Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yoldaşlıq oyunu
Yoldaşlıq oyunu (bəzən hazırlıq matçı və ya dostluq oyunu) — idmanda, çempionata və ya kuboka aid olmayan rəqabət. Dostluq oyununda iştirakçılar üçün, nəticəsi oyun keyfiyyəti kimi əhəmiyyətli deyil.
Yol yoldaşım (film, 2017)
Yol Yoldaşım (türk. Yol Arkadaşım) — 2017-ci ildə rejissoru Bedran Güzel olan komediya filmidir. Filmin çəkilişləri ümumiyyətlə İstanbulun müxtəlif bölgələrini və Balıkesirin bir hissəsi olan Ayvalıqı əhatə edir. Ufuq Bayram və İbrahim Büyükakın hekayəsindən ilhamlanan bir ssenariyə məxsusdur. == Məzmun == Onur bacarıqsız bir əczaçıdır. Qurban Bayramına üç gün qala üç hədəfi var; Ayvalıqdakı sevgilisinin ailesiylə tanış olmaq, tərk etdiyi işini geri qazanmaq və ilk hədəfi yol yoldaşı Şərəfə rəğmən bunları etmək. Onur, hədəflərini gerçəkləşdirmək üçün bir telefon tətbiqilə tanış olur. Tək ortaq nöqtələri gedəcəkləri istiqamət olan Şərəf ilə birliktə əyləncə ve macəra dolu bir səyahətə çıxarlar.
Yol yoldaşım 2 (film, 2018)
Yol Yoldaşım 2 (türk. Yol Arkadaşım 2) — Bedran Güzelin 2018-ci ildə təqdim etdiyi və İstanbulda çəkilən komediya filmi. Filmin ssenarisi, filmin aktyoru olan İbrahim Büyükak tərəfindən yazılmışdır və Ufuq Bayramın yazdığı hekayəyə əsaslanır. == Məzmun == Ayvalıqa etdikləri səyahətdə dost olan və min cür bəlaya rəğmən bir-biriylə yol yoldaşlığı edən Şərəf və Onur, son bir ildə bir-birinə daha da yaxınlaşmışlar. Dostlar son bir il içində həm iş yoldaşı, həm də ev yoldaşı olmuşdular. Xarakterləri bir-birinə tamamilə zidd olan bu iki dostun paylaşdığı iki sahədə çətinliklər və uğursuzluqlar bitmir. Şərəfin işi, musiqi karyerasına atılmağa çalışan Onurun menecerliyini etməkdir, ancaq bu işdə çox bacarıqsızdır. Çətinliklərə dözməyən Onur, sevmədiyi köhnə işə — əczaçılığa geri qayıtmaq istəyir və bu vaxt Şərəf tez bir şəkildə əyləncəli tur təşkil edir. Dostların bu tur səyahəti eşq, macəra və problem dolu keçəcək.