Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yeniyetmə
= Yeniyetmə psixologiyası = == Yeniyetmə yaşının ümumi xarakteristikası == Yeniyetmə dövrü 11–12 yaşdan 14–15 yaşadək müddəti, orta məktəbin beşinci-səkkizinci sinif şagirdlərini əhatə edir. Lakin yeniyetməlik dövrünün başlamasına və qurtarmasına dəqiq sərhəd qoymaq mümkün deyildir. Müxtəlif amillərin təsiri altında həmin yaş dövrü bir il tez və ya gec başlaya, bir il tez və ya gec başa çata bilər. Bu dövr özünün praktik əhəmiyyəti, pedaqoji çətinlikləri və uşaq şəxsiyyətinin dinamikasında baş verən psixoloji tərəddüdləri ilə diqqəti cəlb edir. Yeniyetməlik dövrü mexanizminin açılmasında görkəmli psixoloq A.N.Leontyevin-"uşağın psixi inkişafının hərəkətverici qüvvəsi onun ictimai münasibətlər sistemində tutduğu real yerin dəyişməsidir" müddəası çox böyük əhəmiyyət kəsb edir. A.N.Leontyevin yazdığı kimi, psixi inkişafın müəyyən mərhələsində "onu əhatə edən insani münasibətlər aləmində uşağın əvvəllər tutduğu yer, onun tərəfindən öz imkanlarına müvafiq gəlməyən kimi dərk olunur və uşaq onu dəyişdirməyə səy göstərir. Uşağın həyat tərzi ilə, artıq onun bu həyat tərzini qabaqlamış imkanları arasında açıq ziddiyyət meydana çıxmağa başlayır. Buna müvafiq olaraq, onun fəaliyyəti də yenidən qurulur. Bununla da onun psixi həyatının inkişafının yeni mərhələsinə keçid başa çatır. Bəs, yeniyetməlik dövründə baş verən dəyişikliklər özünü nədə göstərir.
Yeniyetmə (Roman)
"Yeniyetmə" (Подросток) - dahi rus yazıçısı Fyodor Dostoyevskinin sonuncu əsəri olan Karamazov qardaşlarından öncə, 1875.ci ildə qələmə aldığı bir romanıdır. Məktub şəklində yazılmış əsərdə, "Arkadi Makaroviç" adlı gənc, öz qarmaşıq ailə hekayələrini, xüsusən də, həqiqi atası Versilovla aralarında keçən çaxnaşmalı əlaqələri nəql edir. Hadisələr, 21 yaşlı gənc Arkadi'nin, atası Versilov'dan dəvət məktubu alması və illər sonra onlarla yaşamaq üçün Peterburqa gəlməsi ilə başlayır. == Personajlar == Arkadi Makaroviç Dolqoruki - baş obraz. İdeyası Rotşild olmaqdır. Makar İvanoviç Dolqoruki - Arkadinin qanuni atası. Versilovların keçmiş təhkimli nökəri. Andrey Petroviç Versilov - Arkadinin əsl atası. Tatyana Pavlovna Prutkova - yaşlı tək qadın. Versilovun ailəsinə kömək edir.
Yeniyetmə ədəbiyyatı
Yeniyetmə bədii ədəbiyyatı 12-18 yaş arasındakı oxucular üçün nəzərdə tutulmuş bədii ədəbiyyat kateqoriyasıdır. Gənclərə yönəlmiş janrın oxucularının təxminən yarısı böyüklərdir. Gənclər və böyüklər üçün nəzərdə tutulmuş bədii ədəbiyyat əsasən uşaq romanları ilə böyüklər üçün nəzərdə tutulmuş ədəbiyyat arasındakı keçidi yumşaltmaq üçün hazırlanır.
2010 Yeniyetmələrin Yay Olimpiya Oyunları
2010 Yeniyetmələrin Yay Olimpiya Oyunları — Yeniyetmə idmançılar arasında keçirilən ən mötəbər turnirlərdən biri. İlk dəfə 2010-cu il 14–26 avqust tarixləri aralasında Sinqapurda keçirilmişdir.
