Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yaxınlıq sensoru
Yaxınlıq sensoru (ing. Proximity sensor) obyektə toxunmadan onun yaxınlaşmağını, mövcudluğunu hiss edən həssas qurğudur. Bir çox istehsal proseslərində istifadə edilir. == Növləri == 3 tipi var: induktiv, maqnetik və tutum.İnduktiv yaxınlıq sensorların ucunda dolaq yerləşir. Bu dolaq yüksək tezlikli maqnit sahəsi yaradır. Metal cisim bu maqnit sahəsinə yaxınlaşdıqda metalda induksiya olunan cərəyan sensorda rəqslərin dayanması və ya azalması ilə nəticələnir və termal itkiyə səbəb olur. Bu dəyişiklik həssas dövrə vasitəsilə müəyyən olunur, çıxış dövrəsini aktivləşdirir.Tutum yaxınlıq sensorları cisim və sensor arasındakı elektrostatik tutumun dəyişməsini müəyyən edir. Sensorun hiss etmə sahəsinə cisim yaxınlaşdıqda dielektrik xassəsi göstərir və beləliklə, tutum dəyişir. == Xüsusiyyətləri == Yaxınlıq sensorları limit sviçdən fərqli olaraq heç bir mexaniki kontakt olmadan obyekti müəyyən edə bilir. Kontaktsız işləmə xüsusiyyəti onların işləmə müddətinin artmasına səbəb olur.
Avstraliya Yaşıllar Partiyası
Avstraliya Yaşıllar Partiyası və ya Yaşıllar (ing. Australian Green или The Greens) - Avstraliyada fəaliyyət göstərən siyasi partiya.
Birlik 90/Yaşıllar
Birlik 90/Yaşıllar (alm. Bündnis 90/Die Grünen‎) və ya sadəcə Yaşıllar – Almaniyanın siyasi partiyalarından biri. 1993-cü ildə Almaniya Yaşıl Partiyası (1979) ilə Birlik 90 (1989) partiyalarının birləşməsi nəticəsində yaranıb. Partiyanın əsas idealogiyası ekoloji, sosial və iqtisadi vəziyyətin yaxşılaşdırılmasıdır. Sədrləri Simone Peter və Cem Özdemirdir. Partiya Bundestaqda 63 yerə (630-dan) sahibdir.
Monqolustan Yaşıllar Partiyası
Monqolustan Yaşıllar Partiyası (monq. Монголын Ногоон Нам) - Monqolustanda siyasi partiya. Monqolustanda demokratiyanın bərqərar olmasından sonra - 1990-cı ildə yaradılmış bu təşkilat Asiyada ilk yaşıllar partiyasıdır. 1996-2000-ci illərdə o, Monqolustan Sosial-Demokrat Partiyası, Demokrat Partiyası və Monqolustan Demokratik Din Partiyası ilə birgə iqtidar koalisiyasında təmsil olunmuşdur. Təxminən 6 min üzvə malik olan partiya Monqolustanda insan hüquqları və demokratiya, həmçinin ətraf mühitin mühafizəsi uğrunda çalışır.
Şotlandiya Yaşıllar Partiyası
Şotlandiya Yaşıllar Partiyası (ing. Scottish Green Party; şot.kelt Pàrtaidh Uaine na h-Alba) – Şotlandiyada mövcud olan siyasi partiya.
Yaşıllar və Sol Gələcək Partiyası
Yaşıllar və Sol Gələcək Partiyası, qısaca Yaşıl Sol Partiyası və ya YSP — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəş və insan surətindən ibarətdir. Onun həmsədrləri Çiğdəm Qılıncgün Uçar və İbrahim Akındır. Yaşıl Sol Partiya 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir. Yaşıl Sol Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir. == Tarix == Partiya Ankarada Yaşıllar və Sol Gələcək Partiyası adı ilə 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi ilə quruldu.Partiya 2 aprel 2016-cı il tarixli II növbədənkənar qurultayında adının qısaltmasını Yaşıl Sol Partiya olaraq dəyişdirdi. Partiyanın loqosu 16 oktyabr 2022-ci il tarixli İkinci Fövqəladə Qurultayda dəyişdirildi. Səlahəddin Dəmirtaş iddia edib ki, Xalqların Demokratik Partiyası bağlanarsa, 2023-cü ildə keçiriləcək ümumi seçkilərdə HDP-nin millət vəkili namizədləri Yaşıl Sol Partiyasının vahid namizəd siyahılarına daxil olacaq.24 mart 2023-cü ildə qəbul edilən qərarla Xalqların Demokratik Partiyası, Əməkçi Hərəkatı Partiyası və Sosial Azadlıq Partiyası 2023-cü il parlament seçkilərinə Yaşıl Sol Partiyasının siyahıları ilə daxil olmaq qərarına gəlib.
