Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yetim
Yetim — Atası-anası, yaxud atası və ya anası ölmüş şəxs.
Yetim Emin
Yetim Emin əsl adı Məhəmmədəmin (1840, Yalsuq[d] – 1880, Yalsuq[d]) — ləzgi şair. Əsərlərini doğma dili ilə yanaşı, Azərbaycan və ərəb dilində yazırdı.. == Həyatı == Y.Emin 1838-ci ildə Dağıstanın Kürə xanlığının Siling kəndində anadan olub. Şairin atası savadlı adam idi. İlk dəfə yazıb-oxumağı atasından öyrənən şair, sonradan Kean aulunda Xoca İsmayıl əfəndinin mədrəsəsində təhsil alır. Təhsilini Əlqədar kənd mədrəsəsində bitirir. O, burada təkcə Qurana yiyələnmir, həm də şərq dillərini öyrənir. Eminin ömrünün böyük hissəsi atasının qazılıq etdiyi Yalsuğ kəndində keçib. Atasının ölümündən sonra Emin atasının yerində işləməyə başlayır. Yetim Eminin yaradıcılığı çoxşaxəlidir.
Yetim Eyvaz
Yetim Eyvaz (tam adı Eyvaz Qurbanov; 26 fevral 1952, Qərəh, Siyəzən rayonu – 23 iyul 2017, Qərəh, Siyəzən rayonu) — Azərbaycanlı şair. == Həyatı == Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə Siyəzən rayonunda anadan olmuşdur. Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbdə oxuyub. 10 ildən sonra hərbi xidmətə gedib. 21 il sürücü işləyib. 1996-cı ilə kimi çox yaxşı yaşayıb, amma 1996–2006-cı illərdə pul qazanmaq üçün hər əziyyətə qatlaşıb. Odun doğrayıb satıb, sürücülük edirdi. 2006-cı ildə Youtube-da "Yaz yağışı" şeiri ilə populyarlıq qazanıb. Şeir yazmağa 15 yaşında başlamışdır. Öz dediyinə görə, bu günə qədər 2423 şeir yazmışdı, Ümumiyyətlə, onun yazdığı və toylarda söylədiyi musiqili şeirlər böyük şöhrət qazanmış və onu xalqa sevdirmişdi.
Yetim Seyid
== Həyatı == Yetim Seyid - XX əsr aşıqlarındandır. 1895-ci ildə Tovuzun Ocaqlı kəndində anadan olub. 10-12 yaşlarından çobanlıq etməyə başlayıb. Çobanlıq etdiyi dövrlərdə həm də aşıq kimi tanınıb. Gəraylı və qoşma şəklində söylədiyi şeirləri məlumdur. == Yaradıcılığı == BAYRAMIDI Bahar fəsli yaz ayları gələndə, Sanarsan bülbülün gül bayramıdı. İki sevgi bir araya gələndə, Dodaq busə içər, dil bayramıdı.Bülbül təki daldan-dala qonanda, Şirin canım eşq oduna yananda, Bir saatım yardan ayrı qalanda, Elə bilginən ki, il bayramıdı.Yetim Seyid bu dastanı deyəndə, Sallanıban nazlı yarı gələndə, Gözüm görüb, əlim ələ dəyəndə, Könül müjdə verir, el bayramıdı.ŞİRİNDİ Bir gözəl görmüşəm əsrik əlində, Tər, nazik əllərdə saqi şirindi, Camalın bənzətdim şəmsü-qəmərə, Baxdıqca qaşların tağı şirindi.Mirvari düzübdü zülfə buxağa, Qoşa xal yaraşır gülgəz yanağa, Qənd əzilir dilə, dişə, dodağa, Qoynun içrə Cənnət bağı şirindi.Yetim Seyidəm yələydim dərinə, Oxudum dərsimi, yetdim dərinə, Leyli kimi getdim vədə yerinə, Məcnun təki çeşmə dağı şirindi. == Mənbə == Hümmət Əlizadə. Azərbaycan Aşıqları II, Bakı 1970, 171-173.
