Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Davud Xəlvəti
Davud Xəlvəti — (داود خلوثى }) — xəlvəti şeyxi == Həyatı və təhsili == Türkiyənin Bolu şəhərində anadan olmuşdur. Bağdadda təhsil aldıqdan sonra Amasyaya getmiş, Seyid Yəhya Bakuvinin davamçılarında Həbib Qaramanininin (ö.1497) ardıcılı olmuşdur. === Vəfatı === 1507-ci ildə Mudurnu vəfat etmişdir. == Faəliyyət == === Xəlvətiyyə fəaliyyəti === Bir müddət sonra xəlvətiliyi yaymaq üçün öz şeyxi tərəfindən Mudurnuya göndərilmişdir. Davud Xəlvəti "Gülşəni-Tövhid" adlı məzmun əsərin müəllifidir. Əsərin dövrddə birini "ətvari-səbə"( (nəfsin mərtəbələri) mövzusu təşkil edir. Digər hissəsində Əli ibn Əbu Talibin və Əbu Seyid Əbülxeyr, Sührəvərdi.ş İbn Ərəbi, Cəlaləddin Rumi, Bakuvi, Həbib Qaramani kimi sufilərin kəlamları tərcümə və şərh edilir. Məsnəvi şəklində, yazılmış əsərdə qəzəl, qəsidə və rübailər, eləcə də təsəvvüfi-əxlaqi mövzular toplanmışdır.
Ömər Xəlvəti
Ömər Xəlvəti (Avaxıl, Şamaxı rayonu – 1349, Avaxıl, Şamaxı rayonu) — Mənşəcə Azərbaycan türklərindən olan məşhur sufi alimi, xəlvətilik təriqətinin banisi. == Həyatı == Əxi Məhəmməd Xəlvətinin xəlifəsi və qardaşı oğlu, xəlvətilik təriqətinin banisi, piri və mürşidi Əbu Abdulla Siracddin Ömər Xəlvəti şeyx nəslindən olub, soyu Şirvanın məşhur şeyx ailələrinə dayanır. Atası Şeyx Əkmələddindir. Pir Ömər Avaxıl kəndində dünyaya göz açmış və burada böyümüşdür. Daha sonra Xarəzmə getmiş və orada Məhəmməd Xəlvətinin söhbətlərində yetişmişdir. Daha sonra əmisi ilə birgə Heriyə gəlmiş, ölümündən sonra onun yerinə səccadəyə oturmuşdur. Öncə Xoy şəhərində, sonra Misirdə, daha sonra Hicazda elm öyrənmişdir. Sultan Üveysin dəvəti ilə Təbrizə gəlmiş, orada bir versiyaya görə 1349-cu ildə, digər bir versiyaya görə isə 1397-ci ildə vəfat etmişdir. Mehmet Rıhtım birinci tarixi daha çox həqiqətə uyğun hesab edir. Ləmazatda onun qəbrinin Təbriz yaxınlığında, Mir Əli türbəsi adlanan yerdə olduğu bildirilir.
Şükrullah Xəlvəti
Şükrullah Xəlvəti (Zubovka – 1473, Bakı) - tanınmış xəlvəti şeyxlərindən biri, Seyid Yəhya Bakuvinin tələbəsidir. Şeyx Şükrullahın atasının adı Qasımdır. Atası Mədinəli olub ərəb əsillidir. Anadoluda Sandıqlıda doğulmuşdur. Qaramanoğulları ilə Zülqədəroğulları arasındkı müharibədə burdan köç edərək Bakıya gəlmişdir. Bakıda Seyid Yəhyaya biət edən Şeyx Şükrullah uzun illər Seyid Yəhyaya xidmət edərək xəlvətilik təriqətində şeyxdən sonra ən yüksək məqam olan pişuqədəm məqamına yetişmişdir. Seyid Yəhyanın vəfatı üzərinə Bakıdakı xanəgahda Seyid Yəhyanın ortancıl oğlu Fəthullah şeyxlik iddiası edib, ondan öncə posta oturmuşdur. O, dərvişlik ədəbi ilə "Şeyxin oğludur" - deyə onun bu hərəkətinə dözmüşdür. Tezliklə Seyid Yəhyanın oğlu Fəthullah vəfat etdiyinə və buradakı dərvişlərin təkidi ilə Bakıya gələrək uzun illər şeyxlik edən Şükrullah Xəlvəti həm təriqəti yenidən canlandırmağa çalışmış, həm də müridlərin tərbiyəsi ilə məşğul olmuşdur. Onun çox ədəbli, gözəl xasiyyətli, səkinət sahibi və kamali-fəqr üzrə bir halı varmış.
