Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yelbeğen
Kəlbətin
Kəlbətin — müxtəlif tutucu səthlərə malik oynaqlı bərkidilmiş iki qoldan ibarət dəstəkli alətdir. Ondan çilingər, elektrotexnika, tibb və bərbərxana işlərində sıxmaq, tutmaq, dartmaq üçün alət kimi istifadə edirlər. O ling prinsipinə əsasən işləyir. Kəlbətinin qoları ling rolunu oynayır. Dəstək olan hissə adətən lingin üzün qolunu, dodaqlar yerləşən hissə isə qısa qolunu əmələ gətirir. Ling qanununa asasən dəstək sıxıldıqda əl ilə verilən qüvvə gücləndirilərək kəlbətinin dodaqları arasında tutulan əşyaya ötürülür. Kəlbətinlər hələ bizim eradan əvvəl ixtira edilib tətbiq edilmişlər. Onlardan qızmar əşyaları tutmaqla hərəkət etdrmək üçün istifadə edilmişdir. Antik yunan dövründən qalan vazların üstündəki çəkilmiş çilingər alətlərinin şəkilləri buna misaldır. Sənaye inqilabı ilə şərtlənən texniki inkişaf yeni maşınlarla brabər yeni kəlbətin növlərinin də inkişafına təkan vermişdir.
Ərbəyin günü
Ərbəin günü (ərəb. الأربعين‏‎‎ qırxıncı gün) şiəlikdə, hicri təqvimilə Aşura günündən 40 gün sonra, yəni Səfər ayının iyirminci günü. Bu gündə, Məhərrəm ayının onuncu günündə, Kərbəlada şəhid olan İmam Hüseyn və 72 tərəfdarı yad edilir, xüsusi mərasimlər keçirilir. İmam Hüseynin müqəddəs məzarı ilk dəfə Ərbəin günündə ziyarət edilmişdir. Ərbəin günündə dünyada ən böyük anma mərasimləri keçirilir. Məhz 2010-cu ildə Ərbəin günü münasibətilə 15 milyon insan Kərbəlaya gəlmişdir. == Qriqori təqvimində Ərbəin günü == Ərbəin günü Qəməri təqvimi ilə müəyyən olunduğu üçün Qriqori təqvimi ilə fərqlər mövcuddur və ildən ilə dəyişilir.
Elbəyi Sadiq
Elbəyi Maqsudov — == Həyatı == Elbəyi Sadıq oğlu Maqsudov 16 fevral 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Gərməçataq kəndində anadan olmuşdur. 1980-ci ildə filologiya fakültəsini bitirmişdir. 25 il orta ümumtəhsil məktəblərində-Gərməçataq kənd orta məktəbində,Naxçıvan şəhərindəki "Xanım qızlar" , "Türk oğlanlar" liseylərində və 3 saylı rus məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 1986-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Təhsil Problemləri İnstitutu) aspiranturasına qəbul olmuş, 1992-ci ildə "Azərbaycan dili dərslərində fənlərarası əlaqədən (rus dili fənni ilə) istifadənin imkanları və səmərəli yolları" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi, 2000-ci ildə dosent, 2008-ci ildə isə "Azərbaycan və türk dilinin müqayisəli tədrisinin tələbələrin linqvistik təfəkkürünün inkişaf etdirilməsinə təsiri" mözusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır. "Ana dili dərslərində dillərarası əlaqədən istifadənin ümumi məsələləri","XXI əsrin öyrənciləri üçün Azərbaycan dili və ədəbiyyatdan testlər","Azərbaycanca -türkcə,türkcə-azərbaycanca qarşılıqlı dilçilik terminləri lüğəti", "Dillərarası əlaqə təliminin metodikası","Dillərin müqayisəli tədrisi: imkanlar və vasitələr","Ürək bir dünyadır","Sözlər də insan kimidir","Azərbaycan dilinin Türkiyə türkcəsi ilə əlaqəli tədrisi üçün çalışmalar","Poetik türkəçarələr","Təmsillər","Azərbaycan dilinin tədqiqi və tədrisi məsələləri"və s.elmi-metodiki,bədii əsərlərin müəllifidir. Bakı, Naxçıvan, Səmərqənd, Moskva, Ankara,İstanbul,Konya,Trabzon,Mersin, İslamabad,Maku,Təbriz və digər şəhərlərdə keçirilən beynəlxalq konfranslarda və qurultaylarda çıxışlar etmişdir. 1994-2004-cü illərdə NDU-nun Elmi Şurasının katıbı vəzifəsində işləmiş,2004-cü ildən isə Naxçıvan Dövlət Universitetinin "Fənlərin tədrisi metodikası" kafedrasının müdiri vəzifəsində çalışır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür.
Mələyin öpüşü (film, 2017)
Mələyin öpüşü — rejissor Əsgər Əli Hacızadə tərəfindən 2017-cı ildə çəkilən dram janrlı tammetrajlı bədii film. == Məzmun == Ekran əsəri atası ucbatından ərköyün, özündən razı böyüyən Elxan və həyat çətinlikləri ilə mübarizə aparan Cahan haqqındadır. Cahan xəstə atasına baxmaq üçün, iş axtaran cavan bir qızdır. Axırıncı dayənin bezib getməsindən gileylənən ana Tamilla xanım öz oğluna xəstə baxıcısı axtardığına görə Cahana iş təklifi edir. Məşhur iş adamının oğlu – Elxanın bir il əvvəl avtomobil qəzası nəticəsində iflic olaraq, əlil arabasına məhkum olduğunu və danışma qabiliyyətini belə itirdiyini öyrənən Cahan tərəddüdsüz bir səkildə işi qəbul etsə də başına gələcəklərdən xəbərsizdir. Əvvəldə ikili arasında münasibətlər gərgin başlasa da, zaman keçdikcə bir-birilərinə qarşı duyğuları dəyişir... == Film haqqında == Film Fuad Poladovun kinoda son işidir.