Yetim evi
Yetim Gürcü heykəli
Yetim Gürcü heykəli — Kür çayının sağ sahilində, Tbilisinin tarixi rayonu Qədim şəhərdə yerləşir. Yetim Gürcü (Efim Gürcü, orijinal adı Arutyün Qriqoryeviç Aqacanov; 1875—1940) — Gürcüstan xalqının müğənnisi və şairi, aşıq. == Tarixi == 1985-ci ildə əsası qoyulmuşdur, heykəltaraş isə Dmitriy Mikatadzedir, memar — Şota Kavlaşvili. == İstinadlar == == Ədəbiyyat == Свириденко О. Н. Тбилиси за неделю. Путеводитель. — С. Петербург: Своё издательство, 2015. 174 с.
Qara yetim (teleserial, 2013)
Qara Yetim (ing. Orphan Black) — ssenarist Qrim Anson və rejissor Con Fauket tərəfindən yaradılmış elmi fantastika trilleri teleserialıdır. Baş rolda Tatyana Maslani çəkilib və o eyni adamın fərqli klonlarını oynayıb. Serial Sara Manninqin bir gün öz klonu Elizabet Çildsin ilə rastlaşdıqdan sonra Elizabetin intihar etməsindən sonrakı hadisələr ətrafında cərəyan edir. Həmçinin insanların klonlaşdırılmasıvə bunun şəxsiyyət dəyişiminə səbəb olması serialın əsas mövzularındandır.Serial Temple Street Productions-ın disterbutorluğu ilə BBC America və Bell Media’s Space-in birgə əməkdaşlığı ilə hazırlanıb. Serialın premyerası Kanadada 30 mart 2013-cü ildə Space kanalında, Birləşmiş Ştatlarda isə eyni tarixdə BBC America kanalında baş tutdu. 7 may 2015-ci ildə 10 serialı 4 mövsüm sifariş edildi və 14 aprel 2016-cı ildə yayımlandı. Həmin ilin 16 iyun tarixində serial 5-ci və sonuncu 10 serialı mövsüm üçün yeniləndi və 10 iyun 2017-ci ildə yayımlanacağı bildirildi. == Qısa Məzmun == Serial ticarət sənəti ilə məşğul olan Sara Manninqin birgün metroda öz Doppelqanqeri olan Bet Çildsin intiharına şahid olması ilə başlayır. Qadının ona oxşamasından istifadə edən Sara onun intihar etməzdən əvvəl atdığı çantasını götürərək özünü onun kimi qələmə verir və əslində o qadının polis rəisi olduğu məlum olur.
QİÇS yetimləri
QİÇS yetimləri (ing. AIDS orphan) - Qazanılmış İmmun Çatışmazlığı Sindromunun səbəb olduğu xəstəliklərdən hər iki və ya bir valideynini itirmiş uşaqları adlandırmaq üçün istifadə olunan termin. Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramı, Ümumdünya Səhiyyə Təşkilatı və BMT Uşaq Fondu QİÇS yetimləri ifadəsini daha çox 15 yaşından aşağı olan və əsasən anasını Qazanılmış İmmun Çatışmazlığı Sindromundan itirmiş uşaqları təsnifatlandırılması zamanı istifadə edir. İfadənin şamil edildiyi uşaqların əksəriyyətinin ataları sağdır.Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramının məlumatına əsasən QİÇS yetimlərinə şamil edilən uşaqların 80% qədərində bir valideynləri sağdır. Hər il 70 mindən çox uşaq bu kateqoriyaya şamil edilir və onların mütləq əksəriyyəti Afrika qitəsinin dövlətlərinin payına düşür.Cinsi yolla yoluxma hallarının artması və qorunmamış cinsi əlaqələrin yüksək risk qrupuna daxil olmasından sonra QİÇS-in yayılmasında da zəmin yaranmışdır. Afrika qitəsi qorunmamış cinsi əlaqələr və zorakalıq halları baxımdan digər qitələrdən daha öndə olduğundan QİÇS yetimlərinin bu qitədə artması ilə nəticələnmişdir. 2007-ci ilin məlumatına əsasən QİÇS yetimlərinin ən çox yaşadığı ölkə Cənubi Afrika Respublikasıdır.2005-ci ilin məlumatında isə Zimbabvedə uşaqların yetim qalmasında əsas səbəbin QİÇS olduğu göstərilmişdir. 12 milyon nəfərə yaxın əhalisi olan Zimbabvedə 1.6 milyon nəfərə yaxın yeniyetmə HİV müsbət diaqnozu ilə yaşayır.