Asılılıq
Asılılıq — mənfi nəticələrinə baxmayaraq, mükafatlandırıcı stimullara məcburi cəlb olunma ilə xarakterizə olunan beyin pozuntusu halıdır. Asılılıq insanın fiziki, ruhi və sosial həyatına mənfi təsir göstərir. Asılılıq fərdlər və bütövlükdə cəmiyyət üçün ’’həddindən artıq yüksək maliyyə və insan itkisi’’ yaradır. Amerika Birləşmiş Ştatlarında cəmiyyət üçün ümumi iqtisadi xərclər bütün diabet və xərçəng növlərindən daha çoxdur. == Asılılıq növləri == Asılılıq deyildiyi zaman insanların istifadə etdiyi maddələrin növündən bəhs olunur. Aşağıdakı növləri var: Texnologiya asılılığı Alkaqol asılılığı Qumar asılılığı Kokain asılılığı Tütün asılılığı Siqaret asılılığı Eroin asılılığı Ekstazi asılılığı Uçucu maddə asılılığı Amfetamin asılılığı Metamfetamin asılılığı Tərəfdaş aslılığı Alışveriş aslılığı Uşaq və gənclərdə maddə asılılığı Cinsi aslılıq Marixuana asılılığı Tiryək asılılığı Münasibət asılılığıDavranış aslılıqları aşağıda göstərilir.
Yansızlıq
Bitərəflik — beynəxalq hüquqda müharibədə iştirak etməməkdir, sülh zamanını isə hərbi alyanslarda iştirak etməməkdir.
Yasaqlıq
Yasaqlıq (lat. reservare — qorumaq)– təbiətin ən qədim mühafizə olunan yasaqlıqlar hansı təşkilatın ərazisində yerləşirsə həmin baxır, məs. fermer, meşə təsərrüfatı və s. Yasaqlıq daimi ola bilər. Qoruma rejimi tətbiq olunursa, yasaqlıqda istirahət evləri, turist bazaları tikilə bilər. Lakin hər bir istirahət edən və ya turist özünün yasaqlıqda olduğunu bilməli və onu əhatə edən təbiətlə ehtiyatla davranmalıdır. Yasaqlıqda ov etmək, balıq tutmaq, yer şumlamaq, meşə qırmaq, mal-qara otarmaq, meyvə, [[Giləmeyvəli alma|gilələr yığmaq və ya qismən icazə verilə bilər, yaxud da tamamilə qadağan olunur. Yasaqlıqda bütün təbii kompleks deyil, onun ayr(bitki örtüyü, heyvan, quş və balıq növləri, nadir mağaralar, qeyri adi hidroloji rejimi ilə fərqlənən göllər, turizm və istirahət əhəmiyyətli mənzərəli yerlər, faydalı qazıntı, həmçinin tarixi xatirə əhəmiyyəti olan ərazilər və s.) mühafizə edilir. == Respublikamızdakı yasaqlıqlar == Azərbaycanda ilk yasaqlıq 1961-ci ildə yaradılmışdır. 1993-cü ilə qədər yasaqlıqların yaradılması prosesi davam etdirilmişdir.
Hasıllı
Hasıllı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cəlilabad rayonunun Xəlilli inzibati ərazi vahidində kənd. Dağətəyi düzənlikdədir. Belə güman edilir ki, oykonim şamlı tayfalarından olan asıllı/osolluların adı ilə bağlıdır. Həmin tayfalar Quba və Şirvan zonasında da yaşamışlar. Zaqatala r-nunun Çobankol kəndində Asıllar məhəlləsi, Muğanlı kəndində asıllı nəsli, Qazax r-nunda hasıllı tayfası qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 404 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İnternet-asılılıq
İnternet-asılılıq (en. Internet аddiction) – psixi nasazlıq, daima İnternetə bağlanmaq arzusu və vaxtında İnternetdən çıxmanın istifadəçi üçün çox çətin olmasıdır. İnternet-asılılıq müasir dövrdə çox geniş müzakirələrə səbəb olsa da, onun statusu hələlik qeyri-rəsmidir. Belə ki, İnternet-asılılıq bir xəstəlik kimi psixi xəstəliklər təsnifatına (DSM-IV) daxil edilməmişdir. İnternet-asılılıq anlayışı ilk dəfə 1994-cü ildə psixiator Kimberli Yanq tərəfindən söylənilmişdir. 1997-1998-ci illərdə bu problemlə əlaqədar tədqiqat və məsləhətçi-dioqnostik xidmətlər yaradılmışdır.
