Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uruzqan
Üruzgan vilayəti (dəri اروزگان, puşt. اوروزګان ,روزګان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 22.696 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 317.2 min nəfər, inzibati mərkəzi Tarin Xovt şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (dürrani tayfa ittifaqı) və həzaralardan ibarətdir. Vilayətin hazırkı rəsmi başçısı Əsədulla Həmdəmdir (əslən puştunların Qılzay tayfa ittifaqına aiddir). Vilayət inzibati cəhətdən Şahidi Həssas, Diravud, Tarin Xovt, Çora və Xas Üruzgan rayonlarına ayrılır. Üruzgan vilayəti Taliban hərəkatının banisi Molla Ömərin vətənidir.
Unuqay
Unuqay və ya Hal anasının keçi dönərgəsi — Azərbaycan mifologiyasında bədheybət. Atlıların və arabaçıların qarşısına keçi formasında çıxaraq onları aldadır və uzun müddət davam edəcək tibbi qüsurlara (kəkələmə, axsama) səbəb olur. Hal anası kimi iynə-sancaqdan qorxur. == Fəaliyyəti == Unuqay qəbiristanlıq ətrafı ərazilərdə görülür. O, əsasən axşamüstü, qaranlıq çökərkən insanların rastına çıxır. Unuqay çox zaman yoldan keçən atlıya və ya arabalı yolçuya sahibi olmayan keçi kimi görünür. Yolçu keçinin bədheybət olduğunu bildikdən sonra onun ayaqları uzanmağa başlayır. Ayaqlarının uzanması ilə birlikdə Unuqayın gücü də artır. Mətnlərin, demək olar ki, hamısında hava işıqlanmağa başlayanda bədheybət qəbiristanlığın kənarına çatır və özü arabadan düşüb qəbiristanlığa girir. Araba sahibinin isə dili tutulur, açılandan sonra isə onda nitq qüsuru olaraq kəkələmə qalır.Mətnlərin bir hissəsində sahibsiz keçini görən atlı onu tərkinə alır.
Unutdun (albom)
Unutdun – Azərbaycan Respublikasının xalq artisti, müğənni Eyyub Yaqubovun beşinci studiya albomu. == Albom haqqında == Albomda Rəvan Habiloğlu, Nadir Əzimov, Aygün Səmədzadə, Əlibaba Məmmədov və Elçin İmanovun bəstələri yer almışdır.
Unutsam, fısılda
Unutsam, fısılda — ssenaristi və rejissoru Çağan İrmaq olan, 2014-cü il istehsalı türk melodram sinema filmi. == Mövzusu == Film bir-birlərindən çox fərqli 2 bacı — Xədicə və Hənifənin həyat hekayələrindən bəhs edir. Xədicə mahnı oxumaq sevgisi olan və həyatının, xəyallarının ardınca getməyə meyilli biridir. Böyük bacısı Hənifə də həyat sevgisi ilə dolu olsa da, içinə qapanıq biridir. Bir gün qəsəbəyə yeni gələn musiqiçi Tarıkın Xədicəni kəşf etməsi, aralarında başlanan böyük sevgi və Türkiyənin ulduzları olma həvəsləri onları İstanbula qədər aparır. Uzun müddətdən sonra evinə dönən Xədicə onun qayıtmasını gözləyən və keçmişdəki yaşananlar üçün hesablaşmaq istəyən, əsəbi və incik bir Hənifəni görür.
Alp unutma
Alp unutma (lat. Myosotis alpestris) — Çoxillik, bozumtul-yaşıl bitkidir. == Qısa morfoloji təsviri == Kökümsovu qısa, qalın, sürünən; saplağı düz, budaqsız, yarımsıxılmış tükcüklərlə sıx sallanmış, hündürlüyü 15–30 sm-dir. Gövdə yarpaqları oturaq, enli özüllü uzunsov, gövdəni yarıməhatə edən, ölçü və formasına görə müxtəlifdir, hər iki tərəfdən yumşaq, uzun tükcüklərlə sıxılmış və ya yarımsıxılmış tükcüklərlə sıx sallanmışdır. Kasacığın uzunluğu çiçəkləmə dövründə 2,5 mm, meyvəsi ilə birgə isə 4–5 mm-dir, solğunbozumtuldur. Çiçək tacı tünd-mavi, iri, diametri 7–8 (9) mm, yumurtaşəkilli-dairəvi dilimlidir. Meyvə saplağı qısa, uzunluğu 3–5 mm, yuxarı çəpəki istiqamətlənmiş, sıxılmış və yarımsıxılmış seyrək tükcüklərlə sıx sallanmışdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında alp qurşağında yayılmışdır. Çəmənlərdə bitir.