Yetimxana
Yetimxana (film, 2007)
Yetimxana (ing. The Orphanage, isp. El orfanato) — 2007-ci ildə istehsal olunmuş ispan filmi. == Mövzu == 1975-ci ildə İspaniyada Laura adında balaca bir uşaq yetimxanadan övladlıq alınır. 30 ildən sonra yetişkin Laura əri Karlos və yeddi yaşındakı Simon adındakı oğulları ilə birlikdə yetimxanaya qayıdır. Laura yetimxananı əngəlli uşaqlar üçün yenidən açmaq istəyir. Simon Tomas adında bir uşaqla dost olduğunu iddia edir və onun çuval (kisə) maskası taxan bir uşaq olaraq şəkillərini çəkir. Özünü sosial xidmət işçisi olaraq Beniqna kimi tanıdan biri Simonu görmək üçün evi ziyarət edir. Beləliklə Laura və Karlosun Simonu övladlıq götürdükləri və Simonun QİÇS daşıdığı ortaya çıxır. Beniqnanın icazəsiz girişinə əsəbləşən Laura ondan getməsini istəyir.
Yetimyedizdirən ev (Novoçerkassk)
Yetimyedizdirən ev — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində yeləşən xeyriyyə məqsədli istifadə edilən bina. İlk əvvəllər müəssisə kazak Tambovsevin binasında yerləşirdi. Sonradan Platovski prospekti, ev 28 ünvanında yerləşən binaya köçürülmüşdür. == Tarixi == 22 fevral 1842-ci ildə Novoçerkaskda yetimlər evi açılmışdır. Bu körpə yetimlər və yeniyetmələrə, onlara baxmağa heç kimin olmadığı şəxslərə yardım etmək məqsədi ilə təşkil edilmişdir. Bu bütün Rusiya ərszisində bu tip üçüncü müəssusə idi. Müəssisənin ehtiyaclarını ödəmək məqsədi ilə kazak Tambovsevin evi kirayələnmişdi. Buraya gətirilən uşaqların böyük qismi Rostov-na-Donu, Naxçıvan-na-Donu, Taqanroq və Don vilayətindən gətirilmişdi. Burada müəssisəyə gətirilmiş uşaqların sayına heç bir məhdudiyyat qoyulmamışdı. Körpələr burada baxıçılar tərəfindən yedizdirilirdi.
Yetimlər evi
Yefim Dziqan
Yefim Lvoviç Dziqan (2 (14) dekabr 1898, Moskva – 31 dekabr 1981, Moskva) — Rus-sovet kinorejissoru, SSRİ xalq artisti. == Həyatı == Azərbaycan kinosunda fəaliyyət göstərmişdir. == Filmoqrafiya == Fətəli xan (film, 1947) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 383.
Yefim Fomin
Yefim Moiseeviç Fomin (rus. Ефим Моисеевич Фомин) — Sovet siyasi komissarı idi. O, Brest qalasının müdafiəsində göstərdiyi şücaətə görə tanınmış, məhz həmin döyüşün sonunda Vermaxt tərəfindən əsir götürülmüş və dərhal edam edilmişdir. Fomin, 1909-cu ildə Vitebsk quberniyasının Kolışki şəhərində (indiki Liozna rayonu, Belarus) yəhudi ailəsində anadan olmuşdur. O, valideynlərini uşaq olarkən itirmiş və yetimxanada böyümüşdür. 1924-cü ildə, 15 yaşlı Fomin Komsomola qoşulur. O, Vitebskdə ayaqqabı fabrikində işləyir və sonra Pskova köçür. Orada, o peşəkar partiya işçisi kimi hazırlıq keçmək üçün Kommunist Partiyası məktəbinə göndərilir. Fomin, 1930-cu ildə 21 yaşında olarkən partiya məktəbində rəsmən Sovet İttifaqı Kommunist Partiyasının üzvü kimi qəbul edildi. O, məktəbdən qayıdanda Kommunist Partiyasının Pskov şəhər komitəsinin təbliğatçısı olmağa təyin edilir.
