Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Forma yaddaşlı xəlitələr
Forma yaddaşlı xəlitələr uyğun əməliyyatdan sonra temperaturun təsiri altında struktur çevrilmələri sayəsində öz əvvəlki formasını alır. Bu xəlitələr 8%-ə qədər uzanma deformasiyasını dəf edərək geri qayıda bilir. Temperatur aktivliyini nəzərə alaraq prosesin tezliyi 2Hs-dən böyük olmur. === Tərkibi === Forma yaddaşlı materiallarda deformasiya mexanizminin əsasında geriyə dönə bilən termosərtlikli martensit çevrilməsi durur. Austenit tərkibli materialın deformasiyası zamanı o bir haldan digərinə - martensitə çevrilir. Bu materiallarda martensit yüksək termosərtliyə malikdir. Çevrilmə temperaturundan yuxarıda qızdırma zamanı əks proses baş verir, yəni martensitdə yaranan daxili gərginliklər, materialın strukturunu əvvəlki vəziyyətinə qaytarmağa çalışır. Keçid, deformasiyaya uğrayan kristal qəfəsin yenidən düzlənməsi ilə müşayiət olunur. Material öz əvvəlki formasını alır və soyuduqda yenidən martensitə çevrilməsinə baxmayaraq bu formanı saxlayır. Qəfəslərdə bu və ya digər istiqamətdə deformasiya zamanı ayrı-ayrı fazaların dənəciklərinin sərhəd səthləri boyunca yaranan sürtünmə nəticəsində histerezis effekti meydana gəlir.
Bəşəriyyətin Yaddaşı
Bəşəriyyətin Yaddaşı (ing. Memory of Mankind) – Martin Kunze tərəfindən 2012-ci ildə maliyələşdirilmiş qoruma layihəsi. Əsas məqsəd bəşəriyyət haqda bu zamana qədər əldə edilən məlumatları insanların unutma və kollektiv şəkildə yaddan çıxarma problemlərindən mühafizə etməkdir. İnformasiya keramika üzərinə çap edilir, daha sonra Avstriyanın Hallstatt şəhərində daş duz mədənləri içərisinə yerləşdirilir. Adi bir arxiv layihəsindən fərqli olaraq, bu "bizim eramızın zaman kapsulu" olmağı hədəfləyir və insanlara ora istədikləri mətin və şəkilləri əlavə etməyə icazə verir. Milli arxivlərin əksinə MOM-un məlumat bazası burada iştirak etmək istəyən hər kəs tərəfindən qurulur.
Dünyanın yaddaşı
Dünya xatirəsi (ing. Memory of the World) — Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) dünya irsini qoruma proqramı. 1992-ci ildə qurulub. == Proqramın məqsədi == dünya sənədli irsinin qorunması; istifadəçilərin sənədli irsə bərabər imkanlarını təmin etmək; sənədli irsin mövcudluğu və əhəmiyyəti barədə ümumi şüurun yayılması; proqramı tanıtmaq və əsərlərini geniş ictimaiyyətə təqdim etmək.1997-ci ildən bəri proqram çərçivəsində sənədli irs qeydləri (beynəlxalq, regional və milli səviyyədə) aparılır. Abidənin beynəlxalq reyestrə daxil edilməsi proqramın ali rəhbər orqanı olan Beynəlxalq Məşvərət Komitəsi tərəfindən təsdiqlənmək və YUNESKO-nun Baş direktoru tərəfindən təsdiqlənməklə həyata keçirilir.
Dünyanın yaddaşı (Afrika)
Dünyanın xatirəsi Layihəsinin Afrika mirası yerlərinin siyahısı.
