Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Utanmaz (teleserial, 2011)
Utanmaz- 9 noyabr 2011-ci il tarixindən yayımlanan amerikan komediya-dram janrında televiziya serialı. Bu eyni adlı İngilis serialının yenidən çəkilmiş versiyasıdır. Çikaqoda çəkilən serial, Çikaqoda vurulan xarici səhnələri isə Los Angelesdə çəkilir. [1] == Mövzu == Serialda Frank Gallagher'ın, altı uşağın tək bir atası olan işsiz ailəsi təsvir edilir. Sərxoş vəziyyətdə və ya qeyri-adekvatlıqları araşdırarkən, uşaqları özlərinə qayğı göstərməyi öyrənirlər. Şou istehsalçıları, Frankın alkoqolizmin ailənizə necə təsir edəcəyini vurğulayaraq əvvəlki Amerika işçi sinif şagirdlərindən fərqləndirməyə çalışdı. [2] Şou yaradıcısı Paul Abbott, "Mənim adım Earl deyil və ya Roseanne deyil. Bununla bağlı yoxsulluq səviyyəsinin daha da artması var. Bu mavi yaxa deyil; bu, heç bir yaxası deyil. "[2] Şou-biznesçi John Wells, şou nümayiş etməyə başladığında, şouları Cənubi və ya bir trailer parkında yerləşdirmək üçün mübarizə aparmaq məcburiyyətində qaldı." Biz əyləncəli bir komediya ənənəsinə sahibik.
Uzanma
Uzanma – (rus. простирание, ing. strike) layın /tə­bəqənin, damarın, qatın, qırılma müstəvisinin və s./ üzərində üfqi xəttin meridiana nisbətən istiqa­məti, dağ kompası ilə müəyyən edilir. Düşmə ilə birlikdə geoloji kütlələrin və struktur səthlərin yatım elementini təşkil edir.
Myanma
Myanma, rəsmi adı: Myanma İttifaqı Respublikası (1989-cu ilədək Birma İttifaqı, 1989–2010-cu illərdə Myanma Birliyi) — Cənub-şərqi Asiyada dövlət. Paytaxtı — Naypyida. "Myanma" sözü tərcümədə "cəld", "güclü" mənalarını verir və zümrüd mənasını verən "mya" sözündən götürülmüşdür. Myanmada insan və coğrafi məkan adlarının seçilməsinə ənənəvi olaraq Myanmalı astroloqların böyük təsiri olur. Ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən Birmalılar tərəfindən öz seçdikləri ad "Bama" istifadə olunur. 1989 cu ilədək ölkə rəsmi olaraq Birma Birliyi Sosialistik Respublikası və ya qısaca olaraq — Birma adlanırdı. Amma "Birma" adı alınma mənşəli olduğun üçün ölkə daxilində populyar deyil. 2010-cu ilin Oktyabr ayında ölkənin adı "Myanma İttifaqı"ndan "Myanma İttifaqı Respublikası"na dəyişdi. Həmçinin ölkənin gerbi və bayrağı da dəyişdirildi. Myanmanın paytaxtı — Naypyida şəhəri(Mandalay inzibati dairəsi) Pyinmana şəhərinin yaxınlığındakı kiçik bir kəndin yerində yaradılmışdır.
Ucarma
Ucarma (gürc. უჯარმა) — Gürcüstanda kənd. Kaxetiya ölkəsinin Saqareco bələdiyyəsi ərazisindədir. Dəniz səviyyəsindən 770 m yüksəklikdə yerləşir. Bir zamanlar Qafqaz Albaniyası ilə Gürcüstanın sərhədini müəyyən edirdi. Əhalisi 445 nəfərdir (2014).
