Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fəhlə Vüqarı (1975)
== Məzmun == Filmdə təkcə Azərbaycanda deyil, bütün Sovet İttifaqında yaxşı tanınan neft maşınqayırma müəssisəsi — "Bakı Fəhləsi" zavodunun fəaliyyətindən danışılır.
Fəhlə vüqarı (film, 1975)
== Məzmun == Filmdə təkcə Azərbaycanda deyil, bütün Sovet İttifaqında yaxşı tanınan neft maşınqayırma müəssisəsi — "Bakı Fəhləsi" zavodunun fəaliyyətindən danışılır.
Pambıqçının vüqarı (film, 1975)
== Məzmun == Film məşhur pambıq ustası, Jdanov (indiki Beyləqan) rayonundakı Lenin adına sovxozda çalışan Sərdar İmrəliyevə və onun briqadasına həsr olunmuşdur.
Varlı
Varlı (Salyan)Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. İkinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.Varlı Həyat — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Vüqar
Vüqar (ərəb. وقار‎ (Vəqar) – qürur, iftixar) — ərəb mənşəli kişi adıdır. Azərbaycanda geniş istifadə olunan addır. İngiliscə "Vugar", rusca "Вугар" kimi səslənir. Vüqar Bağırov — Rusiya alimi. Vüqar Həşimov — Azərbaycan şahmatçısı, qrossmeyster Vüqar Rəhimzadə — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, əməkdar jurnalist Vüqar ƏsgərovVüqar Əsgərov (yazıçı) — "Respublika Xatirə Kitabı" redaksiyasında böyük redaktor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. "Fədai" medalı laureatı.
Aşağı Vəqaslı (Urmiya)
Aşağı Vəqaslı (fars. ‎وقاصلوي سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Nazlı bəxşi ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 516 nəfər yaşayır (116 ailə).
Yuxarı Vəqaslı (Urmiya)
Yuxarı Vəqaslı (fars. کریم آباد‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Nazlı bəxşi ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 670 nəfər yaşayır (173 ailə).
Birinci Varlı
Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Salyan rayonunun Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı qəsəbəsi Varlı kəndi hesab edilmiş, Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı kəndi Birinci Varlı kəndi adlandırılmışdır. Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Birinci Varlı kəndinin bir hissəsi İkinci Varlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == === Görkəmli şəxsləri === Əlirza Əlirzayev — hüquqşünas Rövşən Həsənov — hüquqşünas Çingiz Heydərov — hüquqşünas Xudabaxış Cəfərov — təhsil işçisi Əmirxan Nəzərov — təhsil işçisi Bəylər Heydərov — təhsil işçisi Ənvər Həsənov — təhsil işçisi Əlipənah Nəzərov — təhsil işçisi Mirsadıq Kərimov — təhsil işçisi Ramazan Niftiyev — dövlət xadimi Eldar Heydərov — dövlət xadimi Həsənağa Həsənov — hərbçi, zabit. == İqtisadiyyatı == 2016-cı ilin Avqustun 17-də Salyan rayonunun Birinci Varlı kəndinə yenidən təbii qaz verilib. SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əhalisinin sayı 1345 nəfər olan kənddə, 256 abonentlik kəndin qazlaşdırma işləri zamanı 21 min 152 metr uzunluğunda müxtəlif diametrli borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.[mənbə göstərin] == Din == Kənddə I Varlı kənd məscidi dini icması fəaliyyət göstərir. Kəndin axundu Hacı Məhəmməd Hüseynovdur.
Qarlı aşırım
Qarlı aşırım — Fərman Kərimzadənin tarixi romanı. Əsər əsasında 1971-ci ildə Kamil Rüstəmbəyovun rejissorluğu, F. Kərimzadənin ssenari müəllifliyi ilə Axırıncı aşırım filmi çəkilmişdir. == Məzmun == Fərman Kərimzadənin "Qarlı aşırım" əsərində sinfi mübarizənin kəskin xarakter aldığı 30-cu illər kəndinin canlı mənzərəsi verilmişdir. . Yazıçı romanda zəngin xarakterlər qalereyası yaratmışdır. Abbasqulu bəy Şadlinski, Xəlil, Şıxəlioğlu, Şabanzadə, Talıbov, Kərbəlayı İsmayıl, Qəmlo kimi surətlərin fonunda qarşı-qarşıya duran iki cəbhənin mübarizəsi real səhnələrlə işıqlandırılmışdır. == Nəşr == Əsər ilk dəfə Bakıda 1971-ci ildə, daha sonra 1987-ci ildə Gənclik nəşriyyatında, 2016-cı ildə isə Bakı Kitab Klubunda 400 səhifədə, 100 tirajla təkrar çap olunmuşdur. == İstinadlar == == Həmçinin bax == Axırıncı aşırım (film, 1971) Axırıncı aşırıma qədər (film, 2002) == Xarici keçidlər == "Qarlı aşırım (tarixi roman)" ( (az.)). kitabklubu.org. 2017-09-01. 2017-09-01 tarixində arxivləşdirilib.
