Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qanunvericilik təşəbbüsü
Qanunvericilik təşəbbüsü (ing. motion) — parlament prosedurasında assambleyanın üzvü tərəfindən irəli sürülən formal təşəbbüsdür..
Gücləndirilmiş Stansiya Təşəbbüsü
=== FASTRACK === 2012-ci ilin yanvar ayında MTA təmir işlərini sürətləndirmək üçün yeni istismar proqramını - FASTTRACK-ı təqdim etdi. Bu proqram əvvəlki tikintidən daha qəti yanaşma tələb edir və gecə işləri üçün ardıcıl dörd iş günü saat 22:00-dan 06:00-a qədər xəttin xəttin əsas hissəsini bağlayır. MTA-nın məlumatına görə, bu yeni proqramın xüsusən gecə və daha əvvəl meydana gələn tranzit tıxacların ən çox olduğu həftəsonlarından kənar günlərdə həyata keçirildiyi üçün mütəmadi xidmət dəyişikliklərindən daha səmərəli və daha sürətli olduğunu göstərir. 2012-ci ildə proqram sadəcə Midtaun və Aşağı Manhettendəki xətləri əhatə edirdi, 2013-cü ildə marşrut avtobuslarını minimal tələb edən digər dəhlizlər və 2014-cü ildə daha çox yer genişləndirib. 2014-cü ilin 24 həftəsi, 2015-ci ilin 22 həftəsində 12 dəhliz və 2016-cı ilin 21 həftəsində 13 dəhliz nəzərdə tutulmuşdu. === Texnologiya === ==== Qatarların gəlmə vaxtını göstərən "sayğaç saatlar" ==== 2003-cü ildə MTA 158 IRT stansiyasında növbəti qatarın gəlməsinə qalan dəqiqələri göstərən rəqəmsal real-vaxt bildiriş lövhələrinin (rəsmi olaraq İctimai Ünvan Müştəri Məlumat Ekranları (ing. Public Address Customer Information Screens) və ya PA/CIS) quraşdırılması üçün Siemens Transportation Systems ilə 160 milyon ABŞ dolları məbləğində müqavilə imzalayıb. 2006-cı ilin may ayında bir çox texniki problemlər və gecikmələrdən sonra şirkətə ödənişlər dayandırılıb və MTA alternativ təchizatçılar və texnologiyalar axtarmağa başlayıb. 2007-ci ilin yanvar ayında Siemens məsələlərin həll olunduğunu və ilin sonuna qədər bu ekranların 158 stansiyada mövcud olacağını elan etdi. 2008-ci ildə MTA texniki problemləri əsas gətirərək sistemin tətbiqini 2011-ci ilə qədər təkrar təxirə salmışdı.
Mərkəzi Avropa Təşəbbüsü
Mərkəzi Avropa Təşəbbüsü— (ingiliscə-Central European Initiative -CEİ )-1989-cu ildə Budapeştdə yaradılan və 18 dövlətin üzv olduğu Mərkəzi Şərqi və Cənub-Şərqi Avropa dövlətlərini özündə birləşdirən regional forumdur. CEİ regionda olan ən qədim və ən geniş regional təşəbbüs forumudur. CEİ regionda olan ən qədim və ən geniş regional təşəbbüs formudur. Bu foruma Albaniya, Avstriya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Çexiya ,Xorvatiya, Macarıstan, İtaliya, Makedoniya, Moldova ,Monteneqro, Polşa, Ruminiya, Serbiya, Slovakiya, Sloveniya və Ukrayna daxildir. Forumun əsas məqsədi müxtəlif siyasi istiqamətli ölkələr və iqtisadi strukturlar arasında əlaqə yaratmaq birgə maraq kəsb edən sahələrdə nailiyyətlər əldə etməkdir. Forumun əsas əməkdaşlıq sahələri iqlim dəyişikləri ,ətraf mühit və enerji təhlükəsizliyi, turizmin, insan resuslarının, informasiya və cəmiyyətinin inkşafı mədəniyyətlərarası əməkdaşlıq, elm texnika, kənd təsərrüfatı sahəsində davamlı əməkdaşlıq regionlararası və sərhəd əməkdaşlığını gücləndirmək.
İstanbul Əməkdaşlıq Təşəbbüsü
İstanbul Əməkdaşlıq Təşəbbüsü (ing. Istanbul Cooperation Initiative) — NATO-nun 2004-cü ildə İstanbulda keçirilən sammitində irəli sürülən təşəbbüş. Sammit zamanı ittifaq liderləri NATO-nun Aralıq dənizi Dialoqunu əsl tərəfdaşlığa yüksəltmək və daha geniş Orta Şərqdə ayrı-ayrı ölkələrlə İstanbul Əməkdaşlıq Təşəbbüsünü işə salmaq qərarına gəlmişdir. Təşəbbüs Böyük Orta Şərqdə dövlətlərlə praktiki təhlükəsizlik əməkdaşlığı fəaliyyətləri ilə məşğul olmaq təklifindən ibarətdir.
