Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uzununa dayanıqlıq
Uzununa sabitlik, Uzununa dayanıqlıq və ya Uzununa stabillik, təyyarənin burun-quyruq oxunda, yer düzlüyünə paralel olan düzlükdəki sabitliyini ifadə edir. Bir təyyarə, burun yuxarı və ya burun aşağı enərkən bir problem yaşayanda orijinal vəziyyətinə qayıtmağa meyl edərsə, buna uzununa dayanıqlıq deyilir. Əgər problem istiqamətində daha çox problemlərə meyllidirsə, bu dəfə uzununa qeyri-stabil adlandırılır. Uzununa qeyri-stabil təyyarələrdə baş verən problemdən sonra pilot müdaxiləsi baş vermirsə, təyyarə saxlanma itkisinə uğrayır.
Uzununa dalğalar (P)
P dalğaları — dalğanın yayılması istiqamətində elastik mühitin elementar hissəciklərinin rəqslərinə səbəb olan və mühitdə həcmli sıxılma-gərilmə deformasiyaları yaradan elastik uzununa dalğalardır. Həcmi dalğalar arasında ən sürətli, buna görə də Latın "prima" — ilkin "P-dalğaları" adını aldılar. Bərk, maye və qazlarda yayıla bilir. == Haqqında == Seysmik dalğalar – süxurlarda elastik (mexaniki) vibrasiyaların enerjisini daşıyan dalğalardır. Seysmik dalğanın mənbəyi zəlzələ, partlayış, vibrasiya, zərbə, eləcə də süxurlarda elastik vibrasiyaların yaranmasına səbəb olan hər hansı təsir ola bilər. Seysmik dalğalar seysmologiya və kəşfiyyat geofizikasında öyrənilir. Seysmik dalğaların yaratdığı titrəyişləri qeyd etmək üçün seysmik stansiyalara qoşulmuş müstəqil seysmik qeydlər və ya qəbuledicilərdən istifadə olunur. Dalğanın yayılma sürəti dalğanın yayıldığı mühitin sıxlığından və elastik modullarından asılıdır. Seysmik dalğaların sürətləri adətən dərinlik artdıqca artır, yer qabığının yuxarı hissəsində 1–8 km/s, mantiya səviyyəsində isə 13 km/s təşkil edir. Seysmik dalğaların tezliyi fraksiyalardan bir neçə yüz herts aralığında dəyişir.
Yala bənzər uzununa dyunlar
Uzunada
Uzunada (türk. Uzunada) — Türkiyənin İzmir ili, Urla ilçəsi ərazisinə daxil olan ada. İzmir körfəzinin orta qismində yer alır. Türkiyənin sahəsinə görə dördüncü ən böyük adasıdır. == Etimologiyası == Antik yunancada adı Drymoussa (Δρυμούσσα) olan ada, ayrıca Makronisi ("uzun ada") və ya Englezonisi adı ilə adlandırılmışdır. Bəzi mənbələrdə Köstən adası olaraq da adı keçərlidir. == Tarix == Qədim Yunan tarixçisi Fukidid Uzunadanın Spartalı admiral Astuocosun bəzi gəmilərinin Peloponnes müharibəsinin iyirminci ilində səkkiz gün sığındığı üç adadan biri olduğunu xatırladır. Eramızdan əvvəl 188-ci ildə Apamea müqaviləsi imzalanandan sonra ada Klazomenai şəhərinə verilir.1914-cü ildə adada təxminən 2000 yunan yaşadığı məlumdur. Birinci Dünya müharibəsi zamanı Kral Dəniz Qüvvələrinin Aralıq dənizi Donanması 1916-cı ilin aprelində adanı işğal edir. Ada 12 sentyabr hərbi çevrilişindən sonra Nəcməddin Ərbakan və Alparslan Türkeşin sürgün edildiyi yerdir.
Uzunoba
Aşağı Uzunoba — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Uzunoba — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsində kənd. Uzunoba (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Aşağı Uzunoba
Aşağı Uzunoba — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Uzunoba kəndi Şıxmahmud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Yuxarı Uzunoba kəndi mərkəz olmaqla, Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Oykonim "aşağıda yerləşən Uzunoba kəndi" deməkdir. == Tarixi == === Tarixi abidələri === Aşağı Uzunoba kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Naxçıvançayın sahilində yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Ziyafət Əsgərov — 2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, hüquq elmləri namizədi, professor. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Uzunada körfəzi
Uzunada — Xəzər dənizinin şərqində Mixaylovsi körfəzində yerləşir. Körfəzin sahillərində vaxtı ilə Xəzərönü dəmiryolu keçirdi. 1899-ci ildə dəmir yolu Türkmənbaşına köçürülmüşdür. Bundan önçə isə burada Uzunada limanı və stansiyası fəaliyyət göstərirdi. Körfəzin əhrafı qumluqlar, özü isə soranlıqlarla örtülüdür. Hazırda isə ərazi Türkmənbaşı qoruğu ərazisinə daxildir. Burada hazırda Qoturtəpə kəndi yerləşir. Körfəz Qırak körfəzindən Xorasanlı yarımadası ilə ayrılır. Qərbdə isə Buqulyar yarımadası ilə əhatələnir.
Uzunoba (Marağa)
Uzunoba (fars. ‎‎‎اوزون اوبه‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 78 nəfər yaşayır (23 ailə).
