Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xəmrə
Xəmrə - buğda unu, maya və sudan hazırlanan, müəyyən hissəsi xəmirin yoğrulmasına, qalan hissəsi isə xəmrənin özünün təzələnməsinə (yenidən istehsalına) sərf olunan yarımfabrikatdır. == Xəmrənin hazırlanması == Qatılığına görə xəmrə iki cür olur: qatı xəmrə, çox qatı xəmrə və maye xəmrə. Bütün xəmrələr əvvəlcə becərmə dövründə, sonra isə istehsalat dövründə hazırlanır. Çovdar unundan, çovdar və buğda unları qarışığından çörək istehsalı zamanı xəmir çox qatı xəmrə ilə; dəm tətbiq et-məklə maye xəmrə ilə; dəm tətbiq etmədən maye xəmrə ilə; qa-tılaşdırılmış mayasız süd turşulu xəmrə ilə hazırlanır. Xəmrələr tam becərmə dövrü üzrə hər bir müəssisədə müəyyənləşdirilmiş qrafik üzrə ildə 1÷2 dəfə, yaxud qaldırma qüvvəsi pisləşdikdə, turşuluğun toplanması kifayət etmədikdə, dadı və qoxusu pisləşdikdə, məcburi boş dayanmalar nəticəsində, yaxud müəyyənləşdirilmiş texnoloji rejimin pozulması zamanı digər qüsurlar meydana çıxdıqda yenidən hazırlanır .
Qatı xəmrə
Qatı xəmrə – nəmliyi 48-50%, son turşuluğu: kəpəkli çovdar unundan hazırlandıqda 13-180N, kəpəksiz çovdar unundan hazırlandıqda isə 11-140N, “kürəciyin suyun üzünə çıxmasına” görə qaldırma qüvvəsi 18-25 dəq. olan qatı konsistensiyalı yarımfabrikatdır (fazadır).. == Qatı xəmrənin hazırlanması == Qatı xəmrə əvvəlcə becərmə dövründə, sonra istehsalat dövründə hazırlanır. Becərmə dövründə qatı xəmrə yalnız bir dəfə hazırlanır, sonrakı istehsalat dövründə isə təkrar istehsal olunaraq təzələndirilir və bu yolla fəal vəziyyətdə saxlanılır. === Becərmə dövrü === Becərmə dövründə qatı xəmrə üç fazada hazırlanır: I fazada – mayalı xəmrə, II fazada – aralıq xəmrə, III fazada – əsas xəmrə. I fazanın xəmrəsi üç variantda hazırlanır. Birinci variantda mayaların və süd turşulu bakteriyaların təmiz kulturalarından, ikinci variantda quru laktobakterindən, üçüncü variantda isə əvvəl hazırlanmış istehsalat xəmrəsindən (yetişdirilmiş xəmrədən) və preslənmiş mayalardan istifadə edilir. I fazanın xəmrəsini hazırlamaq üçün mayaların və süd turşulu bakteriyaların təmiz kulturaları, yaxud əvvəl hazırlanmış istehsalat xəmrəsi və preslənmiş mayalar müəyyən miqdarda su və un ilə yoğrulur, qıcqırmağa qoyulur. Müəyyən qıcqırma müddətindən sonra I fazanın xəmrəsinə su və un əlavə edilərək yoğrulur, qıcqırmağa qoyulur və II fazanın xəmrəsi alınır. Müəyyən qıcqırma müddətindən sonra II fazanın xəmrəsinə su və un əlavə edilərək yoğrulur, qıcqırmağa qoyulur və III fazanın xəmrəsi alınır.
Cəmrə
Cəmrə — Həcc ziyarəti zamanı zəvvarların şeytanı daşlamaq ayinini icra edərkən atdıqları daşlar və ya bu daşların atıldığı yer.
Xəmsə
Xəmsə və ya Beşlik – "Pənc gənc" ümumi adı ilə fars dilindən tərcümə olunan Azərbaycan ədəbiyyatının klassiki Nizami Gəncəvinin (1141–1209) beş əsas əsəridir. Nizami Gəncəvi öz ölməz beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") ilə dünya ədəbiyyatında tamamilə yeni bir səhifə açdı. Nizaminin beş poeması sonralar "Xəmsə" (ərəb. خمسة ‎, ivr. ‏חמסה‏‎ xəmsə həmayili) "Beşlik" adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi "Xəmsə" yaratmağa çalışmış, ancaq baş şairə nəsib olmuşdur. == Ümumi məlumat == Nizami Gəncəvi nin "Xəmsə"si Avstriya Milli Kitabxanasının "Azərbaycan əlyazmaları" sərgisində nümayiş etdirilir. Azərbaycan şairi Nizami Gəncəvinin beş poemadan ibarət "Xəmsə"sinin əlyazması xüsusi əhəmiyyət kəsb etdiyi üçün Heydər Əliyevin himayəsi ilə bərpa prosesinə başlanılıb. Bu qiymətli əsərin bərpa prosesi 2002-ci ildə başlanıb. Bərpa olunmuş əlyazmanın CD variantı artıq Azərbaycanın Mədəniyyət Nazirliyinə göndərilib.
