Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tərəvəzli ayran
Tərəvəzli ayran – Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, isti günlərdə, eləcə də toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda içilir. Bu içki əsasən iki üsulla hazırlanır. Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır. == Birinci üsul == TərkibiAyran – 900 ml (və ya qatıq – 500 ml, su – 400 ml), orta irilikə xiyar- 1 ədəd, şüyüd – 4-5 qənəd, duz – 1 çay qaşığı. Hazırlanma qaydasıXiyar yuyulub qabığı ilə birlikdə xırda gözcüklü sürtkəcdən keçirilir, şüyüd xırda doğranılır və ayran əlavə edilir, soyudulur, piyalələrdə və ya iri çay stəkanlarında süfrəyə verilir. == İkinci üsul == TərkibiAyran – 700 ml ( və ya qatıq – 400 ml, su – 300ml), pomidor – 500 q, (və ya pomidor şirəsi – 300 ml, şüyüd – 3-4 qanad, duz – 1 çay qaşığı. Hazırlanma qaydasıPomidor sürtkəcdən keçirilir, 70-80 C-yə qədər qızdırılır və xırda gözcüklü ələkdən keçirilir. Alınmış şirə soyudulur, ayrana qatılır, üzərinə xırda doğranmış şüyüd və duz əlavə edilib yaxşıca qarışdırılır. Soyudulduqdan sonra süfrəyə verilir.
Tərəvəzli pizza
Pizza (it. pizza) — İtalyan mənşəli xəmir yeməyidir. Üzərinə bir çox ərzaq məhsulu qoyula bilər. Pendir, sosis, pomidor, kolbasa, bibər, zeytun, qarğıdalı kimi əsas ərzaqlarla yanaşı, bir çox fərqli məmulatların qoyulduğu pizzalar da var. Xüsusilə, ana vətəni olan İtaliyada və Amerika Birləşmiş Ştatlarında bir çox pizza növü yaradılmışdır. Dünyanın bir çox yerində pizza evə çatdırma xidməti vasitəsilə gətirildiyi üçün istehlak səviyyəsi olduqca yüksəkdir. == Pizzanın yaranma tarixi == Ola bilər ki, əsl pizza Qədim Yunanıstanda meydana gəlmişdir. Rasional yunanlar xəmiri şirə ilə yoğururmuşlar, bu xörək onlar üçün azuqə mənasını ifadə edirmiş. Əldə olunan yeməyi onların allahları sayılan Elladaya göndərirmişlər. Yunanların vaxtıilə hazırladığı bu pizza "plakuntos" adlandırılırmış.
Səxavətli bütpərəst
Səxavətli bütpərəst — xristian teologiyasında Məsihi tanımayan, lakin yüksək əxlaqlı həyat sürən, xilas olacaq bütpərəstlər. "Məsihdən əvvəl xristianlar" ideyası erkən xristianlıqda (xüsusən, İsgəndəriyyə Klement və Etirafçı Maksim arasında) müşahidə olunsa da, antik mədəniyyətin müəyyən bir şəkildə yenidən nəzərdən keçirilməsindən sonra orta əsrlərdə formalaşmışdır. == Katolisizmdə == 1545-ci il Trident şurası tərəfindən tərtib edilmiş katexizis, Akvinalı Fomanın fikrinə əsaslanaraq, səxavətli bütpərəstlərin ruhlarının cəhənnəmlə cənnət arasında yerləşdiyini və Məsihin cəhənnəmə enməsi zamanı cəhənnəm əzablarından azad edildiyini iddia etmişdir. == Pravoslavlıq == Səxavətli bütpərəstlər anlayışı təkcə katolik ənənəsi ilə məhdudlaşmır. Yunanıstan, Rusiya və bəzi digər ölkələrdəki pravoslav kilsələrində qədim şairlərin və filosofların əllərində tanrı haqqında fikirlərə və ya Məsih haqqında peyğəmbərliklərə yaxın kəlamlar olan kitabçaların təsvirləri var. Məsələn, Moskva Kremlinin Blaqoveşşeniye kafedralının freskalarında Aristotel, Fukidid, Ptolemey, Zenon, Plutarx, Platon, Sokrat, Vergili və digər qədim mədəniyyət xadimlərinin oxşar təsvirləri var.