Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yanıq
Yanıq — termiki, kimyəvi, elektrik, günəş, şüa agentlərinin təsirindən orqanizmin dəri və toxumaların zədələnməsi. Zədələnmənin kütləvi xarakter aldığı fövqəladə vəziyyətlərdə (təbii fəlakətlər zamanı, istehsalat qəzalarında, hərbi münaqişələr zamanı və s.) yanıqlar xüsusi diqqət tələb edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə yanıqlar bütün travmatik zədələnmələr arasında 3-cü yeri tutur. Hər il min nəfərdən biri yanıq zədəsinə məruz qalır. Son illərdə lokal müharibələrdə zədələnmələrin 10%-ini yanıqlar təşkil edir. == Yanıqlar haqqında məlumat == Statistik məlumatlara görə, dünyada hər dəqiqədə kimsə yanıqla zədələnir. Alovla bağlı yanıqlar hər il bütün dünyada dörd yüz minə yaxın ölüm hadisəsinə səbəb olmuşdur. Bunların çox hissəsi (96%-i) inkişaf etməkdə olan ölkələrdə baş vermişdir.Azərbaycanda il ərzində ağır yanıqları olan xəstələrin sayı 1000 və daha artıq olur. Yanğınlara, əsasən uşaqlar və qocalar məruz qalır. Bütün dünya üzrə yanıqlara məruz qalmış şəxslərin ən yüksək faizini 12 yaşdan aşağı uşaqlar təşkil edir.
Yanıq (Həştrud)
Yanıq (fars. يانوق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 452 nəfər yaşayır (84 ailə).
Yanıq Kərəmi
Yanıq Kərəmi — aşıq havası. "Əsli və Kərəm" dastanı ilə bağlıdır. Poetik mətni qoşmadır. Dilqəmi kökündə ifa olunur. "Yanıq Kərəmi"də kədər, qəm ifadə edilir. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.
Yanıq məscid
Yanıq məscidi (digər adı Ərəb Məscidi) — Türkiyənin Ərdəhan şəhərinin Xəlil Əfəndi məhəlləsində məscid. Məscidin nə vaxt və kim tərəfindən inşa edildiyi dəqiq bilinmir. "93 hərbi" kimi tanınan 1877-1878 Osmanlı-Rus Müharibəsində və bundan sonrakı erməni işğalı illərində məscid yağmalanaraq xarab hala gətirilmişdir. 3 yanvar 1917-ci ildə isə erməni quldurları məscidə toplanan 373 müsəlman-türkü məscidlə birlikdə diri-diri yandırmışlar.
Yanıq Ələz
Yanıq Ələz — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 48 nəfərdir (2009-cu il). == Toponimikası == Yanıq Alayaz Siyəzən rayonunun Ərziküş inzibati ərazi vahidində kənd. Ələz çayı sahilində, dağlıq ərazidədir. Yerli əhali kəndi Yanıq Ələz də adlandırır. Yaşayış məntəqəsini XIX əsrdə Yuxarı Alayaz kəndindən çıxmış ailələr Yanıq (quru, bitkisiz) adlanan ərazidə salmışlar. Oykonim “yanıq (quru, bitkisiz) ərazisində salınmış Alayaz kəndi” mənasın­dadır.
Yanıq xəstəliyi
Yanıq xəstəliyi - geniş sahəli dərin yanıqlar nəticəsində əmələ gəlib, orqanizmin daxili orqanlarının və sistemlərinin funksional pozulmaları ilə müşayiət olunur. == Mərhələləri == Yanıq xəstəliyinin inkişafında 5 mərhələ ayırd edilir. Yanıq şoku Yanıq tokemiyası Yanıq septikotoksemiyası Üzülmə Nəticə === Yanıq şoku === Yanıq şoku yüksək temperaturun bədən səthinə təsirindən dərhal sonra inkişaf edir. Bu mərhələdə ağrı əsas rol oynayır. Yanıq şoku da travmatik şok kimi iki mərhələdən ibarətdir: erektil mərhələ vegetativ sinir sisteminin simpatik şöbəsinin fəallığının artması ilə müşayiət olunur, qana çoxlu miqdarda adrenalin, noradrenalin, kortikosteroidlər, vazopressin keçir;torpid mərhələdə vegetativ sinir sisteminin parasimpatik şöbəsinin tonusu artır. Travmatik şokdan fərqli olaraq, yanıq şokunda damar-hərəki mərkəzin rezistentliyi ilə əlaqədar arterial təzyiq nisbətən az dəyişir. === Yanıq toksemiyası === Yanıq toksemiyası – zədələnmiş toxumalardan ümumi qan dövranına denaturasiyaya uğramış zülalların, toksik məhsulların keçməsi, maddələr mübadiləsinin pozulması nəticəsində yaranır. Bu zaman əmələ gələn bioloji fəal maddələrin (histamin, bradikinin, prostaqlandinlər) təsirindən damar divarının keçiriciliyi artır, nəticədə yanıq nahiyəsindən çoxlu miqdarda plazma itirilir, qan qatılaşır, özlülüyü artır. Dövr edən qanın həcmi azalır. Bütün bunlar ürəyin işini çətinləşdirir, mikrosirkulyasiya pozulmaları törədir.