Meşә unutma
Myosotis sylvatica Ehrh. ex Hoffm. (M. sachalinensis M. Pop., M. sylvatica var. sachalinensis (M. Pop.) Tolm.) Hündürlüyü (12) 20-50 sm, gövdəsi tək və ya bir neçə ədəddir, düz və ya əyilib qalxandır, sadə və ya yuxarı hissədə budaqlanmış, aşağı hissədə aralanmış, üst tərəfdə sıxılmış tüklü olan ikiillik və ya çoxillik ot bitkisidir. == Yarpaq == Kökətrafı yarpaqları uzunsov və ya uzunsov-əksinəyumurtaşəkillidir, kifayət qədər uzun saplağa daralmışdır, gövdə yarpaqları uzunsov-neştərvari, küttəhər və ya sivritəhərdir,aşağı saplaqlı yarpaqlar qaidə hissəsinə doğru daralmışdır, yuxarıdakılar isə oturaqdırlar. == Çiçək == Qıvrım çiçək qrupu çoxçiçəklidir, yarpaqsızdır. Tac tünd və ya açıq-mavi rəngli, diametri 7–8 mm-ə qədər olan yastı büküşlüdür və kasa yarpağına bərabər olan borucuğu vardır. == Meyvə == Fındıqcaların uzunluğu 2 mm-ə yaxındır, uzunsov-yumurtaşəkillidir, üçtilli, qara və parlaqdır. == Çiçəkləməsi == (Aprel) May-Avqust == Meyvə verməsi == İyun- Avqust == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, Kür düz., KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Lənk.
Nutkan sərvpəri
Callitropsis nootkatensis (lat. Callitropsis nootkatensis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin callitropsis cinsinə aid bitki növü. Təbii halda Şimali Amerikada yayılmışdır. Krımda və Qafqazın Qara dəniz sahillərində təsadüf edilir. Boyu 40 m olan, konusvarı çətirə malik, ensiz-piramida formalı, şaxələnmiş qamətli ağacdır. Gövdəsinin qabığı qalın, bəzən nazik, dərin və ya zəif yarıqlı, əsasən qırmızı-qonur, bəzən qonur, uzun qatlarla açılır. Zoğları bir sahədə inkişaf etmiş, hamar, çox vaxt uzun, sallaqdır. İynəyarpaqları qabıqşəkilli, xaçşəkilli, zoğlara möhkəm yapışmış, kənarları bütöv və ya dişli, qabarıq, vəziciklidir. Yayda iynəyarpaqların rəngi yaşıl, mavi, qızılı, qızılı-alabəzək və gümüşü-alabəzək olur. Payızda iynəyarpaqların rəngi dəyişmir.
Unutma... (1989)
== Məzmun == Filmin yaradıcıları bu ekran əsərində həyatla ölüm arasındakı olduqca mürəkkəb qarşılıqlı əlaqənin mənalandırılmasına çalışmışlar. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Nicat Bəkirzadə Operator: Yuri Varnovski Səs operatoru: Vladimir Savin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Unutma... (film, 1989)

Unutsam, fısılda (film, 2014)
Unutsam, fısılda — ssenaristi və rejissoru Çağan İrmaq olan, 2014-cü il istehsalı türk melodram sinema filmi. == Mövzusu == Film bir-birlərindən çox fərqli 2 bacı — Xədicə və Hənifənin həyat hekayələrindən bəhs edir. Xədicə mahnı oxumaq sevgisi olan və həyatının, xəyallarının ardınca getməyə meyilli biridir. Böyük bacısı Hənifə də həyat sevgisi ilə dolu olsa da, içinə qapanıq biridir. Bir gün qəsəbəyə yeni gələn musiqiçi Tarıkın Xədicəni kəşf etməsi, aralarında başlanan böyük sevgi və Türkiyənin ulduzları olma həvəsləri onları İstanbula qədər aparır. Uzun müddətdən sonra evinə dönən Xədicə onun qayıtmasını gözləyən və keçmişdəki yaşananlar üçün hesablaşmaq istəyən, əsəbi və incik bir Hənifəni görür.
Uruzgan
Üruzgan vilayəti (dəri اروزگان, puşt. اوروزګان ,روزګان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 22.696 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 317.2 min nəfər, inzibati mərkəzi Tarin Xovt şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (dürrani tayfa ittifaqı) və həzaralardan ibarətdir. Vilayətin hazırkı rəsmi başçısı Əsədulla Həmdəmdir (əslən puştunların Qılzay tayfa ittifaqına aiddir). Vilayət inzibati cəhətdən Şahidi Həssas, Diravud, Tarin Xovt, Çora və Xas Üruzgan rayonlarına ayrılır. Üruzgan vilayəti Taliban hərəkatının banisi Molla Ömərin vətənidir.
Uruzgan vilayəti