Cəmrə Sultan
Cəmrə Sultan (1616-1620) - Osmanlı padşahı I Əhmədin Kösəm Sultandan doğulan qızıdır. == Həyatı == I Əhməd və Kösəm Sultanın ən kiçik övladıdır. Böyük qardaşı II Osman tərəfindən çox sevilirdi. Hətta rəvayətə görə, Kösəm Sultan və qızları Mahfiruz Xədicə Sultanın əmrilə Köhnə Saraya sürgün edilərkən, sırf Cəmrə Sultanın istəyilə kiçik şahzadələr də Köhnə Saraya göndərilmişdir. 12 noyabr 1620 tarixində böyük qardaşı Şahzadə İbrahimlə oynayarkən yıxılıb başını divara vurmuş, aldığı zərbədən vəfat etmişdir.
Xəmsə (Qarabağ)
Xəmsə (erm. Խամսա) əvvəllər Qarabağ bəylərbəyliyi, sonra isə Qarabağ xanlığı tərkibində olan beş alban əsilli erməni məsihi məlikliyinin XVII—XVIII əsrlərdə işlənilən ümumi adıdır. Bu ad ərəb dilindəki xəms (yəni «beş») sözündən əmələ gəlibdir və «beşlik» mənasını daşıyır. XVIII əsrin ortalarınacan Xəmsə məliklikləri bəylərbəylərə tabe idilər. 19-cu əsrdə ermenilərin Qarabağa köçürülməsindən əvvəl məhz burda yerli Qafqaz Albaniyası dövründən qalma xristian ocaqlarında yerli udin mənşəli ermənilər movcud idiki sonradan Rus imperiyasının Türkiyə və İrandan köçürdüyü ermenilərlə tarixi silməyə çalışırdılar. Həmin məlikliklər bunlar idi: Dizaq Vərəndə Çiləbörd Gülüstan (və yaxud Talış; Talış xanlığına aidiyyəti yoxdur) Xaçın1747-ci ildə Pənah Əli xan Qarabağda xanlıq yaradandan sonra bəzi məliklər onun tərəfini tutdular, bəziləri isə ona qarşı durdular. Üsyançıları susduran Pənah Əli xanın adı artıq erməni tarixçisi Semion İrəvanlının «Cambr» əsərində Xəmsə xanı kimi çəkilir.
Xəmsə (dəqiqləşdirmə)
Xəmsə — Nizami Gəncəvinin beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") Xəmsə (oyun) — beynəlxalq statuslu milli intellektual komanda oyunu. Xəmsə (Qarabağ) — Qarabağ məlikliyi. Xəmsə həmayili — Ərəblər və yəhudilərin işlətdiyi əl ovcu formasında həmayil.
Xəmsə (oyun)
Xəmsə — 2007-ci ildə Nə? Harada? Nə zaman? oyunu üzrə Azərbaycan çempionu Faiq Hüseynov tərəfindən yaradılmış beynəlxalq statuslu milli intellektual komanda oyunu. == Oyunun tarixi == Oyun ilk dəfə 2007-ci il 2 fevral tarixində geniş auditoriyaya təqdim olunmuşdur. 2007-ci ilin yayından 2018-ci il avqustun 17-dək televeriliş şəklində ilk dəfə İctimai Televiziyada yayımlanıb. Verilişin aparıcısı kanalın idman oyunları şərhçisi Tural Dadaşovdur. 2014-cü ilin sonuna müxtəlif yaş qrupları — məktəblilər, tələbələr, böyüklər arasında ölkə çempionatları mütəmadi keçirilir. 2011-ci ilin iyulundan etibarən "Xəmsə" oyunu Gürcüstanın Batumi şəhərində hər il mütəmadi keçirilən İntellektual oyunlar üzrə Cənubi Qafqaz çempionatının, 2012-ci ildən isə həmin çempionatın yeni formatı olan Qara dəniz açıq çempionatının yarış proqramına daxil edilmişdir. 2011-ci ilin sentyabrında oyun Ukraynanın Odessa şəhərində keçirilən Nə?
Xəmsə həmayili
Xəmsə -(ərəb. خمسة ‎, ivr. ‏חמסה‏‎) — qoruyucu амулет həmayil Ərəblər və yəhudilərin işlətdiyi əl ovcu formasında həmayildir.Onun digər adı Allahın əlidir. "Xəmsə" sözünün mənşəyi sami dil ailəsinə aiddir və "beşlik" deməkdir. Bir qayda olaraq, simmetrik olur, böyük və çeçələ barmaq kənardan ,bərabər uzunluqda görünür və ovuc içinin anatomik formasını təkrarlamır. Buna baxmayaraq, onu həm yəhudilər, həm də müsəlmanlar geniş istifadə edirlər. Məlumdur ki, o, səmavi dinlərin yaranışına qədər mövcud olmuş və qədim finikiyalıların Ay ilahəsi , və Karfagen şəhərinin himayədarı Tanrıça Tanit ilə əlaqədar olmuşdur. == Mənşəyi == Arxeoloji məlumatlar ona dəlalət edir ki, üzü aşağı istiqamətlənmiş Xəmsə regionda hələ monoteist (təkallahlı) dinlərin ardıcılları gəlməmişdən əvvəl istifadə olunub. Universal müdafiə işarəsi , sağ əlin açıq ovcunun obrazı hələ qədim Mesopotamiya artefaktları və Buddanın qoruma təlimində - Dxarmaçakra-mudrasında göstərilmişdir. İlahi müdafiənin əl təsvirinə əsaslanan digər rəmzləri Veneranın əli (Zöhrə və ya Afrodita) və Müqəddəs Məryəmin əlidir ki, onlar da qadınların şər qüvvələrdən müdafiəsi , doğum artımı, laktasiya (süd vermə) , sağlam hamiləliyin təmini , zəif orqanizmin möhkəmlənməsi üçün istifadə olunurdu.
