Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yumrular (cizgi filmi)
Yumrular və ya Gülməcələr (rus. Смешарики) — rus cizgi serialı. Cizgi serial Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilir. Serial yumru və gülməli antropomorfik heyvanların macəraları haqqındadır. Serial 3 sezondan və 240 bölümdən ibarətdir. Hər bölüm 6 dəqiqə 30 saniyədən ibarətdir. Bəzi seriyalar iki hissəyə bölünür, "Əcdad effekti" bölümü isə üç hissədən ibarətdir. Əsas seriala "Yumrular: Pin-kod" və "Yumrular: əlifbalar" ("Əlifbalar" serialı bir neçə yerə bölünür "Oxu əlifbası", "Davranış qaydaları əlifbası" və s.) seriallar artırılmışdır.