Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uydurma
Fiksiya – uydurma, yalan. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Bəradər (uydurma)
Köməkçi, bəradər və ya saydkik (ing. sidekick) — qeyri-mütləq halda adətən uydurmada, birlikdə səyahət etdiyi şəxsin tabeliyində olan və ya elə qiymətləndirilən yaxın yoldaş və ya həmkar. Tanınmış bəradərlərə Don Kixotun Saço Pansası, Şerlok Holmsun Doktor Uatsonu, Harri Potterin Ron Uizlisi, Şrekin Eşşəyi, Marionun Luicisi, Sonikin Teylzi və Betmenin Robini daxildir. == Mənşə == Köməkçi sözünün kökü olan "Kömək" qədim türk dilindən törəmişdir. Əlavə olaraq, bəradər sözü isə fars dilindən törəmişdir (برادر) və "qardaş" deməkdir. "Saydkik" termini əsrin XIX əsrin axırları və XX əsrin əvvəllərində cibgirlik slenqindən törəmişdir. "Kik" şalvar cibinin ön hissəsinə deyilirdi və ən təhlükəsiz hissə hesab edilirdi. Beləliklə, analoqiyaya görə, "sayd-kik" şəxsin ən yaxın yoldaşı olmuşdu.Tarixdə qeydə alınmış ilk köməkçilərdən biri Gilqameşin müttəfiqi olan Enkidudur. Digər erkən nümunələrə İliada dastanındakı Patrokl və Əhdi-Ətiqdəki Harun daxildir. == Müqayisələr == Müsbət xarakterli personajlardan fərqli olaraq, hansısa bir caninin yoldaşına quyruqbulayan (hençman), nökər (lakey) və ya xidmətçi deyilir.
Krossover (uydurma)
Krossover (ing. crossover) — bir çox müstəqil uydurma kainatın elementlərini və/yaxud personajlarını birləşdirən bədii əsər. Krossover və spin-off anlayışları qarışdırmamalıdır, spin-off əsas əsərin qəhrəmanlarının iştirak edə biləcəyi əlavə əsərə deyilir. Ədəbiyyatda krossover iki və ya daha çox janrda yazılmış əsərdir (məsələn, fantastika detektivi, fantastika romanı, siyasi-məhəbbət trilleri). == Nümunələr == "Frankenşteyn canavarla görüşür" (1943) adlı "Universal"ın klassik qorxu filmi iki hekayə xəttinin kəsişməsindən açıq şəkildə istifadə edən ilk müasir elmi-fantastik filmidir. "Qarağac küçəsində qarabasma" və "Cümə, ayın 13-ü" qorxu filmləri seriyasından olan iki manyak "Freddi Ceysona qarşı" filmində baş-başa gəlirlər, "Yabancı" və "Yırtıcı" ekşn-horror fantastika filmləri seriyasının yadplanetliləri isə "Yabancı Yırtıcıya qarşı" filmində qarşılaşırlar.
Uydurma azərbaycanlıların siyahısı
Aşağıda uydurma və ya bədii ədəbiyyatda olan azərbaycanlıların siyahısıdır. == Uydurulmuş azərbaycanlı şəxslər == Cazibə Abbasova — "Yaxşı Cazibə" televiziya serialında obraz. Dronqo — Gizli agent, yazıçı Çingiz Abdullayevin romanlarının əsas qəhrəmanı. Əli xan Şirvanşir — Yazıçı Qurban Səidin "Əli və Nino" romanında rus məktəbində təhsil alan əsilzadə müsəlman gəncidir. Əliş Kərəmli — Yazıçı Sergey Borodinin "Dmitriy Donskoy" tarixi romanında (1941) əsas personajlarından biri; XIV əsrin sonunda Moskva kremilinin ilk daş divarlarının tikilməsinə rəhbərlik edən şamaxılı memar-inşaatçı kimi təsvir edilir. Ferdinand Kərimov və ya Mr. K — Televiziya ustası, "Grand Theft Auto V" video oyununda personaj. Koroğlu — Koroğlu dastanının mistik xalq qəhrəmanı. Qara Qasım — Yazıçı Boris Akuninin "Erast Fandorin" romanında Fandorinin yol yoldaşı. Qurd Cəbrayıl — "Arxadan vurulan zərbə" bədii filminin əsas personajlarından biri.