Yefim Putyatin
Yefim Vasilyeviç Putyatin (1803–1883)—Rus diplomatı, admiralı, qraf. == Həyatı == == Diplomatik fəaliyyəti == 13 avqust 1852-ci ildə Menşikov Putyatinə təlimat verdi. Putyatinə Şərqi Asiya və Şəmali Amerikanın qərbi rus torpaqlarında baş verənlər haqqında məlumat toplamaq həvalə olunmuşdu. 23 avqust 1852-ci ildə I Nikolayın yapon imperatoruna göndərdiyi qramotoda Putyatinin səfirliyinin dostluq xarakterini göstərmiş və rus vətəndaşlarının yapon limanlarına daxil olmasına icazə verilməsini xahiş etmişdi. Ekspedisiya zamanı Putyatinin bir neçə xarici ölkələrə baş çəkəcəyi də göstərilmişdi. Ona görə xarici işlər nazirlyi həmin ölkələrin hökumətinə ekspedisyanın məqsədi barədə məlumat vermişdi. 7 oktyabr 1852-ci ildə Putyatin Kronştadı tərk etdi.31 oktyabrda o, Portsmuta gəldi. Portsmutdan çıxaraq 10 mart 1853-cü ildə Xeyirxah Ümid burnuna gəlir və burada öyrənir ki, Perri Avakado 15 gəmidən ibarət ekspedisiya yaradır. Amerika hökuməti Perriyə yapon portlarının açılması uğrunda Rusiyanı və digər Avropa hökumətlərini qabaqlamaq üçün böyük səlahiyyət vermişdi. 8 aprel 1853-cü ildə Putyatin bu haqda Senyavinə məlumat verir və bildirir ki, amerikanlar kiçik bir müqavimət müqabilində silah işlətməyə hazırdırlar.
Yefim Qurviç
Yefim Qriqori Qurviç (1917, Bakı – 1987) — Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı
Yefim Rodionov
Yefim İvanoviç Rodionov (rus. Ефим Иванович Родионов; oktyabr 1889, Xmelyovka[d], Saratov quberniyası[d] – 13 aprel 1942) — Azərbaycan-sovet siyasi xadimi, SSRİ Xalq Rabitə Komissarlığının Azərbaycan SSR müvəkkili (1937–1938), Bakı Sovetinin sədri (1934–1936), Azərbaycan SSR xalq təchizat komissarı, Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini (1930–1931), SSRİ Ali Sovetinin birinci çağırış deputatı. Siyasi repressiyaya uğramışdır. == Həyatı == Yefim İvanoviç Rodionov 1889-cu ildə Saratov quberniyasının Xmelyovka (Xmelevka) kəndində anadan olmuşdur. Kənd məktəbində təhsil almış, 13 yaşından Volqaboyunda tacir mağasında çalışmışdır. 1904-cü ildə ailə üzvləri ilə Bakıya köçmüş və buradakı mətbəələrindən birində şagird kimi işləməyə başlamışdır. 1905-ci ilin yazında Yefim Rodionov doğulduğu kəndə qayıtmış, lakin həmin ilin payızında yenidən Bakıya gələrək müxtəlif müəssisələrdə kağızpaylayan işləmişdir. 1906-cı ildən 1908-ci ilədək Dadaşovların dokunda çilingər köməkçisi və şagirdi, 1908–1911-ci illərdə isə çilingərlik etmişdir.1911-ci ilin sonlarında Yefim Rodionov çar ordusunda hərbi xidmətə çağırılmış və burada o, əvvəlcə sıravi, sonra isə 1917-ci ilədək silah emalatxanalarında usta işləmişdir. 1918-ci ilin əvvəllərində Bakıda aparılan inqilabi işlərdə iştirak etmişdir. 1918–1919-cu illərdə Xatisovun zavodunda çilingərlik etmiş, 1919-cu ildə bolşeviklər partiyasına daxil olmuşdur.
Yeşim Büber
Yeşim Büber (18 avqust 1977, Aydın) — Türkiyəli aktrisa .