2010 Yeniyetmələrin Yay Olimpiya Oyunları-Yüngül atletika(Kişilər,estafet)
2010 Yeniyetmələrin Yay Olimpiya Oyunları-Yüngül atletika (Kişilər, estafet)
2014 Yeniyetmələrin Yay Olimpiya Oyunları
2014 Yeniyetmələrin Yay Olimpiya Oyunları — 16–28 avqust tarixlərində Çinin Nankin şəhərində baş tutdu.
2015 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı
2015 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı və ya rəsmi adı ilə XIII Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı — 2015-ci il iyulun 26-dan avqustun 1-nə qədər Gürcüstanın paytaxtı Tbilisi şəhərində baş tutan Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı.
2016 Yeniyetmələrin Qış Olimpiya Oyunları
2016 Yeniyetmələrin Qış Olimpiya Oyunları — 12-21 fevral tarixlərində Norveçin Lillehammer şəhərində baş tutdu.
2018 Yeniyetmələrin Yay Olimpiya Oyunları
2018 Yeniyetmələrin Yay Olimpiya Oyunları — 2018-ci ildə 6-18 oktyabr tarixlərində Argentina Buenos Ayres şəhərində baş tutdu.
2019 Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı
2019 Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı və ya rəsmi adı ilə XIV Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı — 2019-cu il fevralın 9-dan fevralın 16-na qədər Bosniya və Herseqovinanın paytaxtı Sarayevo, habelə Şərqi Sarayevo şəhərlərində baş tutması nəzərdə tutulan Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı. == Ümumi məlumat == === İdman növləri === XIV Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalının proqramına 7 idman növü daxil edilib.
2019 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı
2019 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı və ya rəsmi adı ilə XV Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı — 2019-cu il iyulun 20-dən iyulun 28-nə qədər Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutması nəzərdə tutulan Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı.
2021 Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı
2022 Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı və ya rəsmi adı ilə XV Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı — 2022-ci il martın 20-dən 25-nə qədər Finlandiyanın Vuoqatti şəhərində baş tutan nAvropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı. == Ümumi məlumat == === İdman növləri === XV Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalının proqramına 9 idman növü daxil edilib.
2021 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı
2022 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı və ya rəsmi adı ilə XVI Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı — 2022-ci il iyulun 24-dən 30-a qədər Slovakiyanın Banska-Bistritsa şəhərində baş tutan Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı.
2022 Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı
2022 Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı və ya rəsmi adı ilə XV Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı — 2022-ci il martın 20-dən 25-nə qədər Finlandiyanın Vuoqatti şəhərində baş tutan nAvropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı. == Ümumi məlumat == === İdman növləri === XV Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalının proqramına 9 idman növü daxil edilib.
2022 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı
2022 Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı və ya rəsmi adı ilə XVI Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı — 2022-ci il iyulun 24-dən 30-a qədər Slovakiyanın Banska-Bistritsa şəhərində baş tutan Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı.
2024 Yeniyetmələrin Qış Olimpiya Oyunları
2024 Yeniyetmələrin Qış Olimpiya Oyunları — 2024-cü ildə yeniyetmələr arasında keçiriləcək çoxnövlü idman yarışı.
2025 Yeniyetmələrin Qış Olimpiya Oyunları
2024 Yeniyetmələrin Qış Olimpiya Oyunları — 2024-cü ildə yeniyetmələr arasında keçiriləcək çoxnövlü idman yarışı.
2026 Yeniyetmələrin Yay Olimpiya Oyunları
2026 Yeniyetmələrin Yay Olimpiya Oyunları — 2026-ci ildə yeniyetmələr arasında olimpiya idman növlərində keçiriləcək yarış. == Namizəd şəhərlər == Seneqal, Dakar7 sentyabr 2018-ci ildə, Beynəlxalq Olimpiya Komitəsinin icra heyəti, Dakarın təklifi oktyabr seçkilərinə gedəcək və 2022 Yaz Gənclik Olimpiadasının ev sahibliyi edən Dakarın yeganə təklifi olacağını elan etdi. Prezident Tomas Bax, IOC'nin Yaz Gənclik Olimpiyatlarının Dakar'a gətirilməsində maraqlı olduğunu bildirdi.