Gözlərin kimyəvi yanıqları
Gözdə kimyəvi zədələnmə — gözə turşular, qələvilər, əhəng, naşatır spirti, kimyəvi karandaş düşdükdə kimyəvi yanıqlar baş verir.Bədənin müxtəlif lokalizasiyalı kimyəvi yanıqları içərisində ən qorxulusu gözlərin kimyəvi yanıqlarıdır. Göz almasının zədələnməsi yanmış gözdə görmə qabiliyyətinin tam itməsindən başqa, zədələnməmiş gözdə bir neçə müddət sonra simpatik iltihab adlanan səbəbdən görmə qabiliyyətin zəifləməsi də baş verə bilər. Bundan əlavə bir qayda olaraq, gözlərin kimyəvi yanıqlarında zədələyici amilin bir hissəsi gözləri əhatə edən toxumalara tökülərək ağır kosmetik defektlər ilə nəticələnir.Gözlərin kimyəvi zədələnməsi kəskin, bəzən dözülməz ağrı, göz yaşının axması, kəskin başlayan (bəzən müvəqqəti) zədələnmiş gözdə görmə qabiliyyətinin pozulması müşayiət olunur. Bəzən qısa müddətli şüur itməsi də müşahidə olunur. == Həmçinin bax == Yanıq; Kimyəvi yanıqlar; Göz; Görmə siniri; Zədə; Korluq; Sarğı (tibbi); Oftalmologiya.
Günəş yanıqları
Günəş yanıqları — günəş şüalarının birbaşa təsiri nəticəsində baş verən yanıqlar.Sadə şəkildə desək, günəş yanıqları bədənin açıq hissələrinə günəş şüalarının uzun müddətli təsiri nəticəsində (ultrabənövşəyi şüalanma) əmələ gəlir.Günəş yanıqlarında tipik olan əlamətlərdən dərinin intensiv qızarması və ağrılı olmasıdır. Bu əlamətlər, bir qayda olaraq, insolyasiyadan (günəş şüalarının təsiri) 20–401 sonra baş verir. == Günəş yanıqlarının simptomları == Günəş yanıqlarının simptomları aşağıdakilərdir: ağrı; dərinin qızarması, qaşınması və şişməsi; üşümə; baş ağrısı; halsızlıq; hərarətin qalxması; ağır hallarda suluqların əmələ gəlməsi, ürəkbulanma, qusma hətta bayılma. == Günəş yanığının fəsadları == Fotoyaşlanma əlamətləri - qırışlar, dərinin elastikliyinin azalması, tünd ləkələrin yaranması. Həm UVA , həm də UVB şüalarının uzun müddətli təsiri nəticəsində gələcəkdə dəri xərçənginin yaranma ehtimalı ola bilər. == Həmçinin bax == Yanıq; Zədə; Dəri; Günəş.
Kimyəvi yanıqlar
Kimyəvi yanıqlar — turşuların, qələvilərin, ağır metal duzların, yaxud digər kimyəvi aktiv birləşmələrin təsiri nəticəsində baş verən yanıqlar.Kimyəvi yanıqlar "termiki yanıqlar"a nisbətən az rast gəlinir (2,5- 5,1% təşkil edir). Kimyəvi yanıqlar adətən, güclü turşu və qələvi olan kimyəvi maddələrin təsirindən baş verir. Təmizləyici maddələr (evdə istifadə olunan ağardıcılar, kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələr və s.) dərini asan zədələyə bilər. Termik yanıqlarında olduğu kimi, bu yanıqlarda da kimyəvi maddə nə qədər güclüdürsə və onunla təmas müddəti nə qədər çoxdursa yanıq bir o qədər güclü ola bilər. Kimyəvi maddə dərinin üstündə qaldıqca yandırma davam edir. Ona görə də bu kimyəvi maddə bədəndən mümkün qədər tez xaric edilməlidir.Turşular və qələvilərdən baş verən kimyəvi yanıqlar çox dərin olur. Həm turşu, həm də qələvilər təmas zаmаnı tохumаlаrа yeyici təsir göstərir. Turşu və qələvilərin qüvvəsi 1-14-ə qədər pH şkаlаsı ilə ölçülür. Yanığın nə dərəcədə ciddi оlmаsı maddənin qatılıq dərəcəsi, əlaqə müddəti, zədələyici məhlulun həcmi, maddənin fiziki halı dа dахil оlmаqlа bir çох amillərdən asılıdır.Kimyəvi yаnığın gecikmiş fəsаdlаrınа çаpıqlаr аiddir ki, bunlаr dа zədənin hаnsı nаhiyədə yerləşməsindən аsılı оlаrаq kifаyət qədər ciddi оlа bilər. Gözün Yаnıqlаrı buynuz qişаnın deşilməsi və görmənin itirilməsi ilə nəticələnə bilər.