Varlı (Salyan)
Birinci Varlı — Azərbaycanın Salyan rayonunda kənd. İkinci Varlı — Azərbaycanın Salyan rayonunda kənd.
Varlı Həyat
Varlı Həyat (1990-cı ilədək "Orconikidze") – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Varlı adamlar
Varlı adamlar — digər insanlarla müqayisədə daha çox maddi sərvətə malik olan insanlardır. 2007-ci il "Dünyanın ən varlı adamları" statistikasina əsasən 946 milyarder barədə məlumatlar daxil edilmişdir. Bura daxil olanların 178-i bu siyahıya məhz bu il daxil olmuşdur. 178 yeni milyarderin ölkələr üzrə bölgüsü aşağıdakı kimidir: Rusiya vətəndaşı — 19; Hindistan vətəndaşı — 14; Çin vətəndaşı — 13; İspaniya vətəndaşı — 10;56 nəfər milyarderdən savayı digər yeni milyarderlər dünyanın müxtəlif ölkələrinin sakinləridirlər. 2007-ci il milyarderlərin statistikasında qeyri-ordinar il kimi daxil olmuşdur. Buna səbəb qeyri-neft sektoru olmuşdur. Məsələ burasındadır ki, qeyd edilən milyarderlərin əksəriyyəti qeyri-neft sektorunda var-dövlət qazanmışlar. Bu sahələrə aid idi daşınmaz əmlak, qəhvə və ümumilikdə qida məhsulları. 2006-cı ildə milyarderlər siyahısına daxil olan adamların yalnız 2\3 hissəsi öz yüksək maddi durumunu 2007-ci ildə qoruyub saxlamışdırlar və buna səbəb 2007-ci il statistikasına daxil ola bilmişdilər. 2007-ci ildə ən minimal məbləğ 900 mln $ - ən maksimal məbləğ 3.5 mld $ arasında ölçülmüşdür.
Vüqar Abdulkərimov
Vüqar Abdulkərimov (24 oktyabr 1974, Bakı) — Azərbaycan alimi, tədqiqatçı. == Həyatı == Vüqar Abdulkərimov 1974-cü ilin 24 oktyabrında Bakıda anadan olmuşdur. Orta təhsilini 1981–1991-ci illərdə Bakıda 29 nömrəli məktəbdə almış, 1992-ci ildə İstanbul Universitetinin cərrahpaşa tibb fakültəsinə daxil olmuş və 1999-cu ildə məzun olmuşdur. 16 iyun 2022 tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.Evlidir. 3 övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 2009-cu ildən Mərkəzi Klinikanın reanimasiya və intensiv terapiya şöbəsində şöbə müdiri kimi çalışır. === Elmi fəaliyyəti === Vüqar Kərimov birtərəfli spinal anesteziyada bupivakain lokal anestetiki üzrə fəaliyyəti olmuş, ürək əməliyyatından sonra sternotomiyadan sonrakı xəstələrdə miyofasiyal ağrısı üzrə 1226 xəstədə klinik tədqiqat aparmışdır. O herniated bel diskləri üçün ağrı və əlillik skorlarında nukleoplastika və avtomatlaşdırılmış perkutan lomber diskektomiya prosedurlarının effektivliyinin müqayisəsi və diz artroskopiyasında təktərəfli spinal anesteziya və ümumi anesteziya tətbiqlərinin bərpa xüsusiyyətləri baxımından müqayisəsi üzrə elmi iş işləmişdir. Plazma mübadiləsi, ekstrakorporal müalicə üsullarını tədqiq və tətbiq etmişdir. Beynəlxalq Ağrının Tədqiqi Assosiasiyasının və Türkiyə Ağrı Dərnəyinin üzvüdür.