Uqanda
Uqanda (suah. Uganda; ing. Uganda) və ya rəsmi adı ilə Uqanda Respublikası (suah. Jamhuri ya Uganda; ing. Republic of Uganda) — Şərqi Afrikada dövlət. Uqanda dənizə çıxışı olmayan ölkələrdəndir. Şimaldan Cənubi Sudan, şərqdən Keniya, cənubdan Tanzaniya, cənub-qərbdən Ruanda, qərbdən isə Konqo Demokratik Respublikası ilə həmsərhəddir. Ölkə cənub-şərqdən Afrikanın ən böyük gölü olan Viktoriya gölü ilə əhatələnmişdir. Paytaxtı və ən böyük şəhəri Kampala, ümumi sahəsi 241,038 kvadrat kilometrdir. Uqanda həm də "Afrikanın mirvarisi" adlandırılır.
Uranga
Karxarin (lat. Carcharhinus) — heyvanlar aləminin xordalılar tipinin qığırdaqlı balıqlar sinfinin karxarinkimilər dəstəsinin karxarinlər fəsiləsinə aid heyvan cinsi.
Utyana
Utyana (lit. Utena) — Litvada şəhər. == Tarixi == Narkunay kurqanının ətəyində I–II əsrlərə aid olan insan fəaliyyətinin izləri tapılıb. Hesab edirlər ki, şəhərin adı içindən axan Utyanele çayından götürülüb. Daha romantik versiyası isə Narkunay kurqanının yanında qala tikən Utyanis knyazı barəsindədir. Yepiskop M.Valançyusun "Antanas Tryatininkasın hekayələri"ndə də bu barədə söz açılır. Hekayəyə görə, Areqala Lyutauras knyazının oğlu kimi Utyanis Litvanın böyük knyazı titulunu almışdı. Qalanın tikintisi zamanı işçilərdən biri dağdan yıxılıb boynunu qırmışdı. Kahinin fikrincə, bu onun əlamətidir ki, gələcək qalanı dağıtmaq istəyəni də belə aqibət gözləyir. Əslində Narkunay şəhərinin adı əhl-səliblərin yürüşlərində tez-tez çəkilir.
Tanka
Tanka (yaponca: qısa mahnı) Yapon poeziyasında janrlardan biri. Tanka 5 sətirdən və 31 hecadan ibarət olub, 5-7-5-7-7 heca sisteminə əsaslanır.
Ulama
Utena
Utyana (lit. Utena) — Litvada şəhər. == Tarixi == Narkunay kurqanının ətəyində I–II əsrlərə aid olan insan fəaliyyətinin izləri tapılıb. Hesab edirlər ki, şəhərin adı içindən axan Utyanele çayından götürülüb. Daha romantik versiyası isə Narkunay kurqanının yanında qala tikən Utyanis knyazı barəsindədir. Yepiskop M.Valançyusun "Antanas Tryatininkasın hekayələri"ndə də bu barədə söz açılır. Hekayəyə görə, Areqala Lyutauras knyazının oğlu kimi Utyanis Litvanın böyük knyazı titulunu almışdı. Qalanın tikintisi zamanı işçilərdən biri dağdan yıxılıb boynunu qırmışdı. Kahinin fikrincə, bu onun əlamətidir ki, gələcək qalanı dağıtmaq istəyəni də belə aqibət gözləyir. Əslində Narkunay şəhərinin adı əhl-səliblərin yürüşlərində tez-tez çəkilir.