Məşədilər (Yanıqlı, Tovuz)
Məşədilər — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli məlumata görə, kəndin keçmiş tam adı Məşədiyusiflər olmuşdur. Sonralar oykonimin tərkibindən Yusif komponenti düşmüşdür. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Cınqıldağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Məşədilər kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Yanıqdağ
Yanıqdağ — Goranboy rayonu ərazisində dağ. Hündürlüyü 809 m. Tədqiqatçılara görə, dağ ərazisinin çılpaq, bitkisiz (yanıq) olduğuna görə belə adlandırılmışdır. Təbriz şəhərindən bir qədər aralı Tunc dövrünün əvvəllərinə aid yaşayış yeri Yanıqtəpə (Qaratəpə) adlanır.
Yanıqlar
Yanıq — termiki, kimyəvi, elektrik, günəş, şüa agentlərinin təsirindən orqanizmin dəri və toxumaların zədələnməsi. Zədələnmənin kütləvi xarakter aldığı fövqəladə vəziyyətlərdə (təbii fəlakətlər zamanı, istehsalat qəzalarında, hərbi münaqişələr zamanı və s.) yanıqlar xüsusi diqqət tələb edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə yanıqlar bütün travmatik zədələnmələr arasında 3-cü yeri tutur. Hər il min nəfərdən biri yanıq zədəsinə məruz qalır. Son illərdə lokal müharibələrdə zədələnmələrin 10%-ini yanıqlar təşkil edir. == Yanıqlar haqqında məlumat == Statistik məlumatlara görə, dünyada hər dəqiqədə kimsə yanıqla zədələnir. Alovla bağlı yanıqlar hər il bütün dünyada dörd yüz minə yaxın ölüm hadisəsinə səbəb olmuşdur. Bunların çox hissəsi (96%-i) inkişaf etməkdə olan ölkələrdə baş vermişdir.Azərbaycanda il ərzində ağır yanıqları olan xəstələrin sayı 1000 və daha artıq olur. Yanğınlara, əsasən uşaqlar və qocalar məruz qalır. Bütün dünya üzrə yanıqlara məruz qalmış şəxslərin ən yüksək faizini 12 yaşdan aşağı uşaqlar təşkil edir.
Yanıqlı
Yanıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. 7 mart 2012-ci ildə Əhmədabad, Avdal və Qoçdərə kəndləri Yanıqlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Əhmədabad kəndi olmaqla Əhmədabad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Oykonimin etimologiyası haqqında üç fikir mövcuddur. Yerli əhalinin məlumatına görə, kənd monqol istilası zamanı (XIII əsr) dağıdılıb yandırılmış Xavər Zəmin adlı şəhərin yerində salındığı üçün belə adlanmışdır. Zəyəmçayın üstündəki xan körpüsü həmin şəhərin qalıqlarından hesab edilir. Bəzi tədqiqatçılara görə, kənd susuz (yanıq) ərazidə salındığına görə belə adlandırılmışdır. Bəzi tədqiqatçılar isə oykonimin Yanqılı variantına əsaslanaraq onu "yeni kənd, təzə kənd" kimi izah edirlər. == Tarixi == === Tarixi abidələri === Yanıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın hər iki sahilində, Cınqıldağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == === Şəhidləri === Aslanov Babək Sakit oğlu (1994-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Hüseynov Emin Fərmayıl oğlu (1990-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Yanıqlı bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yanıqlı məscidi
Şah Abbas məscidi və ya Yanıqlı məscidi — Tovuzun Yanıqlı kəndində yerləşən XVII əsrə aid tarixi məscid. == Tarixi == Yanıqlı məscidi I Şah Abbasın Səfəvilər ərazisində inşasına fərman verdiyi 999 məsciddən biridir. Məscidin kitabəsi günümüzə gəlib çatmasa da, memarlıq üslubu və tikilmə vaxtına görə bu məscidin də memar Şeyx Bəhaəddin tərəfindən inşa edildiyi güman edilir.1930-cu illərə kimi fəaliyyət göstərən məscid binasından, Sovet dövründə anbar kimi istifadə edilib. 1984-1986-cı illərdə tikilidə əsaslı təmir işləri aparılıb. == Memarlıq xüsusiyyətləri == Yanıqlı məscidi xarici görünüşünə görə kvadrat formasına malikdir; daxildən binanın şərq tərəfindəki künclərdə bir mərtəbəli, qərb tərəfindəki künclərdə isə iki mərtəbəli künc otaqları yerləşdirilmişdir. Bina həcminin qalan hissəsini xaçvari ibadət zalı təşkil edir. Zalın mərkəzi hissəsi günbəzlə, xaçın qanadları isə tağ-tavanla örtülmüşdür.Məscidin dəqiq inşa tarixi naməlumdur. Mərkəzi günbəzlə örtülmüş kvadrat həcmli məscid tipi onun memarlığını Gəncədəki Şah Abbas məscidinin memarlığı ilə yaxınlaşdırır. Ə.Salamzadə tikilinin bu xüsusiyyətini və günbəz-tağ tipli tikililərə xas inşaat xüsusiyyətlərini nəzərə alaraq məscidin inşa tarixini XVII əsrə aid edir.Yanıqlı məscidi bəzi xüsusiyyətlərinə görə Gəncədəki Şah Abbas məscidindən fərqlənir. İlk növbədə Yanıqlı məscidinin xarici həcmində dərin portal nişləri yoxdur və onlar binanın daxili həxminə salınmışdır.