Vüqar Şəfiyev
Vüqar Şəfiyev (1 yanvar 1989; Bakı, Azərbaycan) — Azərbaycanlı prodüser, təşkilatçı. == Həyatı == Şəfiyev Vüqar Xalıq oğlu 1 yanvar 1989-cu ildə Bakı şəhərində anadan olub. Atası Şəfiyev Xalıq QurbanƏli oğlu 10 Noyabr 2018-ci ildə qaraciyər serrozu xəstəliyindən vəfat edib. Anası Şəfiyeva Mehriban Əsgər qızı evdar xanımdır. Qardaşı Şəfiyev Əli Xalıq oğlu BakuBusda işləyir. 1996-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 80 nömrəli məktəbin 1-ci sinfinə daxil olur. Daha sonra orta təhsilini 12 nömrəli BPL-ndə davam etdirir. 2006-ci ildə məktəbi bitirib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olur. 2010-cı ildə Universiteti bitirib hərbi xidmətə yollanır. 2014-cü ildə ailə qurmuş, həyat yoldaşı isə Medianın İnkişafı Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri (mətbuat katibi) Səidə Şəfiyevadır.
Vüqar Əbdulov
Vüqar Arif oğlu Əbdülov (28 mart 1974, Bakı, Azərbaycan SSR) — azərbaycanlı meyxanaçı. == Həyatı == Vüqar Əbdülov 28 mart 1974-cü ildə Bakıda anadan olub. ADMİU-nun dram və kino aktyorluğu fakültəsini bitirib (1990–1994). 1990-cı ildən meyxana ilə məşğuldur. == Filmoqrafiya == Sonuncu şahid (film, 2004) Məşədi İbad 94 (film, 2005) Adam ol!
Vüqar Əhməd
Vüqar Əhməd (tam adı: Vüqar Mikayıl oğlu Əhməd; 17 aprel 1963, Bakı) — şair, ədəbiyyatşünas, alim. == Həyatı == Vüqar Əhməd 1963-cü il aprel ayının 17-də Bakı şəhərində hərbçi-dənizçi, ziyalı ailəsində anadan olmuşdur. Soykökü Sultan Əhməd xanədanına mənsubdur. Ulu babası doktor Kərbəlayi Mahmud bəy Pirşağıda, babası həm həkim, həm də ilhiyyatçı Məşədi Soltan Əhməd Bakıda, ana babası ictimai xadim Kərbəlayi Əzim Binəqədidə nüfuzlu şəxsiyyətlər olmuşlar. 1984–1987-ci illərdə Qobustan rayonu Dərəkənd kəndində dil-ədəbiyyat müəllimi işləyib. Müxtəlif illərdə "Novruz" qəzeti və "Azərbaycan dünyası" nəşriyyatlarında baş redaktor, Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar Komitəsinin sədr müavini vəzifəsində, 1987-ci ildən-2006-cı ilə kimi Azərbaycan Teleradiosunda məsul vəzifələrdə çalışmışdır. Hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Mətbuat tarixi və publisitika şöbəsinin müdiridir. 2005–2011-ci illərdə AMİ-nin professoru kimi pedaqoji fəaliyyət göstərmişdir. Rəhbərliyi altında gənc alimlər yetişməkdədir. 1980-ci ildə Bakıdakı M. Müşfiq adına 18 saylı orta məktəbi, 1984-cü ildə indiki ADPU-nu fərqlənmə diplomu ilə, 1990-cı ildə Pedaqoji Universitetin aspiranturasını bitirib.
