Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xarabalıq kələzi
Xarabalıq kələzi (lat. Trapelus ruderatus) — Düzənlik kələzləri cinsinə aid növ. == Xariçi görünüşü == Kələzin quyruğu ilə birlikdə uzunluğu 10 sm təşkil edir. Orta uzunluğa malik olsa da, başı hündür və ensizdir. Boğaz nahiyyəsində kisəçik inkişaf etməmişdir. Bel nahiyəsində pulcuqlar ölçü baxımından bir-birindən fərqlənir. Pulcuqların ölçü fərqləri quyruqda belə görünür. Bütün quruq boyunca pulcuq yayılmışdır. Bədəni boz-mavi, sarı və sarı-qırmızı çalarlar alır. Boğaz nahiyyəsi ağ olsa da, sarı və ya mərmər şəkillərlə örtülür.
Xarabalıq yaşayış yeri
Xarabalıq yaşayış yeri (Culfa) —
Xarabalıq yaşayış yeri (Culfa)
Хаrаbаlıq yаşаyış yеri — Оrtа əsr аbidəsidir. О, Culfa rayonunun Ərəfsə kəndindən şimаl-şərqdə Əlincəçaylа Gəvikçayın qоvşаğındаn bir qədər yuхаrıdа yеrləşir. Аbidə şimаl-qərbdə Gəvikçay, cənub-şərqdə isə Əlincəçаyın ахdığı dərin dərə ilə məhdudlаşır. Yаşаyış yеrinin sаhəsi 1600 kv.m-dir. Оnun şərq hissəsində uçub tökülmüş tikinti qаlıqlаrı аydın nəzərə çаrpır. Lаkin binаlаr tаmаmilə dаğıdıldığındаn оnlаrın plаnını müəyyən еtmək mümkün оlmаmışdır. Yаşаyış yеrinin böyük bir hissəsi şumlаnаrаq əkin sаhəsi kimi istifаdə еdilmişdir. Lаkin yаşаyış yеrinin şərq tərəfi nisbətən sаlаmаt qаlmışdır. Bu hissədə оrtа əsrlər üçün хаrаktеrik оlаn çəhrаyı rəngli gil qаb sınıqlаrınа təsаdüf еdilir. Yаşаyış yеrində mədəni təbəqə оlduqcа аz sахlаnmışdır.
Xarabalıq yaşayış yeri (Şahbuz)
Xarabalıq yaşayış yeri — Şahbuz rayonunun Ağbulaq kəndinin şimal-şərqində erkən orta əsrlərə aid yaşayış yeri. == Ümumi məlumat == Ərazi 1990-cı ildə qeydə alınmışdır. Sahəsi 7 hektardır.Ərazi daşlı olub,bir-birinin üzərində yerləşən bir neçə terrasdan ibarətdir. Terraslar boyunca iri daşlardan tikilmiş divar qalıqları saxlanmışdır. Çox güman ki, bu divarlar yaşayış yerini müdafiə məqsədilə çəkilmişdir. Ərazi uzun müddət əkin sahəsi kimi istifadə edildiyindən yaşayış binaları tamamilə dağıdılmışdır. Kəşfiyyat işləri zamanı Xarabalıq yaşayış yerindən orta əsrlər üçün səciyyəvi olan gil qab qırıqları aşkar olunmuşdur.
Loropeni xarabalıqları
Loropeni xarabalıqları — Burkina-Fasonun cənubundakı Loropeni şəhəri yaxınlığında yerləşən qədim bir mirasdır. 2009-cu ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bu ərazi ölkənin ilk Ümumdünya İrsidir. 11310 kvadrat kilometr ərazini əhatə edən ərazidə on ən yaxşı qorunan qədim bir qaladan ibarət bir sıra daş divarlar daxildir. Qalıqlar ən azı min il əvvələ aiddir. Yaşayış məntəqəsi Lohron və ya Kulanqo xalqı tərəfindən işğal edilmiş və e.ə 14 və 17-ci əsrlər arasında Trans-Sahara qızıl ticarətində inkişaf etmişdir. XIX əsrin əvvəllərində tərk edilmişdir.
Niya xarabalıqları
Niya xarabalıqları — təxminən 115 kilometr (71 mil)lik arxeoloji ərazi. Çinin müasir Sincanında Tarım Hövzəsinin cənub kənarında müasir Niya şəhərinin şimalında yerləşir. Qədim yer ana dilində Caḍ́ota kimi tanınırdı. Ərazidə çox sayda qədim arxeoloji əsərlər aşkar edilmişdir. Niya bir böyük ticarət mərkəzi kimi İpək Yolunun cənubundadır. Qədim dövrlərdə Çindən Orta Asiyaya mal aparan dəvə karvanları burada idi. == Tarix == Han Tarixi Kitabında müstəqil vahə-dövlət kimi Niyanın olduğu düşünülür. Üçüncü əsrdə Niya Lulan Krallığının bir hissəsi oldu. Dördüncü əsrin sonlarına doğru Çin hökmdarlığına tabe idi. Daha sonra Tibet tərəfindən fəth edildi.