Yaddaşı proqramlaşdırılabilən idarəetmə
Proqramlaşdırılabilən məntiqi kontroller (ing. programmable logic controller, PLC) - maşın və qurğulıarın idarə olunmasında tətbiq olunan düyümdür. Proseslərin idarə olunmasında istifadə olunan proqramlaşdırıla bilən avadanlıqdır. Bu düyümlər tətbiq sahəsindən asılı olaraq proqramlaşdırılıb tətbiq oluna bilirlər. Adətən elektronik şəkildə hazırlanmış bu düyümlər öz iş prinsipinə görə kompyuterlə oxşardır. Senzorlar və aktorlarla əlaqədə olan YPİ-sistemi proqram əsasında prosesin idarə olunması üçün siqnallar verir. Bu informasiya əsasında tənzimləyicilər maşınların bu və ya digər qurğuya qoşulmasını elə idarə edir ki, o tələb olunan funksiyanı yerinə yetirsin. İstənilən alqoritmi proqram şəklində PLC- yə yazmaq mümkündür. PLC-lər ən çox sənayedə texnoloji proseslərin idarə olunmasında istifadə olunurlar. Sahə cihazlarından gələn siqnallar giriş modulları vasitəsilə rəqəmsal şəkilə gətirildikdən sonra PLC- yə ötürülür.
Daş yaddaşı (film, 2006)
== Məzmun == Film Azərbaycanın qədim və uca dağlarla əhatə olunmuş, uzunömürlülər diyarı olan Lerik rayonunun minilliklərin yadigarları hesab edilən abidələrinə həsr olunub. Təbii mağaralar, qədim tikili və təbii abidələrin nağılı hər kəsin marağına, adına "Beşikdaş" deyilən nəhəng qaya parçasının yırğalanması isə heyrətinə səbəb olur. Filmdə Lerikdə yerləşən 100-dən çox abidənin tarixindən söz açılır.
Naxışların yaddaşı (film, 1973)
== Məzmun == Elmi-kütləvi film poetik formada qədim Azərbaycan milli sənət yadigarlarından, naxışlara həkk olunmuş milli mənəviyyatdan bəhs edir. Eləcə də görkəmli alim Xudu Məmmədovun qeyri-adi kəşfi sayəsində bu qədim naxışlarla bir çox kristalların daxili şərti quruluşunun yaxın olduğu açılıb göstərilir. Ekranda kvars kristalının quruluşu əsasında 1322-ci ildə tikilmiş Bərdə türbəsini bəzəyən naxışlar müqayisə edilir. Məlum olur ki, həmin naxışlarla kvarsın quruluş sxemi eynidir. Kadrlar bir-birini əvəz etdikcə gözlərimiz qarşısında tarixi nişanələri olan qədim abidələr, qayalar üzərində naxışlar, göllər, çəmənliklər, canlılar gəlib keçir. == Festivallar və mükafatlar == 1)1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı Qısametrajlı elmi-kütləvi filmlər bölməsi üzrə filmə II mükafat və diplom verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yalçın Əfəndiyev Ssenari müəllifi: Xudu Məmmədov, Vidadi Paşayev Operator: Zaur Məhərrəmov Bəstəkar: Vaqif Mustafazadə Səs operatoru: Şamil Kərimov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Yuxu yaddaşı (film, 2008)
== Məzmun == Film narkomaniyanın insanı dəyişməsi haqqında dramdır. Narkomaniya gənc Hüseyni çıxılmaz dalana salaraq ona faciəli məhəbbət dramı yaşadır. Bəzən insana elə gəlir ki, bütün hadisələr yuxu yaddaşı kimi sanki baş verməyib. Həyat həqiqətlərinə söykənən iki gəncin ağ ölümün fəlakətinə düçar olmaları filmin əsasını təşkil edir.
Ürək yaddaşı (film, 1981)
== Məzmun == Film Azərbaycanın görkəmli heykəltəraşı İbrahim Zeynalova həsr olunmuşdur. Kinolentdə onun yaradıcılığından, Azərbaycanın müxtəlif şəhərlərində ucaltdığı abidələrdən söhbət açılır. Böyük sənətkarın qranit daşlardan yonduğu əsərləri, bu gün təkcə Azərbaycanın deyil, Sovet İttifaqının bir sıra şəhərlərinin, o cümlədən Moskvanın memarlıq tarixinin ən qiymətli səhifələrini təşkil edir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Elxan Qasımov Ssenari müəllifi: Emil Ağayev, Cəmil Əlibəyov, Rasim Ağayev Operator: Vladimir Konyagin, Köçəri Məmmədov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 326.