Yanma
Yanma – ekzotermik reaksiya nəticəsində ilkin maddələrin intensiv istilik ayrılması ilə müşayiət olunan, yandırılma məhsullarına çevrilməsi ilə gedən mürəkkəb fiziki-kimyəvi prosesdir. İlkin maddə qarışığının komponentlərində toplanmış kimyəvi enerji istilik şüalanması və işıq kimi də ayrıla bilər.İşıqlanan zona alov cəbhəsi və ya sadəcə alov adlanır. == Tarixi == 1770-ci ilin əvvələrində Karl Şeele və Jozef Pristli oksigeni kəşf edənədək belə hesab olunurdu ki, yana bilən bütün cisimlər “floqiston” adlanan xüsusi başlanğıca malikdir ki, bu da yanma prosesində cisimdən çıxır və yalnız kül qalır. 1775-ci ildə Lavuazye göstərdi ki, əksinə, yanar maddəyə yanma zamanı havanın oksigeni birləşir, 1783-cü ildə isə Lavuazye və Laplas müəyyən etdilər ki, hidrogenin yanma məhsulu təmiz sudur. Bu kəşflər yanmanın təbiətinə müasir elmi baxışların əsasını qoymuş oldu. Yanma nəzəriyyəsinin inkişafında növbəti addım Millar və Le Şatelyenin 1880-ci illərdə apardıqları işlərlə əlaqədardır. 1890-cı ildə Mixelsen alovun boruda yayılması haqqında elmi iş dərc etdirdi və Bunzen lampasının nəzəriyyəsni təklif etdi. Müasir yanma nəzəriyyəsi öz başlanğıcını N.N. Semyonovun 1920-ci ildə istilik partlayışı üzrə apardığı işlərdən alır. 1931-ci ldə N.N. Semyonov tərəfindən əsası qoyulmuş Kimyəvi Fizika İnstitutu kimyəvi fizika və yanma üzrə aparıcı mərkəz oldu. 1938-ci ildə D.A. Frank-Kamenskiy istilik partlayışı nəzəriyyəsini və J.B. Zeldoviçlə birgə əvvəlcədən qarışdırılmış qarışıqlarda [8] laminar alovun yayılması nəzəriyyəsini inkişaf etdirdi.
Atanda Musa
Atanda Musa (3 fevral 1960) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Atanda Musa Nigeriyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 21-ci pillənin sahibi olub. Daha sonra Atanda Musa Nigeriyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Cinsi oyanma
Cinsi oyanma (həmçinin cinsi həyəcan) — cinsi fəaliyyət zamanı və ya onun ərəfəsində cinsi istəyin stimullaşdırılması. Cinsi əlaqəyə hazırlıq zamanı bədəndə və ruhda bir sıra fizioloji reaksiyalar baş verir və bu proses bütün cinsi əlaqə boyu davam edir. Kişinin seksual stimullaşdırılması zamanı bədənin reaksiyası ereksiyaya səbəb olur. Qadınlarda cinsi oyanma zamanı bədənin cavabı məmə ucları, vulva, klitoral ereksiya, vaginal divarlar və vaginal yağlama kimi cinsi toxumaların fəaliyyəti olur. Zehni stimullaşdırıcılar və toxunma kimi fiziki stimullaşdırmalar və hormonların daxili dalğalanması cinsi oyanmaya təsir göstərə bilər. Cinsi oyanmanın bir neçə mərhələsi mövcuddur və zehni stimullaşmanın və onu müşayiət edən fizioloji dəyişikliklərdən başqa heç bir real cinsi fəaliyyətə səbəb olmaya da bilər. Adekvat cinsi oyanma nəzərə alınarsa, insanlarda cinsi stimullaşdırma orqazm zamanı zirvəyə çatır. Orqazm olmasa belə, insan özünün yaxşılığı üçün bunu edə bilər.
Diplomatik tanıma
Diplomatik tanıma — dövlətin tanımış olduğu subyektlə rəsmi münasibətlərə girmək hazırlığını ifadə edən təktərəfli diplomatik aktdır. Bir dövlət tərəfindən digərinin tanınması onun parçalanması və ya birləşməsi, milli-azadlıq mübarizəsi, sosial inqilab və s. hallarda yer alır. Hökumətin tanınması məsələsi bir qayda olaraq, qeyri-konstitusion yolla hökumət yarandıqda meydana çıxır. == Haqqında == Ədəbiyyatlarda və praktikada üstünlük təşkil edən fikrə əsasən tanıma öhdəliyi mövcud deyil və bu bütövlükdə tanıyan dövlətin iradəsindən asılıdır. Baxmayaraq ki, bir sıra hüquqşünasların fikrinə əsasən belə bir öhdəlik mövcuddur. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq dövlətlər dostluq münasibətlərini inkişaf etdirməlidirlər və beynəlxalq həyatın reallıqlarını nəzərə almayaraq sırf siyasi səbəblərdən hər hansı bir dövləti uzun müddət tanımamaq qeyridostluq aktı kimi qiymətləndirilə bilər. Tanınma birdəfəlik aktdır və onu geri götürmək qəbul olunmamışdır. Lakin tarixdə bu cür hallara da rast gəlinmişdir. Tanınma yeni yaranmış dövlət qarşısında geniş imkanlar açmaqla onun beynəlxalq sistemdəki mövqeyini möhkəmləndirməklə mühüm siyasi əhəmiyyət kəsb edir.