2027 Yeniyetmələrin Yay Olimpiya Oyunları
2026 Yeniyetmələrin Yay Olimpiya Oyunları — 2026-ci ildə yeniyetmələr arasında olimpiya idman növlərində keçiriləcək yarış. == Namizəd şəhərlər == Seneqal, Dakar7 sentyabr 2018-ci ildə, Beynəlxalq Olimpiya Komitəsinin icra heyəti, Dakarın təklifi oktyabr seçkilərinə gedəcək və 2022 Yaz Gənclik Olimpiadasının ev sahibliyi edən Dakarın yeganə təklifi olacağını elan etdi. Prezident Tomas Bax, IOC'nin Yaz Gənclik Olimpiyatlarının Dakar'a gətirilməsində maraqlı olduğunu bildirdi.
2030 Yeniyetmələrin Yay Olimpiya Oyunları
2026 Yeniyetmələrin Yay Olimpiya Oyunları — ci il Yay Olimpiya Oyunlarını keçirməyə iddialı şəhərlərin siyahısı.
Andorra 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında
Andorra - 14-26 avqust tarixləri arasında Sinqapurun eyni adlı şəhərində keçirilən 1-ci 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında.
Azərbaycan 2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında
Azərbaycan — 2010-ci ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 12 idmançı ilə 7 idman növündə təmsil olundu. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 8 medalla (5 qızıl və 3 gümüş) başa vurdu. Komandanın heyətində güləşçilər Murad Bazarov (qızıl), Elman Muxtarov (qızıl), Patimat Bəhəmmədova (qızıl), Əli Məhəmmədəbirov (qızıl) və Kənan Quliyev (gümüş), ağır atlet Nicat Rəhimov (qızıl), boksçular Salman Əlizadə (gümüş) və Elvin İsayev (gümüş) medala sahib oldu. Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 5 qızıl və 3 gümüş medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 11-ci pillədə, medalların sayına görə isə 18-ci pillədə qərarlaşdı. == Medalçıların siyahısı == Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 8 medalla (5 qızıl və 3 gümüş) başa vurdu. Komandanın heyətində güləşçilər Murad Bazarov, Elman Muxtarov, Patimat Bəhəmmədova və Əli Məhəmmədəbirov, həmçinin ağır atlet Nicat Rəhimov Olimpiadanın qalib oldu. == Nəticələri == === Ağır atletika === DNF — bitirmədiYeniyetmələrin I Yay Olimpiya Oyunlarında ağır atletlərin turnirlərində Azərbaycanı bir idmançı təmsil elədi: Nicat Rəhimov. Nicat Rəhimov 2010-cu ildə Valensiya şəhərində (İspaniya) baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən Sinqapur Olimpiadasına vəsiqə qazandı. Oğlanların turnirində mübarizə aparan Nicat Rəhimov birdən qaldırma turnirində əvvəlcə 125 кiloqramlıq, sonra isə 130 кiloqramlıq ştanqın öhdəsindən gəldi.
Azərbaycan 2014 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında
Azərbaycan — 2014-cü ildə Çinin Nancin şəhərində baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 21 idmançı ilə 9 idman növündə təmsil olundu. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin II Yay Olimpiya Oyunlarını 12 medalla (5 qızıl, 6 gümüş və 1 bürünc) başa vurdu. Komandanın heyətində güləşçilər İslambəy Dadov (qızıl), Teymur Məmmədov (qızıl), İqbal Hacızadə (qızıl), Cabbar Nəcəfov (gümüş) və Leyla Qurbanova (gümüş), taekvondoçular Səid Quliyev (qızıl) və Cerən Özbək (gümüş), boksçu Rüfət Hüseynov (qızıl), cüdoçular Natiq Qurbanlı (gümüş) və Leyla Əliyeva (gümüş), akademik avarçəkən Boris Yotov (gümüş) və yüngül atlet Nazim Babayev (bürünc) medala sahib oldu. Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 5 qızıl, 6 gümüş və 1 bürünc medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 10-cu pillədə, medalların sayına görə isə 14-cü pillədə qərarlaşdı. 2014-cü il Nancin Olimpiadası Azərbaycan Yeniyetmələrin Olimpiya Oyunları tarixində ən uğurlu nəticə göstərdiyi turnir olaraq tarixə düşdü. Komanda həm qızıl medalların sayına, həm də medalların sayına görə 2010 və 2018-ci illərdə baş tutan olimpiadaların nəticələrini arxada qoydu. == Medalçıların siyahısı == Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin II Yay Olimpiya Oyunlarını 12 medalla (5 qızıl, 6 gümüş və 1 bürünc) başa vurdu. Komandanın heyətində güləşçilər İslambəy Dadov, Teymur Məmmədov və İqbal Hacızadə, həmçinin taekvondoçu Səid Quliyev və boksçu Rüfət Hüseynov Olimpiadanın qalib oldu. == Nəticələri == === Akademik avarçəkmə === Q — növbəti mərhələyə adladıYeniyetmələrin II Yay Olimpiya Oyunlarında bu idman növü üzrə turnirlərdə Azərbaycanı bir idmançı təmsil elədi: Boris Yotov.
