan ballistik raket növüdür. KMBR-lər də olduğu kimi nüvə başlıq daşıma tutumuna malikdir.
Qısa mənzilli ballistik raket
Qısa mənzilli ballistik mərmi mənzili 1000 km və ya daha az olan ballistik raketlərdir. Ayrıca nüvə başlıq daşıya bilmə tutumuna sahibdirlər. Ballistik raketlərin müasir hərbi hərəkatlarında istifadəsi İkinci Dünya müharibəsi illərinə təsadüf edir. Faşist Almaniyasının 1942-ci ilin sonlarından etibarən inkişaf etdirdiyi V-2 ballistik raketlərinin atası sayılır. Bu mərmilər içlərinə yerləşdirilən primitiv bir avtomatik pilot sisteminin köməyi ilə 800-1000 metr hündürlükdə 500 km/saat sürətlə uça bilirlər və 1000 kq partlayıcı maddə ehtiva edən hərb başlığını 250 km uzaqlığa çatdıra bilirlər.
Adolf Hitlerin Münhen mənzili
Adolf Hitlerin Münhen mənzili, əsası 1920-ci ildə Münhendə qoyulan Nasional Sosialist Alman Fəhlə Partiyasının doğum yeri və paytaxtı olan alman şəhəri Münhenin Prinzregentenplatz 16 küçəsində yerləşən, Adolf Hitlerin yaşadığı bir mənzildir. == Daha öncəki mənzil == Hitlerin 1920-ci ilin martında Alman ordusundan tərxis olunmasından sonra o, Münhenə geri döndü və bu şəhərdə yerləşən Nasional Sosialist Alman Fəhlə Partiyasında bütün gün ərzində işləməyə başladı. 1920-ci ildən 1929-cu ilədək o, Tierştrasse 41 küçəsində kiçik yataq otağını kirayə tutdu. Daha sonra isə ofis kimi istifadə üçün ikinci bir otağı kirayə tutdu. 1936-cı ildə Münhen şəhər bələdiyyəsi binanın üzərinə lövhə vurdu və onun üzərində bu sözlər yazılmışdır: "Adolf Hitler 1920-ci ilin may ayınınn 1-dən 1929-cu il oktyabr ayının 5-ə dək bu binada yaşamışdır". Bina hələdə durur; Hitlerin köhnə otağı isə anbar kimi işlədilir. == Prinzregentenplatz == 1929-cu ildə Hitler Prinzregentenplatz 16 küçəsində yerləşən, 9 otaqlı lüks mənzilə köçdü. Mənzil ikinci mərtəbədə yerləşirdi və (Avropa konqresinə görə; Amerika konqresinə görə üçüncü mərtəbədə) buraya 2 mətbəx və 2 hamam otağı daxil idi. Onun naşiri başlanğıcda mənzil üçün ödəniş edirdi lakin 10 il sonra Hitler bunu tamamən ona geri ödədi. Nəhayət bütün bina Nasional Sosialist Alman Fəhlə Partiyasının mülkünə çevrildi.Mənzil mebel ilə təmin edildi və Nasional Sosialist Partiyasının üzvü, Hitlerin memarlıq məsləhətçisi, Paul Ludviq Trostun dul qadını olan Qerdi Trost tərəfindən dizayn edildi.
Adolf Hitlerin Münhendəki mənzili
Adolf Hitlerin Münhen mənzili, əsası 1920-ci ildə Münhendə qoyulan Nasional Sosialist Alman Fəhlə Partiyasının doğum yeri və paytaxtı olan alman şəhəri Münhenin Prinzregentenplatz 16 küçəsində yerləşən, Adolf Hitlerin yaşadığı bir mənzildir. == Daha öncəki mənzil == Hitlerin 1920-ci ilin martında Alman ordusundan tərxis olunmasından sonra o, Münhenə geri döndü və bu şəhərdə yerləşən Nasional Sosialist Alman Fəhlə Partiyasında bütün gün ərzində işləməyə başladı. 1920-ci ildən 1929-cu ilədək o, Tierştrasse 41 küçəsində kiçik yataq otağını kirayə tutdu. Daha sonra isə ofis kimi istifadə üçün ikinci bir otağı kirayə tutdu. 1936-cı ildə Münhen şəhər bələdiyyəsi binanın üzərinə lövhə vurdu və onun üzərində bu sözlər yazılmışdır: "Adolf Hitler 1920-ci ilin may ayınınn 1-dən 1929-cu il oktyabr ayının 5-ə dək bu binada yaşamışdır". Bina hələdə durur; Hitlerin köhnə otağı isə anbar kimi işlədilir. == Prinzregentenplatz == 1929-cu ildə Hitler Prinzregentenplatz 16 küçəsində yerləşən, 9 otaqlı lüks mənzilə köçdü. Mənzil ikinci mərtəbədə yerləşirdi və (Avropa konqresinə görə; Amerika konqresinə görə üçüncü mərtəbədə) buraya 2 mətbəx və 2 hamam otağı daxil idi. Onun naşiri başlanğıcda mənzil üçün ödəniş edirdi lakin 10 il sonra Hitler bunu tamamən ona geri ödədi. Nəhayət bütün bina Nasional Sosialist Alman Fəhlə Partiyasının mülkünə çevrildi.Mənzil mebel ilə təmin edildi və Nasional Sosialist Partiyasının üzvü, Hitlerin memarlıq məsləhətçisi, Paul Ludviq Trostun dul qadını olan Qerdi Trost tərəfindən dizayn edildi.
Sirkin yeni mənzili (film, 1967)
== Məzmun == Film Avropada ən iri olan Bakı sirkinin tikintisi və açılışı haqqında danışır. Burada yeni tamaşanın gösərilməsi barədə də bəhs olunur.
Benzinli mühərrik
Benzinli mühərrik, bir növ içdən yanmalı motordur. Benzinli mühərriklərdə istifadə edilən yanacaq benzin olub, yanacaq dizel mühərrikdən fərqli olaraq karbürator adı verilən bir qurğu sayəsində, maye olaraq deyil buxarlanıb hava ilə qarışaraq silindrə girir. == İşləmə prosesi == Benzinin oksigen (hava) ilə meydana gətirdiyi qarışıq nəticəsində yanma reallaşar. Yanacaq hava qarışığının silindrin içində bir qığılcım ilə yanması nəticəsində bir partlama meydana gəlir. Burada yenə dizel mühərrikdən fərqli yanmağı təmin etmək üçün qığılcım yəni şam istifadə edilir. Partlamanın ortaya çıxardığı təzyiq, piston tərəfindən hərəkət enerjisinə çevrilir. == Tarixi == Benzinli mühərrikin iş prinsipini təşkil edən çevrim dörd zamanlı çevrim ya da Otto çevrimi olaraq da xatırlanır. Bu çevrim 1876-cı ildə Alman mühəndis Nikolaus Otto tərəfindən tapılmışdır. Çevrim dörd mərhələdən ibarətdir. == Proseslər == Əmmə: karbürator gələn benzin-hava qarışığı, əmmə sübabının açılması ilə silindr içinə çəkilər.