Ege Tanman
Ege Tanman (türk. Ege Tanman; 26 fevral 1998, Bursa) — Türkiyə aktyoru.
Hakan Utangaç
Hakan Utangaç 1965-ci ildə İstanbulda doğulmuşdur. Pentagram qrupunu qurmuşdur.
Myanma Bayrağı
Myanma İttifaqı Respublikasının rəsmi dövlət bayrağı. Myanma bayrağı şaqulu istiqamətdə bərabər ölçüdə sarı, yaşıl, qırmızı rənglər və bayrağın ortasında ağ beşkünclü ulduz olaraq 2010-cu ildə qəbul edilmişdir. Üç rəng həmrəylik, sülh və əmin-amanlıq, cəsarət və qətiyyəti bildirir.
Myanma coğrafiyası
Myanma qərbdə Hindistan(1463 km) və Banqladeşlə(193 km), şimal-şərqdə Çinlə(2185 km) , şərqdə Laosla(235 km) və cənub-şərqdə Tailandla(1800 km) həmsərhəddir. Cənubdan və cənub-qərbdən onun sahillərini Benqal körfəzinin, Moutama körfəzinin(Martaban) həmçinin Andaman dənizinin suları yuyur. Daxil olan adalarla birlikdə ölkənin sahəsi 678 min km² təşkil edir. Sahil xəttinin uzunluğu isə 1930 km bərabərdir. == Relyefi == Myanma ərazisində olan yüksək dağların çox hissəsi keçilməz silsilələrdən ibarətdir. Nal formasında ölkənin, qərb, şimal və şərq sərhədləri boyu yüksələn dağlar şimalda maksimum yüksəkliyə malikdir. Ölkənin qərb hissəsində, Himalay dağlarından şimalda cənuba doğru Rakhayn Yoma (Arakan) və Baqo Yoma dağ silsilələri uzanır. Şərqdə isə Şan dağları formalaşmışdır. Dağlar ölkə ərazisinin böyük qismini əhatə edir. Dağ silsilələri və Şan yaylası məhsuldar Mərkəzi düzənlikləri iki hissəyə bölür.
Myanma təqvimi
Myanma təqvimi (မြန်မာသက္ကရာဇ်) və ya Ənənəvi Myanma təqvimi — Myanmada istifadə edilən ənənəvi bir günəş təqvimidir. Myanma təqvimi Myanma xaricində Kambocada, Laosda da istifadə edilir.
Ucarma qalası
Ucarma qalası (gürcücə: უჯარმის ციხე) – Gürcüstanın Kaxetiya bölgəsindəki Saqaredsco bələdiyyəsində yerləşən orta əsrlərə aid gürcü kilsəsidir. İori çayının sahilində və Qombori dağ keçidinin yaxınlığında yerləşən qala Ucarma qəsəbəsinin təxminən 4 km şimalındadır. == Tarixi == Qala iki hissədən ibarətdir: yuxarı qala və aşağı şəhər. Qalanın şərq qismində iki mərtəbəli binadan formalaşan kraliyyət sarayı vardır. Üst qala X əsrdə ərəb sərkərdəsi Əbülqasım tərəfindən dağıdılmış, ancaq XII əsrdə onu xəzinə olaraq istifadə edən kral III Georgi tərəfindən bərpa edilmişdir. Gürcü tarixçi Leonti Mroveliyə görə Ucarma qalasının təməl daşı III-IV əsrlərdə İberiya krallığı kralı Aspaqur tərəfindən ucaldılmışdır. Kral Vaxtanq Qorqasali dövründə qala genişləndirildi və yaşayış yeri olaraq istifadə edildi. Ucarma 914-cü ildə ərəblər Qafqaz dağlarını istila etdiyində fəth edildi. Döyüşlər zamanı binalara ciddi ziyan dəydi. == Memarlığı == Yerləşdiyi qəsəbə İori çayının sahilindəki yüksək təpənin üzərində inşa edilmişdir.