Qəbələ şəhər xarabalıqları
Kabalaka – Azərbaycanın ən qədim şəhər yerlərindən biri olan Kabalaka (Qəbələ) Qafqaz Albaniyasının paytaxtı olmuşdur.Qəbələ bir arxeoloji abidə kimi, hələ XIX əsrin I yarısından tədqiqatçıların diqqətini cəlb etmişdir. Onların bir neçəsi Qəbələ şəhər xarabalığında olmuş, onu qeydə almış, hətta bəziləri kiçik miqyaslı arxeoloji kəşfiyyat qazıntıları da aparmışdılar. 1940-cı illərdən başlayaraq, burada ardıcıl arxeoloji tədqiqat işləri görülmüşdür. Bu tədqiqatlar indi də davam etdirilir. Qəbələ şəhərinin adı antik dövr müəlliflərinin əsərlərində Kabalaka və Xabala kimi qeyd edilmişdir. Bu adlar sonrakı yazılarda Kapalak, Kəvələk, Qabala-Savar və nəhayət Qəbələ şəklində qeyd edilmişdir.Qəbələ şəhər xarabalığı Azərbaycanın Qəbələ rayonunun Çuxur-Qəbələ kəndindən 1 km şərqdə, Qaraçay (Qəbələçay) ilə Covurluçay (Qalaçay) arasındakı yüksəklikdə yerləşir. 1959-cu ildə çəkilən topoqrafik plana görə, şəhərin xarabalığı 25 hektardır. Vaxtilə süni çəkilmiş bir müdafiə xarakterli xəndək şəhər xarabalığını iki hissəyə ayırır. Yerli əhali xəndəkdən şimal tərəfdəki hissəni "Səlbir", xəndəkdən cənub tərəfdəki hissəni isə "Qala" adlandırır. Hər iki hissə bəzən "Səlbir", "Govurqala", bəzən də şəhərin təkcə "Qala" hissəsi "Govurqala" adlandırılır.
Xarabalıqdan milyonçu (film, 2008)
Xarabalıqdan olan milyonçu (ing. Slumdog Millionaire) — 2008-ci ildə çəkilmiş Hindistan filmi. == Xarici keçidlər == Xarabalıqdan olan milyonçu — Internet Movie Database saytında.
Xarabalıqdan olan milyonçu (film, 2008)
Xarabalıqdan olan milyonçu (ing. Slumdog Millionaire) — 2008-ci ildə çəkilmiş Hindistan filmi. == Xarici keçidlər == Xarabalıqdan olan milyonçu — Internet Movie Database saytında.
Xarabalıqdan milyonçu
Xarabalıqdan olan milyonçu (ing. Slumdog Millionaire) — 2008-ci ildə çəkilmiş Hindistan filmi. == Xarici keçidlər == Xarabalıqdan olan milyonçu — Internet Movie Database saytında.
Xarablıq yaşayış yeri
Xarabalıq yaşayış yeri (Culfa) —
Örənqala şəhər xarabalığı
Örənqala — V–XIII əsrlərdə mövcud olmuş qədim Azərbaycan şəhəri. Beyləqan şəhərindən 15 kim. şimal-qərbdə yerləşir. == Örənqalada arxeoloji qazıntılar == Mil düzündə yerləşən qədim Örnəqala yaşayış yerinin tədqiqinə hələ 1933-cü ildə AMEA-nın elmi əməkdaşları İ.İ.Meşşaninovun rəhbərliyi altında başlamışlar. Bu ekspedisiya Örnəqala yaşayış yerini tədqiq edən ilk elmi ekspedisiya idi. Bu birinci ekspedisiya aydınlaşdırmışdır ki, erkən dövrlərin birində şəhər ölçülərinə görə böyük olub, indi tədqiq edilən şəhər yerinin ərazisini bütünlüklə əhatə etmişdir. Sonralar görünür ki, iqtisadi və siyasi mərkəz rolunu itirəndən sonra şəhər ərazisi kiçilmiş və yeni divarlar hörüləndən sonra köhnə şəhərin yalnız bir hissəsi yeni şəhərin ərazisinə daxil olmuşdu. Köhnə şəhərin qalan hissəsi isə şəhər divarlarının xaricində qalaraq tədricən dağılmışdı. Yeni şəhərin daş divarları dağıldıqdan sonra şəhər ətrafındakı müdafiə işləri torpaq sədd çəkməklə aparılır. Ekspedisiyanın məlumatıma görə yeni şəhərə aid olan mədəni təbəqə dağıntıya məruz qaldığından Örənqalanın bu hissəsindəki 1933-cü il qazıntıları stratiqrafiyanı dəqiq müəyyən etməyə imkan verməmişdi.