Xəmsə məliklikləri
Xəmsə (erm. Խամսա) əvvəllər Qarabağ bəylərbəyliyi, sonra isə Qarabağ xanlığı tərkibində olan beş alban əsilli erməni məsihi məlikliyinin XVII—XVIII əsrlərdə işlənilən ümumi adıdır. Bu ad ərəb dilindəki xəms (yəni «beş») sözündən əmələ gəlibdir və «beşlik» mənasını daşıyır. XVIII əsrin ortalarınacan Xəmsə məliklikləri bəylərbəylərə tabe idilər. 19-cu əsrdə ermenilərin Qarabağa köçürülməsindən əvvəl məhz burda yerli Qafqaz Albaniyası dövründən qalma xristian ocaqlarında yerli udin mənşəli ermənilər movcud idiki sonradan Rus imperiyasının Türkiyə və İrandan köçürdüyü ermenilərlə tarixi silməyə çalışırdılar. Həmin məlikliklər bunlar idi: Dizaq Vərəndə Çiləbörd Gülüstan (və yaxud Talış; Talış xanlığına aidiyyəti yoxdur) Xaçın1747-ci ildə Pənah Əli xan Qarabağda xanlıq yaradandan sonra bəzi məliklər onun tərəfini tutdular, bəziləri isə ona qarşı durdular. Üsyançıları susduran Pənah Əli xanın adı artıq erməni tarixçisi Semion İrəvanlının «Cambr» əsərində Xəmsə xanı kimi çəkilir.
Xəmsə əfşarları
Xəmsə əfşarları — Əfşar boyunun coğrafi bölgü əsasında formalaşmış qruplarından biri. == Haqqında == Əfşarların Cənubi Azərbaycandakı bir digər qrupu Xəmsə əfşarları idi və onlar burada gümanki Səfəvi dövründən etibarən məskunlaşmışdılar. Xəmsə Qəzvin ilə Zəncan arasındakı inzibati bölgənin adıdır. Bu inzibati bölgənin əsas şəhəri də Zəncan idiş. Altı hissədən meydana gələn bu inzibati bölgədə əfşarlar əsasən Qəzvinin cənub-qərbindəki yerdən (bu yer hələ də Əfşar adlanmaqdadır) başlayaraq Sayınqala və Sultaniyyəyə qədər uzanan yerlərdə, şimaldakı Yuxarı Tarum, Aşağı Tarumda, hətta Xalxal çevrəsində sıx bir şəkildə yaşamaqda idilər. Bu bölgədəki əfşarlra əsasən Xəmsəli əfşarları deyilməkdədir. XVIII əsrə aid qaynaqlarda buranı idarə edən Əfşar bəyləri də XƏmsəli, Tarumi və ya Xalxali deyə anılmaqda idi. Xəmsə əfşarlarının çoxunun Eberlü oymağından olduğu bilinməkdədir. Sümerə görə, XVIII əsrdə adı keçən Qutulu Əfşarının Xəmsə əfşarlarından olması ehtimalı mövcuddur.H. Fieldə görə, əfşarlar əslində burada 5 min ailədən ibarət olsalar da, 1920-ci ildən etibarən sayları azalmış və min ailəyə düşmüşdür. 1850-ci ildə Lady Sheil hesab edirdi ki, onların sayı 2500 ailə olmuşdur.
Xərə Zirə
Xərə Zirə və ya Bulla — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Sahildən 13 km uzaqlıqda yerləşir. Sahəsi 3,5 km², uzunluğu 3,4, eni 2,6 km-dir. Vulkan mənşəlidir. İlk püskürmə 1810-cu ilə təsadüf edir. Adada fəaliyyətdə olan palçıq vulkanı var. Bakı şəhərindən 50 km-lik məsafəyə malikdir. == Ehtiyatları == Zəngin neft-qaz ehtiyatları mövcuddur Akvatoriasından 1968-ci ildən qaz çıxarılır . Şahdəniz yataqlarında kondensat qazlarda daxil 4 triloyon m³ qaz ehtiyatı var. Son zamanlar Ekologiya nazirliyi burada tədqiqatlar aparıb.