Əxi Məhəmməd Xəlvəti
Əxi Məhəmməd Xəlvəti — sufi alimi, Xəlvəti adını alan ilk şeyxdir. == Həyatı == Xəlvətilik təriqəti Əxi Məhəmməd Xəlvətinin xəlifəsi və kürəkəni Pir Ömərin adından alınmışdır. Əxi Məhəmmədin ləqəbi Kəriməddin, künyəsi Əbülfüyuzatdır. Xarəzmdə doğulmuş Məhəmməd Xəlvəti alim bir şəxs olub. Gördüyü bir yuxudan sonra Azərbaycana gəlmiş, Şeyx İbrahim Gilanicnin yanında uzun müddət qalaraq mənəvi tərbiyəsini almışdır. Şeyxi tərəfindən Xarəzmə göndərilmiş və burada uzun müddət irşad etmişdir. O, daha sonra köçərək Azərbaycana gəlmiş,ömrünü sonuna qədər Heridə qalmışdır. Ləmazatda 1378-ci ildə vəfat etdiyi bildirilsə də tədqiqatçıların əksəriyyəti bu tarixi yanlış tarix kimi dəyərləndirir. Fəaliyyəti dövründə çoxlu sufi yetişdirmişdir. Xəlifələrindən ən önəmliləri Məhəmməd əl-Qarsi, Osman Şirvani, Qütbəddin Təbrizi və onun yerinə keçən xəlvətiliyin piri Ömər Xəlvətidir.
Xəlvətilik
Xəlvətilik – İslamda ən geniş yayılmış sufi təriqətlərindən biridir. X əsrdə Əbdülqahir Sührəverdidən etibarən təşəkülə başlamış xəlvətilik sufi məktəbinin əsası lənkəranlı İbrahim Gilani və şirvanlı Ömər Xəlvəti tərəfindən qoyulmuşdur. Azərbaycanda təsəvvüf sahəsində yetişmiş görkəmli şəxsiyyətlərdən biri olan Seyid Yəhya Bakuvi və onun yenidən təsis etdiyi xəlvətilik XV əsrdən etibarən ədəbi, fəlsəfi, ictimai və siyasi sahələrdə böyük təsirə malik olmuş və müsəlman aləmində geniş şəkildə yayılmışdır. Təsisçilərinin hamısı azərbaycanlı olan xəlvətiliyi S.Y.Bakuvi ətrafa mürşidlər göndərməklə məhəlli bir təriqət olma xarakterindən çıxarıb Şirvan xaricinə yaymışdır. Xəlvətilik hələ S.Yəhya həyatda olarkən Azərbaycanın hər tərəfinə (xüsusilə Şamaxı, Bakı və Təbrizə) ,İranda və Osmanlı dövlətində yayılmışdır. S.Yəhyanın vəfatından təqribən 40 il sonra isə xəlvətilik Azərbaycandan sonra Osmanlı imperiyası torpaqlarının hər tərəfində Balkan, Orta Asiya, Şimali Afrika, Qafqaz və Anadolunun ən böyük təriqəti kimi iyirmiyə yaxın qola, yüzlərlə təkyə və yüz minlələ müridə sahib olmuşdur. Daha sonralar qol və şöbələrinin sayı qırxı keçmişdir. Seyid Yəhya Bakuvi və Xəlvətilik əsərinin müəllifi Mehmet Rıhtım əsərin girişində qeyd edir ki, "kiçik bir mövzudur deyə məqalə kimi düşünərək başladığımız bu araşdırma yeddi ilin sonunda bizi böyük bir ümmanın qarşısında olduğumuz həqiqəti ilə üzləşdirdi." Əlidən başlayaraq Əbülqahir Sührəverdiyə, ondan İbrahim Gilaniyə və Ömər Xəlvətiyə doğru inkişaf etməklə gələn xəlvətilik təriqəti ən kamil şəklinə Seyid Yəhya Bakuvinin qoyduğu üsullar ilə qovuşmuşdur. Onun xəlvətiliyin həqiqi qurucusu olduğu bu sahənin tədqiqatçıları tərəfindən xüsusi qeyd olunmuşdur. == Xəlvəti