Uqanda Respublikası
Uqanda (suah. Uganda; ing. Uganda) və ya rəsmi adı ilə Uqanda Respublikası (suah. Jamhuri ya Uganda; ing. Republic of Uganda) — Şərqi Afrikada dövlət. Uqanda dənizə çıxışı olmayan ölkələrdəndir. Şimaldan Cənubi Sudan, şərqdən Keniya, cənubdan Tanzaniya, cənub-qərbdən Ruanda, qərbdən isə Konqo Demokratik Respublikası ilə həmsərhəddir. Ölkə cənub-şərqdən Afrikanın ən böyük gölü olan Viktoriya gölü ilə əhatələnmişdir. Paytaxtı və ən böyük şəhəri Kampala, ümumi sahəsi 241,038 kvadrat kilometrdir. Uqanda həm də "Afrikanın mirvarisi" adlandırılır.
Uqanda bayrağı
Uqanda bayrağı — Uqandanın Dövlət bayrağı 1962-ci ilin oktyabr ayının 9-da Uqandanın dövlət bayrağı statusunu almışdır. Bayraq 6 bərabər üfüqi zolaqdan ibarətdir: qara, sarı, qırmızı, qara, sarı və qırmızı. Mərkəzdə ağ fonun üzərində təsvir olunmuş şərqi taclı (kəkilli) durna milli simvol hesab edilir. Qara rəng Afrika əhalisini, sarı rəng Afrika günəşini, qırmızı rəng isə Afrika qardaşlığını tərənnüm edir. Parametrləri 2:3 nisbətindədir.
Uqanda planı
Uqanda planı — Şərqi Afrika Britaniyası torpaqlarının bir qismini yəhudilərə verilməsini özündə birləşdirən plan. Plana əsasən yəhudilərə öz dövlətlərini yaratmaqları üçün geniş ərazilər verilməli idi. Təklif ilk dəfə 1903-cü ildə Böyük Britaniyanın müstəmləkələrlə bağlı məsələləri ilə məşğul olan Yozef Çemberlin tərəfindən sioinst lider Teodor Hertsla edildi. Plan indiki Keniya ərazisində yerləşən Mau platasında 13.000 km² ərazinin yəhudilərə verilməsini təklif edirdi. Uqanda planı Rusiya imperiyası ərazisində yaşanmış yəhudi qətliamlarına cavab olaraq hazırlanmışdı və yəhudilərin planı qəbul edəcəyi gözlənilirdi.Təklif Bazel şəhərində keçirilən VI Sionist yığıncağında müzakirə edildi və müzakirələr şiddətli fikir ayrılığına səbəb oldu. Bir qrup təklifin qəbul ediləcəyi halda Fələstin ərazilərində yeni bir yəhudi dövlətinin yaradılmasının mümkün olmayacağını müdafiə edirdi. Yekunda 299 nəfərdən 177 nəfəri plana müsbət cavab verdilər. Növbəti il üç nəfərdən təşkil olunmuş qrup ərazinin öyrənilməsi üçün Keniyaya yola salındı. Ərazinin dəniz səviyyəsindən yüksəkdə yerləşməsi, ərazinin digər Afrika bölgələrinə nəzarən daha çox məhsuldar olması kimi səbəblər qrupda müsbət fikir yaratmışdı. Bununla yanaşı müşahidə qrupu əraziyə çox yaxın olan bir vadidə yüzlərlə vəhşi heyvanın yaşadığını müəyyənləşdirdilər.
Uqanda prezidentləri
Uqanda prezidenti — Uqanda Respublikasının dövlət başçısı.
Uqanda soyqırımı
Uqanda soyqırımı — İdi Amin rejimi tərəfindən 1971-1979-cu illərdə Uqandada törədilən soyqırımı.