Uydurma "Böyük Ermənistan" dövləti
Ermənistan krallığı — İran mənşəli Artaşes və Parfiya mənşəli Arşakilər sülalələrinin idarə etdikləri krallıq.
Mona Liza haqqında uydurma hekayələrin xronologiyası
Aşağıda, İtaliya intibahı dövründə Florensiyada Leonardo da Vinçi tərəfindən çəkilmiş Liza del Cakondonun "Mona Liza" adlı portretinə həsr edilmiş və ya qismən əsərdən bəhs edilən uyruma və yarım-uydurma hekayələrin (filmlər, teleserial seriyaları və ədəbi əsərlər də daxil olmaqla) siyahısı verilmişdir. Əsərlər çıxarıldığı dövrə uyğun olaraq xronoloji ardıcıllıqla göstərilmişdir. == 1970-ci illər == 1975 – İkinci xanım Cakonda (ing. The Second Mrs. Giaconda), Elayni Lobl Köniqsburq tərəfindən yazılmış və portretin çəkilməsindən bəhs edən roman. 1979 – "Ölüm şəhəri", "Doktor Kim" teleserialının seriyası, əsas süjet "Mona Liza"nın Luvrdan oğurlanmasından bəhs edir. == 1980-ci illər == 1985 – Granada Televiziyasının çəkdiyi "Şerlok Holms" teleseriyasının seriyalarından birində Artur Konan Doylun "Sonuncu problem" romanı əsasında "Mona Liza"nın Luvrdan oğurlanmasından bəhs edilir. Süjet ssenari müəlliflərinin ideyası olmaqla, Konan Doylun 1893-cü ilə aid hekayəsinə tam uyğun deyildir. == 2000-ci illər == 2003 – Da Vinçi şifrəsi, Den Braun tərəfindən yazılmış romandır. "Mona Liza" süjetin ayrılmaz hissəsidir və kitabın orijinal nəşrinin üz qabığında istifadə olunub.
Andurma
Andurma — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Andurma Lerik rayonunun Çayrud inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Türk dillərində andurma "qoruq; ov heyvanları ilə zəngin olan yer" deməkdir. XX əsrin əvvəllərində kəndin əhalisi İrana köçmüş, sonralar kənd yenidən bərpa olunmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, andurma Talışca "dəmirağac" mənasındadır. Yaşayış məntəqəsi dəmirağac bitən ərazidə salındığı üçün belə adlandırılmışdır. Amur vilayətində Amderma adlı qəsəbə vardır. == İnfrastruktur == Kəndə Lənkəran rayonundakı Narbağı qaztənzimləyici stansiyasından qaz boruları çəkilmiş və 2012-ci ilin dekabr ayının 22-də ilk dəfə olaraq təbii qaz verilmişdir. == Din == Kənddə Andurma kənd məscidi dini icması fəaliyyət göstərir.
