Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vəkillik
Vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. == Etimologiya == Ərəb dilindən götürülmüş "vəkil" sözü "başqasının işini görmək üçün tapşırıq almaq" anlamına gəlir. Latıncadan "advakatus" sözü isə "yardıma çağırıram" mənasını verir.
Leyla Vəkilli
Leyla Vəkilli (tam adı; Leyla Həsanalısultan qızı Vəkilli; 1932, Paris – 26 noyabr 2017, Bodrum, Muğla ili) — Fransada yaşayan azərbaycan əsilli jurnalist, Fransada türk film festivallarının qurucusu. == Həyatı == Leyla Vəkilli 21 fevral 1932-ci il tarixdə Parisdə doğulub. 26 noyabr 2017-ci il tarixdə Türkiyədə Bodrum, Muğla, Türkbükü bölgəsində dünyasını dəyişmişdir. Atası Həsənalısultan bəy Vəkilov Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olub. İlk orta təhsilini İrəvanda gimnaziyada alıb, sonra Rusiyada Xarkov Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Bir müddət Tiflisdə yaşayıb. Tiflisdə Mariya adlı gürcü xanımla evli olub. 1920-ci ildə Qafqazda sovet rejimi qurulduqdan sonra Türkiyəyə mühacirət edib. Türkiyəyə mühacirət edərkən Mariya xanım onunla getməkdən imtina edib. Türkiyədə Krım türklərindən olan Safiyə xanımla ailə qurub.
Əlillik
Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. == Əlilliklə bağlı Azərbaycan qanunvericiliyi == Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. == Əlilliyə görə pensiyalar == Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur.
Kəkilli antiloplar
Dukerlər (lat. Cephalophinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Kəkilli arıquş
Kəkilli arıquşu
Kəkilli arıquşu (lat. Lophophanes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinə aid heyvan cinsi.
Kəkilli ilanyeyən
Kəkilli ilanyeyən (lat. Spilornis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Kəkilli pinqvin
Qayalıq pinqvini (kəkilli pinqvin) (lat. Eudyptes chrysocome) — pinqvinlər fəsiləsinə aid növ. == Xüsusiyyətləri == Pinqvinlər 55–62 sm uzunluğa, 2–3 kq təşkil edir. Əsasən Subantarktik qurşaqda, Tasmaniya və Odlu Torpaq ərazilərində yayılmışlar. Onları hətta Cənubi Amerika sahillərində belə görmək mümkündür. Bu pinqvinlərin ayaqları qısadır. Onlar bədənin arxasında yerləşir. Tükləri 2,9 sm uzunluğa malikdir. Başında parlaq-sarı rəngdə lələklər olur. Qanadları güçlü, ensiz olur və pərə bənzəyir.
Kəkilli pinqvinlər
Kəkilli pinqvinlər (lat. Eudyptes) — cinsə ümumilikdə altı növ daxildir. Onların ümumi xüsusiyyəti kəkillərinin olmasıdır. Ümumi ölçüləri 50–70 sm olur. Kəkilli pinqvin (Eudyptes chrysocome) — (bəzən atlantik və hind-sakit okean yarımnövləri) Şimal kəkilli pinqvini (Eudyptes moseleyi) Kökdimdik pinqvin (Eudyptes pachyrhynchus) və ya Viktoriya pinqvini Sners kəkilli pinqvin (Eudyptes robustus) Şleqeli pinqvini (Eudyptes schlegeli) Böyük kəkilli pinqvin (Eudyptes sclateri) Makaronlar pinqvini (Eudyptes chrysolophus)Bəzən bu cinsə Çatem pinqvini (Eudyptes sp.) daxil edilir. Bu növün nümayəndələrinin XIX əsrin sonlarında nəsli kəsilmişdir.
Kəkilli qaraördək
Kəkilli qaraördək (lat. Aythya fuligula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaraördək cinsinə aid heyvan növü.
Kəkilli qırğı
Kəkilli qırğı (lat. Accipiter trivirgatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Kəkilli seriem
Kəkilli seriem (lat. Cariama cristata) — Durnakimilər dəstəsinin seriemlər fəsiləsinə aid quş növü.
Kəkilli tinamu
Kəkilli tinamu (lat. Eudromia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinə aid heyvan cinsi.
Kəkilli torağay
Kəkilli torağay (lat. Galerida) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin torağaylar fəsiləsinə aid heyvan cinsi. Afrika və Avrasiyada yayılmışdır. Uzunluqları 18 sm təşkil edir. Bitki toxumları və həşəratlarla qidalanırlar. == Təsnifat və areal == 2018-ci ilin fevralına olan məlumata görə cinsə 7 növ daxildir: Galerida cristata (Linnaeus, 1758) — Adi kəkilli torağay; Afrika və Avrasiyada geniş ərazidə yayılmışdır; Galerida deva (Sykes, 1832) — Sayks kəkilli torağayı; Hindistanın mərkəzi; Galerida macrorhyncha Tristram, 1859 [syn. Galerida randonii] — Şərqi Mərakeş və Şimali Əlcəzair; Galerida magnirostris (Stephens, 1826) — Enlidimdik kəkilli torağay; Cənubi Afrika: CAR, Lesoto və Cənub-Şəqri Namibiya; Galerida malabarica (Scopoli, 1786) — Malabar kəkilli torağay; Qərbi Hindistan; Galerida modesta Heuglin, 1864 — Günəşli kəkilli torağay; Afrikada geniş ərazidə yayılmışdır; Galerida theklae A. E. Brehm, 1857 — Qısabarmaq kəkilli torağay; Pireney yarımadası, Şimali və Qərbi Afrika, Qərbi Böyük Səhradan Misirə qədər və Edfiopiyada az bir ərazidə.
Kəkilli torağaylar
Kəkilli torağay (lat. Galerida) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin torağaylar fəsiləsinə aid heyvan cinsi. Afrika və Avrasiyada yayılmışdır. Uzunluqları 18 sm təşkil edir. Bitki toxumları və həşəratlarla qidalanırlar. == Təsnifat və areal == 2018-ci ilin fevralına olan məlumata görə cinsə 7 növ daxildir: Galerida cristata (Linnaeus, 1758) — Adi kəkilli torağay; Afrika və Avrasiyada geniş ərazidə yayılmışdır; Galerida deva (Sykes, 1832) — Sayks kəkilli torağayı; Hindistanın mərkəzi; Galerida macrorhyncha Tristram, 1859 [syn. Galerida randonii] — Şərqi Mərakeş və Şimali Əlcəzair; Galerida magnirostris (Stephens, 1826) — Enlidimdik kəkilli torağay; Cənubi Afrika: CAR, Lesoto və Cənub-Şəqri Namibiya; Galerida malabarica (Scopoli, 1786) — Malabar kəkilli torağay; Qərbi Hindistan; Galerida modesta Heuglin, 1864 — Günəşli kəkilli torağay; Afrikada geniş ərazidə yayılmışdır; Galerida theklae A. E. Brehm, 1857 — Qısabarmaq kəkilli torağay; Pireney yarımadası, Şimali və Qərbi Afrika, Qərbi Böyük Səhradan Misirə qədər və Edfiopiyada az bir ərazidə.
Kəkilli uzunqanad
Kəkilli uzunqanad (lat. Hemiprocne) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kəkilli uzunqanadlar fəsiləsinə aid heyvan cinsi.
Kəkilli uzunqanadlar
Kəkilli uzunqanadlar (lat. Hemiprocnidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Kəkilli çalağan
Kəkilli çalağan (lat. Aviceda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Kəkilli ördək
Kəkilli ördək (lat. Lophonetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Kəkilli pir
Kəkilli pir — Zəngəzur mahalının Qafan rayonunun Yuxarı Girətağ kəndi ərazisində yerləşən ziyarətgahdır. == Haqqında == Şərqmeşəyə tərəf uzanan yolun üstündə, təpənin başındakı üç böyük palıd ağacı qədimdən yerli sakinlərin inam yerinə çevrilmişdi. Buradakı meşəliklər əhali tərəfindən qırılıb, tükənsə də, Kəkilli pirin palıdlarına toxunmağa heç kəs cürət etməmişdir. 1930-cu illərdə belə bir rəvayət də yayılmışdır ki, Səlimə adında bir qadın Quranı palıdın koğuşunda gizlətmiş, bir gecənin içində kitab koğuşa qovuşmuşdur. Həmin palıd ağaclarından ən ucasının qəribə bir budağı vardı. Bu budaqdakı yarpaqlar dəfnə ağacı yarpağına oxşayırdı. Görünür, həmin budağı adamlar, nə vaxtsa, ağacın kəkili hesab etmişlər və pirin Kəkilli adı da buradan yaranmışdır. Kəndin sakinləri bura dilək diləməyə gələr, qurbanlar kəsər, palıd ağaclarının koğuşlarında çıraq yandırardılar. Pirin ərazisində Zəngilan bölgəsinin hörmətli din xadimlərindən hesab edilən Seyid Mir Əhməd ağanın, bir neçə qohumlarının məzarları vardı. 1950-ci illərdən sonra ermənilərin Qafanın Pirdavdan kəndində dağıtdıqları sərdabədən Mir Əhməd ağanın qəbrini də bura köçürdülər və oğlu Mir Əli ağa atasının məzarı üstündə sərdabə tikdirdi.
Kəkilli qartal
Kəkilli qartal (lat. Spizaetus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Kəkilli susüpürən
Kəkilli susüpürən (lat. Thalasseus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi.
Şəkilli kitab
Şəkilli kitab — vizual və şifahi hekayəni birləşdirən kitab növüdür. Əsasən mətn vasitəsilə izah edilən povestlə, bunu ilk növbədə ardıcıl şəkillər vasitəsilə edən komikslərdən fərqlənirlər və əsasən uşaqlara hədəflidirlər. Şəkilli kitablardakı təsvirlər yağlı boyalar, akril, akvarel və karandaş kimi müxtəlif vasitələrdə hazırlana bilər. Şəkilli kitablar çox vaxt uşaqlara dil inkişaf etdirməyə və ya dünyanı anlamağa kömək edən pedaqoji resurslar rolunu oynayır. == Hədəf auditoriyası == Şəkilli kitablar gənc uşaqlar üçün nəzərdə tutulub. Çoxları uşağın başa düşə biləcəyi, lakin mütləq oxuya bilməyəcəyi lüğətlə yazılmışdır. Bu səbəbdən, şəkilli kitabların uşaqların həyatında iki funksiyası var: böyüklər onları əvvəlcə kiçik uşaqlara oxuyur, sonra isə oxumağı öyrənməyə başlayan kimi uşaqlar özləri oxuyurlar. == Kateqoriyalar == Şəkilli kitabları bir sıra xüsusi növləri var: Stol kitabları — kitablarla daha az diqqətli olmağa meyilli olan gənc uşaqlar üçün möhkəm kartonda çap olunmuş şəkilli kitablardır. Həm üzlük, həm də daxili səhifələr üçün kartondan istifadə olunur. Səhifələr xüsusi olaraq qatlanır və bir-birinə bağlanır.
Monir Vəkili
Monir Vəkili (fars. منیر وکیلی‎, 19 dekabr 1923, Təbriz – 28 fevral 1983)— Azərbaycan əsilli iranlı müğənni. O, soprano səsə malik olmuşdur və İran xalq musiqisini İranda və xaricdəki səhnələrdə tanıdan ilk müğənni hesab edilir. == Həyatı == Monir Vəkili 19 dekabr 1923-cü ildə Təbrizdə anadan olmuşdur. Onun ailəsi musiqipərəst idi. Atası hələ kiçik yaşlarda Monirdə opera musiqisinə maraq yaratmış və onu xaricə təhsil alması üçün cəsarətləndirmişdi. O Parisdə konservatoriyada musiqi, Bostonda Yeni İngiltərə Konservatoriyasında isə opera təhsili almışdır (1960–61). Monir Vəkili Əbdül Məcid Məcidli ilə ailə həyatı qurmuş, bu evlilikdən 2 qızı dünyaya gəlmişdir. Sənətçi 1983-cü ildə Belçikada avtomobil qəzasında vəfat etmişdir. == Fəaliyyəti == Monir Vəkili Rudaki səhnəsində bir çox rollarda çıxış etmişdir.
Adi kəkilli torağay
Adi kəkilli torağay (lat. Galerida cristata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin torağaylar fəsiləsinin kəkilli torağay cinsinə aid heyvan növü. == Təsviri == Kəkilli torağaylar 18 sm uzunluğa, 45 q çəkiyə sahib olurlar. Güclü və bükülü bir dimdiyə, orta uzunluqlu pençəyə, böyük və geniş qanadlara və başında bir kəkilə sahibdir. Ləkəklərinin rəngi tünd boz, qarın nahiyyəsi isə ağ rəngdədir. qanadlarınımn kənarları qırmızımtıldır. Quyruğu qırmızımtıl-qonur rəngə sahibdir. == Səsi == Qarışıq qışqırıqları "tryudritrie" kimi səslənir və mahnının əsas motivini təşkil edir. Mahnını əsasən yerdə, daş üzərində və ya uçarkən oxuyur. Mahnıları olduqca melodikdir və bəzən digər quşların səsslərinmidə yamsılıya bilirlər.
Sibel Kekilli
Sibel Kekilli (16 iyun 1980, Heilbron[d], Baden-Vürtemberq) — türk əsilli Almaniya kinoaktrisası, keçmiş pornoaktrisa . == Həyatı == Sibel Kekilli 1980-ci ildə Heilbron şəhərində, Almaniyada, bu ölkəyə 1977-ci ildə Türkiyənin Kayseri ilindən mühacirət etmiş türk kökənli ailədə anadan olmuşdur. 19 yaşındaykən Stefan adlı alman gəncə aşiq olmuş və onlar ailə qurmuşlar. Cütlük toy etmək və ev əşyaları almaq üçün Sibelin adına bankdan 15,000 avro kredit pul götürürlər. Sonradan məlum olurki, Stefanın adına onsuzda böyük miqdarda kredit borcu vardır. Bocları ödəmək üçün həm Stefan, həm də Sibel var gücləri ilə çalışırdılar. Sibel hətta bələdiyyədə təmizləyici, bazarda meyvə-tərəvəz alverçisi və sair işlərdə də çalışıb pul qazanmağa çalışırdı. Ancaq Stefanın böyük borcu bitəcək kimi deyildi. Bu maliyyə problemi cütlük arasında münaqişə yaradaraq onların ailə həyatına son qoydu. Bütün bunlara baxmayaraq Sibel hələ də banka 15,000 min avro və bu pulun faizini ödəməmişdi.