Hasıllı şəhəri
Hasıllı şəhəri — qədim şəhər. Seyidəli Kazımbəyoğlunun məşhur «Cəvahirnameyi-Lənkəran» əsəri ilə yanaşı Mirzə Əhməd Mirzə Xudaverdi oğlu özünün Talış xanlığının tarixinə dair «Əxbərnamə» əsərində xüsusən Hasıllıya dair maraqlı qeydlər etmişdir. Bu qiymətli əsərlərin hər ikisində qeyd olunur ki, «Hasıllı gur bazarları və bərəkətli torpağı olan bir diyardır». Muğanın bu qədim şəhərinin xarabalıqlarında özünə «istirahət dayanacağı» seçən Əmir Teymur 1387-ci ildə məscid, karvansara və onlarla yaşayış evləri tikdirmiş, bazarlar saldırmışdır. Qədim qaynaqlarda göstərilir ki, burada əhalinin sayı 14 mindən yuxarı idi. Əmir Teymur Hasıllını abad edən zaman ətrafda yaşayan yerli əhaliyə icazə verir ki, özləri üçün yurd yeri- şəhər salsınlar. Lakin bu «şəhərlər» Hasıllının yanında «kiçik kənd» və «obalar» halında olmalıdır. Əmir Teymurun saldığı Hasıllı şəhəri onlardan çox-çox üstün və yaraşıqlı olmalı idi. Belə şəhərlərin sırasına yeni salınmiş Həməşəra şəhəri da daxil idi.
Xətti qeyri-asılılıq
Xətti cəbrdə xətti asılılıq — xətti fəzanın alt çoxluğunun malik ola biləcəyi xüsusiyyətdir. Xətti bir asılılıqla, sıfır elementə bərabər olan bu çoxluğun elementlərinin qeyri-trivial xətti birləşməsi var. Belə birləşmə olmadıqda, yəni yeganə belə xətti birləşmənin əmsalları sıfıra bərabər olduqda, çoxluq xətti qeyri-asılı adlanır. == Nümunə == R 3 {\displaystyle \mathbb {R} ^{3}} vektorlar ( 1 , 0 , 0 ) {\displaystyle (1,0,0)} , ( 0 , 1 , 0 ) {\displaystyle (0,1,0)} Və ( 0 , 0 , 1 ) {\displaystyle (0,0,1)} xətti asılı deyil, çünki tənlik belədir: a 1 ⋅ ( 1 , 0 , 0 ) + a 2 ⋅ ( 0 , 1 , 0 ) + a 3 ⋅ ( 0 , 0 , 1 ) = ( 0 , 0 , 0 ) a i ∈ R {\displaystyle a_{1}\cdot (1,0,0)+a_{2}\cdot (0,1,0)+a_{3}\cdot (0,0,1)=(0,0,0)\quad a_{i}\in \mathbb {R} } yalnız bir - trivial həlli var. Vektorlar ( 1 , 0 , 0 ) {\displaystyle (1,0,0)} və ( 5 , 0 , 0 ) {\displaystyle (5,0,0)} isə xətti asılıdır ( 1 , 0 , 0 ) ⋅ 5 = ( 5 , 0 , 0 ) , {\displaystyle (1,0,0)\cdot 5=(5,0,0),} deməli, − 5 ⋅ ( 1 , 0 , 0 ) + 1 ⋅ ( 5 , 0 , 0 ) = ( 0 , 0 , 0 ) . {\displaystyle -5\cdot (1,0,0)+1\cdot (5,0,0)=(0,0,0).} == Xüsusiyyətləri == 0 ∈ M ⇒ M {\displaystyle 0\in M\Rightarrow M} xətti asılıdır. M {\displaystyle M} xətti qeyri-asılıdır ⇒ {\displaystyle \Rightarrow } M ′ {\displaystyle M'} hamısı üçün xətti qeyri-asılıdır M ′ ⊆ M {\displaystyle M'\subseteq M} . M {\displaystyle M} xətti asılıdır ⇒ {\displaystyle \Rightarrow } M ′ {\displaystyle M'} hamısı üçün xətti asılıdır M ′ ⊇ M {\displaystyle M'\supseteq M} .
Qıcıqlanma və enerjidən asılılıq
Qıcıqlanma və enerjidən asılılıq- İstənilən canlı orqanizm ətraf mühitlə qırılmaz surətdə bağlıdır. == Ümumi məlumat == Məlumdur ki, təbiətdə canlı orqanizmlər mühitin əlverişsiz amillərinin təsirinə daima məruz qalırlar. Həmçinin ətraf mühitdən özünə zəruri olan maddələri çıxarırlar. Təkamül prosesində canlı orqanizmlərdə qıcıqlanma yəni xarici təsirlərə seçmə reaksiyası yaranmış və möhkəmlənmişdir. Ətraf mühit şəraitinin hər-hansı dəyişikliyi orqanizmdə qıcıqlanma yaradır. Orqanizmin xarici qıcıqlandırıcılara cavab reaksiyası onun həssaslığının göstəricisi rolunu oynayır. Bundan başqa,canlı orqanizmlər enerjidən asılılıq qabiliyyətinə də malikdirlər. Enerjinin daxil olması üçün açıq olan bu sistemlər yalnız onlara kənardan fasiləsiz olaraq enerji və materiya daxil olduğu şəraitdə dayanıqlıdır. Canlı orqanizm ətraf mühitdən enerji və materiya qəbul etdiyi müddətdə mövcuddur (yaşayır).