Yanıqlı türbələri
Yanıqlı türbələri — Tovuz rayonu Yanıqlı kəndində yerləşən və üç türbədən ibarət abidələr kompleksidir. Türbələrdən ikisi kvadrat, biri isə səkkizguşəli formaya malikdir. Türbələrin XVII əsrdə inşa edilməsi güman edilir. Türbələrin inşası zamanı çaydaşı və bişmiş kərpic istifadə olunmuşdur. == Tarixi == Yanıqlı türbələrinin XVII əsrdə inşa edildiyi güman edilir. Ə. Salamzadənin fikincə türbələrin memarlıq xüsusiyyətləri onların da, yaxınlıqdakı Şah Abbas məscidi kimi Səfəvi memarlığı nümunəsi olduqlarını göstərir. == Memarlıq xüsusiyyətləri == Türbələrdən ikisi kvadrat, biri isə səkkizguşəli formadadır. Hər üç türbə dövrümüzə yarıdağılmış vəziyyətdə çatmışdır. Səkkizguşəli türbə daha yaxşı qorunduğundan onun memarlıq xüsusiyyətləri daha aydın görünməkdədir. Həmin türbənin daxili divarları nişlərlə işlənmiş, xarici divarları isə düz saxlanılmışdır.
Yanıqpəyə
Yanıqpəyə (Tovuz) — Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Yanıqpəyə (Qaraqoyunlu) — Qaraqoyunlu mahalında kənd.
Yanıqpəyə (Qaraqoyunlu)
YANIX PƏYƏ (1978-ci ildən MEŞƏKƏND, 1991-ci ildən ANTARAMEQ) - Qаrаqоyunlu mahalında kənd. İndiki adı Antaramec. == Haqqında == YANIX PƏYƏ (1978-ci ildən MEŞƏKƏND, 1991-ci ildən ANTARAMEQ) Ermənistan SSR-in Mixaylovka – Çəmbərək rayonunda, rayon mərkəzindən 33 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. 1931-ci ildə burada 197 nəfər azərbaycanlı yaşayıb. 1988-ci ildə ermənilər tərəfindən törədilən soyqırım siyasəti nəticəsində azərbaycanlılar qovulmuşlar. == Tarixi == Yanıqpəyə kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Yanıqpəyə (Tovuz)
Yanıqpəyə — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Tovuz rayonunun Qəribli kənd inzibati ərazi vahidi tərkibindəki Yanıqpəyə kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Yanıqpəyə Qəribli inzibati ərazi vahidində kənd olub. Kənd Yanıqlı kəndinə məxsus binə yerində salındığı üçün belə adlanırmış. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Zəyəmçayın sahilində, Haçaqaya dağının ətəyində yerləşib.
Yanıqtəpə yaşayış yeri
Yanıqtəpə yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə Urmiya gölünün şərqində, Təbriz şəhərindən 31 km cənub-qərbdə yerləşən Yanıqtəpə abidəsi yaxşı öyrənilmişdir. Bu abidənin təsərrüfat-məişət komplekslərində Kür-Araz mədəniyyətinin əsas əlamətləri aydın şəkildə izlənmişdir. Yanıqtəpə yaşayış yeri qədim dövrdə ardıcıl olaraq yaranan üç təpədən ibarət olmuş, zaman keçdikcə onlar bir təpə halında birləşmişdir. Onun hündürlüyü 16,5 m, diametri 300 m-dən artıqdır. Yaşayış yerində Neolit, Eneolit və İlk Tunc dövrünə aid təbəqələrə rast gəlinmişdir. Kür-Araz mədəniyyətinə aid təbəqə abidənin ən üst qatında yerləşmişdir. Lakin Eneolit təbəqəsi ilə Kür-Araz təbəqəsinin bir-birinə münasibəti stratiqrafik baxımdan həll edilməmişdir. Belə ki, qazıntı zamanı heç yerdə Kür-Araz təbəqəsinin Eneolit təbəqəsini örtdüyü müəyyənləşdirilməmişdir. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh. 66 Vəli Baxşəli oğlu Baxşəliyev.
Tanıq
Şahid (ərəb. الشاهد‎) və ya tanıq, hansısa bir hadisəni görən ya bilən şəxs. Ədalət məhkəməsi araşdırmalarında bildiyi məlumatı söyləmək üçün əhəmiyyətlidir. Azərbaycan Respublikasının Cinayyət-prossesual məcəlləsinə əsasən cinayət işi üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər.
Yanıx
Yanıx, Nşxark — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «yanmış, susuz, quru yer» mənasında işlənən yanıx sözü əsasında əmələ gəlmişdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 194 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildən 360 nəfər, 1914 - cü ildə 730 nəfər, 1916-cı ildə 423 nəfər azərbaycanlı yaşamışdır. 1919 - cu ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 66 nəfər azərbaycanlı, 1926-cı ildə 37 nəfər azərbaycanlı, 163 erməni yaşamışdır. Göründüyü kimi, ermənilər buraya 1922-ci ildən sonra, 1923-1925-cı illərdə köçürülmüşdür.