əqidəsi == Xəlvətilik təriqətinin xüsusiyyətlərini bu təriqətin mənsublarından Həririzadə Tibyan adlı əsərində aşağıdakı kimi açıqlamışdır: "Xəlvətilik təriqəti kəlimeyi-tövhid və gizli-açıq əsmayi-səba üzrə ziikrə davam etmək,yuxunun təbir və təvili, hadisələrin nəfsə və qəlbə təsirini nəzərə alaraq, könlü masivadan təmizləmə üzərində qurulmuşdur." Xəlvətilik təriqətində bu mühüm xüsusiyyətlərdən başqa bir sıra digər özəlliklər də vardır.
Xəlvətiyyə
Xəlvətilik – İslamda ən geniş yayılmış sufi təriqətlərindən biridir. X əsrdə Əbdülqahir Sührəverdidən etibarən təşəkülə başlamış xəlvətilik sufi məktəbinin əsası lənkəranlı İbrahim Gilani və şirvanlı Ömər Xəlvəti tərəfindən qoyulmuşdur. Azərbaycanda təsəvvüf sahəsində yetişmiş görkəmli şəxsiyyətlərdən biri olan Seyid Yəhya Bakuvi və onun yenidən təsis etdiyi xəlvətilik XV əsrdən etibarən ədəbi, fəlsəfi, ictimai və siyasi sahələrdə böyük təsirə malik olmuş və müsəlman aləmində geniş şəkildə yayılmışdır. Təsisçilərinin hamısı azərbaycanlı olan xəlvətiliyi S.Y.Bakuvi ətrafa mürşidlər göndərməklə məhəlli bir təriqət olma xarakterindən çıxarıb Şirvan xaricinə yaymışdır. Xəlvətilik hələ S.Yəhya həyatda olarkən Azərbaycanın hər tərəfinə (xüsusilə Şamaxı, Bakı və Təbrizə) ,İranda və Osmanlı dövlətində yayılmışdır. S.Yəhyanın vəfatından təqribən 40 il sonra isə xəlvətilik Azərbaycandan sonra Osmanlı imperiyası torpaqlarının hər tərəfində Balkan, Orta Asiya, Şimali Afrika, Qafqaz və Anadolunun ən böyük təriqəti kimi iyirmiyə yaxın qola, yüzlərlə təkyə və yüz minlələ müridə sahib olmuşdur. Daha sonralar qol və şöbələrinin sayı qırxı keçmişdir. Seyid Yəhya Bakuvi və Xəlvətilik əsərinin müəllifi Mehmet Rıhtım əsərin girişində qeyd edir ki, "kiçik bir mövzudur deyə məqalə kimi düşünərək başladığımız bu araşdırma yeddi ilin sonunda bizi böyük bir ümmanın qarşısında olduğumuz həqiqəti ilə üzləşdirdi." Əlidən başlayaraq Əbülqahir Sührəverdiyə, ondan İbrahim Gilaniyə və Ömər Xəlvətiyə doğru inkişaf etməklə gələn xəlvətilik təriqəti ən kamil şəklinə Seyid Yəhya Bakuvinin qoyduğu üsullar ilə qovuşmuşdur. Onun xəlvətiliyin həqiqi qurucusu olduğu bu sahənin tədqiqatçıları tərəfindən xüsusi qeyd olunmuşdur. == Xəlvəti əqidəsi == Xəlvətilik təriqətinin xüsusiyyətlərini bu təriqətin mənsublarından Həririzadə Tibyan adlı əsərində aşağıdakı kimi açıqlamışdır: "Xəlvətilik təriqəti kəlimeyi-tövhid və gizli-açıq əsmayi-səba üzrə ziikrə davam etmək,yuxunun təbir və təvili, hadisələrin nəfsə və qəlbə təsirini nəzərə alaraq, könlü masivadan təmizləmə üzərində qurulmuşdur." Xəlvətilik təriqətində bu mühüm xüsusiyyətlərdən başqa bir sıra digər özəlliklər də vardır.
