Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yapışdırma
Yapışdırma — ərinti ilə birləşdirmə emal növünə aid olub, metal və qeyri metal hissələrin yapıqanın köməyi ilə birləşdirilməsi üsuludur. Yapışqan birləşən səthlərlə reaksiyaya girərək fiziki təsir yaradır. Bu fenomen həm də adheziya (ilişmə) adlanır. Qaynaq və lehimləmədən fərqli olaraq yapışdırma istilik enerjisi tətbiq olunmadan aparılır. Eyni zamanda hissələr və əlavə maddə (yapışqan) arasında heç bir diffuziya prosesi baş vermir. Digər tərəfdən, bu üsulla əldə edilən birləşmələrin möhkəmliyi aşağı olur. Ancaq bu yapışqan sahəsini artırmaqla kompensasiya edilə bilər. Yapışdırma üsulunun inkişafı sayəsində o maşınqayırmada, boruçəkmədə, avtomobqayırmada və cihazqayırmada geniş tətbiq olunur. Yapışqan birləşməsi birləşən hissələrdən və onların arasına çəkilmiş yapışqan qatından ibarətdir. Sərhəd səthləridnə fiziki və kimyəvi təsirlər baş verir və adhezion nəticəsində mexaniki birləşmə yaranır.
Alışdırma şamları
Alışdırma şamları — Yanma şamları hava ilə yanacağın qarışığının alışdırılması üçün istifadə olunur. Şamların qığılcım, qızma, yarım keçiriçi, katalik və s. növləri var.Benzin ilə işləyən mühəriklərdə qığılcım şamlardan istifadə edilir. Yanma kamerasında hava ilə yanacağın qarışmasına minlərlə vəya on minlərlə voltun qığılcımı nəticəsində alışma baş verir. Şamlar hər silindirdə idarə etmə blokundan vəya "traplordan" gələn informasiya əsasında qığılcım verir. Bunlar mühərrikin t/o vəziyətinə uyğun hesablanılıb qoyulur. Raket mühərriklərində şamlar yalnız işə salma zamanı istifadə edilir və ikinci dəfə istifadə edilməsi mümkün olmur, amma avtomobil mühərriklərində yanacaqdan asılı olaraq şamlar bir neçə min km istifadə edilə bilir. Dizel mühərriklərində yanma şamları sadəcə mühərrik işə salan zaman ilk növbədə qızır və yanmanı verir. Bundan sonra növbəti partlayış üçün sönür və alışma özü özündən daxili baş verir. Yəni, əsas iş prinsipi ilk startı verməkdir.