Böyük Yarıq
Böyük Yarıq — Adi gözlə, Süd Yolunun parlaq qolunu, uzunluğunun üçdə biri qədərini uzunlamasına bölən və çoxlu sayda ulduzun zolaqları ilə əhatə olunmuş qaranlıq bir zolaq kimi görünür. Astronomiyada Böyük Yarıq-(bəzən Qaranlıq Yarıq kimi , çox az hallarda Qaranlıq Çay kimi də adlandırılır) Günəş Sistemi ilə Süd Yolu qalaktikasının Oxatan qolu arasında uzanan örtülü, qeyri-parlaq, molekulyar toz buldudunun birləşməsidir. Bu buludlar Yerdən 800–1000 parsek (2600–3300 i.i.) məsafədə yerləşir. Buludlar 1 milyon günəş kütləsi tərtibində plazma və tozdan ibarətdir.Böyük Yarıq Qu bürcündən başlayaraq burada, Qu Yarığı və ya Şimal Kömürü adlandırılır, Qartal bürcünə uzanır; İlandaşıyan bürcündə genişlənir; Oxatan bürcündə Qalaktik Mərkəzdə gizlənir; və nəhayət Sentavr bürcünə uzanır. Qaranlıq ən vacib bölgələrdən biri, Qu OB2 assosiasiyasıdır, o gənc ulduzların böyük bir qrupunu özündə birləşdirməklə bərabər həm də Dünyanın yaxınlığındakı ən böyük ulduzəmələgəlmə bölgələrindən biridir. Bu cür qaranlıq yarıqlar, Andromedada NGC 891 və Veronikanın Saçları bürcündə NGC 4565 (İynə qalaktikası) kimi bir çox kənar qalaktikalarda görülə bilər.
Nevin Yanıt
Nevin Yanıt (16 fevral 1986, Mersin) — 100 metrlik maneələrlə qaçış üzrə yarışan Türkiyə yüngül atleti. Fenerbahçe Athletics klubunda çıxış edir. 60 və 100 metrlik maneələrlə qaçış üzrə Türkiyə rekordlarının sahibidir. 100 metrlik maneələrlə qaçış yarışlarında ikiqat Avropa çempionudur. 29 Avqust 2013-cü ildə Yanıt müsbət dopinq testi səbəbiylə iki il yarışlardan kənarlaşdırılmışdır. Lakin IAAF uzaqlaşdırma müddətinə etiraz etdi və Arbitraj Komitəsi diskvalifikasiya müddətini daha bir ilə qədər uzatdı. == Həyatı == Yanıt 2007-ci ildə Banqkokda keçirilən Yay Universiadasında gümüş medal qazanmışdır. 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında 100 metrlik maneələrlə qaçış üzrə yarımfinala çıxaraq, Türkiyənin Olimpiya Oyunlarında sprint növlərində bu mərhələyə çatan ilk təmsilçisi oldu. 2009-cu ildə Peskara şəhərində keçirilən Aralıq dənizi Oyunlarında iştirak edərək 100 metrlik maneələrlə qaçış yarışında qızıl medal qazandı. 2010-cu ildə Barselonadakı Avropa çempionatında o, 100 metrlik maneələrlə qaçış yarışında 12,63 saniyə nəticəsini göstərərək (milli rekord) qızıl medal qazandı.
Yatıq südləyən
Yatıq südləyən (lat. Euphorbia humifusa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Ceff Yanq
Ceff Yanq (ing. Jeff Yang) —- ABŞ prodüseri və ssenaristidir.
Cerri Yanq
Ceri Yang - (ing. Jerri Yang) (6 noyabr, 1968) tayvanlı-amerikalı iş adamıdır. O Yahoo internet axtarış sistemi şirkətinin qurucusu və keçmiş icraçı direktoru və müdiridir. 2008-ci ildə onun xalis gəliri 2.3 milyard Amerika dollarına çatmışdır. Forbes jurnalının sıralamasına görə, dünyanın 524-cü varlı adamı sayılır.
Endryu Yanq
Endryu Cekson Yanq kiçik (ing. Andrew Jackson Young Jr.; 12 mart 1932, Nyu-Orlean, Luiziana) — ABŞ mülki hüquq müdafiəçisi və dövlət xadimi, ABŞ-nin BMT-dəki nümayəndəsi (1977-1979). == Həyatı == Diş həkimi Endry Cekson Yanq və müəllim Deyzi Yanqın (nikahdan əvvəl Fuller) oğlu 12 mart 1932 Yeni Orleanda anadan olmuşdur. 1947—1948-ci illərdə Dillard Universitetində təhsil alırdı, 1951-ci ildə Hovard Universitetində biologiya üzrə bakalavr dərəcəsini bitirdi, 1955-ci ildə isə Hartford Seminariyasında ilahiyyat üzrə bakalavr dərəcəsini aldı. 1955-ci ildə Birləşmiş Məsih Kilsəsinin keşişi oldu, Alabama və Corciyada müxtəlif kilsələrdə xidmət etmişdir. 1961-ci ildə Atlantaya köçdü və Cənubi Xristian Rəhbəriliyi Konfransına qatıldı. Martin Lüter Kinqin tərəfdaşlarından biri olmuşdur, 1968-ci ildə onun qətlindən sonra Ralf Abernati ilə əməkdaşlıq edirdi. 1970-ci ildəki uğursuz cəhddən sonra, Yanq 1972-ci ildə demokratlardan ABŞ Nümayəndələr Palatasına seçildi, daha sonra 1974 və 1976-cı illərdə yenidən seçildi. Cimmi Karteri dəstəkləyirdi və 1977-ci ildəki onun prezident seçkilərindəki qələbəsindən sonra ABŞ-nin BMT-dəki Daimi Nümayəndəsi təyin edildi. Fələstin Azadlıq Təşkilatının nümayəndəsi ilə görüşdüyü məlum olduqdan sonra istefa etdi.
Eşli Yanq
Eşli Saymon Yanq (d. 9 iyul 1985; Hartfordşir, İngiltərə) İngiltərə Premyer Liqasının Mançester Yunayted klubunda və İngiltərə milli yığmasının heyətində yarımmüdafiəçi mövqeyində çıxış edən ingilis futbolçu. İngiltərənin Hartfordşir bölgəsində anadan olan və burada böyüyən Yanq peşəkar futbolçu karyerasına Uotford klubunda başlamış, baş məşqçi Rey Levinqtonun başçılığı altında 2003-cü ildə debüt oyununa çıxmışdır. 2004-cü ildən etibarən Uotfordun heyətində əsas oyunçulardan birinə çevrilmişdir. Yaxşı çıxışı ilə diqqətləri özünə cəlb etməyi bacaran Yanq 2007-ci ilin yanvarında 8 milyon funt-sterlinq qarşılığında digər Premyer Liqa təmsilçisi olan Aston Villa klubuna transfer olur. Kluba gəldiyi ilk günlərdən əsas heyət üzvünə çevrilmiş, stabil çıxışı sayəsində 2009-cu ildə Premyer Liqada ilin gənc futbolçusu mükafatına layiq görülmüşdür. 23 iyun 2011-ci ildə açıqlanmayan məbləğ qarşılığında Mançester Yunaytedə transfer olmuş və burada klubla birlikdə bir çox turnirin qalibi olmuşdur.
Kaylr Yanq
Kaylr Yang (ing. T.Cuyler Young) — 30 mart 1934-də İranın Rəşt şəhərində anadan olub. 1963-cü ildə Toronto Universitetinin Yaxın Şərq Tədqiqatları üzrə Professoru və Royal Ontario Muzeyinin Yaxın Şərq və Asiya Mədəniyyətləri şöbəsinin müdiri olmuşdur. Uzun müddət ərzində İranda, İraqda və Türkiyədə arxeoloji qazıntılar aparmışdır. 1986-cı ildə o, Misir Qalereyasının dizaynı və yaradılmasına rəhbərlik etdiyi yeddi il müddətində Royal Ontario Muzeyinin direktoru oldu. O, Pensilvaniya Universitetində təqaüdə qədər dərs deməyə davam etdi. 7 fevral 2006-cı ildə öldü .
Klif Yanq
Klif Yanq (ing. Albert Ernest Clifford "Cliff" Young, 8 fevral, 1922 — 2 noyabr, 2003) — avstraliyalı fermer 1983-cü ildə avstraliyalı fermer Klif Yanq (Cliff Young) 61 yaşında önmündə ilk dəfə olaraq 875 km-lik ultra-marafona qatılır və qalib gəlir. O peşəkar idmançıları geridə qoyaraq, bu məsafəni 5 gün, 15 saat və 4 dəqiqəyə qaçıb, halbuki, çox asta tempdə qaçırdı, hətta ilk vaxtlarda digərlərindən çox geriləyirdi. Müvəffəqiyyətinin sirri o idi ki, Yanqın rəqibləri hər sutkanın 6 saatını yatarkən, o fasilə etməyərək qaçışına davam edirdi. Həmçinin fermer etiraf etdi ki, əvvəllər bir neçə gün dayanmadan işləməli olurdu, qoyun sürülərini geniş otlaqlarda qovub bir yerə yığırdı, bu da marafonda ona çox yardımçı oldu.
Kris Yanq
Kristofer Alan "Kris" Yanq (ing. Chris Young; 12 iyun 1985) — Amerika musiqiçisi.
Robin Yanq
Robin Yanq (d. 19 dekabr 2000) — Svazilendli üzgüçü. Robin Yanq Svazilendi 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Robin Yanq birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 35.46 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 60-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Xinyu Yanq
Xinyu Yanq (d. 24 aprel 2001) — Çin əsilli Azərbaycanlı stolüstü tennisçi. Xinyu Yanq, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb. == Karyerası == Xinyu Yanq, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Komanda yarışlarında o, Çenxi Vanq, Vəzir Allahverdiyev və Xinhanq Yu ilə birgə 3-cü yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu.