Azərbaycan 2018 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında
Azərbaycan — 2018-ci ildə Argentinanın Buenos-Ayres şəhərində baş tutan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 17 idmançı ilə 10 idman növündə təmsil olundu. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin III Yay Olimpiya Oyunlarını 6 medalla (2 qızıl, 1 gümüş və 3 bürünc) başa vurdu. Komandanın heyətində güləşçilər Turan Bayramov (qızıl) və Şahanə Nəzərova (bürünc), cüdoçu Vüqar Talıbov (qızıl), ağır atlet Tarmenxan Babayev (gümüş), taekvondoçu Cavad Ağayev (bürünc) və boksçu Nurlan Səfərov (bürünc) medala sahib oldu. Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 2 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 35-ci pillədə, medalların sayına görə isə 38-ci pillədə qərarlaşdı. 2018-ci il Buenos-Ayres Olimpiadası Azərbaycan Yeniyetmələrin Olimpiya Oyunları tarixində ən uğursuz nəticə göstərdiyi turnir olaraq tarixə düşdü. Komanda həm qızıl medalların sayına, həm də medalların sayına görə 2010 və 2014-cü illərdə baş tutan olimpiadaların nəticələrindən geri qaldı. == Medalçıların siyahısı == Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin III Yay Olimpiya Oyunlarını 6 medalla (2 qızıl, 1 gümüş və 3 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçu Vüqar Talıbov və güləşçi Turan Bayramov Olimpiadanın qalib oldu. == Nəticələri == === Ağır atletika === DNF — bitirmədiYeniyetmələrin III Yay Olimpiya Oyunlarında ağır atletlərin turnirlərdə Azərbaycanı 2 idmançı təmsil elədi: Tarmenxan Babayev və Lalə Rzazadə.
Azərbaycan 2020 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Azərbaycan — 2020-ci ildə İsveçrənin Lozanna şəhərində baş tutan Yeniyetmələrin III Qış Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası 8–22 yanvar tarixlərində baş tutan Yeniyetmələrin III Qış Olimpiya Oyunlarında bir idmançı ilə bir idman növündə təmsil olundu. Tarixdə birinci dəfə Yeniyetmələrin Qış Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan, turniri medalsız başa vurdu. Lozanna Olimpiadasının açılış mərasimində Azərbaycan bayrağını Yekaterina Ryabova apardı. == Nəticələri == === Fiqurlu konkisürmə === Yeniyetmələrin III Qış Olimpiya Oyunlarında bu idman növü üzrə turnirdə Azərbaycanı bir idmançı təmsil elədi: Yekaterina Ryabova. Ryabova 2019-cu ilin 4–10 martında Zaqreb şəhərində (Xorvatiya) baş tutan gənclər arasında Dünya Çempionatında 12-ci pillənin sahibi oldu. Həmin turnirin nəticələrə əsasən Ryabova Lozanna Olimpiadasına vəsiqə qazandı. Bununla da Ryabova Yeniyetmələrin Qış Olimpiya Oyunlarında mübarizə aparacaq birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü.Yanvarın 11-də Lozanna Olimpiadasında qısa proqram baş tutdu. 16 idmançının mübarizə apardığı mərhələdə Ryabovanın çıxışı 60.30 balla qiymətləndirildi. Həmin nəticələrə əsasən qısa proqramdan sonra Ryabova 9-cu pillədə qərarlaşdı.