Yeşim Ustaoğlu
Yeşim Ustaoğlu (18 noyabr 1960, Sarıqamış, Qars ili) — Türk rejissor, kinorejissor, ssenari müəllifi. == Həyatı == 18 Noyabr 1960-cı ildə Sarıqamışda dünyaya gəlmişdir. Atasının təyinatı ilə 2 yaşında olanda ailəsi ilə birgə Trabzona köçdü, uşaqlıq illəri burada keçdi. Karadeniz Texniki Universiteti Memarlıq Şöbəsindən məzun oldu. Kinoya mükafat qazanan qısa filmləri ilə başlayan Yeşim ilk çıxışını 1994-cü ildə çəkdiyi 'İz' filmi ilə etdi. İstanbul, Köln, Nürnberq film festivallarından ən yaxşı film mükafatları ilə qayıdan "İz" filmini 1999-cu ildə çəkdiyi "Güneşe Yolculuk" filmi izlədi. "Güneşe Yolculuk" filmi ilə Berlin Film Festivalında aldığı, Ən Yaxşı Avropa Filmi: Mavi Mələk və Heinrick Boll Sülh mükafatlarından əlavə, İstanbul Film Festivalı və Ankara Film Festivalı daxil olmaqla milli və beynəlxalq səviyyədə çoxlu mükafatlar almışdır. 2003-cü ildə uzun metrajlı və sənədli filmləri gerçəkləşdirmək məqsədilə Ustaoğlu Filmin əsasını qoydu. 2004-cü ildə "Bulutları Beklerken" filmi çəkildi. Bulutları Beklerken NHK Beynəlxalq Film İstehsalçıları Mükafatı və Ən Yaxşı Aktrisa Mükafatları ilə birgə aldığı digər beynəlxalq mükafatlarlara layiq görüldü.
Yəşim
Yəşim — qiymətli mineral daş. == İnsan orqanizminə əhəmiyyəti == Yəşimin digər adı - nefrit - ispan dilindən tərcümədə "bel daşı" mənasını verir. Buna görə də bu daş sadəcə böyrək ağrılarında əvəz edilməzdir. Bundan başqa, nefrit dərini cavanlaşdırmaq, qırışıqları hamarlamaq qabiliyyətinə malikdir. Yaxşısı budur, bu daşları muncuqlarda, medalyonlarda və üzüklərdə daşıyasınız.
Diskordant yatım
Diskordant (qeyri-uyğun) yatım - təbəqəli süxurların nəinki vəziyyətini, onların qarşılıqlı tarixi münasibətlərini müəyyən edir. Diskordant yatım şəraitində daha cavan çöküntülərlə daha qədim laylar arasında yuyulma səthi və ya çöküntütoplanma fasilələri müşahidə olunur. Diskordant yatım tektonik hərəkətlər nəticəsində Yer qabığının müəyyən sahəsinin əvvəlcə qalxması və denudasiyaya məruz qalması, sonra çökərək yenidən çöküntütoplanma sahəsinə çevriliməsi və onun üzərinə cavan çöküntülərin toplanması səbəb olur. Diskordant yatım uyğunsuzluğu əmələ gətirən tektonik hərkətlərin nisbi yaşını göstərir. Diskordant yatım tektonik hərəkətlərin iştirakı olmadan, su hövzəsinin dib axınları, sualtı sürüşmələr və b. səbəblərdən də yarana bilər. Diskordant yatım sırasına stratiqrafik gizli, bucaq, struktur, azimut və b. uyğunsuzluqlar aid edilir. == Həmçinin bax == Süxurlar Çöküntülər Yer qabığı == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Reqressiv yatım
Reqressiv yatım- (rus. залегание регрессивное, ing. regressive bedding) dənizin geriyə çəkilməsi şəraitində toplanan süxur laylarının yatımı. R. y. üçün fasiyaların ərazi üzrə və şaquli kəsilişdə nisbətən dərin dəniz çöküntülərindən dayaz dəniz çöküntülərinə doğru qanuna¬uyğun dəyişilməsi səciyyəvidir.
Üfqi yatım
Üfqi yatım – (rus. горизонтальное залегание, ing. flat bed, flat pitch) süxur laylarının tamamilə üfqi vəziyyətdə yatması.
Üfüqi yatım
Üfqi yatım – (rus. горизонтальное залегание, ing. flat bed, flat pitch) süxur laylarının tamamilə üfqi vəziyyətdə yatması.
Cecim
Cecim (fars. جاجیم‎) — xovsuz xalçalar növünə aid olan xalça. Cecim toxuculuğu qadın əməyi tətbiq edilən ev sənətlərinin ən arxaik növlərindən biridir. == Ümumi məlumat == Cecimlər eni 30-35 sm, uzunluğu 15-20 metr olan ensiz üfüqi zolaqlara iplik dəzgahın üzərində tikilir. Bu zaman divar xalçası, yataq örtükləri, pərdə qismində istifadə olunan parça alınır. Cecimlərin eni toxucunun ayaqları arasındakı məsafənin eninə bərabər olur, belə ki, parçanın hazırlanması zamanı cecimin eni onun ayaqları arasından keçməlidir. Cecimlərin ornament dekoru müxtəlif və zəngindir. Cecimi bəzəyən müxtəlif şaquli zolaqlar qeyri-adi effektiv, parlaq və dekorativdir. Əksər hallarda toxucular zolaqları məişət əşyalarının (daraq, iplik, şamdan) və həndəsi elementəlrin üslüblaşdırılmış təsvirləri ilə bəzəyirlər. XX əsrin ortalarına qədər nazik cecimlərdən qadın və kişi paltarları tikirdilər.
Geyim
Geyim — parçadan və müxtəlif materialalrdan hazırlanan, insanların bədənin müxtəlif hissələrini örtmək üçün istifadə etdiyi bədən örtüyü. Geyim adətən parçadan və ya toxuculuq materiallarından hazırlanır, lakin zaman keçdikcə heyvan dərisindən və ya digər materiallardan hazırlanmış geyimlər də yaranmağa başlanılmışdır. Geyim bütün insan cəmiyyətlərinin xüsusiyyətidir və yalnız insanla məhdudlaşır. Geyilən geyimin həcmi və növü cinsiyyət, bədən növü, sosial və coğrafi mülahizələrdən asılıdır. Geyim bir çox məqsədə xidmət edir: dəri və ətraf mühit arasında bir maneə təmin etməklə elementlərdən, kobud səthlərdən, həşərat dişləmələrindən, tikanlardan qoruyur. Paltar soyuq və ya isti hava şəraitinə qarşı müdafiə edir və yoluxucu və zəhərli materialları bədəndən uzaq tutaraq gigiyenik bir səth yarada bilir. Geyim həmdə ultrabənövşəyi şüalanmadan qorunma təmin edir. Paltar geyinmək sosial bir normadır və başqalarının gözü qarşısında geyimdən məhrum olmaq utandırıcı hal yarada bilər. Dünyanın əksər yerlərində ictimai yerlərdə paltar geyinməmək ləyaqətsiz ifşa sayıla bilər. == Tarixi və mənşəyi == Arxeoloqlar 1988-ci ildə Rusiyada, Kostenki yaxınlığında tapılmış sümük və fil sümüyü tikiş iynələrini eramızdan təxminən 30 min il əvvələ aid olduğunu təyin etdilər.
Hetit
Hetit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Xassələri == Rəng – kristallarda qırmızımtıl-qonurdan qarayadək, incə - və xırdadənəli aqreqatlarda – sarı, sarımtıl-qonur, qonur; Mineralın cizgisinin rəngi – qonurdan narıncı - sarıyadək; Parıltı – kristallarda almaz, yarımmetal, sarımtıl və qırmızımtıl rəngli kütlələrdə – tutqun; Şəffaflıq – qeyri-şəffaf, nazik təbəqələri işıq keçirir; Sıxlıq– hetitin– 4,3, hidrohetitin –3,8-4,2; Sərtlik – 5,0-5,5; Kövrəkdir; Ayrılma– {010} üzrə mükəmməl, {100} üzrə – orta; Sınıqlar – qeyri-hamar, pilləli, qabıqvari; Morfologiya – kristallar: iynə - və sütunvari; İkiləşmə: nadir hallarda dirsəkvari ikiləşmə rast gəlir; Mineral aqreqatları: axın formalı, sıx, məsaməli, böyrək- və torpaqvari kütlələr, stalaktitlər, sferolitlər, oolitlər, konkresiyalar, qabıqlar, ensiz haşiyələr, psevdomorfozalar, bəzən jeodalar; hötit, hidrohötit, lepidokrokit, hidrolepidokrokit, hidrohematitin, gil minerallarının, silisium oksidinin, habelə Al, Mn və b. hidroksidlərinin təbiətdə geniş yayılmış gizlikristallik qarışığı olan limonitin (qonur dəmir filizinin) mühüm tərkib hissələridir. == Mənşəyi və yayılması == Ekzogen şəraitdə əmələ gəlir. Dəmir minerallarının – siderit, pirit, maqnetit, dəmirli silikatların və b. aşınma məhsulu olub, ultraəsası süxurların, dəmirli kvarsitlərin və s. aşınma qabıqlarında müşahidə olunur. Limonitlər sulfid yataqlarının oksidləşmə zonalarının tipik əmələgəlmələridir; onlar əsasən yataqların üst hissələrində d ə m i r p a p a q l a r əmələ gətirir. Hötitin çökmə əmələgəlmələri dəniz və göl hövzələrinin sahilyanı zolağında kimyəvi yolla çökür.
Qışlaq-i Hətim (Pərsabad)
Qışlaq-i Hətim (fars. قشلاق حاتم‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 32 nəfər yaşayır (9 ailə).
Kyeti
Kyeti (it. Chieti) — İtaliyanın Abruttso regionunda şəhər.
Mertim
Mertim və ya Mersin Ticarət Mərkəzi — Türkiyənin Mersin şəhərində ən hündür binadır. İstanbuldakı İş Bankası qülləsinin tamamlanmasına qədər 1987 və 2000-ci illər arasında Türkiyənin ən yüksən binası idi. Həmçinin Türkiyənin ən hündür otel binasıdır. == Tarixi == Türkiyənin ən böyük dəniz limanı olan və Şimali Kipr Türk Respublikası ilə beynəlxalq ticarətin əsas limanı olan Mersin Limanı sərbəst ticarət limanı elan edildi, eyni zamanda Mertim Qülləsinin də daxil olduğu şəhərdə ticarət və ticarətdə istifadə ediləcək bir sıra binalar inşa edildi. == Konstruksiya == Kompleksin memarı binanı 1985-ci ildə dizayn edən Cengiz Bektaş idi. Qüllə 1980-ci illərin ikinci yarısında Üstay Korporasiyası tərəfindən inşa edilmişdir. Qüllə 1987-ci ildə tamamlandı və bütün kompleks 1993-cü ildə istefaya verildi. 1993-cü ildə açıldıqdan dərhal sonra binanın bir hissəsi 1990-cı illərdə Mersin Universiteti tərəfindən bir neçə il istifadə edildi. == Bina == Kompleksə 1100 mağazadan ibarət ticarət mərkəzi və məşhur şəhər kimi tanınan 52 mərtəbəli göydələn daxildir. Binanın ümumi hündürlüyü 176.8 metrdir (580 fut) və binanın 1990-cı illərin əvvəllərinə görə Sinqapur və Frankfurt arasındakı ən yüksək göydələn olduğu iddia edilir.
Metil
Metil — bir karbon atomuna birləşmiş üç hidrogen atomundan ibarət, metandan əldə edilən bir alkildir — CH3. Kimyəvi formullarda metil əsasən Me olaraq qısaldılır. Bu karbohidrogen qrupu bir çox üzvi birləşmələrdə mövcuddur. Molekullarda əksərən stabil bir qrupdur. Metil qrupu adətən daha böyük bir molekulun tərkib hissəsi olsa da, anion, kation və ya radikal kimi üç formada tapıla bilər. Anionda səkkiz, kationda yeddi, radikalda isə altı valent elektronu var. Hər üç formada metil çox reaktivdir və nadir hallarda müşahidə oluna bilir. == Metil kationu, anionu və radikalı == === Metil kationu === Metilium kationuna (CH3+) qaz fazasında rast gəlinir, digər fazalarda mövcud deyil. Bəzi birləşmələr metilium kationunun mənbəsi hesab olunur və üzvi kimyada praktikada geniş tətbiq olunur. Nümunə üçün, metanol protonlaşma zamanı elektrofil metil yaradan reagent verir: CH3OH + H+ → CH3+ + H2OEynilə, metil yodid və metil triflata metil katalizinin ekvivalenti kimi baxılır, çünki onlar zəif nukleofillərlə SN2 reaksiyalarına dərhal məruz qalırlar.
Metis
Hindularla ağdərililərin nikahı nəticəsində yaranmış qarışıq irqin ümumi adıdır. Amerika qitəsinin bir çox ölkəsində əhalinin əksəriyyətinin təşkil edir.
Qetit
Qetit — oksid və hidroksid metallar qrupundan olan mineral. == Xüsusiyyəti == Düsturu — FeOOH. Kimyəvi tərkibi Fe2O3=90% H2O = 10% Ng=2,415 np=2 Ng-Np=0,06 Rentgenoqrafik d\n reflekslər üzrə müəyyən edilir: 4,15+4,16A;2,67A, 2,43A,3,43A və s. Xüsusi çəkisi 4,3 Rütubətli tropiklərin — lateritlərin və başqa torpaqların xarakterik mineralıdır. Aşınma, torpaqəmələgəlmənin daha dayanıqlı məhsullarından biridir. Al və Ti mineral oksidlərlə bərabər həmişəyaşıl meşə torpaqlarının yuxarı horizontlarında nisbətən toplanma qabiliyyətinə malikdir.
Yemiş
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Yerik
Yerik (rus. ерик, ing. yerik) 1) daşqın zamanı su basmış körfəz, axmaz, qədim çay yatağı; 2) çaydan gölə, göldən gölə gizli axın; 3) Don çayı­nın aşağısında və Volqa çayının deltasında xırda qollar.
Yetmiş
Yetmiş — say sistemində ədədlərdən biridir. Altmış doqquzdan sonra, yetmiş birdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Yetmiş ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 5, 7, 10, 14, 35 və 70 ədədlərinə qalıqsız bölünür.
Setif
Sətif və ya Setif (ərəb. سطيف‎, fr. Sétif) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Dəniz səviyyəsindən təxminən 1096 m yüksəklikdə yerləşir. Şəhərin tikililərinin çoxusu Fransa müstəmləkəçiliyi dövrünə aiddir, lakin yaxınlıqda Qədim Roma dövründən qalma nekropol və Bizans qalasının xarabalıqları qorunub saxlanılmışdır. 2013-cü ilin məlumatına görə, şəhərin əhalisi təxminən 324 min nəfərdir. == Tarixi == Numidiya mənşəli şəhər romalılara Sitifis kimi tanınırdı. 97-ci ildə imperator Nerva öz veteranlarını burada məskunlaşdırmışdır. İki yüz il sonra Sitifen bölgəsi inzibati olaraq Mavretaniyadan ayrılmışdır. Ərəblərin işğalından sonra şəhər əvvəlki əhəmiyyətini itirmişdir.
Bəyim
Bəyim — Qərbi, Mərkəzi və Cənubi Asiyada, o cümlədən Azərbaycanda bəy arvadına və ümumiyyətlə, kübar ailələrdə qadınlara müraciət forması. Bu, türk dillərində "ən yüksək məmur" mənasını verən bəy titulunun qadın qarşılığıdır. Bəy qızına da aid edilir aiddir. Bəyzadə forması da mövcuddur. Hal-hazırda qadın adı kimi istifadə edilir.
Cəhim
Cəhim — İslam dinində Cəhənnəmin 4-cü təbəqəsinə verilən ad.
Fərim
Fərim — İranın Mazandaran ostanının Sari şəhristanının Dodangə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 180 nəfər və 50 ailədən ibarət idi.
Gətir
Gətir — lazımi məhsulları 10 dəqiqə ərzində gətirməyi hədəfləyən tətbiqetmə üzərindən işləyən onlayn bazar tətbiqidir. İstanbul, Ankara, İzmir, Bursa və Kocaelinin seçilmiş bölgələrində 100-dən çox anbarı ilə istifadəçilərə xidmət göstərir. Gətir ərzaq sifariş sistemi ilə yanaşı, yemək sifarişini qısa müddətdə çatdırmaq üçün müəyyən bölgələrdə Getir Yemek sistemini xidmətə gətirdi. Maykl Moritzin başçılıq etdiyi xarici investorlar bu tətbiqetməyə 38 milyon dollar sərmayə qoymuşlar.