Yanq Fondu
Yanq Fondu — 2005-ci ildə Böyük Britaniyada yaradılıb və hazırda ona Cef Malqan rəhbərlik edir. Bu fond özünü sosial innovasiyalar mərkəzi adlandırır və öz fəaliyyəti ilə praktiki layihələri, yeni müəssisələrin yaradılması, tədqiqat və nəşriyyat işlərini birləşdirir. Fond ingilis sosioloqu, sosial aktivist və siyasətçi Maykl Yanqın (Michael Young 1915 - 2002) şərəfinə adlandırılmışdır.
Yanq Jun
Yanq Jun (28 aprel 1988) — Çini təmsil edən su poloçusu. == Karyerası == Yanq Jun, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra Yanq Jun, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu. Yanq Jun, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Yanq Livey
Yanq Livey - hərbi pilot və Çin Milli Kosmos Administriyasının astronavtıdır. O, 2003-cü ildə Çinin kosmik proqramı ilə kosmosa göndərilən ilk adam oldu. Şenzou 5 adlanan bu missiya Çini müstəqil şəkildə kosmosa insan göndərən üçüncü dövlət etdi.
Yanq Taq
Jeffery Lamar Williams və ya səhnə adı ilə Young Thug (16 avqust 1991, Atlanta) — Amerikalı repçi, müğənni və söz yazıçısı. Fərqli vokal tərzi və obrazı ilə tanınan repçi Birdman və Gucci Mane ilə etdiyi birgə işlərlə diqqət çəkdi. Musiqi həyatına 2011-ci ildə mixtape albomları ilə başlamışdır. 2013-cü ildə Gucci Mane'nin 1017 Records şirkəti ilə müqavilə imzalayıb 1017 Thug mixtape adlı albomunu yayımlayır və bu karyerası üçün uğurlu olur.2014-cü ildə yayımladığı single trackləri "Stoner" və "Danny Glover" ilə diqqət çəkən repçi bundan sonra isə "About The Money", "Hookah" və "Lifestyle" adlı single tracklərini yayımladı. 2015-ci ildə Barter 6 və Slime Season'un iki versiyasını təqdim edən sənətçi 2016-cı ildə I'm Up, Slimes Season 3 və Jeffery albomlarını yayımlayır. 2018-ci ildə yayımladığı albom Slime Language ilə öz şirkəti olan YSL Records'u qurur və digər rapçilər'lə müqavilələr imzalayır.Pop müğənnisi Camila Cabellonun 2017 hit mahnısında duet ifası ilə Bilboard Hot 100-də 1-ci yeri tutur. 61-ci Grammy mükafatında ilin mahnısı olaraq namizəd göstərilən "This Is America" mahnısında söz yazarı olaraq Donald Glover və Ludwid Göransson ilə namizəd olmuşdur. 2019-cu ilin Mayında J. Cole və Travis Scott ilə duet etdiyi "The London" mahnısı repçinin ikinci Billboard uğuru olaraq 12-ci yeri tutmuşdur. Həmin ildə Gunna ilə duet elədiyi "Hot" mahnısıda Billboard Hot 100-də 11-ci yerı tutur və bundan sonra karyerasının ikinci studiya albomu olan So Much Fun-ı yayımlayır. İkinci studiya albomundan sonra 2020-ci ildə Punk adlı yeni albomun çıxması gözlənilir.
Yanq Ye
Yanq Ye (d. 26 may 1994) — Çini təmsil edən bədii gimnast. Yanq Ye, 2016-cı ildə Çini XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Yanq Ye, 2016-cı ildə Çin bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Bao Yuqinq, Şu Siyao, Janq Linq və Jao Jinqnan ilə birgə təsnifat mərhələsində 32.133 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Kroders Yanis
Kroders Yanis (latış dilində: Jānis Kroders; 2 fevral 1935 — 6 sentyabr 2016, Latviya) — Latviya və sovet basketbolçusu, basketbol hakimi. Latviya basketbol ittifaqının fəxri üzvü . 1950-ci illərin sonlarında Latviyanın "Dauqava" basketbol komandasında oynamış, sonralar hakimlik fəaliyyəti ilə məşğul olmuşdur. 1992-1996-cı illərdə Latviya qadın basketbol liqasının baş hakimi olmuşdur. O, 1967-ci ildə basketbol üzrə dünya çempionu olmuş Silviya Kroder ilə ailə həyatı qurmuşdur.
Volfqanq Maniq
Volfqanq Maniq (1958) — Almaniyalı diplomat. 2019-cu ilin iyul ayından Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri kimi çalışır. == Həyatı == Maniq Erlanqen, Lozan və Münhen şəhərlərində hüquq təhsili alıb və 1987-ci ildə öz təhsilini 2-ci dövlət imtahanı ilə başa vurur. 1993-cü ildə isə Bilefeld Universitetində doktorluq dərəcəsi əldə edir. Diplomatik fəaliyyətə 1987-ci ildə başlamışdır. Avropa Birliyinin ictimai hüquq məsələləri şöbəsində çalışdıqdan sonra, onun ilk xarici təyinatı 1989–1992-ci illərdə İslamabaddakı (Pakistan) Alman Səfirliyinə olmuşdur. 1994-cü ildən 1996-cı ilə kimi Brüseldə NATO baş katibinin idarəsində işləmişdir. 1996–1998-ci illərdə Maniq Riqadakı (Latviya) Alman Səfirliyində daimi müvəkkil vəsifəsində fəaliyyət göstərmişdir. 1998-ci ildə Federal Xarici İşlər Nazirliyinin NATO şöbəsində çalışmış, 1998-ci ildən isə Xarici İşlər Nazirliyində Miqrasiya və Sığınacaq şöbəsində müdir müavini vəzifəsini icra etmişdir. Sözügedən vəzifəsindən irəli gələrək o, viza məsələləri ilə əlaqədar Viza istintaq komitəsinin məşvərətçi kimi də fəaliyyət göstərmişdir.