Xəlvət (Keşavərz)
Xəlvət (fars. خلوت‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 703 nəfər yaşayır (162 ailə).
Meşə xəlvət... (film, 1988)
== Məzmunu == Film meşələrin kəsilməsi haqqındadır.
Xəlfəli
== Kəndlər == Xəlfəli (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Xəlfəli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Xəlfəli (Şuşa) — Azərbaycanın Şuşa rayonunda kənd. Xəlfəli (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. === Oxşar === Kolxəlfəli — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. == Digər == Xəlfəli məscidi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. Xəlfəli məhəlləsi — Qazaxın Xəlfəli kəndindən köçüb gəlmiş tayfalar tərəfindən salınmış məhəllə.
Xələt
xələt : is.ər. Xələt — müxtəlif təyinatlı ola bilər: hamam xələti, cimmək xələti, həkim xələti, xan xələti və s. Xələt bir çox şərq xalqları arasında milli geyim olmuşdur. Hamam xələti adətən, məhrəba cinsindən və ya digər absorbent tekstildən hazırlanır.
Xəlfəli (Qobustan)
Xəlfəli — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır.
Xəlfəli (Sabirabad)
Xəlfəli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Yerli əhalinin əksəriyyəti tərəkəmələrdir. Məhəmmədhəsən bəy Vəliyev-Baharlının 1923-cü ildə yazdığı "Azərbaycan: Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat” adlı kitabda Xəlfəli barədə söz açılır. Müəllifin iddiasına görə bu kəndin formalaşdıran Şahsevən tayfalarıdır. Onlar Şah Abbasın hakimiyyətə gəlişindən sonra İrandan Şimali Azərbaycana köçüblər. Azərbaycanın bir çox yerlərində bu tayfa özünə məntəqə qurub. Məsələn, günümüzdə İmişli rayonunun Xəlfəli kəndi ilə Sabirabadın bu kəndi demək olar eyni tayfalar, qan qohumlarıdır. Şuşanın Xəlfəli kəndində yaşayanların bu kənddə yaşayanlarla əlaqəli olmasını ağsaqqallar söyləsələr də, hələ ki bu faktı təsdiq edəcək materaial yoxdur ( çox güman ki araşdırmanın ciddi aparılmaması ucbatından). Kənddə oturaq həyat əsasən Sovet ittifaqı qurulandan, daha dəqiqi kolxozlaşma başlayandan sonraya təsadüf edir. Kolxoz sistemi yaranandan sonra əhalinin tərəkəmə həyat tərzinə son qoyulur.
Xəlfəli (çay)
Xəlfəli — Xocalı və Şuşa rayonu ərazisində çay. Qarqar çayının sol qoludur. Mənbəyini Sarı Baba dağının Şimal-Şərq yamacından (2100 m. yüksəklikdən) alır. Çay öz adını ərazisindən axdığı Xəlfəli kəndinin adından almışdır.