Yunus Əmrə
Yunus Əmrə (güm. 1240, Kiçik Asiya[d] – güm. 1321, Kiçik Asiya) — Anadoluda türkcə şeirin banilərindən biri; sufi; İslam filosofu; təsəvvüf və xalq şairi; Türk-İslam mütəfəkkiri. 1991-ci ildə UNESCO tərəfindən Yunus Əmrənin 750 illik yubileyi qeyd olunmuşdur. == Həyatı == === Tapdıq Əmrə ilə tanış olması === Həyatı və özü haqqında çox az şey məlum olan Yunus Əmrə, Rum sultanlığının dağılmağa və Anadolunun müxtəlif yerlərində bəyliklərin yaranmağa başladığı 13-cü əsrin ortalarından Osmanlı bəyliyinin yaranmağa başlandığı 14-cü əsrin ilk rübünə qədər Mərkəzi Anadolu hövzəsində dünyaya gəlmiş və yaşamış şair və ərəndir. Yunus Əmrə, Hacı Bəktaş Vəli Dərgahında oldusa da, onu "Bizim Yunus" edən mənəvi yüksəlişini Hacı Bəktaş Vəlinin özünün göndərdiyi Tapdıq Əmrə Dərgahında yaşamış və dərgahda xidmət göstərmişdir. Yunus Əmrə uzun müddət dərgahda odunçuluq fəaliyytilə də məşğul olmuşdur. === Digər mütəfəkkirlərlə tanış olması === Yunusun yaşadığı illər, Anadolunun Monqol axın və yağmaları, daxili müharibə və çəkişmələrlə, siyasi nüfuz zəifliyi, habelə qıtlıq və quraqlıqla pərişan olduğu illərdir. 13-cü əsrin ikinci yarısı, yalnız siyasi çəkişmələrin deyil, müxtəlif məzhəb və inancların, batini və mötəzili nəzərlərin də yayılmağa başladığı vaxtdır. Belə bir şəraitdə, Mövlanə Cəlaləddin Rumi, Hacı Bəktaş Vəli, Ahi Əvran Vəli kimi elm və irfan əhli ilə birlikdə Yunus Əmrə, Allah sevgisi, məhəbbət və gözəl əxlaqla bağlı fikirləri, İslam təsəvvüfü və s.
Əmrə Aydın
Əmrə Aydın (2 fevral 1981, İsparta) - Türkiyə müğənnisi == Həyatı == Əmrə Aydın 2 fevral 1981-ci ildə anadan olmuşdur. == Karyerası == Gənc ifaçı 15-ci MTV Avropa musiqi mükafatlandırma mərasimində “Avropanın ən yaxşı sənətçisi” adına layiq görülüb.
Əmrə Bəlözoğlu
Əmrə Bəlözoğlu (ləzg. Белезрин Белезан хва Эмре, türk. Emre Belözoğlu; 7 sentyabr 1980[…], İstanbul) — Ləzgi əsilli keçmiş türkiyəli futbolçu.Əsli Trabzon şəhərindəndir. Fatih Şehremini Lisəsinin məzunudur. Son dövr Türkiyə futbolunun ən dəyərli futbolçularından biridir. Türkiyə milli futbol komandasının və Türkiyənin Fənərbaxça klubunun yarımmüdafiəçisidir. İnter Milan klubunda uğur qazana bilməsə də, 2004-cü ildə əfsanəvi braziliyalı futbolçu Pelenin tərtib etdiyi "Dünyanın ən böyük 125 futbolçusu" siyahısında yer almışdır.2005-ci ildə İngiltərənin Nyukasl Yunayted FK klubuna transfer olunmuşdur. Bu klubda da uğur qazana bilməyib və 30 may 2008-ci ildə yenidən Fənərbaxçaya geri dönüb. == Müvəffəqiyyətləri == Qalatasaray UEFA Süper Kuboku: 1 (2000) UEFA Kuboku: 1 (2000) 1. Liqa Çempionluğu: 4 (1996–97, 1997–98, 1998–99, 1999–2000) Türkiye Kuboku: 3 (1996, 1999, 2000) Türkiyə 2002 FİFA Dünya Kuboku: 3.lük Futbol üzrə Avropa çempionatı 2008: 3.lük İnter Milan İtaliya Kuboku: 1 UEFA İntertoto Kuboku: 1 (2006) Fənərbaxça 1.
Əmrə Daşdəmir
Emre Taşdemir (8 avqust 1995, Yeniməhəllə ilçəsi) — sol cinah müdafiəçisi kimi çıxış edən türk milli futbolçu. Superliqa komandalarından olan "Qalatasaray"-dan icarə əsasında "Giresunspor"-da çıxış edir.
Əmrə Mor
Əmrə Mor (d. 24 iyul 1997, Brøsøj, Danimarka) — Türkiyəli futbolçu. Mövqeyi yarımmüdafiəçi olan Əmrə Mor, Türkiyə Super Liqasında çıxış edən Fatih Karagümrük klubunda forma geyinir. Əmrə Mor 2016-cı ildən Türkiyə yığmasının uğurları üçün çalışır. Türkiyə yığmasında 8 oyunda meydana daxil olan Əmrə Mor, 2016-cı ildə Fransada baş tutan UEFA Avropa Çempionatında da mübarizə apardı. == Həyatı == Əmrə Mor 24 iyul 1997-ci ildə Danimarkanın Brøsøj şəhərində immiqrant ailəsində anadan olub. Atası əslən Türk, anası isə əslən Makedoniyalıdır.Atası əslən Türkiyənin Uşak vilayəti,Sivaslı mahalı,Tatar qəsəbəsindəndir. == Komanda karyerası == === Norşellann FK === 28 noyabr 2015-ci il tarixində Əmrə Mor "Ranners FK" ilə baş tutan Danimarka Liqası oyununun 84-cü dəqiqədə meydana daxil olaraq, birinci oyununa çıxdı. 28 fevral 2016-cı ildə "Viborg FF" ilə keçiriən oyunda Əmrə Mor karyerasında birinci qolunu atdı. 2015/2016 mövsümündə 13 oyunda meydana daxil olan Əmrə Mor 2 qol atdı və 2 qolun ötürməsini verdi.
