Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tərtərin bombalanması
Tərtərin bombalanması — İkinci Qarabağ müharibəsi ərzində Ermənistan Silahlı Qüvvələri və Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu tərəfindən Azərbaycanın Tərtər rayonundakı şəhər, qəsəbə və kəndlərin artilleriya, raket və kasset bombalı silahlarla bombardman edilməsidir. Bölgənin bombardmanı müharibənin ikinci günündə, 28 sentyabrda, erməni qüvvələri rayonun inzibati mərkəzi olan Tərtər şəhərini və Birinci Qarabağ müharibəsində qaçqın düşən azərbaycanlılar üçün inşa edilən Şıxarxı atəşə tutduqda başlayır. Bombardman geniş dağıntılara və çox sayda mülki ölümə səbəb olur. Minlərlə insan Tərtər şəhərini bir xəyal şəhərciyinə çevirərək qaçqın olur və Bərdə kimi qonşu şəhərlərə köç edir. Bu axınlarda erməni qüvvələri tərəfindən hədəf alınır. Azərbaycan hakimiyyəti, erməni qüvvələrinin 29 oktyabr tarixinə qədər Tərtər rayonu ərazisinə 15.500 mərmi atdığını, bəzi günlərdə Tərtərə 2000-dən çox mərmi atıldığını bildirir. Rəsmi Azərbaycan rəqəmləri göstərir ki, bombalar zamanı məktəblər, xəstəxanalar və dövlət binaları da daxil olmaqla mindən çox mülki obyekt ya ziyan görmüş, ya da məhv edilmişdir. Human Rights Watch erməni qüvvələri tərəfindən uşaq bağçaları və xəstəxanalar kimi dövlət və mülki obyektlərə yönəlmiş bir çox hədəf hücumlarını təsdiqləyir, üstəlik erməni hərbi qüvvələrinin Azərbaycan ərazilərinə qanunsuz olaraq qadağan olunmuş silahlardan hücumlarının müharibə cinayətləri olduğunu da bildirir. Şəhəri davamlı bombardman etmək Azərbaycan hakimiyyətini Tərtəri Azərbaycanın Stalinqradı kimi etiketləməyə sövq edir və Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanı Tərtəri sonrakı Ağdama (Yerli əhali tərəfindən Qafqazın Xirosiması adlandırılır.) çevirməyə çalışmaqda günahlandır.Türkiyə dəfn mərasimi zamanı ermənilərin Tərtərdə bir qəbiristanlığı atəşə tutmalarını qınayır, hadisə yerində olan xarici jurnalistlər və Human Rights Watch məlumatı təsdiqləyir. Tərtər şəhərinin, habelə rayondakı qəsəbə və kəndlərinin bombardmanı yalnız 10 noyabrda Ermənistanın Dağlıq Qarabağ atəşkəs bəyanatını imzalamasından sonra dayandırılır.