Vüqar Əhmədov
Əhmədov Vüqar Cəbrayıl oğlu (3 yanvar 1975, Mingəçevir) — "Azərişıq" ASC-nin sədri (7 yanvar 2020–indi), "Azərişıq" ASC-nin sədrinin müavini (2015–2020), İqtisadiyyat və Sənaye Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru. == Həyatı == Vüqar Əhmədov 3 yanvar 1975-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin menecment fakültəsində bakalavr və magistr pilləsi üzrə təhsil alıb. Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını Dövlət və bələdiyyə idraəetməsi ixtisası üzrə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsinin menecment kafedrasının iqtisad üzrə fəlsəfə doktoru proqramının doktorantıdır. 2015–2018-ci illər Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında təhsil alıb. İxtisası iqtisadçı-energetikdir. Ailəlidir. 2 övladı var. == Əmək fəaliyyəti == Xarici İqtisadi Əlaqələr Nazirliyində və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
Vüqar Əkbərov
Vüqar Seyid oğlu Əkbərov (12 sentyabr 1990; Tovuz rayonu, Azərbaycan SSR — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüqar Əkbərov 1990-cı il sentyabrın 12-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. Ailəli idi. == Hərbi xidməti == Vüqar Əkbərov 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. 2012-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Vüqar Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Hadrutun, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüqar Əkbərov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Əkbərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Əkbərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüqar Əliverdiyev
Vüqar Əfqan oğlu Əliverdiyev — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru. 2016-cı ildə Aprel döyüşləri və 2020-ci ildə Vətən Müharibəsində iştirak etmişdir. == Hərbi xidməti == 2008-ci ildə mayor Vüqar Əliverdiyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. 2016-cı ildə isə polkovnik Vüqar Əliverdiyev Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə, Prezident İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalına layiq görülmüşdür. 2020-ci ildə, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərməsinə görə Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Vüqar Əliverdiyev, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.
Vüqar Əliyev
Vüqar Əmir oğlu Əliyev (1955, Gürcüstan SSR) — fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Elmi əsərlərinin sayı – 208 Xaricdə dərc olunan əsərlərinin sayı – 98 Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı – 60 Beynəlxalq elmmetrik bazalarda şəxsi səhifələri Beynəlxalq layihələrdə koordinatorluğu İxtiralarına görə müəlliflik şəhadətnamələrinin və patentlərinin sayı – 16 Elmi kəşfi - 1 Dil bilikləri – Azərbaycan, rus, gürcü və ingilis dilləri == Əsas elmi nəticələri == İlk dəfə olaraq, tallium əsaslı, üç və çoxkomponentli, xalkogenid birləşmələrinin monokristallarının fiziki xassələri ilə onların real quruluşu və defektləri arasında korrelyativ əlaqələri aşkara çıxarmışdır. Tallium əsaslı, üçqat, iynəvari xalkogenid kristallarda on illər öncə nəzəri olaraq mümkünlüyü söylənilmiş faza keçidlərini ilk dəfə olaraq aşkara çıxarmış və təfsilatı ilə tədqiq etmişdir . Eksperimental fizika sahəsində əldə etdiyi hər bir elmi nəticə əsasında faktiki olaraq müxtəlif yarımkeçirici çeviricilər və cihazlar ixtira etmiş, müvafiq qaydada patentləşdirmişdir. Doktorluq dissertasiyasının müdafiəsindən sonra isə bir sıra beynəlxalq layihələr irəli sürmüş, elmi qrantlar almış və layihələr üzrə beynəlxalq elmi qruplar tərkibində apardığı tədqiqatlar əsasında, 2007-ci ildə, bərk cisimlər fizikasında yeni effekt kəşf etmişdir (Kəşf Diplomu № 340 və P.L.Kapitsa adına Qızıl Medal). Azərbaycan Milli Ensiklopediyasının 8-ci cildində həmin kəşf haqqında məlumat verilmişdir . Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinin Fizika İnstitutunun rəsmi internet səhifəsində, ingilis, rus və Azərbaycan dillərində, xüsusi “KƏŞFLƏR” bölməsi yaradılmışdır . == Elmi kəşfi == === Elmi kəşfin adı: === Darzolaqlı yarımkeçiricilərdə eyni zamanda Fermi səviyyəsinin stabilləşməsi və elastiklik xassələrinin çevrilməsi arasında qanunauyğun əlaqə. === Kəşfin müəllifləri: === Paşayev A.M., Davaraşvili O.İ., Əliyev V.Ə., Zlomanov V.P., Davaraşvili M.İ. === Kəşfin düsturu: === Eyni zamanda Fermi səviyyəsinin stabilləşməsi və dielektrik hala transformasiya vasitəsilə IV-VI darzolaqlı yarımkeçiricilərinin elastiki xassələrinin çevrilməsi arasında əvvələr məlum olmayan qanunauyĝun əlaqə təyin edilmişdir, hansı ki, yüksək parametrli kristallik qəfəsə malik (effektiv “mənfi” təzyiq) altında aşqar tərkibli yüksəkgərginlikli yarımkeçirici layın formalaşması zamanı dielektrik hala keçid elastiklik limitini artıran və Fermi səviyyəsini stabilləşdirən aşqarın layda olması ilə səbəblənən qadaĝan olunmuş zonasının böyüməsi və Fermi səviyyəsinin onun ortasına doĝru sürüşməsi nəticəsində yükdaşıyıcıların energetik spektrinin yenidənqurulması zamanı baş verir. == Əsas elmi əsərləri == Vugar Aliyev, Zakir Ramazanly, Sabina Magerramova, Emil Gafarov The Pecullarities of Erosion and Soil Processes in Lower Kura River and the Risk of Floods.