Əxi Əmrə
Əxi Əmrə (Təbriz – 1409) — Mənşəcə türk olan Azərbaycan sufi alimi. Ömər Xəlvətinin davamçısı Əxi Əmrə Təbrizin Heri qəsəbəsinin Kəlibat kəndində doğulub. Heri və Şirvanda yaşamış və elm təhsilini də bu yerlərdə almışdır. Əmir Teymurun yürüşləri zamanı Heridən köç edərək Anadoluya gəlmiş və Qırşəhərdə məskunlaşmışdır. Bəzi müəlliflər qeyd edirlər ki, ona əxi deyilməsinin səbəbi Əxi Evrənin nəslindən olmasıdır, lakin Mehmet Rıhtım yazır ki, Əxi Evrənin Xoylu olduğunu nəzərə alsaq və Anadoluda yaşayıb öldüyünü düşünsək bu ehtimal zəif xarakter daşıyır. Şeyx Əxi Əmrə 1409–1410-cu ildə vəfat etmişdir. Qəbrinin Qırşəhərdə Təpəviran kəndində və Heri qəsəbəsində Güzərgah körpüsü yaxınlığında xəlvətilər qəbristanlığında olması kimi iki ziddiyyətli məlumat var. Qırşəhərdə Əxi Evrənin xanəgahı və qəbri mövcuddur, lakin Əxi Əmrəyə aid hər hansı bir qəbrə rast gəlinməyib. Mehmet Rıhtım isə qeyd edir ki, Əxi Əmrənin Şirvanda yaşayıb, elə burada da dəfn edildiyini güman etmək olar. Onun vəfatı zamanı Şirvanda Şirvanşah Şirvanşah I İbrahim xan (1382–1417) hakimiyyətdə idi.
Cemrə
Cemrə - Yaz başlanğıcında yeddi gün ara ilə əvvəl hava, su və torpaqda meydana gəldiyi sanılan istilik artımı. Ərəbcə olan söz kor vəziyyətində atəş mənasını verər. Türk və altay xalq mədəniyyətində və mifologiyasında İmrə (İmere və ya Əmrə) adı verilən cinin səbəb olduğuna inanılar. Yazda görünüb titrək işıqlar saçaraq göyə yüksəlir. Sonra buzların üzərinə düşərək onları əridir. Oradan da yerə girər. Bundan sonra istilənmiş torpaqdan buxar yüksələr. İmrə baharın gəlişini təmsil edir. Bulgarlarda Zemirə olaraq iştirak edər. Anadolu Türkcəsində, Ərəbcədən gəlmə Cemrə sözcüyünün əslində bu adın bənzətmə ilə dəyişmiş halı olduğu deyilə bilər.
Xəmsə əlyazması (1418)
Xəmsə əlyazması — Nizami Gəncəvi Xəmsəsinin 1418-ci ilə aid əlyazma nüsxəsidir. Əlyazması Bakıdakı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Əvvəl əlyazması AMEA Əlyazmalar İnstitutunda saxlanılırdı. == Təsviri == Əlyazmasında yalnız "İsgəndərnamə"poemasının "Şərəfnamə" adlı birinci hissəsi saxlanmışdır. Mətn, krem rəngli cilalanmış kağız üzərində, İki üztun və dioqanal sahələrdə yaxşı nəstəliq xətti ilə yazılmışdır. Mətn qırmızı və mavi xəttlərdən ibsarət çərçivəyə alınmış, sütunlar bir-birindən qırmızı xəttlə ayrılmışdır.Başlıqlar kinovarla yazılmışdır. Mətnin başlanğıcında yerləşdirilmiş ünvan qzıl, kinovar və mavi boya ilə yazılmışdır. Əlyazmasının 84а səhifəsidə miniatür vardır. Naməlum rəssam tərəfindən çəkilmiş"İsgəndərin atəşgahları dağıtdırması" adlı miniatür ehtimal ki, Şiraz miniatür məktəbinə aiddir. Bu miniatür, keçmiş SSRİ ölkələrinin kolleksiyalarında saxlanan əlyazmalar arasında Nizami poemalarına çəkilmiş ən qədim illüstrasiyadır.Əlyazması hicri 821-ci (miladi 1418) ilə aiddir.