Azərbaycan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında
Azərbaycan — 2010-ci ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 12 idmançı ilə 7 idman növündə təmsil olundu. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 8 medalla (5 qızıl və 3 gümüş) başa vurdu. Komandanın heyətində güləşçilər Murad Bazarov (qızıl), Elman Muxtarov (qızıl), Patimat Bəhəmmədova (qızıl), Əli Məhəmmədəbirov (qızıl) və Kənan Quliyev (gümüş), ağır atlet Nicat Rəhimov (qızıl), boksçular Salman Əlizadə (gümüş) və Elvin İsayev (gümüş) medala sahib oldu. Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 5 qızıl və 3 gümüş medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 11-ci pillədə, medalların sayına görə isə 18-ci pillədə qərarlaşdı. == Medalçıların siyahısı == Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 8 medalla (5 qızıl və 3 gümüş) başa vurdu. Komandanın heyətində güləşçilər Murad Bazarov, Elman Muxtarov, Patimat Bəhəmmədova və Əli Məhəmmədəbirov, həmçinin ağır atlet Nicat Rəhimov Olimpiadanın qalib oldu. == Nəticələri == === Ağır atletika === DNF — bitirmədiYeniyetmələrin I Yay Olimpiya Oyunlarında ağır atletlərin turnirlərində Azərbaycanı bir idmançı təmsil elədi: Nicat Rəhimov. Nicat Rəhimov 2010-cu ildə Valensiya şəhərində (İspaniya) baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən Sinqapur Olimpiadasına vəsiqə qazandı. Oğlanların turnirində mübarizə aparan Nicat Rəhimov birdən qaldırma turnirində əvvəlcə 125 кiloqramlıq, sonra isə 130 кiloqramlıq ştanqın öhdəsindən gəldi.
Azərbaycan Yeniyetmələrin Olimpiya Oyunlarında
Azərbaycan — Yeniyetmələrin Olimpiya Oyunlarında. 2010-cu ildə Yeniyetmələrin Olimpiya Oyunlarında debüt edən Azərbaycan 2010, 2014 və 2018-ci illərdə olmaqla üç dəfə Yeniyetmələrin Yay Olimpiya Oyunlarında, 2020-ci ildə olmaqla isə bir dəfə Yeniyetmələrin Qış Olimpiya Oyunlarında mübarizə aparıb. Yeniyetmələrin Olimpiya Oyunları tarixi ərzində Azərbaycan 12 qızıl, 10 gümüş və 4 bürünc medala sahib olub. == Tarixi == === 2010 Sinqapur Olimpiadası === Azərbaycan 2010-ci ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 12 idmançı ilə 7 idman növündə təmsil olundu.Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 5 qızıl və 3 gümüş medalla başa vurdu. Komandanın heyətində güləşçilər Murad Bazarov (qızıl), Elman Muxtarov (qızıl), Patimat Bəhəmmədova (qızıl), Əli Məhəmmədəbirov (qızıl) və Kənan Quliyev (gümüş), ağır atlet Nicat Rəhimov (qızıl), boksçular Salman Əlizadə (gümüş) və Elvin İsayev (gümüş) medala sahib oldu. Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 8 medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 11-ci pillədə, medalların sayına görə isə 18-ci pillədə qərarlaşdı. === 2014 Nancin Olimpiadası === Azərbaycan 2014-cü ildə Çinin Nancin şəhərində baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 21 idmançı ilə 9 idman növündə təmsil olundu. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin II Yay Olimpiya Oyunlarını 5 qızıl, 6 gümüş və 1 bürünc medalla başa vurdu. Komandanın heyətində güləşçilər İslambəy Dadov (qızıl), Teymur Məmmədov (qızıl), İqbal Hacızadə (qızıl), Cabbar Nəcəfov (gümüş) və Leyla Qurbanova (gümüş), taekvondoçular Səid Quliyev (qızıl) və Cerən Özbək (gümüş), boksçu Rüfət Hüseynov (qızıl), cüdoçular Natiq Qurbanlı (gümüş) və Leyla Əliyeva (gümüş), akademik avarçəkən Boris Yotov (gümüş) və yüngül atlet Nazim Babayev (bürünc) medala sahib oldu. Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 12 medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 10-cu pillədə, medalların sayına görə isə 14-cü pillədə qərarlaşdı.