Kəmər və Yol Təşəbbüsü
Kəmər və Yol Təşəbbüsü (abr. KYT; ing. Belt and Road Initiative; abr. BRI və ya B&R), əvvəlki adı ilə Bir kəmər, bir yol (çin. 一带一路; ing. One Belt One Road; abr. OBOR) — Çin hökumətinin 2013-cü ildə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədilə qəbul etdiyi qlobal infrastruktur inkişaf strategiyası. Bu, Çin Kommunist Partiyasının (ÇKP) baş katibi və Çinin rəhbəri Si Tszinpinin xarici siyasətinin mərkəzi hissəsidir. O, təşəbbüsü ilk olaraq 2013-cü ilin sentyabrında Qazaxıstana rəsmi səfəri zamanı strategiyanı "İpək Yolu İqtisadi Kəməri" adı ilə elan etmişdir."Kəmər" sözü "İpək Yolu İqtisadi Kəməri"nin qısaltmasıdır. Bu ad Qərb vilayətlərinin Mərkəzi Asiyadan keçən məşhur tarixi ticarət yolları boyunca davam edəcək olan avtomobil və dəmir yolu nəqliyyatı üçün təklif olunan quru yollarına istinaddır.
Qlobal İnternet Siyasəti Təşəbbüsü
GIPI – Global Inrnet Policy Initiative (tərcüməsi: Qlobal İnternet Siyasəti Təşəbbüsü) — Demokratiya və Texnologiya Mərkəzi ilə İnternyus təşkilatının birgə həyata keçirdiyi layihədir. Dünyanın bir sıra ölkələrində bölmələri olan GIPI layihəsi bir sıra beynəlxalq qurumlarla və eləcə yerli dovlət qurumları və qeyri hökumət təşkilatları ilə əməkdaşlıq edərək Qlobal informasiya infrastruktkrunun tərkib hissəsi kimi İnternet seqmentinin inkişafınıa köməklik edir; İnternetin inkişafına şərait yaradacaq və informasiya kommunikasiya texnoloqiyalarını təmzimləyən milli normativ-hüquqi bazanın müəyənləşdirilməsi,təhlili və mövcud olan qanunvericiliyin ümumi qəbul olunmuş beynəlxalq norma və prinsiplərinə uyğunlaşdırılması (yaxınlaşması) üzrə tövsiyələr hazırlanması prossesində aktiv iştirak edir; İnternetin inkişafı siyasətinə dəstək vermək üçün yerlərdə internet xidmətlərini göstərən provayderlərin və istifadəçilərin təşkilatının yaradılması və onun işində aktiv iştirak edir; Yerlərdə İnternetin vəziyyəti və inkişaf meyyarlarını tədqiq edir və müvafiq təkliflər irəli sürür; İnternetin inkişafını koordinasiya edən dövlət qurumu İnternet sahəsində fəaliyyət göstərən qurumlarla işin əlaqələndirilməsi üzrə iş aparır; İnternet sahəsində qanunvericilik normativ-hüquqi aktlarıe layihələrinin hazırlanmasında iştirak etmək; İnterneti inkişafına şərait yaradacaq hüquqi və tənzimləyici normaları müəyyənləşdirir və inkişaf etdirir. Yerlərdə İnternet siyasətini həyata keçirəcək mütəxəssisləri tam ştatla işə cəlb edir; İnternet sahəsində çalışan işgüzar, hökumət və qeyri-hökumət peşakarlarıylə iş qrupları qurur Müstəsna şəkildə müstəqil, açıq İnternet üzrə bazara davamlı mütəxəssisləri yetişdirir. Qanunvericilik təkliflərini nəzərdən keçirir və şərh edir.Təxminən 20 ölkədə fəaliyyət göstərərək GİPİ İnternet siyasətinin inkişafı prosesində yerli vasitəçilərə resurs xidməti göstərir. Layihənin məqsədi İnternet biznesində sağlam rəqabətin əsaslarının, telekommunikasiya sahəsində şəbəkələrin, universal xidmətlərin yaradılmasında, bazar məsələlərinin həllində, telekommunikasiya sahəsində özəlləşdirmədə, ,internet sahəsində dövlət nəzarətin keçirildiyi zamanı istifadəçilərin hüquqlarının mühafizəsi prosesinin aşkarlıqı və proqnozlaşdırmanı inkişaf etdirməkdir. GİPİ proqramında əsas işçilər ölkə üzrə koordinatorlardır ki, onlar açıq İnternetin inkişafına kömək edən sağlam siyasətin işlənib hazırlanmasında yerli vasitəçilərə kömək edirlər. == GİPİ Azərbaycanda == 31 mart 2001-ci ildən fəaliyyətə başlayıb və layihənin koordinatoru Yaşar Hacıyevdir. 