Vüqar Ələkbərov
Vüqar Ələkbərov (boksçu) — Azərbaycanı təmsil edən boksçu və məşqçi. Vüqar Ələkbərov (gizir) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri, Vətən müharibəsi şəhidi.
Vüqar Əmiraslanov
Vüqar İskəndər oğlu Əmiraslanov-Qarabağ müharibəsi iştirakçısı,şəhid. Əslən Laçın rayonunun Mişni kəndindən olan Vüqar İskəndər oğlu Əmiraslanov 22 may 1968-ci ildə Laçın rayonunun Qoşasu kəndində anadan olmuşdur. 1969-cu ildən Yevlax rayonun Aran qəsəbisinədə yasayıb. 1975-ci ildə Yevlax rayonunun "28 aprel" qəsəbəsində (indiki Aran qəsəbəsi) yerləşən 1 nömrəli beynəlminəl orta məktəbinin 1-ci sinifinə daxil olmuş 1985-ci ildə məktəbi əla və yaxşı qiymətlərlə bitirmişdir. Vüqar 7 illik musiqi məktəbinin tar şöbəsini bitirmişdir. 1986-cı ildə hərbi xidmətə olmuşdur.Batumi şəhəri ətrafında sərhədyanı qoşun hissəsində xidmət etmişdir.Xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən valideynlərinə dəfələrlə "əla xidmətinə"görə təşəkkür məktubları göndərilmişdir. 1989-cu ildə Azərbaycan Sənaye Universitetinin tələbəsi olmuşdur. Azğın düşmənlərin torpaqlarımıza təcavüzü Vüqarın təhsilini yarımçıq qoymağa vadar edir.Ana torpağa sonsuz məhəbbət,vəhşi düşmənə tükənməz nifrət hissi ilə alışıb yanan Vüqar könüllü olaraq 1992-ci ilin mart ayının axırlarında Ağdamda "Qarabağ Şahinləri"adına olan N saylı hərbi hissəyə qoşuldu.O kəşfiyyatçı idi.Verilən tapşırıqları məharətlə yerinə yetirən Vüqarı döyüş yoldaşları çox sevirdilər. Növbəti döyüş tapşırıqları may ayının yeddisinə təyyin olunmuşdu.On iki nəfərdən ibarət olan dəstə Xramort (Pirlər) yaxınlığındakı dağa qalxıb Xanabad istiqamətində düşmənə zərbə endirməli idi. Mayin səkkizində gecə saat 03 radələrində əmri yerinə yetirərkən Vüqar düşmən minasından ağır yaralanır.
Vüqar Əmrahov
Vüqar Mübariz oğlu Əmrahov (17 avqust 1994; Xatınlı, Tovuz rayonu — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüqar Əmrahov 1994-cü il avqustun 17-də Tovuz rayonunun Xatınlı kəndində anadan olub. 2000–2011-ci illərdə F. Qasımov adına Xatınlı kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Vüqar Əmrahov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vüqar Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüqar Əmrahov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi uzun müddət tapıla bilməyib. Dekabrın 25-də Tovuz rayonunun Xatınlı kəndində dəfn olunub.
