Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xaraba
Xaraba Gilan (film, 1991)
Xaraba Gilan
Kiran, Gilan və ya Giran — Ordubad rayonunun Kələntər Dizə kəndi yaxınlığında yerləşən orta əsrlərə aid şəhər. Şəhərin xarabalıqları elmi ədəbiyyatda Xarabagilan adı ilə tanınır. Mənbələrin məlumatına görə, Xarabagilan abidəsinin yerləşdiyi ərazi ən qədim dövrdə Urartu, Midiya, Atropatena, Böyük Ermənistan və Qafqaz Albaniyasının tərkibinə daxil olmuşdur. Xarabagilan ərazisində yaşayışın nə vaxtdan başlaması dəqiq olmasa da, abidə yaxınlığında yerləşən Muncuqlutəpə nekropolu e.ə. IX–IV əsrlərə aid edilmişdir. Naxçıvan ərazisindəki ən əhəmiyyətli orta əsr arxeoloji abidələrindən biri olan Xarabagilanın tədqiqinə XIX əsrin sonlarından başlanılmışdır.1896-cı ildə Xarabagilanı ziyarət etmiş arxeoloq Karl Dumberq, abidə ərazisindən ərəb yazılı iki daş plitəni Qafqaz muzeyinə (hazırda Gürcüstan Milli Muzeyi) aparmışdır. XX əsrin əvvəllərində E. Lalayan Xarabagilan ərazisində qısa tədqiqat işləri aparır. "Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin Xəbərləri"ndə Lalayan tərəfindən tərtib edilmiş alboma çoxlu sayda üzəri yazılı məzar daşları və Xarabagilan şəhərinin xarabalıqlarının fotolarının daxil edilməsi haqqında məlumat verilir. Xarabagilan ərazisində ilk arxeoloji tədqiqatlar 1913-cü ildə Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin üzvü S. V. Ter-Avetisyan tərəfindən aparılmışdır. 1926-cı ildə V. M. Sısoyev Xarabagilanda yoxlanış qazıntılarına başlayır.
Xaraba karvansara
Orta əsrlər zamanı Naxçıvan bölgəsində fəaliyyət göstərən tanınmış karvansaralardan biri də hazırda Kəngərli rayonunun Xok kəndi yaxınlığında qalıqları qalan karvansaradır. Yerli əhali tərəfindən qalıqlarına əsasən “Xaraba karvansara” adlandırılan bu abidənin sahəsi 2 hektara yaxındır. Karvansaranın yerində xeyli kərpic qalıqlarına rast gəlinir. Bu qalıqlara əsasən demək olar ki, vaxtilə burada olan tikintilərin inşasında bişmiş kərpicdən geniş istifadə olunmuşdur. Hazırda tikintilərin yerində dördkünc formalı çalalar və kərpic təpəcikləri qalmışdır. Tikinti qalıqlarına əsasən karvansara kompleksinə daxil olan binaların bir-birinə bitişik yerləşdirilmiş, dörd¬künc formalı tikililərdən ibarət olduğunu demək olar.Karvansara ərazisindən əldə olunan yerüstü arxeoloji materiallar başlıca olaraq çəhrayı rəngli şirsiz və şirli keramika məmulatlarından ibarətdir. Aşkar olunan yerüstü keramika məmulatı başlıca olaraq Son Orta əsrlər dövrü üçün xarakterikdir. Arxeoloji materiallara əsasən karvansaranın qalıqlarını XIV-XVIII əsrlərə aid etmək olar.
Xaraba Gilan (1991)
== Məzmun == Film vaxtilə Azərbaycanın inkişaf etmiş şəhərlərindən olan, indi ölü şəhər adlandırılan Gilan xarabalıqları haqqındadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Zaur Məhərrəmov Ssenari müəllifi: Zaur Məhərrəmov Operator: Zaur Məhərrəmov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Xaraba Çölarx (Bicar)
Xaraba Çöl Arx (fars. خرابه چول ارخ‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 170 nəfər yaşayır (39 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Xaraba-i Köhül (Ərdəbil)
Xaraba-i Köhül (fars. خرابه كهل‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 100 nəfər yaşayır (21 ailə).
Xaraba-i Qadirli (Meşkinşəhr)
Xaraba-i Qadirli (fars. خرابه قادرلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 16 nəfər yaşayır (5 ailə).
Xaraba-i Sənci (Urmiya)
Xaraba-i Sənci (fars. خرابه سنجي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 681 nəfər yaşayır (95 ailə).
Xaraba Gilan (film, 1991)
== Məzmun == Film vaxtilə Azərbaycanın inkişaf etmiş şəhərlərindən olan, indi ölü şəhər adlandırılan Gilan xarabalıqları haqqındadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Zaur Məhərrəmov Ssenari müəllifi: Zaur Məhərrəmov Operator: Zaur Məhərrəmov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Dam xarabaçılı
Dam xarabaçılı (lat. Athene noctua) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin xarabaçıl cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 25 sm, kütləsi 150-170 q-a çatır. Erkək və dişilərinin rəng çalarları oxşardır: beli açıq qəhvəyi və ya qumsal, kürək lələklərində dairəvi ağ xallar var. Mərkəzi və Cənubi Avropada, Şimali Afrikada və Asiyada (Asiyanın şimalı istisnadır) yayılıb. Oturaq həyat tərzi keçirir. Kiçik gəmiricilərlə, həşəratlarla, nadir hallarda isə kiçik quşlarla qudalanır.
Hobbit: Smauqun xarabalığı (film, 2013)
Hobbit: Smauqun xarabalığı (ing. The Hobbit: The Desolation of Smaug) — rejissor Piter Ceksonun çəkdiyi "Hobbit" kinotrilogiyasının ikinci hissəsi, yazıçı Con Tolkinin "Hobbit, və ya oraya və geriyə" nağıl hekayəsinin ekranlaşdırılmasıdır. Bu film, Gözlənilməz səyahət kimi saniyədə 48 kadr sürətlə RED Epic yüksək dəqiqlikli kameralarla çəkilib. == Məzmun == Film cadugər Qandalf və Torin Palıd-sipər arasında Bri kəndindəki "Çapan Poni" mehmanxanasında görüşü ilə başlayır. Torin və onun dəstəsi əvvəlki filmdə baş verən hadisələrdən sonra Murdarlayan Azoq və onun orkları tərəfindən təqib edilir. Qandalf onları yaxınlıqdakı qulyabanı Beornun evinə aparır. Eyni zamanda, qnomlar, hobbit və cadugər ayı cismində Beornun özündən möcüzəvi şəkildə canlarını qurtarır. Gecə Nekromant Azoqu Dol Quldura çağırır və ona müharibə üçün qoşun toplamaq əmri verir. Buna görədə Azoq Torinin ovunu oğlu Bolqa tapşırır. Ertəsi gün Beornla Qandalf Bilbo və qnomlar tanış olurlar və səhər yeməyi zamanı Beorn onlara Moria orkları ilə Dol Quldurun qaranlıq qüvvələri arasında bağlanmış birlikdən danışır.
Loropeni xarabalıqları
Loropeni xarabalıqları — Burkina-Fasonun cənubundakı Loropeni şəhəri yaxınlığında yerləşən qədim bir mirasdır. 2009-cu ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bu ərazi ölkənin ilk Ümumdünya İrsidir. 11310 kvadrat kilometr ərazini əhatə edən ərazidə on ən yaxşı qorunan qədim bir qaladan ibarət bir sıra daş divarlar daxildir. Qalıqlar ən azı min il əvvələ aiddir. Yaşayış məntəqəsi Lohron və ya Kulanqo xalqı tərəfindən işğal edilmiş və e.ə 14 və 17-ci əsrlər arasında Trans-Sahara qızıl ticarətində inkişaf etmişdir. XIX əsrin əvvəllərində tərk edilmişdir.
Niya xarabalıqları
Niya xarabalıqları — təxminən 115 kilometr (71 mil)lik arxeoloji ərazi. Çinin müasir Sincanında Tarım Hövzəsinin cənub kənarında müasir Niya şəhərinin şimalında yerləşir. Qədim yer ana dilində Caḍ́ota kimi tanınırdı. Ərazidə çox sayda qədim arxeoloji əsərlər aşkar edilmişdir. Niya bir böyük ticarət mərkəzi kimi İpək Yolunun cənubundadır. Qədim dövrlərdə Çindən Orta Asiyaya mal aparan dəvə karvanları burada idi. == Tarix == Han Tarixi Kitabında müstəqil vahə-dövlət kimi Niyanın olduğu düşünülür. Üçüncü əsrdə Niya Lulan Krallığının bir hissəsi oldu. Dördüncü əsrin sonlarına doğru Çin hökmdarlığına tabe idi. Daha sonra Tibet tərəfindən fəth edildi.
Qəbələ şəhər xarabalıqları
Kabalaka – Azərbaycanın ən qədim şəhər yerlərindən biri olan Kabalaka (Qəbələ) Qafqaz Albaniyasının paytaxtı olmuşdur.Qəbələ bir arxeoloji abidə kimi, hələ XIX əsrin I yarısından tədqiqatçıların diqqətini cəlb etmişdir. Onların bir neçəsi Qəbələ şəhər xarabalığında olmuş, onu qeydə almış, hətta bəziləri kiçik miqyaslı arxeoloji kəşfiyyat qazıntıları da aparmışdılar. 1940-cı illərdən başlayaraq, burada ardıcıl arxeoloji tədqiqat işləri görülmüşdür. Bu tədqiqatlar indi də davam etdirilir. Qəbələ şəhərinin adı antik dövr müəlliflərinin əsərlərində Kabalaka və Xabala kimi qeyd edilmişdir. Bu adlar sonrakı yazılarda Kapalak, Kəvələk, Qabala-Savar və nəhayət Qəbələ şəklində qeyd edilmişdir.Qəbələ şəhər xarabalığı Azərbaycanın Qəbələ rayonunun Çuxur-Qəbələ kəndindən 1 km şərqdə, Qaraçay (Qəbələçay) ilə Covurluçay (Qalaçay) arasındakı yüksəklikdə yerləşir. 1959-cu ildə çəkilən topoqrafik plana görə, şəhərin xarabalığı 25 hektardır. Vaxtilə süni çəkilmiş bir müdafiə xarakterli xəndək şəhər xarabalığını iki hissəyə ayırır. Yerli əhali xəndəkdən şimal tərəfdəki hissəni "Səlbir", xəndəkdən cənub tərəfdəki hissəni isə "Qala" adlandırır. Hər iki hissə bəzən "Səlbir", "Govurqala", bəzən də şəhərin təkcə "Qala" hissəsi "Govurqala" adlandırılır.
Tüklüayaq xarabaçıl
Tüklüayaq xarabaçıl (lat. Aegolius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi. Xarabaçılların əsas yayıldığı yerlər Avropa, Asiya və Şimali Amerikanın dağlıq və düzənlik iynəyarpaqlı meşələridir. Xüsusilə onlar Karpatda, Qafqazda, Orta Asiya dağlarında, Alp dağlarında, Pireney dağları, Balkan yarımadası, Monqolustanın şimalında, Qərbi Çində, Şimali Amerikada - Britaniya Kolumbiyasında, Kanadada və ABŞ-nin şimal rayonlarında, Rusiyanın Kola yarımadası və Kalininqrad vilayətindən Anadır, Kamçatka, Kuril adaları, Saxalinədək yayılmışlar.
Xarabadəyirman şəlaləsi
Xarabadəyirman şəlaləsi — Şərqi Azərbaycan ostanının Culfa şəhristanınında yerləşən şəlalədir.
Xarabagilan
Kiran, Gilan və ya Giran — Ordubad rayonunun Kələntər Dizə kəndi yaxınlığında yerləşən orta əsrlərə aid şəhər. Şəhərin xarabalıqları elmi ədəbiyyatda Xarabagilan adı ilə tanınır. Mənbələrin məlumatına görə, Xarabagilan abidəsinin yerləşdiyi ərazi ən qədim dövrdə Urartu, Midiya, Atropatena, Böyük Ermənistan və Qafqaz Albaniyasının tərkibinə daxil olmuşdur. Xarabagilan ərazisində yaşayışın nə vaxtdan başlaması dəqiq olmasa da, abidə yaxınlığında yerləşən Muncuqlutəpə nekropolu e.ə. IX–IV əsrlərə aid edilmişdir. Naxçıvan ərazisindəki ən əhəmiyyətli orta əsr arxeoloji abidələrindən biri olan Xarabagilanın tədqiqinə XIX əsrin sonlarından başlanılmışdır.1896-cı ildə Xarabagilanı ziyarət etmiş arxeoloq Karl Dumberq, abidə ərazisindən ərəb yazılı iki daş plitəni Qafqaz muzeyinə (hazırda Gürcüstan Milli Muzeyi) aparmışdır. XX əsrin əvvəllərində E. Lalayan Xarabagilan ərazisində qısa tədqiqat işləri aparır. "Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin Xəbərləri"ndə Lalayan tərəfindən tərtib edilmiş alboma çoxlu sayda üzəri yazılı məzar daşları və Xarabagilan şəhərinin xarabalıqlarının fotolarının daxil edilməsi haqqında məlumat verilir. Xarabagilan ərazisində ilk arxeoloji tədqiqatlar 1913-cü ildə Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin üzvü S. V. Ter-Avetisyan tərəfindən aparılmışdır. 1926-cı ildə V. M. Sısoyev Xarabagilanda yoxlanış qazıntılarına başlayır.
Xarabalıq kələzi
Xarabalıq kələzi (lat. Trapelus ruderatus) — Düzənlik kələzləri cinsinə aid növ. == Xariçi görünüşü == Kələzin quyruğu ilə birlikdə uzunluğu 10 sm təşkil edir. Orta uzunluğa malik olsa da, başı hündür və ensizdir. Boğaz nahiyyəsində kisəçik inkişaf etməmişdir. Bel nahiyəsində pulcuqlar ölçü baxımından bir-birindən fərqlənir. Pulcuqların ölçü fərqləri quyruqda belə görünür. Bütün quruq boyunca pulcuq yayılmışdır. Bədəni boz-mavi, sarı və sarı-qırmızı çalarlar alır. Boğaz nahiyyəsi ağ olsa da, sarı və ya mərmər şəkillərlə örtülür.
Xarabalıq yaşayış yeri
Xarabalıq yaşayış yeri (Culfa) —
Xarabalıq yaşayış yeri (Culfa)
Хаrаbаlıq yаşаyış yеri — Оrtа əsr аbidəsidir. О, Culfa rayonunun Ərəfsə kəndindən şimаl-şərqdə Əlincəçaylа Gəvikçayın qоvşаğındаn bir qədər yuхаrıdа yеrləşir. Аbidə şimаl-qərbdə Gəvikçay, cənub-şərqdə isə Əlincəçаyın ахdığı dərin dərə ilə məhdudlаşır. Yаşаyış yеrinin sаhəsi 1600 kv.m-dir. Оnun şərq hissəsində uçub tökülmüş tikinti qаlıqlаrı аydın nəzərə çаrpır. Lаkin binаlаr tаmаmilə dаğıdıldığındаn оnlаrın plаnını müəyyən еtmək mümkün оlmаmışdır. Yаşаyış yеrinin böyük bir hissəsi şumlаnаrаq əkin sаhəsi kimi istifаdə еdilmişdir. Lаkin yаşаyış yеrinin şərq tərəfi nisbətən sаlаmаt qаlmışdır. Bu hissədə оrtа əsrlər üçün хаrаktеrik оlаn çəhrаyı rəngli gil qаb sınıqlаrınа təsаdüf еdilir. Yаşаyış yеrində mədəni təbəqə оlduqcа аz sахlаnmışdır.
Xarabalıq yaşayış yeri (Şahbuz)
Xarabalıq yaşayış yeri — Şahbuz rayonunun Ağbulaq kəndinin şimal-şərqində erkən orta əsrlərə aid yaşayış yeri. == Ümumi məlumat == Ərazi 1990-cı ildə qeydə alınmışdır. Sahəsi 7 hektardır.Ərazi daşlı olub,bir-birinin üzərində yerləşən bir neçə terrasdan ibarətdir. Terraslar boyunca iri daşlardan tikilmiş divar qalıqları saxlanmışdır. Çox güman ki, bu divarlar yaşayış yerini müdafiə məqsədilə çəkilmişdir. Ərazi uzun müddət əkin sahəsi kimi istifadə edildiyindən yaşayış binaları tamamilə dağıdılmışdır. Kəşfiyyat işləri zamanı Xarabalıq yaşayış yerindən orta əsrlər üçün səciyyəvi olan gil qab qırıqları aşkar olunmuşdur.
Xarabalıqdan milyonçu (film, 2008)
Xarabalıqdan olan milyonçu (ing. Slumdog Millionaire) — 2008-ci ildə çəkilmiş Hindistan filmi. == Xarici keçidlər == Xarabalıqdan olan milyonçu — Internet Movie Database saytında.
Xarabalıqdan olan milyonçu (film, 2008)
Xarabalıqdan olan milyonçu (ing. Slumdog Millionaire) — 2008-ci ildə çəkilmiş Hindistan filmi. == Xarici keçidlər == Xarabalıqdan olan milyonçu — Internet Movie Database saytında.
Xarabarəzi (Meşkinşəhr)
Xarabarəzi (fars. خرابه رضي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 53 nəfər yaşayır (9 ailə).
Xarabaçıl
Xarabaçıl (lat. Athene) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi. Geniş yayılmış quş sakini əsasən açıq landşaftların. kiçik və böyük şəhərlərdə, kənd yerlərində, çöl, yarımsəhra, səhra, qayalıq ərazilərdə məskunlaşmışdır. Dərin qar soyuq və dağlıq ərazilərden çəkinir.
Baraba
Baraba (tatar. Бараба, Baraba, Sibirtatarca: Бараба, Baraba) ― Rusiyanın Novosibirsk vilayətinə bağlı Baraba rayonunun mərkəzi olan şəhərdir. Şəhər, Baraba Çöllərindənda yer almaqdadır. sahəsi 69.48 km² olan şəhərin əhalisi 2010 ilə görə 30,394'dür.
Araba
Аrаbа – türk mənşəli söz оlub, qədim nəqliyyat vasitəsidir. == Ümumi məlumat == Kəndli təsərrüfаtındа аrаbаnın nəqliyyаt və dаşımа vаsitəsi kimi əvəzsiz rоlu оlmuşdur. Аrаbаyа qоşqu kimi işlədilən hеyvаn növlərindən аsılı оlаrаq аrаbаnın dа müхtəlif növləri hаzırlаnırdı: аt аrаbаsı, kəl аrаbаsı, öküz аrаbаsı, еşşək аrаbаsı. Аrаbаnın hаzırlаnmаsı хüsusi tехniki hаzırlığа mаlik ustаlаr tərəfindən icrа еdilirdi. Аrаbаyа lаzım оlаn hissələr хаrrаtlаr və dəmirçilər tərəfindən hаzırlаnır və sоnrа lаzımi qаydаdа qurаşdırmа işi аpаrılırdı. Аrаbа hissələrinin аdlаrı аşаğıdаkılаrdır: təkər, bаn, pər, kəmər, çərçivə, rеykа, sаmı, bоyunduruq, qоl, lаydır (çəmbər), ох, tоp, dislə, çumаçа. Аrаbа tək аt üçün hаzırlаndıqdа оnа qаrşı tərəfdən аt qоşmаq üçün iki qоl düzəldilir. Cüt qоşqu аrаbаlаrı təkqоllu оlub, аrаbаnın qаrşı tərəfindən оrtа hissəyə bərkidilir. Qоl аrаbаnın müхtəlif tərəflərə yönələ bilməsini təmin еtmək məqsədi ilə оnun ön hissəsinə birləşdirilmiş dişləyə bəndlənir. Dişlə türk mənşəli tuşlа sözündən оlub, аrаbаnın tuşlаnа biləcəyi istiqаməti ifаdə еdir.
Baraba dili
Baraba dili və ya Baraba tatar dili - Sibirdə təxminən 8000 nəfərin danışdığı türk dili. Sibir-tatar dilinə çox yaxındır. Bu səbəbdən bəzi dilçilər bu dilin tatar dilinin bir qolu olduğunu iddia edirlər.
Baraba tatarları
Barabalar, Baraba — Sıbırlarnın bir hissəsi.
Taraba ştatı
Taraba ştatı (ing. Taraba State) — Nigeriyanın Şimal-şərqi geosiyasi zonasında ştat. == Adı == Ştatın adı onun ərazisində axan Taraba çayından gəlir.
Xarapa (Piranşəhr)
Xarapa (fars. خراپا‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 271 nəfər yaşayır (42 ailə).
Araba (albom)
Araba – Mustafa Sandal-ın 1999-cu ildə çıxardığı 4-cü albomudur. == Mahnı haqqında == "Araba" albomu Fransaya məxsus "Sony Music France" leyblı tərəfindən istehsal edilmişdir. Albom uzun müddət Belçika, Fransa kimi avropa ölkələrinin hit-paradlarında yüksək mövqe qazanmışdır. Alboma daxil olan "Araba" mahnısı böyük uğur qazanmışdır. Bu mahnının kaver versiyası Fransa ifaçısı Faudel tərəfindən "La main dans la main" adı altında fransızca səsləndirilmişdir.
Cənubu göstərən araba
Cənubu göstərən araba (çin. ənən. 指南車, sadə. 指南车, pinyin: zhi3 nan2 che1) — Qədim Çində icad edilmiş, əks əlaqə prinsipi ilə işləyən ilk naviqasiya cihazı, bələdçi arabası. Araba üzərində hansı istiqamətdə hərəkət etməsindən asılı olmayaraq cənubu göstərən insan fiquru quraşdırılmışdır. Mexanizm maqnit kompas prinsipinə söykənmirdi. Orta əsrlərə qədər geniş tətbiq olunan cənubu göstərən araba dövrünün ən mürəkkəb mexanizmlərindən sayılırdı. Əfsanəyə görə cənubu göstərən araba e.ə. 2600 il qabaq sarı mperator Huan-di zamanında icad edilmişdir. Həqiətə uyğun ola biləcək digər bir fərziyəyə əsasən isə cənubu göstərən araba Ma Tszyun tərəfindən 200-265- ci illərdə Üç çarlıq dövründə icad edilmiş və Vey çarlığının hökmdarı Min-di üçün hazırlanmışdı.
Xarab qan insidenti
Xarab qan insidenti (ing. Corrupted Blood incident) və ya World of Warcraft pandemiyası – 13 sentyabr 2005-ci ildə "World of Warcraft" onlayn video oyununda başlayan virtual pandemiya. Pandemiya Zul'Qurub adlı yeni basqının və Ruhsoyan Hakkar adlı bosun oyuna gəlməsindən son başlamışdır. Hakkar onunla döyüşən oyunçulara "Xarab qan" adlı yoluxucu və öldürücü debaff sehri tətbiq edirdi. "Xarab qan" effekti oyunda ancaq bir neçə saniyə çəkməli və Zul'Qurubun bölgəsində davam etməli idi, lakin proqramlaşdırma diqqətsizliyi ucbatından bu yoluxucu debaff bütün "World of Warcraft" dünyasında oyunçular arasında yayılmağa başlamış və virtual pandemiyaya çevrilmişdir. "Xarab qan" aşağı səviyyəli oyunçuları dərhal öldürdüyü üçün oyunun normal geympleyi dəyişmişdir. Belə ki, oyunçular infeksiyadan qorunmaq üçün oyunçuların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa başlamışdırlar. Proqramlaşdırma karantinalarına və oyunçuların oyundakı şəhərləri tərk etmələrinə baxmayaraq pandemiya 1 ay davam etmişdir. Nəhayət tətbiq edilən yeniləmələrdən sonra pandemiya sona çatmışdır. Hadisənin səbəb olduğu vəziyyət və reaksiyalar epidemioloqların diqqətini cəlb etmiş, real həyatda baş verə biləcək mümkün pandemiyalar üçün araşdırma mövzusu olmuşdur.
Qızılca-i Xarabə (Heris)
Qızılca-i Xarabə (fars. قزلجه خرابه‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (24 ailə).
Baraban
Baraban - iki üzünə dəri çəkilmiş, içiboş, enli, silindrşəkilli, ağacla vurularaq çalınan musiqi aləti.
Barana
Noyemberyan, Barana — Ermənistanda şəhər, Noyemberyan rayonunun mərkəzi. Ayrum dəmiryolu stansiyasından 20 kilometr aralıdadır.Barana — Yelizavetpol (Gəncə) quberniyasının Qazax-Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd və Barana rayonunun mərkəzi. Qaraqoyunlu Dərəsinin şimalını əhatə edən Barana mahalının adı Baranlı sülaləsi ilə bağlıdır.Baranlı sülaləsi Qaraqoyunlular dövlətinin baniləri Qara Mansurun oğlu Bayram Xoca, Qara Yusif (Qaraqoyunlular) və Sultanqulu bəy Baranlı (Qütbşahlılar dövlətinin banisi) kimi nümayəndələri ilə tanınır. == Toponimi == Rayonun Barana adı tarixi mənbələrdə kənd və mahal adı kimi qeyd olunur. V. V. Radlovun fikrincə "barana" türk sözüdür və rus dilindəki "baran" sözü də qədim türklərin dilindən keçmişdir. Barana isə qoyunlu yer anlamındadır. Azərbaycan tarixçiləri isə bu toponimi Ağqoyunlu və Qaraqoyunlu tayfaları ilə bağlayır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. I.1938-ci il fərmanı ilə yaşayış məntəqəsinin adı dəyişdirilib Böyük Oktyabr Sosialist inqilabının şərəfinə Noyemberyan qoyulmuşdur. == Tarixi == 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində Barani kəndi qeyd olunur İncəsu çayının adı ilə əlaqədar olaraq İncəsu da adlanmışdır.
Barnaba
Həvari Barnaba — Kiprli xristian müqəddəsi. Barnaba da Modena — İtaliya rəssamı. Barnaba İncili — son orta əsrlərdə yazılmış qeyri-kanonik, psevdopiqrafik incil. Müqəddəs Barnaba kilsəsi — Venesiya şəhərində kilsə.
Carabad
Carabad (Mərgavar) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərgavar dehistanı ərazisinə daxil olan kənd. Carabad (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
Carabia
[mənbə göstərin]Carabia İndiki Çin Xalq Respublikasının ən cənub nöqtəsində yerləşir.Azadlıq və müstəqillik uğrunda 1 əsrə yaxın zaman ərzində bütöv bir xalq kimi formalaşmışdır.Bütün Dünya Tarixində bu xalq haqqında cəmi 2 mənbədə məlumatlar mövcuddur.Hər iki mənbədə də bu xalqın adı "Sərabi" xalqı kimi qeyd edilmişdir.Bununla belə,öz köklərini 1800-cü ildən 1832-ci ilə qədər mütəşəkkil şəkildə cəmləmiş,19-cu əsrdən bu vaxta kimi 3 dəfə etnik və siyasi inqilablar etmişlər.Bu 32 il ərzində bütün xalq kütləsi müstəqilliyə maraqlı olsa da,Çin Xalq Respublikasının güclü hərbi paradları həmin dövrdə sadə xalqı da qorxutmuş,azadlıq mübarizəsini dəfələrlə zəiflətmişdir.İlk idarəetmə sistemləri mütləq monarxiya hesab olunur.1817-ci ildə qurucu hesab edilən Flüört Aleks O-Andre,mütləq monarxiya tərəfdarı olduğu üçün ölkədən qovulmuş və yenidən 1831-ci ildə sadə vətəndaş kimi öz vətəninə qayıtmışdır.İkinci idarəetmə sistemi isə diktatorial idarəetmə sistemi olmuşdur.1900-cü ilə kimi davam edən diktatorial hakimiyyət dövründə Carabia torpaqlarında "ailə müxalifəti" olmuşdur.Hakimiyyətdə olan Torfi Klan diktator elan ediləndən(1851)dərhal sonra onun oğlu atasına qarşı hərəkat yaradır və hərəkatın liderlərindən biri kimi tanınır.1896-cı ildə 3 qola ayrılmış hərəkat dağılır və bununla da Carabiada siyasi dağınıqlıq dövrü başlanır.İndiki mərhələdə isə Carabia xalqı daha çox müstəqil və azad yaşayışa can atırlar,nəinki,siyasi maraqlara.İndiki dövrdə Carabia silahlı qüvvələri Çin Silahlı Qüvvələrinin yanında zərrəcik hesab olunur deyə Çin Xalq Respublikası heç bir mübarizə metodundan istifadə etməmişdir.İndi isə ümumi əhali sayı baxımından Bütün Carabia xalqının nüfuzu 200 min-dən çox deyil.Xüsusi yetişdirdikləri "Qara Qüvvətləri" bir çox işgəncə və dözümlülük sınaqlarından keçdikdən sonra fədailərin tərkibinə qatılırlar.Müasir Dünyada Xüsusi Xidmət Orqanları kimi tanıdığımız bu qüvvətlər,öz adlarından da istifadə etməzlər.Hər birinin bir şifrəli adı vardır.Dövlət idarəetmə sisteminin qurulması ilə bağlı orduya da çox böyük sərmayə qoyulmuş,hörmət edilmişdir.I dövr inqilabı:1819-cu ildə May ayında hərəkətlənən bu inqilab xalq kütlələrini meydanlara tökmək,Çin hökumətinə məxsus bütün mallara və mülklərə eləcə də,dövlət idarələrinə hücumlara yönəlik idi.O dövr Çin tarixçilərindən biri olan Bing Chen qeydlərinin birində yazır ki:"Düşmən də olsalar,səmimi qeyd etmək lazımdır ki,bu xalq 200-300 il bundan öncə dədə-babalarının itirdikləri torpaqları,günü bu gün də müxtəlif vasitələrlə alırlar".II dövr inqilabı:1825-ci ildə payız aylarında başlayan bu inqilab ən dəhşətlisi oldu.Səbəb isə Amerikanın Carabia Silahlı Qüvvətlərinə ciddi və hər-tərəfli yardımı idi(cəmi 15 il sonra;1840-cı ildə ABŞ eskadrası Çin sularına daxil oldu).Nəticədə Amerika ilə Çin hakimiyyəti arasında kəskin soyuq müharibə başlandı(1825-1839).
Garabağ
Qarabağ — Azərbaycanın tarixi-etnoqrafik vilayəti. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi. 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı,hündür,sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756–1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı.1763-cü ildə Pənahəli xanın ölümündən sonra hakimiyyətə İbrahimxəlil xan gəldi. Məlikliklərə qarşı uğurlu müharibələr aparıldı.
Marabda
Marabda, Gürcüstanda kənd. Kənd paytaxt Tbilisidən 23 km cənubda, Marneuli şəhərinin isə bir neçə kilometr şimalında yerləşir. 2007-ci il, noyabr 21-də Marabda kəndində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyulub. Hər üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda stansiyasında açılış mərasimi keçirilib.
Marabu
Marabu — leyləkkimilər fəsiləsinə aid olan quş növü. Marabuların 2 cinsi Asiyanın cənubunda və bir cinsi isə Saxaranın cənubunda, Afrikanın böyük bir hissəsində rast gəlinir. Boyu 110-150 sm və qanadlarının uzunluğu isə 210-250 sm-dir. Hər üç cinsin nümayəndələrinin üst lələkləri və qanadları qara, qarınları və quyruqları ağ-dır. Marabuların əsas yeməyi gəmiricilər və kərtənkələlərdir. Marabu əsasən leşlə də qidalanır.
Marağa
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş­hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır.Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur. == Etimologiyası == Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir. Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir. Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur. == Tarixi == Strabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur. Strabon qeyd edir ki, Araz çayından Vera şəhərinə məsafə 2400 stad (1 stad 184 metrə bərabərdir) olmuşdur.
Paraiba
Paraiba (port. Paraíba) — Braziliyanın şərqində yerləşən ştat. Şimaldan Riu-Qrandi-du-Norti, qərbdən Seara, cənubdan isə Pernambuku ştatı ilə sərhədlənir. İnzibati mərkəzi Juana-Peson şəhəridir. Paraiba Braziliyanın ucqar şərqində qərarlaşır. Kabu-Branku burnu Braziliyanın ucqar şərq nöqtəsini təşkil edir. == Coğrafiya == Ştat ərazisinin böyük qismi Braziliya alçaqdağlığında yerləşir. Mərkəzi təpəlik hisdələrdə qumluqlar yayılmışdır. Ştat ərazidində üç tip bitki örtüyünə rast gəlinir. Sahil düzənlik ərazilərində tropik meşələr, yarımquraq ərazilərdə kaktus və kol tipli bitkilər bitir.
Paraoa
Paraoa (fr. Paraoa) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taiti atolundan 930 km cənub-şərqdə yerləşir. == Coğrafiya == Adanın sahəsi 4 km²-dir. Daxilində laqun vardır. == İnzibati bölgüsü == İnzibati baxımından Hao kommunasına daxildir. == Tarixi == Ada 1767-ci ildə ingilis Samuel Vallis tərəfindən kəşf edilir. O, adanı Qloster olaraq adlandırır. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Parağa
Parağa — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. == Toponimikası == Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən 48 km şimal-qərbdə, Ordubad-Tivi avtomobil şose yolunun kənarında, Gilançayının sol sahilində, Zəngəzur Silsiləsinin ətəyindədir.Orta məktəbi, kulubu, kitabxanası, rabitə şöbəsi var. == Əhalisi == Əhalisi 344 nəfərdir. Əhalisi bağçılıq, meyvəçilik və heyvandarlıqla məşğuldur.
Qarabağ
Qarabağ — Azərbaycanın tarixi-etnoqrafik vilayəti. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi. 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı,hündür,sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756–1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı.1763-cü ildə Pənahəli xanın ölümündən sonra hakimiyyətə İbrahimxəlil xan gəldi. Məlikliklərə qarşı uğurlu müharibələr aparıldı.
Sarata
Sarata (ukr. Сарата; keçmişdə – Qura-Kuruder) — Ukraynada şəhər tipli qəsəbə, Odessa vilayətinin Sarata rayonunun inzibati mərkəzi. == Etimologiya == Sarata (rus. duzlu) adı eyniadlı bir çaydan törəyir. Əvvəllər qəsəbənin adı Qura-Kuruder idi. Bu qəsəbə tatarlar tərəfindən qurulmuşdur. == Coğrafiyası == Qəsəbə şurasının ərazisinin ümumi sahəsi 2187 hektardır, qəsəbənin ərazisinin ümumi sahəsi isə 1132 hektardır. == İnfastruktur == Qəsəbədə 1,022 fərdi ev və 2,193 mənzil var. Kənd ərazisində regional əhəmiyyətli büdcə təşkilatları var. Qəsəbədə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən bir neçə istehsal müəssisəsi də fəaliyyət göstərir.