Xəmsə əlyazması (1636)
Xəmsə əlyazması М-207 — Nizami Gəncəvinin “Xəmsə”sindən dörd poemanı ehtiva edən 1636-cı ilə aid əlyazma. Hazırda AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasında poemalar aşağıdakı ardıcıllıqla düzülmüşdür: “Sirlər xəzinəsi” (1b−38b), “Yeddi gözəl” (39b−129a), “Xosrov və Şirin” (129b−242a), “İsgəndərnamə” (242b−408a). Əlyazması yüksək keyfiyyətdə icra edilmişdir.Əlyazması, qızıl suyu, lazur, belillər və qırmızı boyalarla icra edilmiş yüksək bədii keyfiyyətli çiçək ornamentli frontispislə başlayır. Hər bir poemanın başlanğıcında həmin boyalarla çəkilmiş çox incə və yüksək zövqlü ünvan səhifələri vardır.Əlyazmaya daxil olan on bir incə miniatür İran miniatür məktəblərinə aid olmaqla, XVII əsr miniatür sənətini öyrənmək üçün əhəmiyyət kəsb edir. Əlyazmanın mətnləri dəqiq kalliqrafik nəstəliq ilə dörd sütun şəklində nazik noxudu şərq kağızı üzərində yazılmış və mavi, qara və qızılı xəttlərlə çərçivələnmişdir. Səhifələrin sahələrində nadir hallarda qlosslara rast gəlinir. Əlyazması moruq rəngli dəri ilə üzlənmişdir. Əlyazmanın tarixi 408-ci səhifədə hicri 1046-cı il (1636/1637) kimi qeyd edilmiş, sonradan isə 746-cı ilə dəyişdirilmişdir. Əlyazmanın xəttatı Dust Məhəmməd ibn Darvin ət-Daraqçıdır.
Yunus Əmrə Fondu
Yunus Əmrə Fondu (türk. Yunus Emre Vakfı) — Türkiyə fondlarından biri. == Tarixi və fəaliyyəti == Fond Türkiyəni, türk dilini, tarixini, mədəniyyətini və sənətini tanıtmaq, bu istiqamətdə təhsil almaq istəyənlərə ölkə xaricində xidmət göstərmək, Türkiyənin digər ölkələr ilə mədəni əlaqələrini artırıb dostluğunu inkişaf etdirmək məqsədi ilə Türkiyə Respublikasının 5 may 2007-ci il tarixli və 5653 saylı qanuna əsasən fəaliyyət göstərir. Fondun fəxri heyətinin rəhbəri Turkiyə Respublikasının sabiq Prezidenti Abdullah Gül, Qəyyumlar Şurasının nümayəndə heyətinin rəhbəri isə sabiq Xarici işlər naziri Əhməd Davudoğludur. == Xarici əlaqələri == Fonda bağlı olan Yunus Əmrə İnstitutunun bir sıra xarici ölkələrdə türk mədəniyyət mərkəzləri fəaliyyət göstərir.
Yunus Əmrə Çeşməsi
Yunus Əmrə Çeşməsi — Bulaq kompleksi Yunus Əmrə şərəfinə inşa edilib. Vyananın Türkenschanzpark parkında yerləşir. 1991-ci ildə Türkiyə Cümhuriyyətinin Avstriyaya hədiyyəsidir.
Cemre
Cemrə - Yaz başlanğıcında yeddi gün ara ilə əvvəl hava, su və torpaqda meydana gəldiyi sanılan istilik artımı. Ərəbcə olan söz kor vəziyyətində atəş mənasını verər. Türk və altay xalq mədəniyyətində və mifologiyasında İmrə (İmere və ya Əmrə) adı verilən cinin səbəb olduğuna inanılar. Yazda görünüb titrək işıqlar saçaraq göyə yüksəlir. Sonra buzların üzərinə düşərək onları əridir. Oradan da yerə girər. Bundan sonra istilənmiş torpaqdan buxar yüksələr. İmrə baharın gəlişini təmsil edir. Bulgarlarda Zemirə olaraq iştirak edər. Anadolu Türkcəsində, Ərəbcədən gəlmə Cemrə sözcüyünün əslində bu adın bənzətmə ilə dəyişmiş halı olduğu deyilə bilər.
Xəmsə Milli İntellektual Oyunu
Xəmsə — 2007-ci ildə Nə? Harada? Nə zaman? oyunu üzrə Azərbaycan çempionu Faiq Hüseynov tərəfindən yaradılmış beynəlxalq statuslu milli intellektual komanda oyunu. == Oyunun tarixi == Oyun ilk dəfə 2007-ci il 2 fevral tarixində geniş auditoriyaya təqdim olunmuşdur. 2007-ci ilin yayından 2018-ci il avqustun 17-dək televeriliş şəklində ilk dəfə İctimai Televiziyada yayımlanıb. Verilişin aparıcısı kanalın idman oyunları şərhçisi Tural Dadaşovdur. 2014-cü ilin sonuna müxtəlif yaş qrupları — məktəblilər, tələbələr, böyüklər arasında ölkə çempionatları mütəmadi keçirilir. 2011-ci ilin iyulundan etibarən "Xəmsə" oyunu Gürcüstanın Batumi şəhərində hər il mütəmadi keçirilən İntellektual oyunlar üzrə Cənubi Qafqaz çempionatının, 2012-ci ildən isə həmin çempionatın yeni formatı olan Qara dəniz açıq çempionatının yarış proqramına daxil edilmişdir. 2011-ci ilin sentyabrında oyun Ukraynanın Odessa şəhərində keçirilən Nə?
