Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yararsız torpaqlar
Bedlend (ing. badlands - pis (yararsız) torpaqlar) — alçaq dağlıq ərazidə kəskin və mürəkkəb parçalanmış relyef. Əkinçilik üçün yararsız hesab olunur. Azərbaycan Respublikasında Bozqır yaylaq ərazisində daha çox rast gəlinir.İstifadəsi mümkün olmayan torpaqlar Bedlendlər adlanır. Badlands sözündən götürülüb Burada Bad-pis Land torpaq anlamındadır. Azərbaycanda belə torpaqlara Bozqır ərazilərində rast gəlinir. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.
Yaraqsız nemertinlər
Yarpaqsız akasiya
Yarpaqsız akasiya (lat. Acacia aphylla) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür.
Yarpaqsız cuzqun
Yarpaqsız cuzqun (lat. Calligonum aphyllum) — qırxbuğumkimilər fəsiləsinin cuzqun cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Türküstan, Şərqi Çin və Aşağı Volqa sahillərindən təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 2 m-ə qədər olan koldur. Yaşıl budaqlarının qabığı qırmızımtıl və ya alabəzək-qonur, mərciməkli, otvarı budaqları en kəsikdə dairəvi, nazik, yaşıl və ya açıq yaşıl, hamar, 2-6-ya qədər topa halında budaqların buğumlarından çıxır. Buğumarası hissələrin üst tərəfi ağ, pərdəvari, kənarlı, kütuclu, sonralar isə iki dilimə bölünən, qınvarı yarpaqaltlığı borusu ilə nəhayətlənir. Yarpaqları xırda, 2–3 mm uzunluqda, asan tökülən, yarımdairəvi, uc hissədən azca genişlənmişdir. Zoğları otvari, düz buğumlu, yarpaqsızdır. Çiçəklərin 2-si (1-3) birlikdə yarpaq qoltuğundan çıxaraq, uzunluğu 4–5 mm olan, çılpaq və aşağı yarısı buğumlu olan çiçək saplaqlarında yerləşir. Çiçək yanlığının hissələri qeyri-bərabər, xaricdəkilər enli-yumurtavari, uzunluğu 3 mm, arxa tərəfdən yaşıl, kənarlardan geniş, ağ bürüncəkli, daxildəkilər nisbətən ensiz, qısa və ağ, arxa tərəfdən çəhrayıdır.
Yarpasız öldürgən
Yarpaqsız öldürgən
Yarpaqsız öldürgən (lat. Anabasis aphylla) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin öldürgən cinsinə aid bitki növü. == Təbii yayılması == Rusiya, Orta Asiya və İranda yayılmışdır. Xəzər dənizi sahillərində təsvir edilmişdir. == Botaniki xarakteristikası == Hündürlüyü 30-80 sm olan kolcuqdur. Oducaqlaşmış gövdələri və budaqları bozumtul qabıqla örtülüdür. Cavan zoğları şaxələnmiş, buğumlu, şirəli, çılpaq, yaşıl və ya göyümsov-yaşıldır. Yarpaqları pulcuqşəkilli, az gözə çarpandır. Çiçəkləri sümbülvari çiçək qrupunda tək-tək yerləşir. Çiçəkyanlığının uc yarpaqları meyvəvermə zamanı inkişaf edərək, sarımtıl və ya qırmızımtıl rəngli böyrəkvari qanadlara çevrilir, iki yarpaqcığı qanadsızdır.
Axarsız sahələr
Axarsız sahələr — səth suları dənizlərə və ya Dünya okeanına axıb çatmayan quru iqlimi olan sahələr. Ancaq mənbələrini xeyli rütubətli sahələrdən götürən çox böyük çaylar bu sahələrdən axıb keçir və dənizə tökülür (tranzit çayları məs.: Nil). Kiçik çaylar isə ya qapalı şor göllərə (Balxaş, Çad və b.). Kontinental çökmə suxurlarının geniş yayılması A.c. üçün xarakter xususiyyətdir. Bəzi məlumata görə A.c.üçün 28 milyon km ərazini tutur ki, bu da bütün qurunun 17%-ni təşkil edir.
Könül yarası (serial, 2018)
Könül Yarası — Azərbaycanın çoxseriyalı televiziya serialıdır. == Məzmun == Camal Baharı sevir və onunla ailə qurmaq istəyir, lakin aralarında olan ciddi yaş fərqi bu məsələyə kölqə salır. Bahar Camaldan böyükdür və bu Camalın ailəsi tərəfindən qəbul olunmur.
Mənə hər şey yaraşır
Mənə hər şey yaraşır, türk yarışma proqramı. Türk format olan proqram bir çox ölkəyə satılmışdır.
Şənlik bizə yaraşır (film, 1974)
== Məzmun == Film Lənkəran rayonunun son illərdəki mədəni yüksəlişinə həsr olunmuşdur. Kinolent Lənkəranın sosial-iqtisadi inkişafı, problemləri, mədəniyyəti, ziyalıları və zəhmət adamları haqqında söhbət açır.
Mənə hər şey yaraşır (teleserial, 2011)
Mənə hər şey yaraşır, türk yarışma proqramı. Türk format olan proqram bir çox ölkəyə satılmışdır.
Mənə hər şey yaraşır (veriliş, 2011)
Mənə hər şey yaraşır, türk yarışma proqramı. Türk format olan proqram bir çox ölkəyə satılmışdır.