Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vacibi namaz
Vacibi namaz — qılınması vacib olan namaz. Sübh namazı Zöhr namazı Əsr namazı Şam namazı İşa namazı Ayət namazı Həcc ilə ümrə zamanı qılınan təvaf namazı Atanın, böyük oğulun üzərinə ehtiyata-əsasən vacib olan qəza namazı. Əhd etmək, and içmək, nəzir demək və icarə etməklə vacib olan namazlarCümə namazı sünni məzhəbində vacib, şiə məzhəbində isə zamanə imamının hazır olduğu zaman vacib, qeybdə olduğu müddətdə təxyiri-vacibdir. Fitr və qurban bayramlarının namazı şiə məzhəbində zamanə imamının hazır olduğu zaman vacibdir və camaat namazı kimi qılınmalıdır, qeybdə olduğu müddətdə isə müstəhəbdir və camaat namazı, yaxud furada (fərdi şəkildə) qılmaq olar.
Landsxut varislik müharibələri
Landsxut varisliyi müharibəsi (alm. Der Landshuter Erbfolgekrieg‎) — 1503–1505-ci illərdə Bavariya-Münhen və Bavariya-Landsxut hersoqluqları arasında mübahisə nəticəsində baş vermiş müharibə. Vittelsbax sülaləsinin fərqli qolları arasında əvvəlki razılaşma olan Pavia müqaviləsinə əsasən kişi nəsillərində bir qolun nəslinin kəsilməsi halında titul kişi xətti ilə başqa bir qola miras qalmalı idi. Bu müqavilə, bir nəsil kəsilərsə torpaqları Müqəddəs Roma İmperatorunun miras almasını şərtləndirən imperiya qanunları ilə ziddiyyət təşkil edirdi. == Səbəbi == Bavariya-Landsxut hersoqu I Georq və həyat yoldaşı Yadviqa Yagellonun oğlan övladı olmurdu. Buna görə də Georq həm imperiya qanunlarını, həm də sülalə müqaviləsini pozaraq qızı Elizabetanı 19 sentyabr 1496-cı ildə varisi olaraq təyin etdi (Elizabeta Frayzinq yepiskopu Ruprext ilə daha sonra evləndi). Bu isə Bavariya-Münhen hersoqu IV Albert tərəfindən tanınmadı və qanunsuz hesab edildi. 1503-cü il dekabrın 13-də hersoq Georqun ölümündən 10 gün sonra Landsxutda vərasət iclası keçirildi. Albert buraya göndərdiyi səfirlər vasitəsilə miras iddialarını irəli sürdü, Landsxut qəsrini artıq ələ keçirmiş Ruprext isə iclasda şəxsən iştirak edirdi. İclas zamanı məlum oldu ki, Landsxut şurasının aşağı palatası Albertin hakimiyyətə gəlməsinə qarşıdır.
Landsxut varislik müharibəsi

İspaniya Varislik Müharibəsi
İspaniya Varislik Müharibəsi (1700-1715) İspaniya kralı II Karlosun ölümündən sonra Avropa ölkələri arasında ispan torpaqlarının paylaşılması mövzusundakı anlaşılmazlıq səbəbi ilə baş vermiş müharibədir. Böyük bir miras buraxacaq olan ispan kralı II Karlosun 1700-cü ildə ölümü Avropanı yeni bir müharibə təhdidi ilə qarşı-qarşıya buraxdı. Çünki Hollandiya və İtaliyanın bir qismi ilə Braziliya xaricində Cənubi Amerika, Böyük Antillər, Bülbül Adaları və Filippinə qədər uzanan İspaniya Müstəmləkə İmperiyasının paylaşılması əsas mövzu idi. 1700-1715 illəri arasında bir çox müharibə və mübarizələrə səbəb olan İspaniya Varislik Müharibəsinin Avropa və dünya tarixi cəhətindən önəmli xüsusiyyətləri və nəticələri vardır: 1. Profesyonal ordular tərəfindən gerçəkləşdirilən bir müharibələr seriyasıdır. Bu səbəblə gələcəyin müharibələrinin xarakteristikalarını əks etdirir. 2. Müharibənin səbəbi dini olmaqdan çıxıb siyasi-iqtisadi bir ölçü qazanmışdı. Mübarizədə dəniz gücünün üstünlüyü ciddi rol oynamışdı. 3. Dünya Müharibəsi deyilə biləcək ilk müharibədir. Avropanın öndə gələn dövlətlərindən əlavə olaraq, dənizin o biri tayındakı ölkələri də içinə almışdır. Avropaya yeni bir status qazandıracaq və ölkələrin gələcəyinə təsir edəcək olan ispan kralı II Karlosun ölümündən əvvəl yazdığı “Vəsiyyətnamə” belə idi: “İspaniya torpaqlarının bütövlüyü pozulmadan XIV Luisin nəvəsinə qalacaq, ancaq Fransa və İspaniya taxtları birləşdirilməyəcəkdir.
Drakula 3: Varislik (film, 2005)
Drakula 3: Varislik (ing. Dracula III: Legacy) — 2005-ci ildə istehsal olunmuş filmdir. == Xarici keçidlər == Drakula 3: Varislik — Internet Movie Database saytında.
Varislik. Kamal Talıbzadə (film, 2016)
Varislik. Kamal Talıbzadə qısametrajlı televiziya filmi. 2016-cı ildə Azərbaycan Televiziyasında rejissor Murad Quliyev tərəfindən çəkilib. == Məzmun == Film tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycanın Elm xadimi, Azərbaycanın Maarif xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Kamal Talıbzadəyə həsr olunub. == Film haqqında == Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunur.