Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xırdalama, qranulyasiya
Xırdalama, qranulyasiya (ing. granularity, rus. степень детализации) — verilmiş iş rejiminin məna dəyəri daşıyan müəyyən standart elementin ölçüsü ilə ifadə olunan xarakteristikası. Kompüter proseslərinin xırdalanması şəkərin, duzun, daşın xırdalanması kimidir: parçalar nə qədər böyük olarsa, qranulyasiya da o qədər kobud alınır. Bu termindən ekranın çözümlülüyünün təsvirində, verilənlər bazasına baxış və çeşidləmə meyarlarının təsvirində, eləcə də mikroprosessorun konkret əməliyyata, məsələn, fon rejimində çapa ayırdığı zaman intervalının təsvirində istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xırdaoymaq
Xırdaoymaq – Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.