Xəlfəli (İmişli)
Xəlfəli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. == Tanınmış şəxsləri == Razi Nurullayev — Deputat, millət vəkili İmamverdi Əliyev — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi === Şəhidləri === Mərdəliyev Qabil Əliağa oğlu (1975–1993) Qəhrəmanov Abbas İmamverdi oğlu (1971–1992) İbayev Qəni Novruz oğlu (1973–1993) İbayev Nəbi Novruz oğlu (1973–1993) Tarverdiyev Qoşqar Zülfəli oğlu (1972–1993) Qasımov Gülnəzər Abuzər oğlu (1947–1991) Quliyev Şiraslan Qəzənfər oğlu (1957–1991) Abışov Tacəddin Elşən oğlu (2001–2020) Abışov Qabil Sərxoş oğlu (1973–1991) İmanov Elman Yaqub oğlu (1994–2013) Əhmədzadə Həsən İnşallah oğlu (1936–1991) Əliyev Barat Sumbat oğlu (1970–1994) Əliyev İmamverdi Barat oğlu (1950–1991) Vəliyev Qismət Bəyiş oğlu (1961–1994) Vəliyev Tural İlham oğlu (2001–2020) Gülalıyev Əlnur Seymur oğlu (1997–2020) Babaşov Ucal Nərbala oğlu (1995 – 2023) == Coğrafiyası == İmişli rayonunun ən böyük kəndidir. Əhalisinin sayı 7256 nəfərdir və 1900 evdən ibarətdir. Xəlfəli kəndindən indiyədək çox sayda vəzifəli şəxslər və dövlət xadimləri çıxmışdır. Kənd əhalisi Xəlfəli tayfasına məxsusdur. Tayfanın əhalisi XVIII əsrin ortalarında Xorasandan köçərək Azərbaycan ərazisində, həmçinin indiki İmişli rayonunda məskunlaşmışdır. XIX əsrin ortalarından isə bu ərazilər Xəlfəli adlanmağa başlayıb. Kənd Muğan düzündə yerləşir. Baş-Muğan kanalı da Xəlfəli kəndi ərazisindən keçir. Xəlfəli kəndi şimalda Kürdmahmudlu kəndi ilə, cənubda Hacalmuradlı kəndi ilə, şərqdə Saatlı rayonu ilə, qərbdə Qulubəyli və Nurulu kəndləri ilə həmsərhəddir.
Xəlfəli (İğdır)
Xəlfəli — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan bir bələdiyyə. İğdır Şəhərr Stadionu burada yerləşir. Özvatan, Turqut Özal və Yunus Əmrə məhəllələrindən ibarətdir. == Coğrafiyası == İğdır il mərkəzinə 7 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 892 erməni yaşayırdı.
Xəlfəli (Şuşa)
Xəlfəli — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. == Toponimikası == Qarabağda orta əsrlərdə yaşamış Xəlfəli elinin adındandır. Mənbədə Xəlfəli eli Hacılı tayfasının qollarından biri kmi qeyd olunmuşdu. Tam adı Milli Xəlfəlidir. Qarabağ xanı İbrahim xanın qardaşı Mehdiquluxana mənsub bu el məskunlaşdıqdan sonra 11 məntəqə yaranmışdır. Xudaverdi qışlağı, Xəlfə qışlağı, Xanlıqpəyə, Laçınlar, Zamanpəyə, Şuşulu, Mirzələr, Məmişlər, Şırran və Kosalar. Sonra bu kəndlər xanın qızı Xurşud banu Natavana mənsub olmuşdur. == Tarixi == Bu ərazidə "ASALA" erməni terrorçu təşkilatının radikal qanadı üçün təlim düşərgəsi təşkil edilmişdi.
Xəlfəli bələdiyyəsi
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xəlfəli məhəlləsi
Xəlfəli məhəlləsi — Qazaxın Xəlfəli kəndindən köçüb gəlmiş tayfalar tərəfindən salınmış məhəllə. Gəncənin yeni məhəllələrindən biri.
