Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ruh və bədən haqqında təsəvvür
Ruh və bədən haqqında təsəvvür (it. Rappresentatione di anima et di corpo) Emilio de Kavalyerinin yazdığı musiqi əsəri, libretto müəllifi Aqostino Manni olmuşdur. Bu əsərlə Kavaleyri özünü ilk opera və ya oratoriyanın müəllifi hesab edirdi. O, ilk dəfə 1600-cü ilin fevral ayında Romada, Santa Maria in Valliçella kilsəsinə məxsus Oratorio dei Filippinidə göstərilmişdir.Əsərin süjeti Zaman, İdrak, Ruh, Bədən və başqa təcəssümlərin həyatın mənası üstündə mübahisələrindən ibarətdir.
Dünya iradə və təsəvvür kimi (əsər)
Dünya iradə və təsəvvür kimi (alm. Die Welt als Wille und Vorstellung‎) — alman filosofu Artur Şopenhaurin (1788-1860) əsas əsəri, dünya fəlsəfi irsinin ən möhtəşəm nümunələrindən biri. == Ümumi məlumat == Əsər birinci dəfə 1819-cu ildə çap olunmuşdur. Sonradan müəllif onun üzərində uzun illər ərzində (1819-1844) işləmişdir. Əsər dörd fəsildən, müəllifin öz təbirincə deyilsə, dörd kitabdan ibarətdir. Birinci fəsildə müəllifin idrak nəzəriyyəsi, ikinci fəsildə ontologiyası, üçüncü fəsildə estetikası, və nəhayət dördüncü fəsildə etikası şərh olunmuşdur. Şopenhauerin öz idrak nəzəriyyəsinin şərhinə həsr etdiyi birinci fəsil "Dünya mənim təsəvvürümdür" sözləri ilə başlayır və belə bir müddəadan çıxış edir ki, idrak iradənin xidmətindədir. Müəllifin ontologiyasının şərhinə həsr olunmuş olunmuş ikinci fəsilin əsas mənası ondan ibarətdir ki, dünya iradənin obyektivasiyasıdır. Şopenhauerin estetikasının şərh olunduğu üçüncü fəsildə müəllif belə bir müddəadan çıxış edir ki, həqiqi incəsənət idrakın iradənin xidmətdə durmaqdan xilas olma məqamıdır. Şopenhauerin öz etikasının şərhinə həsr etdiyi üçüncü fəsildə həyata yönümlü iradənin təsdiqi və inkarı məqamları nəzərdən keçirilir.
Təsəvvüf
Təsəvvüf (ərəbcə: تصوف) və ya Sufilik (ərəbcə: صوفية) – İslamda mənəviyyatın inkişaf yollarını göstərən xüsusi təlimdir. Təsəvvüf alimlərinə görə sufilik müsəlmanın mənəvi axtarışlarının nəticəsidir. Sufilik yolu ilə gedən müsəlman maddi aləmdən azad olmağa və mənəvi cəhətdən yüksəlməyə can atır. Bunu edərkən Allahı sevərək ona ibadət edir, yüksək əxlaqi xüsusiyyətlərə yiyələnir. Mənəviyyatın təkmilləşdirilməsi dinin durğunlaşmasının, onun yalnız qanunlar toplusuna çevrilməsinin, ruhunun itirilməsinin də qarşısını alır. Sufilər hesab edir ki, mənəviyyat yolçuları dözümlülük, sülhsevərlilik, yüksək əxlaqi xüsusiyyətləri əldə edərək lovğalıq, xəsislik, kobudluq kimi mənfi xüsusiyyətlərdən qurtula bilərlər. Onlara görə mənəvi inkişaf yalnız fiqhi qadağalarla və fətvalarla əldə olunmaz. Buna görə problemlərin yalnız zahiri tərəflərini nizamlayan qanunlardan fərqli olaraq sufilik hər kəsin mənəvi aləminə təsir edir, ona Allaha içdən gələn sevgi duyğularını aşılayır. == Mənbəyi == Sufilərin mənəvi inkişaf yolu Məhəmməd peyğəmbər, onun əhli-beyti və ilk səhabələrinin örnəyinə uyğun olmalıdır. Buna görə də, digər İslam elmlərində olduğu kimi sufiliyin qaynağı da Quran və hədislərdir.