Yeniləmə
Yeniləmə (ing. Refresh) dəyişdirilmiş informasiyanı göstərmək üçün pəncərənin içərisinin yenilənməsi; ekranın yenidən çəkilməsi . Veb səhifənin kontentinin yerləşdiyi maşından yenidən yüklənməsi. Kompüter displeylərində sabit görüntünü təmin etmək üçün ekranda görüntünün tez-tez yenidən yaradılması. Dinamik operativ yaddaşda (DRAM) olan verilənləri saxlamaq üçün onun mikrosxeminin yenidən yüklənməsi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yeniləmə sürəti
Yeniləmə sürəti (ing. Refresh rate) — videoaparaturada: sabit, titrəməyən “şəkil” halında bütün ekranın görüntüsünün yenidən çəkilməsi tezliyi. Televiziya ekranlarında və rastr displeylərində ekranın iç üzündəki fosfor örtüyünü işıqlandıran elektron şüası ekranın bütün sahələrini təxminən 60 Hs (saniyədə 60 dəfə) sürətlə yeniləyir. Sətirləri növbələnən (INTERLACING) displeylərdə qonşu sətirlər bir sətirdən bir yenidən çəkilir, yəni əslində hər bir ayrıca sətir saniyədə yalnız 30 dəfə yenilənir, ancaq effektli yeniləmə sürəti (saniyədə 60 dəfə) saxlanılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Azərbaycanda Yeniləşmə Hərəkatı (kitab)
Azərbaycanda Yeniləşmə Hərəkatı (türk. Azerbaycan'da Yenileşme Hareketleri) — Hüseyn Baykaranın ilk dəfə 1966-cı ildə Ankarada türk dilində nəşr olunmuş əsəri. == Məzmun == "Azərbaycanın oyanışı, yenilənməsi və şəxsiyyətləri haqqında oçerki yazmağa başlayarkən məni ən çox düşündürən məsələ Çar Rusiyasının işğalından əvvəl xanlıqlar dövründə Azərbaycanın mədəni, siyasi və iqtisadi vəziyyətinin nə qədər inkişaf etmiş olması idi. Buna görə də kitabda ən çox bu mövzuya yer verdim. Bəzi zümrələr belə hesab edirlər ki, Azərbaycanın hal-hazırkı mədəniyyəti, incəsənəti rusların əsəridir"… "Halbuki ruslar Azərbaycanı işğal etdikləri dövrdə nəinki bugünkü Qərb düşüncəsində, hətta o dövrün Qərb düşüncəsinə görə də mədəni millət hesab edilmirdilər. I Pyotrun hakimiyyətindən sonra Rusiyada yalnız hərb sahəsində qərbləşmə özünü göstərirdi. Şərqdə qazandıqları qələbələri də məhz buna borcludurlar. Rusiyada quldarlıq 1861-ci ildə II Aleksandrın fərmanı ilə ləğv edilmişdi. Öz vətəndaşları ilə qul kimi davranan rejim necə mədəni ola bilər, ya da necə mədəni hesab oluna bilər? Xüsusilə də Çar Rusiyası rejimi dözülməz despotik və zülmkar rejim idi.
İran Helikopterlərə Dəstək və Yeniləmə Şirkəti
Iran Helicopter Support and Renewal Company (IHSRC) (fars. پشتیبانی و نوسازی هلیکوپترهای ایران‎, qısaca پنها, PANHA) - İran vertolyot istehsalçısıdır. == Tarix == İranın bəzi İtalyan helikopterlərini Agusta şirkətindən almasından sonra bu helikopterlərə dəstək və təmir zavodu yaratmaq vacib oldu. Bu zavod İran Birgə Helikopter Sənayesi adını aldı. Daha sonra Belldən çox sayda helikopter alındıqdan sonra yeni aviasiya donanmasının dəstəklənməsi üçün bu zavodun genişləndirilməsi planlaşdırıldı. Bu genişlənmənin bir hissəsi olaraq üç böyük bölmənin yaradılması nəzərdə tutulurdu. 1. (NMP) Təmir və Saxlanma Mərkəzi 2. (HDMC) Əsas Donanma Təmir Mərkəzi 3. (NICP) Nəqliyyat və Dəstək Mərkəzi 1979-cu ildə İran inqilabından, ABŞ-nin İrana tətbiq etdiyi embarqodan və İran-İraq müharibəsinin başlamasından sonra PANHA helikopterləri müharibədə dəstəkləmək və saxlamaq məqsədi ilə fəaliyyətə başladı.