Xəlfəli məscidi
Xəlfəli məscidi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. == Tarixi == Xəlfəli məscidi iki gümbəzlidir. Məscidin Qazaxın Xəlfəli kəndindən köçüb gəlmiş tayfalar tərəfindən tikildiyi müəyyən edilmişdir. Məscidi tikən ustanın adı məlum deyil. Dini abidə kimi tikilmiş və istifadə olunmuşdur. Sovet Hakimiyyəti qurulduqdan sonra ateizm təbliğatının gücləndiyi bir dövrdə məsciddən anbar kimi istifadə olunmuşdur.
Gədəbəyin sərvəti (film, 1950)
IQ və millətlərin sərvəti
== İstinadlar ==
Didi Xavleti
Didi Xavleti (gürc. დიდი ხავლეთი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 35 nəfər idi. 2014-cü ildə 0 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, III cild, səh.
Juliano Belleti
Aqneş Keleti
Aqneş Keleti (mac. Ágnes Keleti; 9 yanvar 1921, Budapeşt) — Macar və yəhudi əsilli Olimpiya və dünya çempionu olan idman gimnastı və məşqçi. Yay Olimpiya oyunlarında Macarıstanı təmsil edərək 5 qızıl medal, 3 gümüş medal və iki bürünc medal qazanmışdır və bütün dövrlərin ən yaxşı yəhudi əsilli Olimpiya oyunçusu kimi tanınır. Keleti İsrail vətəndaşlığı olan bütün idmançılardan daha çox medal qazanmışdır və Mark Spitzdən sonra ən çox Olimpiya medalı qazanan yəhudidir. 1956-cı ildə təşkil olunan Yay Olimpiya oyunlarının ən uğurlu idmançılarından biri hesab olunur. 1957-ci ildə Keleti İsrailə köçdü və hal-hazırda da orada yaşayır. == İdman karyerası == Keleti yəhudidir və Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. 4 yaşında gimnastika ilə məşğul olmağa başlamışdır və artıq 16 yaşında Macarıstanın Milli Çempionu adını qazanmışdır. 1937 və 1956-cı illər arasındakı gimnastika karyerası ərzində 10 dəfə çempion titulunu əldə etmişdir.Keleti 1940-cı ildə təşkil olunacaq Olimpiya oyunlarında Macarıstanı təmsil edəcək ən potensiallı idmançı hesab olunurdu. Lakin İkinci Dünya müharibəsinin başlaması səbəbindən 1940 və 1944-cü illərdə keçirilməli olan Olimpiya oyunları təxirə salındı.
Didi Keleti
Didi Keleti (gürc. დიდი ყელეთი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 60 nəfər idi. 2014-cü ildə 22 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, III cild, səh.
Patara Keleti
Patara Keleti (gürc. პატარა ყელეთი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 23 nəfər idi. 2014-cü ildə 17 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, VII cild, səh.
Red Velvet
Red Velvet (kor. 레드벨벳; RR: Redeubelbet) SM Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı qız qrupudur. Qrup ilk olaraq 2014-cü il avqustun 1-də Ayren(ing. Irene), Seolci (ing. Seulgi), Vendi (ing. Wendy) və Çoy (ing. Joy)-un dörd nəfərdən ibarət heyəti ilə "Happiness" adlı sinqlı ilə debüt etdilər. Beşinci üzv Yeri qrupa 2015-ci ilin mart ayında ilk mini albomu "Ice Cream Cake" buraxıldıqdan sonra qoşuldu. Musiqi baxımından Red Velvet-in işi öz qrup adını əks etdirir: onların əsasən pop olan "qırmızı" tərəfi bəzən elektron, funk və hip-hop ilə təcrübələr aparır, "Velvet" tərəfi isə ballada və caz elementləri ilə 90-cı illərin təsiri altında olan R&B-yə diqqət yetirir. Qrupun Koreya dilli diskoqrafiyasına iki studiya albomu, bir təkrar buraxılış albomu, bir kompilyasiya albomu və on genişləndirilmiş pyes daxildir — bunlardan on biri Cənubi Koreya "Gaon Albom Cədvəl"-də birinci yerdədir.