2002-ci ilin aprel ayında layihədə İKT məsələləri üzrə hüquqi ekspert vəzifəsi təsis edilib və həmin vəzifəni Akif Əliyev icra edir. Azərbaycan Respublikasında İKT-ın hüquqi nizamasalınmasının yaxşılaşdırılması üzrə GİPİ layihəsinin reallaşdırılması yerli və beynəlxalq ekspertlərin fəal iştirakı ilə həyata keçirilir. GİPİ Azərbaycanda İKT-nın inkişafı ilə maraqlı olan strukturlarla—Rabitə və İnformasiya-kommunikasiya Texnologiyaları Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Prezident aparatının informasiya ehtiyatları şöbəsi, Milli Məclisin deputat komissiyaları, Açıq Cəmiyyət İnstitutu (SOROS), UNDP, Avrasiya Fondu, USAİD, TASİS və internet layihələrin reallaşdırılmasına bu və ya digər dərəcədə təsiri ola bilən digər təşkilatlarla tərafdaşlıq münasibətlərini müvəffəqiyyətlə müəyyənləşdirir.
Qara Dəniz Taxıl Təşəbbüsü
Qara Dəniz Taxıl Təşəbbüsü (ing. Black Sea Grain Initiative) Türkiyə və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə 2022-ci il iyulun 22-də Rusiya və Ukrayna arasında imzalanmış sazişdır. Bu saziş Rusiyanın Ukraynaya hərbi təcavüzü ərzində Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınmasını nəzərdə tutur.2022-ci ilin fevral ayında Rusiyanın Ukraynaya hücumu əvvəllər Qara dəniz vasitəsilə əsas taxıl ixracatçısı hesab edilən Ukraynadan dənizlə taxıl daşımalarının tamamilə dayanmasına səbəb oldu. Bu hal dünyada ərzaq qiymətlərinin bahalaşması ilə nəticələnməklə yanaşı, aşağı gəlirli ölkələrdə mümkün aclıq təhlükəsinin yaranmasına dair narahatlıqlara yol açdı. Meydana gəlmiş problemi həll etmək üçün həmin ilin aprel ayında Qara dənizdə dəniz marşrutlarına nəzarət edən Türkiyənin ev sahibliyi və BMT-nin dəstəyi ilə müzakirələr başladı. Nəticədə 22 iyul 2022-ci il tarixində İstanbulda saziş imzalandı. Razılaşmanın qüvvədə olma müddəti ilkin olaraq 120 gün müəyyənləşdirilmişdi. İstanbul sazişi 2022-ci il ərzaq böhranının həll edilməsi üçün müəyyən limanlardan taxılın təhlükəsiz ixracı istiqamətində mexanizm formalaşdırdı. Sazişin icrası istiqamətində Türkiyədə BMT-nin də katiblik qismində iştirak etdiyi "Birgə Koordinasiya və Təftiş Mərkəzi" yaradıldı. İlkin müqavilənin müddətinin 19 noyabr 2022-ci il tarixində başa çatmasına dair razılıq əldə edilmişdi.
Təkəbbürlü Tarkvini
Təkəbbürlü Lusi Tarkvini və ya II Tarkvini (lat. Lucius Tarquinius Superbus e. ə. 534— e. ə. 509) — Roma krallığının yeddinci və sonuncu kralı. Xüsusi qəddarlığı ilə seçilən Lusi Tarkvini Superb devrilərək Romadan qovulmuşdur. Onun və oğlanlarının özbaşınalıqları cəmiyyəti onlara qarşı çıxartmış, hətta Senat onlardan üz döndərmişdir. Təkəbbürlü Tarkvininin üçüncü və kiçik oğlu Sekst Tarkvini tərəfindən kəramətli və fəzilətli romalı qadın Lukresiyanın zorlamasından sonra onun olanları ərinə söyləməsi və intihar etməsi cəmiyyətin səbir kasasını dolduran son damla olmuşdur. Qohumları Lusi Yuni Brut və Publi Valeri Publikola Lukresiyanın cəsədini foruma çıxardaraq romalıları kralı devirməyə və respublika elan etməyə çağırmışlar.
Təşəbbüs (şahmat)
Təşəbbüs — Şahmat termini Rəqibin fiqurlarını və imkanlarını təhlükəyə almaq üçün göstərilmiş fəallıq.