Uzunoba (Qoşaçay)
Uzunoba (fars. اوزون اوبه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 788 nəfər yaşayır (173 ailə).
Uzunoba (Sərdarabad)
Uzunoba — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-şərqdə, Araz çayının sol sahilində yerləşir. 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «geniş, böyük» mənasında işlənən uzun sözü ilə «kənd, yaşayış məntəqəsi, yurd», «köçərilərin, heyvandarların müvəqqəti sakin olduqları bir neçə alaçıq və ya çadırdan ibarət yer, köç yeri» mənasında işlənən oba sözünün birləşməsindən əmələ gəlib «böyük, geniş kənd» mənasını ifadə edir. Oba sözü türk dilində «tayfa», «köç ailəsi», «tayfanın yaşadığı yer» mənasında işlənir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IV.1947-ci il fərmanı ilə adı dəyişdirilib Arqavand qoyulmuşdur.
Uzunoba (Xaçmaz)
Uzunoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Təhsil == Kənddə məktəb var. Lakin qəzalı vəziyyətdədir. == İstinadlar == == Xarici keçidlər == Uzunoba kəndi.
Uzunoba bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yuxarı Uzunoba
Yuxarı Uzunoba — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Uzunoba kəndi Şıxmahmud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Oykonimin əsası uzun və oba sözlərindən ibarət olub, obaların cərgə ilə uzununa yerləşdiyini bildirir. Oykonimin birinci komponenti isə kəndi eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək, eyni zamanda onun coğrafi mövqeyini bildirmək üçün əlavə edilmişdir. == Tarixi == === Tarixi abidələri === Yuxarı Uzunoba kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Naxçıvançayın sahilində, düzənlikdə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İbrahim Uzunca
İbrahim Uzunca - Türkiyəli keçmiş futbolçu və futbol məşqçisi.Sonuncu iş yeri Azərbaycanın "Şahdağ" Quba FK-olmuşdur. PRO kateqoriyalı məşqçi "Şahdağ"la 2019-cu ilin avqustunda 3 illik müqavilə imzalamışdır. Dekabr ayında klubdakı maliyyə problemlərinə qarşılıqlı razılaşma əsasında müqaviləsinə xitam verildi. 2022-ci ilin yanvarında Azərbaycan Region Liqasında çıxış edən "Xan Lənkəran" klubu ilə yeni müqavilə bağlamışdır.
Uzunoba su anbarı
Uzunoba su anbarı — Naxçıvan MR Babək rayonu ərazisində Naxçıvan şəhərindən şimalda yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1961-ci ildə istismara verilmişdir. == Texniki göstəriciləri == Bəndin hündürlüyü 17.5m, bəndin uzunluğu 1868 m və su anbarının ümumi həcmi 9 mln.m³-dur. Suvarma sahəsi 2400 ha-dır.
Uzunoba yaşayış yeri
Uzunoba — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri rayonunun Aşağı Uzunoba kəndi yaxınlığında, Naxçıvançayın sağ sahilində yerləşir. == Tədqiqi == Yaşayış yeri 2015-ci ildə Vəli Baxşəliyev və Catherine Marronun rəhbərliyi ilə beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyası tərəfindən şurf qazıntısı ilə öyrənilmişdir. Yaşayış yerində aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, bu abidəyə aid mədəni təbəqənin üzəri 2 m qalınlığında torpaq qatı ilə örtülmüşdür. Babək rayonunun Uzun oba kəndi yaxınlığında, Naxçıvançayın sağ sahilində yerləşən bu abidə yalnız kəşfiyyat xarakterli qazıntı ilə öyrənilmişdir. Abidənin şərq yamacında 2 m uzunluğunda açılan kəşfiyyat qazıntısı zamanı alınan stratiqrafik kəsikdə 2, 5 m qalınlığında olan təbəqənin yığılma ardıcıllığını müəyyən etmək mümkün olmuşdur. Qazıntı zamanı e.ə. V minilliyin birinci yarısı ilə tarixlənən boyalı keramika parçalarının aşkar olunması mədəni təbəqənin e. ə. V minilliyin birinci yarısına aid olduğunu göstərir ki, bu da region üçün olduqca nadir haldır.
Yuxarı Uzunoba nekropolu
Yuxarı Uzunoba nekropolu — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində Antik dövrə aid arxeoloji abidə. == Tarixi == Nekropol 1986-cı ildə aşkar edilmişdir. O, Yuxarı Uzunoba kəndindən şimalda, Naxçıvançayın sağ sahilində yerləşir. Dağıntı nəticəsində nekropolda olan küp qəbirlərin biri aşkar edilmişdir. Küp qəbir torpağın təzyiqindən qırılmışdı. Nekropolun bir hissəsi çayın yatağına düşdüyündən, buradakı qəbirlərin skeletləri pis qalmış və çürümüşdü. Küp qəbrin içərisindən insan skeletinin qalıqları və xırdabuynuzlu heyvan sümükləri aşkar olunmuşdur. Küp qəbirin ətrafından bir ədəd küpə tipli qab aşkar edilmişdir. Qab narın qum qarışığı olan gildən hazırlanaraq yaxşı bişirilmiş, xarici səthi yüngülcə cilalanmışdır. Ağzının və gövdəsinin bir hissəsi hislənmişdir.
Dünyadakı çayların uzunluğa görə sıralaması
Çayların dünyada uzunluğuna görə sıralaması