Xəlvətdə qalmış müdrik (film, 2014)
Xəlvətdə qalmış müdrik — UNESCO-nun 2013-cü ili Azərbaycanın dahi şəxsiyyəti Seyid Yəhya Bakuvi ili elan etməsilə və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi çəkilmiş sənədli film. Film XIV əsrdə yaşamış azərbaycanlı övliya Seyid Yəhyanın həyatından bəhs edir. Filmi rejissoru azərbaycanlı rejissor Adil Azaydır. Seyid Yəhyanın həyatı və onun yaratdığı xəlvətilik sufi təriqəti haqqında çəkilən sənədli filmin premyerası 2014-cü ilin oktyabr ayında baş tutmuşdur.
Klod Adrian Helvetsi
Klod Adrian Helvetsi (Claude Adrian Helvetius; 1715-1771) — Fransa filosofu. == Fəlsəfəsi == O, insanı sırf təbii-elmi nöqteyi-nəzərdən izah etməyə çalışırdı. O, "elmi" izahlardan qeyri heç bir izahı qəbul etməyən alimlərdən idi. O, əmin idi ki, elm sosioloji və psixoloji hadisələr də daxil olmaqla, bütün halları izah etməyə qadirdir. Hobbsdan fərqli olaraq, Helvetsi öz sistemini özünü qoruyub saxlama instinktindən başlamırdı. Helvetsiyə görə, şəxsi maraq hərəkətverici qüvvə kimi çıxış edir. İnsan həzz axtarır və iztirablardan qaçır. Tərifinə görə, həzz və iztirab ancaq ayrı-ayrı fərdlərə aid olan eqoist hisslərdir. (Biz başqaları ilə birgə narahat ola bilərik, lakin onların hisslərini bölə bilmərik). Helvetsi insan fəaliyyətinin hərəkətverici qüvvəsinə sadə psixoloji izahat verir: insanların davranışı belə izah olunur ki, onlar avtomatik olaraq məmnunluğa can atır, ağrıdan isə qaçırlar.
Georq de Xeveşi
Georq de Xeveşi- (alm. Georg Karl von Hevesy‎, 1 avqust 1885[…], Budapeşt, Avstriya-Macarıstan – 5 iyul 1966[…], Frayburq im Breisqau, Qərbi Almaniya) Nobel mükafatı laureatı olan macar alim. Hollandiyalı alim Dirk Koster ilə birlikdə Hafnium kimyəvi elementini kəşf etmişdir. == Həyatı == Georq de Xeveşi 1885-ci ilin avqustun 1-də Budapeştdə anadan olmuşdur. 1908-ci ildə Budapeşt universitetini bitirmişdir. Sonra mühəndis-kimyaçı olmaq qərarına gələn Xeveşi Berlin texnologiya universitetində təhsilini davam etdirir və bundan sonra Almaniyanın cənubunda yerləşən Frayburq universitetində oxuyur və burada fiziki kimya onun əsas fənni olur. 1908-ci ildə ərimiş natrium hidroksid ilə metallik natriumun qarşılıqlı təsirinə həsr olunmuş dissertasiya işini müdafiə edərək doktorluq dərəcəsi alır. O, 1911-1913-cü illərdə Sürix universitetində, Karlsruedə Ali texniki məktəbdə F. Qaberin laboratoriyasında, Mançester universitetində E. Rezerfordun yanında işləmişdir. 1913-cü ildə isə Vyanada Radium institutunda F.A. Panetin yanında çalışmışdır. Georq de Xeveşi Birinci Dünya Müharibəsi zamanı Avstriya-Macarıstan ordusunda xidmət etmişdir.