Vüqar Əsgərov
Vüqar Əsgərov (yazıçı) — "Respublika Xatirə Kitabı" redaksiyasında böyük redaktor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. "Fədai" medalı laureatı. Vüqar Əsgərov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Vüqar Əsədli
Vüqar Əsədli (azərb. Vüqar Əfqan oğlu Əsədli‎; 9 oktyabr 2001, Bakı) — Azərbaycan şahmatçısı, dördqat respublika çempionu, bir çox beynəlxalq turnirlərin qalibi, Avropa Kubokunun qalibi, qrosmeyster. == Həyatı == === Təhsili === Əsədli Vüqar Əfqan oğlu 2001-ci il oktyabr ayının 9-da Bakı şəhərində doğulub. H.Həmzəyev adına 238 saylı orta məktəbi bitirib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 2-ci kurs tələbəsidir. == Fəaliyyəti == 6 yaşından şahmatla məşğuldur. 11 yaşında kişilər arasında Bakı çempionu olmuşdur. Dəfələrlə müxtəlif yaş qruplarında Azərbaycan çempionu olub. 8 yaşında Avropa 2-cisi, 12 yaşında Avropa kubokunun qalibi olub. 2016-ci ildə Bakıda keçirilən 42-ci şahmat olimpiyadasında gənclərdən ibarət Azərbaycan komandasının birinci taxtasında oynamışdır.
Cuvarlı
Cuvarlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Cuvarlı oyk, sadə. Füzuli r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Etnotoponimdir. Azərbaycanlıların cuvarlı tayfasının adındandır. Keçmişdə Azərb.-da su bölgüsünə nəzarət edən şəxslər də cuvar (suçu) adlanırdı. Azərbaycanda Cuvarlı toponimindən və etnonimindən yaranmış Cuvarlı və Cuvarlinski familiyaları ilə bir çox tanınmış görkəmli şəxsiyyətlər olmuşdur.
Fuğanlı
Fuğanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Fuqanlı oyk, düz. Cəbrayıl rayonunun şükürbəyli inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Keçmiş adı İmambağı olmuşdur. Bəzən İmambaş variantında da qeydə alınmışdır. Yaşayış məntəqəsini alməmmədli, alıkeyxalı, rüstəmlilər və şammədli nəsillərinə mənsub ailələr salmışlar. Belə ehtimal edilir ki, Naxçıvanda XV əsrdən məlum olan Fəqan qalasından köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmış bu kəndin adı "Fəqan qalasından gələnlər" mənasındadır.
Muğanlı
AzərbaycanMuğanlı (Ağdam)Muğanlı (Bağbanlar, Ağdam) — Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd. Muğanlı (Şıxbabalı, Ağdam) — Ağdam rayonunun Şıxbabalı kənd inzibati ərazi dairəsində kənd.Muğanlı (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Muğanlı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Muğanlı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Muğanlı (Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd. Muğanlı (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Muğanlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Muğanlı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Muğanlı (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Muğanlı (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd.
Muğartı
Muğartı - Rusiyanın Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Dərbənd şəhərindən 33 km cənub-qərb tərəfdə, Muğartıçay (Qamışçayın hövzəsinə bağlı) boyunca yerləşir. 2017-ci ilin siyahıyaalınmasına əsasən, kənd əhalisini 1742 nəfər təşkil edir, və kənd əhalisi əsasən azərbaycanlılardan ibarətdir.
Xumarlı
Xumarlı (Zəngilan) — Zəngilan rayonunda kənd. Xumarlı (Xudafərin) — Cənubi Azərbaycanın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanında şəhər.
Ucarlı
Ucarlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Ucarlı oyk. Kürdəmir r-nunun Cəyli i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsini Ucardan gəlmiş ailələr saldığı üçün belə adlanmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 99 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Bala-Muğanlı
Bala Muğanlı — Gürcüstanın Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == == Əhalisi == 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Bala Muğanlı kəndində Azərbaycan tatarlarından ibarət 27 ailə yaşayırdı.
Bala Muğanlı
Bala Muğanlı — Gürcüstanın Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == == Əhalisi == 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Bala Muğanlı kəndində Azərbaycan tatarlarından ibarət 27 ailə yaşayırdı.