Azərbaycanda YUNESCO-nun "Dünyanın yaddaşı" obyektlərinin siyahısı
Azərbaycanda YUNESCO-nun "Dünyanın yaddaşı" obyektlərinin siyahısına 3 obyekt daxildir.
Azərbaycanda YUNESCO-nun “Dünyanın yaddaşı” obyektlərinin siyahısı
Azərbaycanda YUNESCO-nun "Dünyanın yaddaşı" obyektlərinin siyahısına 3 obyekt daxildir.
Dadaşlı
Dadaşlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd.
Yaddaş
Yaddaş və ya hafizə — informasiyanın toplanması, saxlanması və yenilənməsi üçün beynin funksiyalarından və fəaliyyət növlərindən biri. Bu orqanizmin ətraf mühitə operativ reaksiyası və perspektiv planlaşdırılması üçün lazımdır.
Fləş yaddaşlar
Fləş yaddaş — enerji kəsildiyində belə məlumatları saxlaya bilən və elektronik olaraq silinib yenidən yazıla bilən yaddaş növü. == Tarixi == Fləş-yaddaş hazırlaması üzərində işlərə hələ ötən əsrin 70-ci illərinin əvvəllərində başlanılıb və o, 1984-cü ildə işıq üzü görüb. Hazırda fləş-kartlar mənfi 30-dan müsbət 80 dərəcəyədək istiliyə tab gətirir. Fləş-kartın tərkibindəki informasiyaya qeyri-məhdud sayda baxmaq olar, lakin yalnız 1 milyon dəfə yenidən yazma əməliyyatı aparmaq mümkündür. Fləş-kartı xarab etmək üçün onu gündə 1 dəfə format etsəniz belə, buna təxminən 1500 il vaxt lazımdır. Hazırda fləş-kart işləmə sürətinə görə hələ də sərt diskdən geri qalır. Dünyanın ən bahalı fləş-yaddaşını isveçrəli zərgər yaradıb. Fləş-kartın yaddaşının həcmi 32 QB təşkil edir. == Haqqında == USB dəstəkli daşına bilən cihazlarda əslində “flash” yaddaş istifadə olunmaqdadır. SSD sərt disklər də “Flash” yaddaş növünə aiddir.
Yaddaşın dəyişməzliyi
Yaddaşın dəyişməzliyi (kat. La persistència de la memòria) 1931-ci ildə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri olan Salvador Dali tərəfindən çəkilmiş sürrealist rəsm əsəri. 1932-ci ildə 250 ABŞ Dolları qarşılığında satılan tablo,1934-cü ildən etibarən Nyu-Yorkdaki National Museum of Art'da sərgilənməkdədir. = Haqqında = Sürrealistik əsər əriyən cib saatlarını mövzu almaqdadır.Bu,Dalinin o illərdəki "yumuşaqlıq" və "sərtlik" anlayışına işıq tutmaqdadır. Əsər hər nə qədər Dalinin sənət yaşamındakı Freyudçu mühitin bir nümunəsi olsa da, sənətcinin elmi mərhələyə keçişindən 14 il əvvəl yaradılmışıdır. Dalinin elmi təməlli əsərlər yaratmağa başlaması 1945-ci il Nüvə silahı istifadəsi ilə əlaqədardır. Geniş bir qum çölü təsvir olunan əsərdə ki, əriyən saatlar ideyasını Dali avqust günəşi altında əriyən kamamber pendirindən götürüb. Əsəri zamanın dəyişməzliyi anlayışına protesto kimi də yozmaq mümkündür. Rəsmin mərkəzi hissəsində canavar və insan obrazının sintezini görürük. Tablonun sol hissəsində olan saatın üzərində isə ölümü və qadın cinsiyyət orqanını simvollaşdıran qarışqaları görmək mümkündü.