Uyğurca
Uyğur və ya Uyğur dili – (/ˈwiːɡər/; ئۇيغۇر تىلى, Уйғур тили, Uyghur tili, Uyƣur tili or ئۇيغۇرچە, Уйғурчә, Uyghurche, Uyƣurqə; əvvəllər Şərqi Türk kimi tanınırdılar), Qərbi Çinin Sintszyan-Uyğur Muxtar Rayonundakı 10–15 milyon Uyğur xalqının danışdığı, bir türk dilidir. Uyğur dili Altay dilləri ailəsinə aiddir. Həmçinin, Çində, Qazaxıstanda, Qırğızıstanda, Türkiyədə və Rusiyada yaşayan uyğurların ana dilidir. Uyğur dili Sintszyan-Uyğur Muxtar Rayonunun rəsmi dilidir və həm sosial, həm rəsmi sahələrdə, həm də çap, televiziya və radioda geniş istifadə olunur və Sintszyanda digər etnik azlıqlar tərəfindən ortaq bir dil kimi də istifadə olunur.Uyğur dili, Özbək dili kimi, digər dilləri də əhatə edən Türk dili ailəsinin Karluq qrupuna məxsusdur. Bir çox türk dilləri kimi, Uyğur dili də ahəng qanunu və aqqlütinasiya, əskikliyi isim sinifliyi və ya qrammatik çoxluğu yoxdur və fel söz sırası ilə solda qalan bir dildir. Daha aydın uyğur dili proseslərinə, xüsusilə də şimal ləhcələrində sait azaldılması və umlauting daxildir. Digər türk dillərinin təsiri ilə yanaşı, uyğur dili tarixən ərəb və fars, son zamanlar isə rus və mandarin çinləri tərəfindən güclü təsirə məruz qalmışlar. Dəyişdirilmiş ərəb mənşəli yazı sistemi Çində ən çox yayılmış və yeganə standartdır, digər yazı sistemləri köməkçi və tarixi məqsədlər üçün istifadə olunur. Əksər ərəb mənşəli yazılardan fərqli olaraq, Uyğur dili ərəb əlifbasında 20-ci əsrdə hazırlanmış orijinal Fars-Ərəb yazısına edilən dəyişikliklər səbəbindən bütün saitlərin məcburi işarələnməsi var. İki Latın və bir kiril əlifbası da daha az dərəcədə istifadə olunur.
Uyğurca Vikipediya
Uyğurca Vikipediya — Vikipediyanın uyğur dilində olan bölməsidir. Bu günə gədər 5.912 məqalə yaradılıb.
İkifotonlu udulma
İkifotonlu udulma — elektronlar yuxarı həyəcanlanmış haldan aşağı həyacanlanmış hala keçəndə enerjinin ayrılması əksinə aşağı həyəcanlaşma halından yuxarı həyəcanlaşma halına keçdikdə isə enerjinin udulması ilə baş verən proses. Maddələrin üzərinə düşən işığın udulma səbəbi də budur. Adətən udulma bir fotonla baş verir. Birfotonlu udulmanın baş vermə ehtimalı daha böyük olur. Ancaq təcrübələrdə müşahidə olunub və nəzəri olaraq da isbat olunub ki, birfotonlu udlmanın qadağan olunduğu hallarda çoxfotonlu udulmanın xüsusilə də ikifotonlu udulmanın ehtimalı böyüyür. Elektron iki foton udaraq daha yüksək həyacanlaşma halına keçir.
Şüalanmanın udulma dozası
Şüalanmanın udulma dozası — ionlaşdırıcı şüalanmanın E udulmuş enerjisinin şüalanan maddənin m kütləsinə nisbətinə deyilir,D=E/m.BS-də şüalanmanın udulma dozası vahidi Qrey (Qr)-dir və əsas vahidlərin siyahısına daxildir.Şüalanmanın udulma dozası vahidi 1Qr-1kq şüalanan maddə ionlaşdırıcı şüalanma ilə 1C enerji alan şüalanmadır,1Qr=1C/kq.Şüalanmanın təbii fonu norması-(kosmik şüalar, ətraf mühitin və insan bədəninin radioaktivliyi) hər adam üçün 1 ildə 2·10−3Qr şüalanma dozasına yaxındır.Şüalanmanın 1 ildə yol verilən limit dozası-Şüalanmadan beynəlxalq müdafiə komissiyasının təyin etdiyi normadır və0,05Qr-dir.Ölümcül şüalanma dozası-qısa müddətdə alınmış 3-10Qr-dir.Rentgen-şüalanmanın ionlaşdırıcı dozası üçün sistemdənkənar vahiddir.Bu vahid rentgen və qamma şüalanmanın ionlaşdırıcı qabiliyyətinin ölçüsüdür.Praktik dozimetriyada hesab etmək olar ki,1R,təxminən,şüalanmanın udulma dozasının 0,01Qr-yə ekvivalentdir.