Birinci Muğanlı
Birinci Muğanlı —Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Buxarlı avtomobil
Buxarlı maşın (ing. Steam car) Quru yolunda idarə etmək üçün yaradılmış, istilik enerjisini mexaniki enerjiyə çevirən xaricdən işə düşən motor olan buxar maşınının verdiği enerji ile hərəkət edən təkərli quru nəqiyillayı, buxar enerjili avtomobil. tərəfindən edilən Fardierdir. Nicholas Joseph Cugnot kiçik ölçüdə etdiyi iki qazanlı Newcomen maşınını üç təkərli bir maşına yükləyərək 1769 ildə sınaq edib.Amma buxarlaşma yolu ilə azalan qazan suyunu yeniləyəcək bir sistem olmadığından maşın 15 dəqiqədən bir dayanmaq və suyun qaynamasını gözləmək lazım gəlirdi. 2,5 tonluq əsgəri topları daşıması düşünülən maşından bu problemə görə imtina edilməsinə səsəb oldu Hələ də Birmingham Müzeyində bir maşın, buxarlı maşınlar üzərində 1790’cı illədə William Murdock’un da çalışmış olduğunu göstərir. William Murdock’ın hazırladığı maşın yüksək təzyiqli qazan və bir cüt-təsirli Watt maşını ilə hərəkət edirdi. Buharlı avtomobillərin inkişaf etməyinə təsir edən ən böyük probleməerdən biri də , maşını hərəkət etdirəcək yüksək təzyiq əldə etmək və bunun davamlı olmasını təmin etmək idi. Oliver Evanstərəfindən hazırlanmış bir sistemlə bu problem bir az olsun təmin edilmişdir. Oliver Evens yaratdığı sistemi bir avtomobilə tətbiq etməklə Philadelphia küçələri vasitəsi ilə dolanmışdır. ama bu uğuru ticarət anlamında dəyərləndirməmişdir.
Buxarlı soyutma
Buxarlı soyutma Bildiyimiz kimi, suyun mayedən qaz halına çevrilməsi istilik enerjinin udulması ilə müşayiət olunur. Bunun üçün suyu aktiv qaynama temperaturuna çatdırmaq mütləq deyil. Su maye halında qalana qədər effekt istənilən temperaturda özünü büruzə verir və bu temperatur diapazonu insanın rahatlığını təmin edən temperatur sahəsindən xeyli çoxdur. Beləliklə, buxarlanma prosesini sürətləndirdikcə su havadakı istini udacaq. Buxarlı soyutma prinsipi bu prosesin üzərində qurulubdur. İş prinsipi Əgər isti quru hava suyla hopdurulmuşbir neçə millimetr qalınlığı olan penoplast və ya lifli filtrdən keçirsə, suyun yarısı buxarlanır. Bunun nəticəsində filtrdən keçən hava bir neçə dərəcə soyuyur. Filtr üçün nəzərdə tutulmuş su mütəmadi olaraqdaima təmiz maye suyla (idealda – distilya olunmuş) doldurulan çəndən təmin olunur. Sadələşdirilmiş buxarlı soyutma sistemi adətən yastı damda quraşdırılır. Konstruktiv olaraq sistemtərəflərinin ölçüsü təxminən 1 metr olmaqla kub şəklində verilir.
Böyük-Muğanlı
Böyük Muğanlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Əhalisi == 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Böyük Muğanlı kəndində Azərbaycan tatarlarından ibarət 35 ailə yaşayırdı.
Böyük Muğanlı
Böyük Muğanlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Əhalisi == 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Böyük Muğanlı kəndində Azərbaycan tatarlarından ibarət 35 ailə yaşayırdı.
Kirəç-Muğanlı
Kirəç Muğanlı — Marneuli rayonunda kənd adı. Anaxatır çayının sahilində, Marneuli düzənliyində yerləşir. Dəniz səviyyəsindən 280 m hündürlükdədir. Marneuli şəhərinə olan məsafə 40 kilometrdir. == Toponimkası == Kirəç Muğanlı- Marneuli rayonunda kənd adı.Gürcücə yazılışı Kiraç Muqonlo.Azərbaycanda Kirəcbulaq (Qax rayonu,Tasmalı kəndində), Kirəçbulaq (Zaqatala rayonunda Ələskər kəndində) adları ilə mənşəcə eynidir.Muğanlı elinin məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir.İrəvan əyalətində Kiraşlu (Kirəcli) ,Qars əyalətinin Oltin dairəsində Kiraşlı - Koltəpə (dağ adı),Kiraşli göl və Batum əyalətinin Artvin dairəsində Kiraç dağ toponimləri ilə eynidir.Azərbaycan dilində "kirəc"sözündəndir.Azərbaycanda Qazax qəzasında (indi Ermənistanın Noyemberyan rayonunda) Kirəşdərə qışlaq adı ilə eynidir. == Əhali == Əhalisi 2002-ci il siyahıalınmasına görə 1155 nəfərdir, 99% tərkibi azərbaycanlılardan ibarətdir. 2014-cü il göstəricilərinə görə əhalinin sayı azalaraq 1102 nəfər təşkil edib. == İqtisadiyyatı == Əhali əsasən kənd təsərrüfatı, qoyunçuluq və maldarlıqla məşğul olur. Kəndin drenaj sisteminin yararsız olması səbəbindən yağışlar nəticəsində tez-tez kəndi sel basır.2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Kirəс-Muğanlı kəndinə təbi qaz verilib. Qazlaşdırma layihəsi çərçivəsində 327 ailə təbii qazdan istifadə imkanı əldə edib.