Aydın Ağdaşlı
Aydın Ağdaşlı (30 oktyabr 1940, Rəşt) — Şimali Azərbaycan əsilli İran rəssamı, sənət tarixçisi, sənət tənqidçisi, film tənqidçisi və qrafik dizayneri. == Ailəsi və ilk illəri == Atası Məmməd Hacıyev 1919–1920-ci illər arasında Azərbaycan Demokratik Respublikası daxili işlər naziri vəzifəsində işləmişdir. Qızıl Ordunun ölkəni işğal etməsindən sonra yoldaşı Nahidə ilə birlikdə Bakını tərk edərək Təbrizə sığındılar. İranda Sovet casuslarının təqibini önləmək üçün Hacıyev olan soyadını Ağdaşlı olaraq dəyişdirmişdir. Rəştə qaçdılar və burada Aydın Ağdaşlı doğuldu. Daha sonra isə Aydın Ağdaşlı 5 yaşlı ikən Tehrana köçdülər. 14 yaşlı ikən çəkdiyi rəsmləri satmağa başladı. İki il sonra atasını böyrək xəstəliyindən itirdi. İran Şahbanusu Fərəh Pəhləvi tərəfindən "Şahbanu Şəxsi Bürosunun Sənət İşləri Başçısı" olaraq təyin edildi. Vəzifə olaraq Tehran Müasir Sənət Muzeyinə Endi Uorxol, Pablo Pikasso və Klod Mone kimi müasir sənətçilərin rəsmlərini satın alırdı.
Orxan Dadaşlı
Orxan Elxan oğlu Dadaşlı (25 yanvar 1997; Lənkəran rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Dadaşlı 1997-ci il yanvarın 25-də Lənkəran rayonunun Darquba kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Orxan Dadaşlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Dadaşlı noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Dadaşlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Dadaşlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Dadaşlı ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Şöhrə Ağdaşlı
Şöhrə Ağdaşlı (ing. Shohreh Aghdashloo, fars. شهره آغداشلو‎, d. 11 may 1952) — İran-ABŞ aktrisası. Soyadını ilk yoldaşı olan Aydın Ağdaşlıdan götürmüşdür.
Artırılmış yaddaş
Artırılmış yaddaş – Intel firmasının 80286/386/486 mikroprosessorlarının olduğu kompüterlərdə 1 Mbayt ın üstündə yerləşən operativ yaddaş. Bu yaddaşa ancaq prosessor təhlükəsiz (386/486 prosessorlarında virtual) rejimdə işləyən zaman müraciət mümkün olur. Ardırılmış yaddaş adi MS-DOS proqramları üçün əlçatmazdır, ancaq OS/2 və Windows proqramlarına açıqdır; ancaq prosessoru lazım olan müddətdə qorunmuş rejimə keçirən proqram təminatının köməyilə həmin yaddaşı MS-DOS proqramları üçün də əlçatan etmək olar.
Genişləndirilmiş yaddaş
1. Genişləndirilmiş yaddaş spesifikasiyası IBM PC sistemlərində yaddaşın genişləndirilməsi üsulunun təsviri; bəzən LIM EMS kimi göstərilir, çünki bu üsul Lotus/Intel/Microsoft triumviratı tərəfindən işlənib hazırlanıb. Intel şirkətinin 80x86 prosessorlarının “real rejim” arxitekturası kompüterin erişiləbilən yaddaşının maksimal həcmini 1 Mbaytla məhdudlaşdırır. IBM PC’nin arxitekturası isə bu fəzanı (sahəni) daha da daraldaraq 640 Kbayt edir. EMS spesifikasiyası bu məhdudiyyətlərdən yayınmağa imkan verir: o, bir neçə 16-kilobaytlıq operativ yaddaş banklarından ibarət olan yaddaş lövhələri (kartları) ilə işləyə bilir ki, onları da proqram yolu ilə qoşmaq və ya açmaq mümkündür. Mərkəzi prosessor belə kartlarda yaddaşı adi yolla ünvanlaya bilmir, ancaq hər bir bankı (və ya səhifəni) prosessorun ünvan fəzasında göstərmək olur. Tut: CONVENTIONAL MEMORY, EXTENDED MEMORY. 2. Genişləndirilmiş mesaj xidməti məlumatların ötürülməsi üçün Samsung, Ericsson, Motorola, Siemens, Alcatel və bir neçə başqa şirkət tərəfindən qəbul edilmiş standart. GSM, TDMA və CDMA standartında işləyən mobil telefonlar üçün SMS standartının genişlənməsidir. EMS texnologiyası SMS və MMS arasında aralıq texnologiyadır, hazırda tamamilə MMS ilə əvəz olunub.
Keş yaddaş
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Qabarcıqlı yaddaş
==Qabarcıqlı yaddaş== Qabarcıqlı yaddaş– silindrik maqnit domenlərdən (nazik pərdə üzərində yerləşdirilmiş halqaşəkilli sabit maqnitlərdən) təşkil olunmuş yaddaş tipi. Qabarcıqlı yaddaşa nisbətən az rast gəlinir; operativ yaddaşdan (RAM) və daimi yaddaşdan (ROM) bahadır. Qabarcıqlı yaddaşın üstünlüyü onun sabitliyindədir (daimiliyindədir): ona yazılmış hər hansı bir şey hətta kompüter söndürüldükdə də dəyişdirilməyənə qədər saxlanılır. Fləş-yaddaşlar meydana çıxandan sonra qabarcıqlı yaddaşlara olan tələbat praktik olaraq azalıb, çünki fləş-yaddaşlar da daimi saxlama xassəsinə malikdir və həm də onların hazırlanması asan və ucuz başa gəlir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xarici yaddaş
Xarici yaddaş - məlumatların uzun müddət saxlanması üçün yaddaş qurğularının məcmusudur. Xarici yaddaşın tərkibinə elastik və bərk maqnit disklərində toplayıcılar, optik və maqnit-optik toplayıcılar, maqnit lentində toplayıcılar daxildir. Adətən proqram və verilənlərin arxivləri xarici yaddaşda saxlanılır. Xarici daşıyıcılarda yerləşdirilmiş informasiya kompyuterin işə salınıb salınmamasından asılı deyildir. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Yaddaş (dəqiqləşdirmə)
Yaddaş (psixologiya)
Yaddaş (psixologiya)
Yaddaş və ya hafizə — informasiyanın toplanması, saxlanması və yenilənməsi üçün beynin funksiyalarından və fəaliyyət növlərindən biri. Bu orqanizmin ətraf mühitə operativ reaksiyası və perspektiv planlaşdırılması üçün lazımdır.
Yaddaş kartrici
Yaddaş kartrici (ing.memory cartridge, ru. картридж памяти)- verilənlər və proqramları yadda saxlamaq üçün ixtiyari erişimli yaddaş (RAM) mikrosxemdən ibarət olan çıxarılıb-taxılan modul. Yaddaş kartriciləri əsasən daşınabilən kompüterlərdə istifadə edilir, çünki onlar daha kiçikdir və disksürənin dəyişdirilməsi kimi daha sadədir (ancaq masaüstü sistemlərə nisbətən daha bahadır). Yaddaş kartricləri enerjini kartricin içərisində olan təkrar yüklənən batareyadan almaqla, adətən, enerji təchizatı kəsildikdə belə tərkibini itirməyən enerjidən asılı olmayan sxemlərdən ibarət olur, ya da yaddaşın tərkibinin saxlanmasını təmin edən ehtiyat elektrik batareyasına malik olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yaddaş modeli
Yaddaş modeli (ing. memory model, rus. модель памяти) — proqramda istifadə olunan kodun və verilənlərin ünvanlanması üsulu. Yaddaş modeli proqramda kod və verilənlər üçün ayrılan yaddaşın həcmini göstərir. Aşağıdakı yaddaş modelləri mövcuddur: kiçicik (TINY), kiçik (SMALL), orta (MEDIUM), kompakt (COMPACT), böyük (LARGE), nəhəng (HUGE). Böyük model– Intel 80x86 prosessorları ailəsində qəbul olunmuş yaddaş modeli. Böyük model, ölçüsü 64 Kbayt’dan artıq olan proqram və verilənlərdən istifadə etməyə imkan verir, lakin ümumi həcm 1 Mbayt’ı aşmamalıdır və hər bir verilənlər strukturu 64 kbayt’dan az olmamalıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yaddaş sızıntısı
Yaddaş sızıntısı (en. memory leak) – böyük həcmli yaddaşın sonradan boşaldılmadan dinamik ayrılması ilə bağlı olan vəziyyət; məsələn, C++ dilində göstəricinin uzaqlaşdırlması zamanı onun adından sonra massivin bütünlüklə uzaqlaşdırılmasını göstərən kvadrat mötərizələr ([]) qoymadıqda belə xəta yaranır. Sızıntı sistem xətalarına səbəb ola bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əməli yaddaş
Əməli yaddaş qurğusu (ing. Random Access Memory – RAM) — ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-də saxlanılan informasiya (verilənlər) silinir. Əməli yaddaş kompüterdə iş prosesində lazım olan verilənləri özündə saxlayır. Bu verilənlər həm oxuna, həm də yazıla bilir. Əməli yaddaşa müraciət diskə müraciətdən daha tez olduğundan informasiyanın oxunması və yazılması xeyli sürətlənir. Əməli yaddaş adlandırılması da onun sürətlə işlədiyindən xəbər verir. Baxmayaraq ki, əməli yaddaşın həcmi disklərin həcmindən müqayisə olunmayacaq dərəcədə azdır, ona müraciət sürətli olduğundan əməli yaddaş kompüterdə əvəzolunmaz bir mikrosxemdir.Kompüteri yandırdıqda ilk saniyələrdə daimi yaddaşda yazılmış proqramlar vasitəsilə xarici yaddaşda, yəni sərt diskdə saxlanılan əməliyyat sisteminin proqramları əməli yaddaşa yazılır, eləcə də bizim sonradan daxil etdiyimiz verilənlər də əməli yaddaşa yazılır. Lakin işin axırında kompüteri söndürdükdə əməli yaddaşdakılar pozulur. Odur ki, kompüteri söndürməmişdən əvvəl dəyişdirdiyimiz verilənləri xarici yaddaş qurğularında saxlamaq tələb olunur.
Kollektiv yaddaş
Kollektiv yaddaş — sosial qrupa xas olan, onun kimliyi ilə əhəmiyyətli dərəcədə əlaqəli olan xatirələrin, biliklərin və məlumatlarının ortaq ehtiyatı. Bu ifadə ədəbiyyatlarda XIX əsrin ikinci yarısında meydana çıxmışdı. Filosof və sosioloq Moris Halbvaks "Les cadres sociaux de la mémoire" (1925) kitabında kollektiv yaddaş anlayışını təhlil edərək təkmilləşdirmişdir. Kollektiv yaddaş böyük və kiçik sosial qruplar tərəfindən qurula, paylaşıla və ötürülə bilər. Bu qruplara misal olaraq millətləri, generasiyaları, icmaları və başqalarını göstərmək mümkündür. Kollektiv yaddaş psixologiya, sosiologiya, tarix, fəlsəfə və antropologiya da daxil olmaqla bir sıra fənlər üzrə maraq və tədqiqat mövzusu olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == === Əsas tədqiqatlar === Jan Assmann: Religion and Cultural Memory: Ten Studies, Stanford UP 2005 Jeffrey Andrew Barash, Collective Memory and the Historical Past, Chicago and London, University of Chicago Press, 2016. Maurice Halbwachs: On Collective Memory, Univ of Chicago Press, 1992, ISBN 0-226-11596-8 Pennebaker, James W. Paez, Dario. Rime, Bernard: Collective memory of political events : social psychological perspectives, Mahwah, New Jersey. Lawrence Erlbaum Associates: 1997.
Yaddaşın idarəolunması bloku
Yaddaşın idarəolunması bloku (ing.memory management unit (MMU), ru. блок управления памятью )-virtual yaddaşın fiziki ünvanlara inikasını (fiziki ünvanlarla göstərilməsini) dəstəkləyən qurğu. Bəzi sistemlərdə (məsələn, 68020 tipli prosessorlara əsaslana sistemlərdə) MMU prosessordan ayrıdır, ancaq müasir kompüterlərdə MMU mərkəzi prosessorun mikrosxeminə yerləşdirilir. Bəzi sistemlərdə MMU mikroprosessor və yaddaşın interfeysini təmin edir, belə MMU tipi, adətən, ünvanın multiplekslənməsini, DRAM tipli yaddaş üçün isə həm də regenerasiyanı yerinə yetirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.