Hobbit: Smauqun xarabalığı (film, 2013)
Hobbit: Smauqun xarabalığı (ing. The Hobbit: The Desolation of Smaug) — rejissor Piter Ceksonun çəkdiyi "Hobbit" kinotrilogiyasının ikinci hissəsi, yazıçı Con Tolkinin "Hobbit, və ya oraya və geriyə" nağıl hekayəsinin ekranlaşdırılmasıdır. Bu film, Gözlənilməz səyahət kimi saniyədə 48 kadr sürətlə RED Epic yüksək dəqiqlikli kameralarla çəkilib. == Məzmun == Film cadugər Qandalf və Torin Palıd-sipər arasında Bri kəndindəki "Çapan Poni" mehmanxanasında görüşü ilə başlayır. Torin və onun dəstəsi əvvəlki filmdə baş verən hadisələrdən sonra Murdarlayan Azoq və onun orkları tərəfindən təqib edilir. Qandalf onları yaxınlıqdakı qulyabanı Beornun evinə aparır. Eyni zamanda, qnomlar, hobbit və cadugər ayı cismində Beornun özündən möcüzəvi şəkildə canlarını qurtarır. Gecə Nekromant Azoqu Dol Quldura çağırır və ona müharibə üçün qoşun toplamaq əmri verir. Buna görədə Azoq Torinin ovunu oğlu Bolqa tapşırır. Ertəsi gün Beornla Qandalf Bilbo və qnomlar tanış olurlar və səhər yeməyi zamanı Beorn onlara Moria orkları ilə Dol Quldurun qaranlıq qüvvələri arasında bağlanmış birlikdən danışır.
Xarabaçıl
Xarabaçıl (lat. Athene) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi. Geniş yayılmış quş sakini əsasən açıq landşaftların. kiçik və böyük şəhərlərdə, kənd yerlərində, çöl, yarımsəhra, səhra, qayalıq ərazilərdə məskunlaşmışdır. Dərin qar soyuq və dağlıq ərazilərden çəkinir.
Alabalıq
Alabalıq (digər adı: forel) — qızılbalıqlar fəsiləsinə aid olan balıq cinsi. Alabalıq bulaq mənşəli dağ çaylarının və göllərinin daimi sakinləridir. Onlara şəffaf suyu və dibi daşlı olan bütün dağətəyi çaylarda da rast gəlmək olur. Azərbaycan ərazisində forellər Böyük və Kiçik Qafqaz sıra dağlarından, eləcə də Talış dağlarından süzülən bulaq mənşəli çaylarda yayılmışdır. Hər bir çayda yaşayan balıq öz rənginə, biololi və həmçinin bəzi morfoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. Lakin bütün çaylarda yaşayan alabalıqlar üçün bədəndə əlvan xalların olması xarakterikdir. Çayların dibinin vəziyyətindən asılı olaraq balıqların rəngi də dəyişə bilir. Əgər çayın dibi açıq rəngli daşlardan təşkil olunmuşdursa, onda balığın da rəngi açıq olur, əgər daşlar tutqun rəngdədirsə balığın rəngi də tünd rəngdə olur.Bütün alabalıqlar üçün ən xarakter xüsusiyyət onların soyuq suya və oksigenə hədsiz tələbkar olmalarıdır. Belə ki, suda istilik 15-18°C, oksigenin miqdarı isə 1 litr suda 7-8 sm3 olduqda alabalıqlar özlərini yaxşı hiss edir, yaxşı qidalanır və böyüyürlər. Suda temperatur yüksəldikdə (25° C-dən artıq) və oksigenin miqdarı azaldıqda (1 litrdə 4 sm3-ə endikdə) alabalıqlar özünü pis hiss edir, böyümədən qalırlar.
Xanbalıq
Xanbalıq—Yuan sülaləsinin paytaxtı. Pekin şəhərinə şamil edilir. == Mənası == Əvvəlcə Balıq şəhəri haqqında. Bu adla üç şəhərin adı qeyd olunur. 1) Balık- islamdan çox öncə türk dilində «sığnaq, qala, şəhər»lərə verilən ad; 2) BEŞ-BALIK- Göytürklərdən uyğurlara keçən tanınmış bir türk şəhəri. 3) YANĞI BALIK və yoxud YENGİ BALIK- Uyğur şəhərlərindən biri. Ümumiyyətlə, balık komponentli oykonimlərə Orxon-Yenisey abidələrində də rast gəlirik. Bu fakt həmin oykonimin tarixiliyini göstərməklə yanaşı, geniş və müxtəlif adlar adı altında yayıldığını da göstərir. Məsələn, Beşbalık oykoniminə Bilgə xaqan, Kül çor və ya ihe-Huşotu abidələrində, 11; Baybalık oykoniminə Şine-Usu və ya Moyun Çor abidəsində; Toğu balık oykoniminə Kül tiqin, 4 və Bilgə xaqan abidələrində, 30; Koçu balık və Süğçu balık oykonimlərinə IV uyğur əlyazmalarında rast gəlirik.Əhməd Cəfəroğlu türk toponimlərindən bəhs edərkən yazır: «Bu qədər incə düşünən bu türk mütəfəkkirinin əməyi, türklüyün hər elm sahəsində öz keçərliyini isbat etmiş və doqquz yüz illik türk çoğrafiyasının və toponimikasının da şeyhlik payesini Kaşğarlıya vermişdir. Elmi baxımdan, ilk olaraq Kaşğarlı Mahmudun üzərinə əyildiyi türk yer adlarının yarısının və örgüsünün bir takım xüsusiyyətləri vardır.
Tüklüayaq xarabaçıl
Tüklüayaq xarabaçıl (lat. Aegolius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi. Xarabaçılların əsas yayıldığı yerlər Avropa, Asiya və Şimali Amerikanın dağlıq və düzənlik iynəyarpaqlı meşələridir. Xüsusilə onlar Karpatda, Qafqazda, Orta Asiya dağlarında, Alp dağlarında, Pireney dağları, Balkan yarımadası, Monqolustanın şimalında, Qərbi Çində, Şimali Amerikada - Britaniya Kolumbiyasında, Kanadada və ABŞ-nin şimal rayonlarında, Rusiyanın Kola yarımadası və Kalininqrad vilayətindən Anadır, Kamçatka, Kuril adaları, Saxalinədək yayılmışlar.
Xarabaçıl-elf
Xarabaçıl-elf (lat. Micrathene) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi. Meksika və ABŞ-nin cənub-qərbində yaşayır. Kaktuslu çöllərdə ən çox yayılan quşlardandır. Bundan başqa, meşəliklərdə və nəmli savannalarda da rast gəlinir. Kaktus və ya ağac gövdələrində yuva qurub həşaratlar ilə qidalanır. Bayquşların ən kiçiyi olan cin bayquşunun oval başı gövdəsinə nisbətən iridir. Gözləri böyük və sarıdır.
Alabalıq kababı
Alabalıq kababı – alabalıqdan izqarada, manqalda və ya duxovkada hazırlanan kabab növü. == Tərkibi == Alabalıq kababının hazırlanmasında alabalıqdan, sarımsaqdan, limondan, kəkotundan, maye yağdan, duzdan və istiotdan istifadə olunur. == Hazırlanması == Alabalıq kababını hazırlamaq üçün əvvəlcə alabalıq təmizlənir və yuyulur. Dərin bir qabda yağı, limon suyu, kəkotu, istiot, duz və əzilmiş sarımsaq qarışdırılır. Balıqlar bu qaba qoyulur və sous suyu qurudulmuş balıqlara yedirilir. Soyuducunun içərisində də balıqları arada çevirilir ki, sous canına yaxşı çəksin. Sonra alabalıq tavada, elektrikli izqarada və ya qızğın alovsuz manqalda bişirilir. Balıq bişərkən hər iki tərəfi də arada fırçayla yağlanır. Servis edilərkən salat və yaxud göyərti ilə bəzədilir.
Əhməd Mithəd Qalabalıq
Əhməd Mithəd Qalabalıq (türk. Ahmet Mithat Kalabalık; 1878, Konstantinopol – 30 yanvar 1953) — Türkiyə siyasətçisi . == Həyatı == İstanbul Universitetinin hüquq fakültəsinin məzunudur. Bir çox dövlət vəzifəsində çalışmışdır. Ailəli olmuşdur, üç övladı olmuşdur.Şeyx Səid üsyanı başlayanda Diyarbəkir valisi olmuşdur. O, qiyam zamanı Diyarbəkir millət vəkili olmuş Feyzi Riceçioğlu və ailəsinin köməyi ilə qiyamı müvəffəqiyyətlə yatırmışdır.24 dekabr 1927–11 iyul 1928-ci il tarixlərində qısa müddət İstanbul valisi olmuşdur. O, 6 ay 17 gün vali vəzifəsində çalışmışdır.