Kirəç Muğanlı
Kirəç Muğanlı — Marneuli rayonunda kənd adı. Anaxatır çayının sahilində, Marneuli düzənliyində yerləşir. Dəniz səviyyəsindən 280 m hündürlükdədir. Marneuli şəhərinə olan məsafə 40 kilometrdir. == Toponimkası == Kirəç Muğanlı- Marneuli rayonunda kənd adı.Gürcücə yazılışı Kiraç Muqonlo.Azərbaycanda Kirəcbulaq (Qax rayonu,Tasmalı kəndində), Kirəçbulaq (Zaqatala rayonunda Ələskər kəndində) adları ilə mənşəcə eynidir.Muğanlı elinin məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir.İrəvan əyalətində Kiraşlu (Kirəcli) ,Qars əyalətinin Oltin dairəsində Kiraşlı - Koltəpə (dağ adı),Kiraşli göl və Batum əyalətinin Artvin dairəsində Kiraç dağ toponimləri ilə eynidir.Azərbaycan dilində "kirəc"sözündəndir.Azərbaycanda Qazax qəzasında (indi Ermənistanın Noyemberyan rayonunda) Kirəşdərə qışlaq adı ilə eynidir. == Əhali == Əhalisi 2002-ci il siyahıalınmasına görə 1155 nəfərdir, 99% tərkibi azərbaycanlılardan ibarətdir. 2014-cü il göstəricilərinə görə əhalinin sayı azalaraq 1102 nəfər təşkil edib. == İqtisadiyyatı == Əhali əsasən kənd təsərrüfatı, qoyunçuluq və maldarlıqla məşğul olur. Kəndin drenaj sisteminin yararsız olması səbəbindən yağışlar nəticəsində tez-tez kəndi sel basır.2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Kirəс-Muğanlı kəndinə təbi qaz verilib. Qazlaşdırma layihəsi çərçivəsində 327 ailə təbii qazdan istifadə imkanı əldə edib.
Muğanlı (Ağcabədi)
Muğanlı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. == Din == Kənddə "Seyid İsmayıl Ağa" məscidi dini icması fəaliyyət göstərir.
Muğanlı (Ağdam)
Muğanlı (Bağbanlar, Ağdam)
Muğanlı (Ağstafa)
Muğanlı — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.
Muğanlı (Bicar)
Muğanlı (fars. مغانلو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 96 nəfər yaşayır (23 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Muğanlı (Bərdə)
Muğanlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.
Muğanlı (Kürdəmir)
Muğanlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Muğanlı kəndi Karrar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Karrar qəsəbəsi mərkəz olmaqla, Karrar qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr salmışlar. Oykonim türkdilli tayfa olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvəllərində 8 tirədən ibarət olmuşlar. Tayfa vaxtilə Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə tanınmışdır. Azərbaycan ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 909 nəfər əhali yaşayır.
Muğanlı (Qaraçöp)
Muğanlı (gür.: g.ə. მუღანლო, l.ə. muğanlo) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.Kənddə, Acı Vadi adlanan yerdə, 42 milyard kubmetr dəyərləndirilən təbii qaz yatağı var.2004-cü ilədək adı Yormuğanlı olmuşdur. == Maraqlı faktlar == 2005-ci ilin iyun ayında güclü bir qasırğa burada baş verdi ki 13 nəfər yaralanmaqla, bir neçə evə isə zərər dəydi. == Əhalisi == 2023-ci il siyahıyaalınmasına əsasən kənddə azərbaycanlılardan ibarət 51,000 nəfər (26,010 nəfəri kişilər, 24,990 nəfəri qadınlar) əhali yaşayır.
Muğanlı (Qubadlı)
Muğanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Mahruzlu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Muğanlı kəndi Həkəri çayının sol sahilindədir. Yerli əhalinin məlumatma görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Muğanlı kəndindən gəlmiş ailələr salmışlar.