Azərbaycanda təsəvvüf
Azərbaycan İslamın ilk dövrlərində (641–643) müsəlmanlar tərəfindən fəth edilmiş, islamiyyət bu ərazidə yaşayanlar tərəfindən zaman keçdikcə din olaraq qəbul edilmişdir. Bu coğrafi ərazidə yaşayan xalqın müsəlman olmasında ən böyük təsiri göstərənlər, şübhəsiz ki, sufilər olmuşlar. Onların xoş məramlı İslam anlayışları insanların könlünə təsir etmiş və islamın qəbulunu sürətləndirmişdi. İslamın ilk illərindən etibarən sufiliyin Azərbaycanda mövcud olduğunu göstərən dəlillər vardır. Əvvəla Hz. Məhəmməd sallallahu aleyhi və səlləm dövründə yaşamış təsəvvüf tarixi üçün mühüm əhəmiyyətə malik bir şəxs olan Veysəl Qaraninin qəbrinin mənbələrdə Azərbaycanda olması göstərilir. Kitabi-Dədə Qorqud dastanında Burla Xatunun Salur Qazana söylədiyi : Misralarında olduğu kimi ən qədim ədəbi mətnlərimizdə də suflərdən bəhs edildiyini görürük. Azərbaycanın hər yerində rast gəlinən, əsrlər keçdiyi halda adı-sanı unudulsa da yaddaşlarda qalan və böyük hörmətə layiq olan minlərlə pir qəbri və məqamı da Azərbaycanda islamın inkişafında sufilərin mövqeyini göstərən ən böyük dəlillərdəndir. Azərbaycanda təsəvvüfün tarixində dair mənbələrə nəzər salındığında Azərbaycanda təsəvvüf hərəkatının X əsrdən başladığı görülür. Təsəvvüf tarixçiləri tərəfindən təsəvvüfi dövr deyə adlandırılan adları tez-tez xatırlanan məşhur azərbaycanlı sufi alimlər var.
Vonq Fuya hər şeyə görə təşəkkür! Culi Nyumar
«Vonq Fuya hər şeyə görə təşəkkür! Culi Nyumar» (ing. To Wong Foo, Thanks for Everything! Julie Newmar) — rejissor Biban Kidron tərəfindən 1995-ci ildə komediya janrında ekranlaşdırılan film. Baş rolda Patrik Sueyzi, Uesli Snayps və Con Legizamo oynamışdırlar. Filmin təqdimatı ilk dəfə 8 sentyabr 1995-ci ildə baş tutmuşdu. == Məzmun == İki transvestit kişi olan Noksima "Nokszi" Cekson (Uesli Snayps) və Vida Bohema (Patrik Sueyzi) transvestit yarışmasında qalib gələrək, Hollivuda getmək şansı qazanırlar. Lakin yarışmada uduzan gənc Çi-Çi Rodrigez (Legizamo) pilləkəndə oturaraq ağlayır. Vida ilə Noksi bu zaman qrim otağına gedirlər və təsadüfən onunla rastlaşırlar. Vida rəfiqəsi Noksinin bütün etirazlarına baxmayaraq, əsl "kraliça" kimi Hollivuda yeni tanış olduğu Çi-Çini də aparmağı qərara alır.
Vonq Fuya hər şeyə görə təşəkkür! Culi Nyumar (film, 1995)
«Vonq Fuya hər şeyə görə təşəkkür! Culi Nyumar» (ing. To Wong Foo, Thanks for Everything! Julie Newmar) — rejissor Biban Kidron tərəfindən 1995-ci ildə komediya janrında ekranlaşdırılan film. Baş rolda Patrik Sueyzi, Uesli Snayps və Con Legizamo oynamışdırlar. Filmin təqdimatı ilk dəfə 8 sentyabr 1995-ci ildə baş tutmuşdu. == Məzmun == İki transvestit kişi olan Noksima "Nokszi" Cekson (Uesli Snayps) və Vida Bohema (Patrik Sueyzi) transvestit yarışmasında qalib gələrək, Hollivuda getmək şansı qazanırlar. Lakin yarışmada uduzan gənc Çi-Çi Rodrigez (Legizamo) pilləkəndə oturaraq ağlayır. Vida ilə Noksi bu zaman qrim otağına gedirlər və təsadüfən onunla rastlaşırlar. Vida rəfiqəsi Noksinin bütün etirazlarına baxmayaraq, əsl "kraliça" kimi Hollivuda yeni tanış olduğu Çi-Çini də aparmağı qərara alır.