Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası
Professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası — xroniki xəstəlikləri olan (yuxarı tənəffüs yollarının, dayaq-hərəkət sisteminin, mədə-bağırsaq sisteminin, anamnezdə tez-tez xəstələnən uşaq, uşaq serebral iflici, dəmirdefisitli anamiya yüngül formaları və s.) uşaqların müalicəsi üçün fəaliyyət göstərir. Uşaqlar burda fizioterapevtik, müalicəvi bədən tərbiyəsi, vitaminoterapiya, su prosedurları, massaj, iqlimterapiyası kimi müalicəvi prosedurlar alırlar. == Tarixi == Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalq səhiyyə naziri Yevsey Yakovleviç Gindes adını daşıyan Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası 1914-cü ildən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisinin başa çatdırılması məqsədilə 11 468 300 manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılıb. == Fəaliyyət istiqamətləri == Səhiyyə Nazirliyinin tabeliyində 11 sanator tipli müəssisə var, bunlardan 3 vərəm, digərləri somatik tipli sanatoriyalardır: Respublika Uşaq Sanatoriyası 0-17 yaş üzrə uşaqları qəbul edir. Uşaqlar sanatoriyaya ərazi üzrə uşaq poliklinikalarından (076 forma) göndəriş alaraq müraciət edə bilərlər. Yalnız 0-6 yaşadək və sağlamlıq imkanları məhdud olan 2-17 yaş uşaqlar sanatoriyada anaları ilə birgə qala bilər. Sanatoriyalar əsasən xroniki xəstəlikləri olan (yuxarı tənəffüs yollarının, dayaq-hərəkət sisteminin, mədə-bağırsaq sisteminin, anamnezdə tez-tez xəstələnən uşaq, uşaq serebral iflici, dəmirdefisitli anamiya yüngül formaları və s.) uşaqlar qəbul olunur. Uşaqlar burda fizioterapevtik, müalicəvi bədən tərbiyəsi, vitaminoterapiya, su prosedurları, massaj, iqlimterapiyası kimi müalicəvi prosedurlar alırlar. Xroniki xəstəlikləri olan uşaqlar ildə iki dəfə aşağıdakı sanatoriyalarda müalicə ala bilərlər.