Xəmsə əlyazması (1539-1543)
I Şah Təhmasibin Xəmsə əlyazması — 1539-1543 Səfəvi şahı I Təhmasibin sifarişi əsasında Şah Mahmud Nişapuri tərəfindən köçürülmüş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasıdır. Bu əlyazması həm də "Xəmsə əlyazması (1539-1543)" və "Britaniya Kitabxanası Or. 2265" adları ilə tanınır. Əlyazması Təbriz miniatür məktəbinin və Səfəvilər dövrünün ən məşhur miniatürçü rəssamları tərəfindən çəkilmiş 14 mininatürlə bəzədilmişdir. Miniatürlərin çəkilməsində Sultan Məhəmməd, Ağa Mirək, Mir Musavvir, Mirzə Əli, Müzəffər Əli kimi sənətkarlar iştirak etmişlər. Əlyazmasını tədqiq etmiş A. Qazıyev qeyd edir ki, "XVI əsr Təbriz miniatür məktəbinin yetirmələri olan bu beş rəssamın əlyazmasında yer almış əsərləri mühüm tarixi-bədii əhəmiyyət kəsb edir. Milli risin orijinal nümunələri kimi, bu miniatürlər bədii sənət nümunəsi olmaqla yanaşı etnoqraflar üçün də mühüm tədqiqat mənbəyidir." XVII əsrdə əlyazmasına Məhəmməd Zaman tərəfindən çəkilmiş daha üç miniatür əlavə edilmişdir. == Tarixi == === Tarixi-mədəni mühit === XVI əsrdə Yaxın Şərqin ən mühüm siyasi və mədəni mərkəzlərindən biri olan Təbrizdə Səfəvilər dövlətinin yaradılmasından sonra, uzun sürən daxili müharibələr nəticəsində dağıdılmış mədrəsə və kitabxanaların bərpa edilməsinə başlanıldı. Həmin dövrdə əsası qoyulmuş saray kitabxanası, mühüm bədii əsərlərin rəngarəng illüstrasiyalarla bəzədilmiş dəyərli əlyazma kitablarının toplanması və hazırlanması ilə məşğul olurdu. Kitabxana daxilində kitab incəsənəti ustalarının toplandığı bədii emalatxana da təşkil olunmuşdu.
Xəmsə əlyazması (1617/8)
Xəmsə əlyazması С-201 — Nizami Gəncəvinin bütün poemalarını özündə birləşdirən və XVII əsrdə yazılmış əlyazma. AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasında poemalar ənənəvi sıralama ilə verilmişdir. Mətn parlaq və nazik şərq kağızı üzərində dörd sütunla mirvari kalliqrafik nəstəliq xətti ilə yazılmışdır. Başlıqlar qırmızı mürəkkəb ilə yazılmışdır. Orta Asiya mənşəli üzlük yaşıl rəngdə olmaqla lakla örtülmüş və tünd-moruğu rəngli medalyonlarla bəzədilmişdir. Kiçik medalyonlardan biri üzərində üzlükçü ustanın adı – Molla Məhəmməd Tarsun və üzlənmə tarixi – hicri 1027 (1617/1618) – qeyd edilmişdir. 285 səhifəlik əlyazmasının ölçüləri 19 × 30 sm-dir. == İstinadlar == == Ədəbiyyat == Хамсэ // Низами Гянджеви: Краткий справочник / Составитель Дж. В. Каграманов.
Emre Aydın
Əmrə Aydın (2 fevral 1981, İsparta) - Türkiyə müğənnisi == Həyatı == Əmrə Aydın 2 fevral 1981-ci ildə anadan olmuşdur. == Karyerası == Gənc ifaçı 15-ci MTV Avropa musiqi mükafatlandırma mərasimində “Avropanın ən yaxşı sənətçisi” adına layiq görülüb.
Emre Belözoğlu
Əmrə Bəlözoğlu (ləzg. Белезрин Белезан хва Эмре, türk. Emre Belözoğlu; 7 sentyabr 1980[…], İstanbul) — Ləzgi əsilli keçmiş türkiyəli futbolçu.Əsli Trabzon şəhərindəndir. Fatih Şehremini Lisəsinin məzunudur. Son dövr Türkiyə futbolunun ən dəyərli futbolçularından biridir. Türkiyə milli futbol komandasının və Türkiyənin Fənərbaxça klubunun yarımmüdafiəçisidir. İnter Milan klubunda uğur qazana bilməsə də, 2004-cü ildə əfsanəvi braziliyalı futbolçu Pelenin tərtib etdiyi "Dünyanın ən böyük 125 futbolçusu" siyahısında yer almışdır.2005-ci ildə İngiltərənin Nyukasl Yunayted FK klubuna transfer olunmuşdur. Bu klubda da uğur qazana bilməyib və 30 may 2008-ci ildə yenidən Fənərbaxçaya geri dönüb. == Müvəffəqiyyətləri == Qalatasaray UEFA Süper Kuboku: 1 (2000) UEFA Kuboku: 1 (2000) 1. Liqa Çempionluğu: 4 (1996–97, 1997–98, 1998–99, 1999–2000) Türkiye Kuboku: 3 (1996, 1999, 2000) Türkiyə 2002 FİFA Dünya Kuboku: 3.lük Futbol üzrə Avropa çempionatı 2008: 3.lük İnter Milan İtaliya Kuboku: 1 UEFA İntertoto Kuboku: 1 (2006) Fənərbaxça 1.