Yanis Adamsons
Yanis Adamsons (latış. Janis Ādamsons‎: d. 3 noyabr 1956, Preyl rayonu, Latviya SSR) — latviyalı zabit, dövlət və siyasi xadim; Latviyanın daxili işlər naziri (1994—1995); Latviya Seyminin VI (1995—1998), VII (1998—2002), X (2010—2011), XI (2011—2014), XII (2014—2018) və XIII (2018—) çağırış üzvü. == Həyatı == Yanis Adamsons 1956-cı il noyabrın 3-də Preyl rayonunda anadan olub. Yanis Adamsons 1979-cu ildə Kiyev ali hərbi-dəniz siyasəti üzrə təhsil müəssisəsini bitirib.
Yanis Apsitis
Yanis Apsitis (11 oktyabr 1982) — Latviyalı oxatan. Yanis Apsitis Latviyanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Yanis Apsitis birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 181-ci yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Yanis Livens
Yanis Livens (16 aprel 1884 — ölüm tarixi məlum deyil) — Latviyalı keçmiş peşəkar velosiped yarışçısı. Yanis Livens Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yanis Livens birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Yanis Pratnieks
Yanis Pratnieks (29 iyul 1887 — ölüm tarixi məlum deyil) — Latviyalı keçmiş peşəkar velosiped yarışçısı. Yanis Pratnieks Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yanis Pratnieks birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Yanis Simze
Yanis Simze (latış. Jānis Cimze‎) — Latviya xor dirijoru, bəstəkar və pedaqoq, Latviya xor musiqisinin banisi. == Bioqrafiyası == O, 1814-cü il iyunun 21-də Livoniya əyalətinin Venden rayonunda yerləşən Simze malikanəsində, mülk müdirinin ailəsində anadan olub. İlk təhsilini 1830-cu ildə bitirdiyi Rauna məktəbində alıb. Rauna və Smiltenedə ev müəllimi kimi çalışır, 1833-cü ildən Volmardakı kilsə məktəbində dərs deyir. 1835-ci ilin payızında o, Vaysenfelsdəki müəllim seminariyasına oxumağa göndərilir, İsveçrə və Avstriyadakı xalq məktəblərinin təcrübəsini öyrənir, Valmierada bunların bənzəri olan seminariya qurmağa hazırlaşır. 1838-ci ildə seminariya kurslarını bitirmiş, F. A. Disterveqdən didaktika və riyaziyyat kurslarında əlavə təhsil almışdır. Elə həmin illərdə o, skripka çalmağı ciddi şəkildə öyrənməyə başlayır, xalq musiqisi məsələləri ilə maraqlanır. Müəllim Lüdviq Erkdən alman folkloru və musiqisini öyrənmişdir. 1839-cu ildən Volmarda, 1853-cü ildən ölümünə qədər isə Valkada müəllimlər seminariyasına rəhbərlik etmişdir.
Yanis Varoufakis
Yanis Varoufakis (yun. Ιωάννης "Γιάνης" Βαρουφάκης Ioannis "Gianis" Varoufakis) — Yunanıstan iqtisadçısı, ictimai xadim və keçmiş Yunanıstan Maliyyə naziri. 2015-ci il yanvarda parlament seçkilerdə, SYRIZA partiyasını təmsil edərək Yunan parlamentinə seçildi ve iki gün sonra siyasi iqtisadçı ve yazıçı olaraq 27 Yanvar 2015 tarixinde Aleksis Tsiprasın yeni hökümetinde işə başladı.
Yanis Varufakis
Yanis Varoufakis (yun. Ιωάννης "Γιάνης" Βαρουφάκης Ioannis "Gianis" Varoufakis) — Yunanıstan iqtisadçısı, ictimai xadim və keçmiş Yunanıstan Maliyyə naziri. 2015-ci il yanvarda parlament seçkilerdə, SYRIZA partiyasını təmsil edərək Yunan parlamentinə seçildi ve iki gün sonra siyasi iqtisadçı ve yazıçı olaraq 27 Yanvar 2015 tarixinde Aleksis Tsiprasın yeni hökümetinde işə başladı.
Yanis Çaqste
Yanis Çaqste (14 sentyabr 1859[…] – 14 mart 1927[…], Riqa) — Latviyalı Dövlət və Siyasi Xadim; 18 noyabr 1922-ci ildən 14 mart 1927-ci ilə qədər Latviya Respublikasının 1-ci Prezidenti və Latviya Respublikasının Milli Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan Yanis Çaqste, Latviya tarixinin ilk Prezidenti olub.