Emre Can
Emre Can (türk. Emre Can; 12 yanvar 1994, Frankfurt-Mayn, Hessen) — əslən türk olan, Almaniya futbolçusu. Hal-Hazırda Borussia Dortunda oynayır.
Emre Mor
Əmrə Mor (d. 24 iyul 1997, Brøsøj, Danimarka) — Türkiyəli futbolçu. Mövqeyi yarımmüdafiəçi olan Əmrə Mor, Türkiyə Super Liqasında çıxış edən Fatih Karagümrük klubunda forma geyinir. Əmrə Mor 2016-cı ildən Türkiyə yığmasının uğurları üçün çalışır. Türkiyə yığmasında 8 oyunda meydana daxil olan Əmrə Mor, 2016-cı ildə Fransada baş tutan UEFA Avropa Çempionatında da mübarizə apardı. == Həyatı == Əmrə Mor 24 iyul 1997-ci ildə Danimarkanın Brøsøj şəhərində immiqrant ailəsində anadan olub. Atası əslən Türk, anası isə əslən Makedoniyalıdır.Atası əslən Türkiyənin Uşak vilayəti,Sivaslı mahalı,Tatar qəsəbəsindəndir. == Komanda karyerası == === Norşellann FK === 28 noyabr 2015-ci il tarixində Əmrə Mor "Ranners FK" ilə baş tutan Danimarka Liqası oyununun 84-cü dəqiqədə meydana daxil olaraq, birinci oyununa çıxdı. 28 fevral 2016-cı ildə "Viborg FF" ilə keçiriən oyunda Əmrə Mor karyerasında birinci qolunu atdı. 2015/2016 mövsümündə 13 oyunda meydana daxil olan Əmrə Mor 2 qol atdı və 2 qolun ötürməsini verdi.
Emre Sakçı
Hüseyin Emre Sakçı (d. 15 noyabr 1997) — Türkiyəli üzgüçü. Hüseyin Emre Sakçı Türkiyəni 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Hüseyin Emre Sakçı birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 50.01 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 48-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Bədrə
Bədrə — İranın İlam ostanının Dərəşəhr şəhristanının Bədrə bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,775 nəfər və 868 ailədən ibarət idi.
Bəsrə
Bəsrə (Ərəb dili:البصرة) — Cənubi İraqda şəhər. Bəsrə mühafazasının inzibati mərkəzi. Əhalisi 2,02 mln. nəfər (2005). İran körfəzinin 55 km-liyində, Şətt-ül-ərəb çayında port (1980-ci illərədək qabarma zamanı okean gəmiləri daxil ola bilirdi; sonralar çay yatağını lil basdığından yalnız kiçik tonnajlı gəmilər daxil olur). Nəqliyyat qovşağı. Beynəlxalq hava limanı var. == Tarixi == Bəsrənin əsasını 637/638 ildə xəlifə Ömər ibn əl-Xəttab qoymuşdur. Bəsrə VIII– IX əsrlərdə ərəb-müsəlman mədəniyyətinin formalaşmasının (Bəsrə əhalisi mürəkkəb etnik-irqi müxtəlifliyi ilə seçilirdi; burada ərəblər, farslar, Hindistan və Afrika xalqları yaşayırdı), İraqın siyasi və iqtisadi həyatının, həmçinin tunc, saxsı və şüşə məmulatı istehsalının mühüm mərkəzlərindən idi. 762-ci ildə Abbasilər paytaxtı Bağdada köçürdükdən sonra Bəsrə iqtisadi mövqeyini tədricən itirməyə başladı.
Cəhrə
Cəhrə — yun, pambıq və ipək liflərdən ip əyirmək üçün alətdir. Güman edilir ki, fars dilindən alınma sözdür və mənşəyi cəhrənin çıxartdığı cırıltı səsi ilə bağlıdır. Azərbaycan xalçaçılığında bu alət əvəzedilməzdir. Yun, pambıq və ipək liflərdən eşilməklə (burulmaqla) ip əyrilir. Cəhrə bir neçə hissədən ibarətdir. Top (pərli və ya bütöv ola bilər), ön və arxa qollar, iy, döşək (ön, alt və arxa döşəklər), tağalaq və kiriş (top və iyi birləşdirən ip). Kiriş əsasən qoyun dərisindən hazırlanır.
Gərmə
Gərmə - İranın Şimali Xorasan ostanının şəhərlərindən və Gərmə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 24,368 nəfər və 6,332 ailədən ibarət idi.
Həmzə
Ərəb əlifbasına məxsus diakritik işarə. Həmzənin (ء) öz səsi yoxdur, yalnız hərəkə ilə işlənəndə səs ifadə edir. Bu bir neçə ildə, İranda Azərbaycan-ərəb alifbasını Azərbaycan dilinə çalışanlar həmzəni bir səsli hərf kimi işlətməyə çalışırlar. Hamzəylə gələn hərflər və onların səsləri: Gündəlik Azərbaycan-ərəb mətnlərində çox yazılan həmzə ئـ (ye) həmzəsidir ki I, ı və E, e səsi verir. Həmzə başda gələndə alif iylə gəlir.
Həzrə
Həzrə (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Həzrə (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd.